SEPAH ilk dəfə ABŞ mediasına müsahibə verdi (Video)
Yaponiya Tehrana: Tezliklə razılaşın
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir və onu qoruyub saxlayacaq
Pezeşkian hazırkı müharibənin əvvəlkilərdən daha mürəkkəb olduğunu bildirib
Urmiya gölünün son vəziyyəti açıqlandı
Pakistan daxili işlər nazir Abbas Araqçı ilə görüşdü
Diplomatik kanalları fəallaşdırmağa davam edəcəyik- Pakistan
İranlılarla israillilər bir layihədə əməkdaşlıq edirlər
"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib
İranda daha üç sünni fəal həbs edildi
YUNESKO: Taliban 2,4 milyon əfqan qızı təhsildən məhrum edib
İqtisadi təzyiq: İranda saç da “gəlir mənbəyinə” çevrilib
Pezeşkianın prezidentliyinin iki ili: sağ qalmaq hekayəsi
Hindistan İrana dərman ixracını dayandırıb- Nazir
İran hücum doktrinasına keçir – SEPAH komandanının müşaviri
İran hər şeydən çox öz xalqından qorxur – ABŞ-ın keçmiş nümayəndəsi
İran yaxın vaxtlarda BRICS-in İnkişaf Bankına qoşulacaq – Mərkəzi Bank rəhbəri
Hörmüz boğazında gəmiçilik son həftənin ən aşağı səviyyəsinə düşüb – Reuters
Husilər ticarət gəmisinə hücum zamanı üç pakistanlını öldürüblər – Pakistan XİN rəhbəri
İran terrorçu dövlətdir- Pompeo
KİV: İran 15 min kilometr mənzilli ballistik raket hazırlayır
ABŞ rəsmisi: Cənubi Qafqazda strateji mövqeyimizi gücləndirmək istiqamətində işimizi davam etdirəcəyik
İranda minlərlə məhbus yenidən aclıq aksiyası keçirdi
İran İraqda kürd düşərgələrini vurdu
Təqaüdçülər Təbriz və Həmədanda etiraz aksyası keçiriblər
İrana inanmıram - Tramp
Putin bir amerikalı məhbusu Trampa qaytardı
Venesuela illər sonra İsrailə dostluq əlini uzatdı
Oman dənizində yük gəmisi hədəfə alınıb
ABŞ Hörmüz boğazından neft ixracının artdığını açıqladı
Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ rəsmilərinin görüşü keçirilib
Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir
Möhsün Rzai: Hörmüz boğazını açmayacağıq
İranın yeni geri addımı: Qadınların motosiklet sürməsinə maneə yoxdur
İranın Xəzər sahillərində ekoloji böhran; Milyonlarla kubmetr çirkab su Xəzərə axıdılır
“The Jerusalem Post”: İranda son edam dalğası dünyanın gözardı edə bilməyəcəyi xəbərdarlıqdır - Rəy
İsrail casusları dəfələrlə Fordoya gediblər
Pakistanın müdafiə naziri: ABŞ və İran razılaşmaya yaxınlaşır
Milyarder sayınna görə bölgənin lider ölkələrinin siyahısı açıqlandı
Təbrizli mədəni fəal prokurorluğa çağırıldı
Ərdəbildə üç iaşə obyekti bağlandı- 16 nəfər həbs edildi
Husilər Səudiyyə Ərəbistanının gəmilərinə və hərbi obyektlərinə hücumları davam etdirəcəklərini bildiriblər
İranda hava çirkliliyi və yol qəzalarıında ölənlərin sayı
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi Almaniya Xristian (məsihi) Demokratlar İttifaqınin (CDU) üzvü, jurnalist Fəxrəddin Hacıbəylidir.
Bu gün Azərbaycan diasporunun zəif hala gəlməsi və gücsüz, pərakəndə şəkildə fəaliyyət göstərməsi İranın maraq dairəsindədir və bu haqda bir çox məqalələr yazılıb, fikirlər ortaya qoyulub. Məsələnin ətrafına müzakirə aparmaq üçün Almaniya Xristian (məsihi) Demokratlar İttifaqınin (CDU) üzvü, mühacir jurnalist Fəxrəddin Hacıbəylinin GünAz TV mətbuat mərkəzinə verdiyi müsahibəsini təqdim edirik.
-Bir necə il bundan öncə diaspor üzrə araşdırmaçı Zaur Əliyev mediaforum saytında maraqlı bir məqalə ilə çıxış edərək yazırdı ki, İran konkret olaraq Azərbaycan diasporunun parçalamaq üçün hərəkətə keçib. Siz, necə düşünürsünüz İranın bu, məsələ ilə bağlı strateji planı varmı?
- İranın nəinki bununla və digər daha dərin məsələlərlə bağlı uzun zamana hesablanmış strateji planları var. Mollalar bizim düşündüyümüzdən daha ağıllı və real vəziyyəti dəyərləndirmə qabiliyyətinə malikdirlər. İran ətrafindakı həlqənin günü-gündən daraldığını hiss edir ona görə də 79-cu ildən millətinin boğazına keçirdiyi “İslam inqılabı” boyunduruğuna mümkün olduqca daha çox xalqları keçirmək və bununla ətrafında daralan həlqəni mümkün qədər genişləndirmək, özunə süni nəfəslik əldə etmək istəyir. Buraya həm “islam inqılabının ixracı” həm də bunun üçün gərəkən bütün tədbirlər planı daxildir. Eləcə də İran xaricində, rejimin əli yetmədiyi yerdə təşkilatlanma ehtimalı olan qüvvələrin təşkilatlanmasına önləyə biləcək istənilən formada fəaliyyət. İran nəzərə alır ki, xaricdə xeyli sayda İrandan təhsil almağa gedib ölkəyə qayıtmamış və 79-cu il çevrilişindən sonra ölkəni tərk etmiş xeyli sayda İran vətəndaşı, xüsusən də Azərbaycanın istiqlalını istəyən qüvvələr var. Bunlar təşkilatlana və ölkə daxilində rejimlə qarşıdurmaya gedə biləcək ayaqlanmalara dəstək verə bilərlər. Mümkün vasitələrlə bu qüvvələrin bir araya gəlməsini əngəllmək, yaradılan təşkilatları parçalamaq, süni ədavət yaratmaqla yenidən bir araya gələ bilmələrini mümkünsüz etmək və bununla da xaricdə özünə qarşı fikir mərkəzinin formalaşmasının qarşısını almaqdır.
- İran dövləti hansı metodlarla (üsuallarla) Azərbaycan diasporuna öz kadrlarını yerləşdirir və onlardan ustalıqla istifadə edir?
- Burada ənənəvi “şiə təəssübkeşliyi” məsələsi əsas rol oynayır. Təəssüf ki, bu məsələdə şimalı Azərbaycandan olanlar sayca az olsalar da əslən cənubdan olan iranpərəstlər”dən fəaldırlar və daha çox canfəşanlıq edirlər. Əsasən Türkiyədən olan iranmeyllilər (Türkiyə azərbaycanlıları), Bakı ətrafı kəndlərdən olanlar, “nardarançılıq sindromu”ndan uzaqlaşa bilməyənlər, Amerika, İsrail əleyhinə qızışdırılmış və guya Azərbaycanın qurtuluşunu şəriət rejiminin bərqərar olmasında görən potoloji ideoloji xəstələr Avropada fəaliyyət göstərən iran məxfi orqanlarının qurbanlarıdır.
Bakı ətrafi kəndlərin əhalisinin iranmeylli olması sirr deyil. Bunun da kökləri bəllidir ki, etnik məsələylə bağlıdır. Yeni irançılığın, paniranizm, panfarsizmin kökündə həm də irsi bağlılıq durur, ona görə ki, 3-4 yaşından Avropaya gəlib burada təhsil alan, buranın tərbiyəsi ilə böyüyən birisində də həmin meyl, bağlılığ qalır. Bir məsələni də qeyd edim ki, 79-ci il çevrilişindən sonra İranı tərk eləmiş “şahçılar” molla rejiminə qarşı olsalar da Azərbaycan türklərinə qarşı son anda eyni mövqedən çıxış edirlər. Yəni, cənubi Azərbaycanlıların sözü ilə desək: “ziddi-türk” məsələdə şəriətçilərlə şahçılar bütün iddiaları bir kənara atıb bir mövqedə birləşə bilirlər. Çünki hər ikisi anlayır ki, söz qonusu İranın varlığı məsələsidir. Təəssüf ki, bu vətənsevərlik bizim bəzi vətəndaşlarımızda yoxdur.
Bundan əlavə İran mollaları bu şəbəkənin formalaşdırılması üçün olduqca əliaçıqdırlar. Ölkə daxilində işsizlik, səfalət baş alıb getsə də öz varlığını qoruyub saxlamaq üçün ideoloji mübarizəyə pul xərcləyir. Xaricdə bu işin həyata keçirilməsi üçün müəyyən biznes şəbəkəsi yaradılır, müxtəlif insanların cəlb edilməsi üçün məxsusi bu fəaliyyət üçün nəzərdə tutulmuş iş yerləri açılır və gərəkən insanları buraya cəlb edirlər. Hamburq və Bremen şəhərlərində böyük biznes şəbəkələri qurulub. Daşıma-köçürmə şirkətləri var ki, buraya xeyli sayda insan cəlb edilir, işlə təmin olunurlar. Müəyyən dini tədbirlər, İranda qeyd edilən mövludlar və ildönəmlərində təşkil olunan tədbirlərə bu insanlar vasitəsiylə daha yenilərini cəlb etmək və beləliklə şəbəkəni genişləndirmək - bu şəkildə fəaliyyət göstərirlər.
- Birdə haradan bilmək olur ki, konkret şəxslər İrana bağlıdırlar və onların fəaliyyəti Azərbaycan diasporunun parçalamaq hesablanıb?
- Tək diaspor nümayəndələri içərində deyil, eləcə də ölkə daxilində fəaliyyət göstərən media və siyasi partiyaların sırasından da İranın maraqlarına xidmət edən və bu fəaliyyət üçün istifadə olunacaq insanlar var.
İran mollaları yaxşı anlıyırlar ki, ölkə daxilində siyasətlə müdaxilə etməyin indi ən qısa yolu mediaya yol tapmaq, informasiya(mətbuat) sahəsində təsiredici, yönləndirici gücə malik olmaq lazımdır. Bu ölkədaxili siyasətə birbaşa təsir edə bilmənin ən qısa yoludur. Ölkə mətbuatının, ayrı-ayrı nüfuzlu qəzetlərin maddi sıxıntılarının olması İran üçün onları əlçatan və asan qurbana çevirə bilir. İranın Azərbaycanda fəaliyyət göstərən mətbuat və ictimai sektorda (bölmə) xeyli sayda emissarları (xüsusi adamları) var ki, bunu sadəcə olaraq siyasi gündəmi izləməklə müşahidə etmək olar. Eləcə də Avropada özünü demokratiya və insan haqları müdafiəçisi kimi təqdim edib müxalif duşərgəyə özünü mübariz, inqilabçı kimi təqdim edənlər. Bunların kimliyi hər kəsə bəllidir, amma nədənsə bu tip varlıqların fəaliyyətinə imkan yaradılır. Fikir verirsinizsə İranmeyllilərin son illər yağışdan sonra artan göbələklər kimi bir-birinin ardınca internet və yazılı mətbu orqanlarının heç bir maneəsiz fəaliyyətə başlaması, eləcə də köhnədən olan qəzetlərin səhifələrində İranın maraqlarına xidmət edən çıxışların tez-tez gözə dəyməsi halları çoxalıb və artıq iş o yerə çatıb ki, İranın bir küçə mollasının 92-ci il hadisələrindən, Xocal faciəsi və ümümən Qarabağ ətrafında gedən döyüşlərdən özlərinin ağlı kəsən və özlərinə xidmət edən boşboğazlarını bəzi çoxtirajlı mətbuat orqanları elə bir hay-küylə, al-əlvan fonda təqdim etdi ki, sanki dünya şöhrətli siyasi texnoloq (uzman) Bzejinski dünyanı lərzəyə gitərəcək siyasi proqnoz (öngörü) verib. Bu İran siyasi dairələrinin Azərbaycan informasiya məkanına ötürmək istədiyi və İranın Qarabağ savaşları və ondan sonrakı illərdə Azərbaycana qarşı tutduğu xəyanətkar (bir müsəlman və əhalisinin 60% azərbaycanlı olan ölkə kimi) mövqeyinə haqq qazandırır, onu sudan quru çıxarır və belə bir fikir formalaşdırır ki, hər kəs hətta müttəfiqimiz Türkiyə belə Azərbaycanı zərbə altında qoyub öz maraqlarını güdüb, bir tək bu işə İran imza atmayıb və İran ölkəmizə uzanan xain əllərinin qarşısında yeganə sipər rolunu oynayıb. Hətta İran olmasaymış Azərbaycan yer üzündən silinəcəkmiş. Bu iddiaların absurdluğu bir yana qalsın, həmin mollanın bir mətndə buraxdığı nəzərəçarpacaq çelişki onun nə qədər boşboğaz və dedi-qoducu olduğunu sübut edir. Ayətullahın iddiasına görə, İran Qarabağ ətrafında gedən proseslərə ona görə aktiv (fəal) müdaxilə etməyib ki, Rusiya ilə üz-üzə gəlməkdən və bununla da İslam inqilabının aqibətini təhlükəyə atmaqdan çəkinib, ona görə də Azərbaycana aşkar deyil, gizli dəstək verib və guya bu dəstəyin sayəsində Azərbaycan labud məhvdən xilas olub. Digər tərəfdən, boşboğaz ayətullah elə həmin mətndə ABŞ (Amerika Birləşmiş Ştatları), İsrail və NATO ölkələrini asıb-kəsir, onlara meydan oxuyur. Sual oluna bilər, məgər Rusiya ABŞ bir yana İsraildən daha mı qorxuludur və onunla, eləcə də bütün NATO ölkələriylə üz-üzə gəlmək islam inqilabının aqibətinə xələl gətirirmi? Rusiya qorxub yaxın qonşusu və qardaşı (?) saydığı ölkə vətəndaşlarının ən azı işğaldan qaçıb canını qurtamaq üçün özünü Araz çayına atan insanlarına sərhədi açmaq kimi elementar (adi) yardım etməyən bir rejimin ABŞ-ı asıb-kəsməsi, İsraili yer üzündən siləcəyi ilə hədələməsi səmimi ola bilərmi?
Təsəvvür edin bu cür sərsəm fikirlər Azərbaycan mətbuatını demək olar ki, bir neçə gün məşğul edib, əsas mövzulardan birinə çevrildi.
Məqsəd nədir; İranla bağlı xoşməramlı informasiyaları (məlumatları) Azərbaycan informasiya məkanına ixrac etmək və bununla da özünü xilaskar obrazını (siması) yaratmağa çalışmaq, auditoriyanın (oxucu) fikrini özünün xeyrinə dəyişmək və idarə etmək, hətta sıradan bir əyalət mollasının belə fikirlərini siyasi çəkiyə malik, mötəbər fikir kimi təqdim edib ona siyasi çəki qazandırmaq, ictimai fikri Azərbaybanla bağlı baş verənlərdə İranın da söz və mövqeyə sahib olduğunu fikrini aşılamaq və bununla da ictimai rəyə özünün hər hansı məsələdə həlledici statusunda (vəziyyətində) olduğunu fikrini ötürmək. Sirr deyil ki, azərbaycanlıların nəzərində haqlı olaraq illərdən formalaşmış və bu gün də eyni dərəcədə aktual (günsəl) olan İranı, onun molla rejimi ciddiyə almamaq, onu gülünc yeri kimi qəbul etmək stereotipi (düşüncəsi) var. Bu bəlkə də uğurlu yanaşma deyil, amma İranla bağlı istənilən azərbaycanlının nəzərində bir fikir mövcuddur; qeyri-ciddi, hər gün yeni bir səfehliyə imza atan, azərbaycanlılara və Azərbaycana qarşı xain mövqedə olan, Azərbaycanın müstəqilliyini gözü götürməyən, onu hər vəclə zəif salmağa, sarsıtmağa çalışan xəbis və xəyanətkar bir rejimi. İndi İran Azərbaycanda və eləcə də xaricdə güclü casus şəbəkəsi yaratmaqla ən yaxın qonşusunun ərazisində özünə olan insanlıq dışı siyasi rejim yaratmaq və bununla islam inqilabının coğrafiyyasını genişləndirmək məqsədi güdür. Bunun üçün də ilk olaraq, bütün vasitələrlə həm media, həm də guya hüquqları ilə müdaficəsi olan ictimai fəaliyyətlə məşğul olan fəal təbliğatçılarını səfərbər edib, İranın qavranıldığı kimi gülünc və eybəcər din xadimlərinin idarə etdiyi qeyri-cidd deyil, guya daha mötəbər, real güc və çəkiyə malik ölkə kimi təqdim etmək və onunla hesablaşmağın vacibliyini ictimai rəyə və bununla da siyasi hakimiyyətə qəbul etdirməkdir.
- Nə edə bilərik ki, Azərbaycan diasporu üzdə millətçi, türkçü və demokrat, amma mahiyyətləri İrana bağlı olan şəxslərin nəzarəti altına keçməsin?
- Vətəndaş sayıqlığı və milli təəssübkeşlik, ölkəsi, vətənin qarşısında fərdi məsuliyyət hissinin aşılanması və bir də üzdə demokrat görsənib, mahiyyəti İran mollarları ilə eyni olanların bəzəkli maskalanmış təbliğatını ifşa edib, iç üzünü göstərmək lazımdır. Qorxmadan, lap yeri gəlsə çoxluğun qınağına tuş gəlmək bahasına bu tip insanları onların qurbanına, yalançı, riyakar təbliğatlarının qurbanına çevirməkdən xilas etmək istiqamətində işləri gücləndirməliyik. Üzdə özünü hüquq müdafiəcisi kimi təqdim edən amma ölkəsinə, üzvü olduğu millətinə xain mövqedə duran insanları və onların ocağıba odun daşıyan yalançıları ifşa etmək və onsanları başa salmaq lazımdır ki, bu tip gerilikçilərin məqsədi Azərbaycandakı dini tolerantlığı (dini azadlığı) sarsıdıb, illərlə böyük zəhmət bahasına qazanılan mədəni inkişafımızı məhv etmək və ölkəmizi İranda mövcud olan antiinsanı, vəhşi rejimi bərqərar ermək, bizləri VI əsr feodal qanunlarıyla yarğılamaq, evizimin içinə daxil olmaq, nə yediyimizə, nə geyindiyimizə burun soxmaq və bizləri mədəni dünyanın bir parçası olmaqdan geri qoyub orta əsr qaranlığına sürükləməkdir. Biz bunları özümüzə rəva bilirikmi? Razıyıqmı XXI əsrdə VI əsr quldar ərəb qanunlarıyla yarğılanaq? Təbii ki,yox! O zaman bunların əl-qolunu bağlayıb öz istədiklərini bizə zorla qəbul etdirmələrinə mane olmalıyıq. Hələ ki, bu ruşeyim formasındadır, şaxələnmə, qol-budaq atma mərhələsinə keçdikdən sonra qarşısı alınmaz duruma gələcək.
Söhbətləşdi: Elnur Eltürk
Hindistan İrana dərman ixracını dayandırıb- Nazir
Hörmüz boğazında gəmiçilik son həftənin ən aşağı səviyyəsinə düşüb – Reuters
İranda minlərlə məhbus yenidən aclıq aksiyası keçirdi
Təqaüdçülər Təbriz və Həmədanda etiraz aksyası keçiriblər
Venesuela illər sonra İsrailə dostluq əlini uzatdı
Husilər Səudiyyə Ərəbistanının gəmilərinə və hərbi obyektlərinə hücumları davam etdirəcəklərini bildiriblər
İranda ictimai iaşə obyektlərinə qarşı yeni təzyiq dalğası: ən azı üç kafe möhürlənib
ABŞ-ın blokadası İrana ildə 18 milyard dollara başa gələ bilər
İran-ABŞ gərginliyi fonunda Hörmüz boğazından keçən gəmilərin sayı 10 günlük orta göstəricidən də aşağı düşüb – Reuters
Almaniya İrandan boğazı açmasını istədi
Ərdəbilli təqaüdçülər etiraz aksiyası keçiriblər
Hörmüz boğazına 100 faiz nəzarət edirik- ABŞ Prezidenti
Xamenei mart ayında ölüb - Lisak
Husilərin Yəmən limanına hücumu nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib
İran Ali Məhkəməsi daha bir etirazçının ölüm hökmünü təsdiq etdi
İranda iqtisadi vəziyyət ağırlaşır - Donald Tramp
Möhsün Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi təyin edildi
İraqdan açıqlama: İranla əlaqəli qrup əməliyyat planlaşdırıb
The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır
İranda oğurlanan hökumət məddahı öldürülüb
İran Elektrik Sənayesi Sindikatı: Ailələrin köhnə məişət avadanlıqlarını yeniləməyə imkanı yoxdur
İranşəhrdə polis zabiti öldürüldü
Deputat: İranın xarici işlər naziri ABŞ-la danışıqlarla bağlı parlament qarşısında hesabat verməlidir
Tramp: Hörmüz boğazı tezliklə açılacaq, əks halda İran hərbi zərbələrlə üzləşəcək
İranda daha bir bəhaiyə ağır həbs cəzası verildi
İran hərbçiləri Sistan və Bəlucistanda dörd bəlucu öldürdü
Yaponiya Hörmüz boğazına qüvvə göndərəcək?
İranda hakimiyyət balansı dəyişirmi? Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin oluna bilər
İki bəluc fəala ağır həbs cəzası verildi
İran rəhbərliyi Müctəba Xameneinin səhhətinin ağırlaşmasından narahatdır
WSJ: ABŞ kəşfiyyatı Putinin yaxın illərdə NATO-ya məhdud hücum edə biləcəyini düşünür
Fox News: İsrail və ABŞ İranla gərginlik fonunda "Arrow" raketdən müdafiə sistemini uğurla sınaqdan keçirib
Qəzvinli 18 yaşlı azərbaycanlı şagird Şəqayiq Əfşar Nəcəfi 9 il həbs və əlavə cəzalara məhkum edilib
İranın dəstəklədiyi husilər Məkkə Birgə Müdafiə Sazişini əhəmiyyətsiz sayıb
İranda çevrilişə çağırış edən radikal din xadimi məhkəməyə çağırıldı
İran Azərbaycanla bağlı ideoloji təbliğatını artırıb
Məkkə sazişi; yeni müdafiə paktı Yaxın Şərqin təhlükəsizlik balansını dəyişəcəkmi? – Təhlil