Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
GünAz TV: Ötən əsrin əvvəllərində Şərqdə bir Günəş doğdu. 1918-ci il mayın 28-də demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika (cümhuriyyət) – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) quruldu.
Az yaşadı, amma əsrlərə bərabər işlər gördü. Cəmi 23 ay ömür sürdü, amma çox şərəfli və mürəkkəb bir yol keçdi. Tez süqut etsə də, onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar oldu.Hər bir səhifəsi biz azərbaycanlılar üçün müqəddəs və doğma olan Cümhuriyyətin təşəkkülü XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin məntiqi nəticəsi, tarixi zərurət idi. O, ədəbiyyatda və mətbuatda,milli və ideoloji mübarizələrin səngərində yarandı və bir əsrədək müddət ərzində müstəmləkə zülmü altında inləyən xalqın azadlıq harayının carçısına çevrildi. Həmin dövrdə Azərbaycanda geniş vüsət almış milli-demokratik hərəkatın başında duran insanların hər birinin adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmışdır.Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar (unitary) dövlətə çevrildi. Bu, XX əsrin əvvəllərində yalnız hərbi-feodal rejimlərinin hökm sürdüyü Şərqdə əsl fenomen idi. O dövrün ən mütərəqqi mətbu orqanlarından biri sayılan “İstiqlal” qəzetinin başlığında böyük türk şairi Tofiq Fikrətin epiqraf (kətibə) kimi verilmiş məşhur “Millət yoludur, haqq yoludur tutduğumuz yol. Ey haqq! Yaşa, ey sevgili millət, yaşa, var ol!” misraları AXC-nin məram və niyyətini çox gözəl əks etdirirdi. Amalı millət yolu, haqq yolu olan AXC yarandığı ilk gündən “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını rəhbər tutaraq həyatın bütün sahələrində, xüsusən xalq maarifi və mədəniyyət sahələrində geniş islahatlara başladı.Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 23 ay ərzində qəbul etdiyi qərarların böyük əksəriyyəti də elə demokratiyanın, elmin və mədəniyyətin inkişaf etdirilməsi ilə bağlı olmuşdur. Məsələn, AXC hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilini dövlət dili elan etdi. Bu sənəd Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri ilə iki hissəyə bölünməsindən sonra ana dilinin işlənməsinə dair ilk rəsmi sənəd idi. Sənəddə rus dilinin də dövlət müəssisələrində keçici olaraq işlənməsinə yer verilirdi. Hökumətin 28 avqust tarixli başqa bir qərarında isə deyilirdi ki, bütün ibtidai siniflərdə təhsil icbari olaraq ana dilində aparılmalıdır.İlk addımlarını atan gənc dövlətə yüksək ixtisaslı kadrlar lazım idi. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti dörd fakültədən (tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb) ibarət Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul etdi. Noyabrın 15-də isə universitetin auditoriyalarında (kilaslarında) ilk mühazirələr başlandı. Həmin dövrdə universitetdə 1094 tələbə, o cümlədən 217 azad dinləyici təhsil alırdı. Parlament universitetin açılması ilə yanaşı, 1919/20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 azərbaycanlı gəncin xaricə göndərilməsi, hər bir tələbəyə 400 frank təqaüdün, 1000 frank yol xərcinin təyin olunması barədə qərar qəbul etdi. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər sayəsində təkcə 1919-cu ildə paytaxtda və bölgələrdə 700 məktəb açıldı, şagirdlərin sayı 48 780 nəfərə çatdı.Azərbaycan hökuməti və parlamenti mətbuat və nəşriyyat işinin də dövrün tələblərinə uyğun qurulması üçün bir sıra qərarlar qəbul etdi. Məsələn, parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarında mətbuat, litoqrafiya və buna bənzər müəssisələrin açılmasının, çap məhsulunun nəşrinin və satılmasının azad olduğu bildirilirdi. Hökumətin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə kütləvi informasiya vasitələri üzərində dövlət nəzarəti ləğv edilmişdi. İki il ərzində Azərbaycan türkcəsində, rus, gürcü, yəhudi, polyak (Ləhistan dili) , fars dillərində təxminən 100 adda qəzet və jurnal çıxmışdır. “Molla Nəsrəddin”, “İstiqlal”, “Azərbaycan”, “Açıq söz”, “İqbal”, “Dirilik”, “Təkamül”, “Mədəniyyət”, “Qurtuluş” kimi mətbu orqanlar milli ideyaların carçısı idi. Təsadüfi deyildir ki, o dövrdə Azərbaycanda söz, mətbuat və vicdan azadlığı yüksək səviyyəyə çatmışdı. Cümhuriyyətin əvvəlcə Ukraynada, daha sonra Türkiyədə səfiri olan Yusif Vəzir Çəmənzəminli “Bu gün yazıçıya nə gərəkdir?” sualına cavabında müasir dövrümüzlə səsləşən “Dil azadlığı, qələm azadlığı” cavabını vermişdi.Hazırda dünyanın ən aparıcı informasiya agentlikləri (ajansları) ilə bir sırada duran, ən nüfuzlu informasiya agentlikləri qurumlarının üzvü, yerli və xarici kütləvi informasiya vasitələri üçün yeganə rəsmi dövlət informasiya mənbəyi olan, gün ərzində Azərbaycan, rus, ingilis, fransız, alman və ərəb dillərində fasiləsiz surətdə dəqiq və operativ informasiyalar hazırlayan Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac) də bizə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 1920-ci il martın 1-də yaradılmış AzərTAc AXC dövründə qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanın dünyaya açılan informasiya pəncərəsi rolunu həmişə şərəflə yerinə yetirmişdir. Ayrı-ayrı illərdə müxtəlif adlar altında fəaliyyət göstərsə də, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz tarixinə sadiq qalaraq AzərTAc adını geri qaytarmışdır.Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində ədəbiyyat, teatr və musiqi, təsviri sənət və memarlıq sahələrində bir canlanma yarandı. Professional (herfei) teatrımızın tarixi 1873-cü ildən başlasa da, yalnız cümhuriyyət dövründə dövlət teatrı statusu aldı. Öz binası olmadığı üçün Mayılov qardaşları teatrı binasının məcburi surətdə, lakin ədalətli qiymətləmilli teatrımız üçün alınması barədə qərar qəbul edildi. O dövrdə teatr tamaşaçılar qarşısına zəngin repertuarlar (karnamə)çıxırdı. Bu səhnədə Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Cəfər Cabbarlının əsərləri ilə yanaşı, dünya klassiklərinin əsərləri də oynanılırdı. Azərbaycan aktyorları ölkənin hüdudlarından kənara qastrol səfərlərinə çıxırdılar. Türkiyə qəzetləri yazırdı ki, “Qafqazın zəngin səhnələrində çıxış etməyə alışmış aktyorlar (bazigərlər) qətiyyən Avropanı yamsılamadan, öz milli xəzinələrindən götürülmüş və bizim ruhumuza tamamilə uyğun tamaşalar verirlər”.Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Seyid Hüseyn, Hacı İbrahim Qasımov, Xəlil İbrahim, Mehdi bəy Hacınski kimi yaradıcı ziyalılar teatr tənqidi ilə məşğul olur, bu sahədə baş verən prosesləri izləyir, teatr sənətinin inkişaf problemlərinə dair məqalələr yazırdılar.“Leyli və Məcnun” operası ilə Azərbaycan professional musiqisinin təməlini qoymuş, sonralar bir sıra dəyərli opera və musiqili komediyaların müəllifi olmuş Üzeyir Hacıbəyli həmin illərdə “Dağıstan”, tərəkəməsayağı “Azərbaycan” adlı xoreoqrafik əsərlərini və Cümhuriyyət şairi Əhməd Cavadın sözlərinə “Azərbaycan” marşını bəstələmişdir. Vətənpərvərlik hisslərinin, mütərəqqi ideyaların, milli qürurun tərənnümü olan bu marş 1992-ci il 27 may tarixli fərmanla Azərbaycan Respublikasının Dövlət Himni kimi qəbul edildi. Daha bir böyük bəstəkarımız Müslüm Maqomayevin 1916-cı ildə yazdığı “Şah İsmayıl” operası məhz Cümhuriyyət dövründə böyük uğurla səhnələşdirildi.Qurulduğu gündən dövlət rəmzlərinin yaradılmasına xüsusi əhəmiyyət verən AXC hökuməti tərəfindən 1918-ci il noyabrın 9-da türkləşməyin, islamlaşmağın və müasirləşməyin rəmzi kimi yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayrağın təsdiq edilməsi barədə qərar qəbul olundu. 1919-cu il 23 mart tarixli qərarı ilə hökumət dövlət gerbi və möhürünün layihələrini yaratmaq üçün müsabiqə elan etdi.Dövlət gerbinin, orden və medalların hazırlanmasına ilk peşəkar heykəltəraş Zeynal Əlizadə cəlb olunmuşdu. Onun layihəsinə əsasən buraxılmış döş və xatirə medallarında parlamentin binası, bayraqlar, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngləri həkk edilmişdi.Bu dövrdə milli rəssamlıq sənətinin inkişafına da xüsusi diqqət yetirilirdi. Karikaturaçı rəssam Əzim Əzimzadənin, rəssam Bəhruz Kəngərlinin əsərlərində dövrün problemlərini ayna kimi əks etdirilir, cəhalət, nadanlıq, erməni cəlladlarının vəhşilikləri ifşa olunurdu.Bütün bu sadalananlar Cümhuriyyət illərində ədəbiyyat, dil və mədəniyyət quruculuğu sahəsində atılmış addımların çox cüzi bir hissəsi, əslində dəryada bir damladır, lakin o dövrün mədəni mühiti barədə insanda dolğun təəssürat yaratmaq üçün yetərlidir. AXC-nin bir çox təşəbbüs və ideyaları 1920-ci ilin aprel işğalı nəticəsində yarımçıq qaldı, lakin buna baxmayaraq, qısa bir müddətdə gördüyü möhtəşəm işlərlə xalqımızın yaddaşına əbədi həkk olundu.Müstəqilliyini itirərək bu dəfə 70 il müddətinə sovet imperiyasının (Şurəvinin) tərkibinə qatılan Azərbaycan mürəkkəb, ziddiyyətli hadisələrin bir-birini əvəzlədiyi o illərdə böyük məhrumiyyət və itkilərə, repressiyalara (sərkublara) və soyqırıma məruz qalmasına baxmayaraq, yaşayıb-yaratdı, inkişaf etdi, böyük nailiyyətlər qazandı, iqtisadi, elmi və mədəni yüksəlişə nail oldu.Məhz əsası Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş dövlətçilik ənənələrinin, mədəni, elmi, iqtisadi kadr potensialının mövcudluğu xalqımıza öz varlığını, mədəniyyətini, milli mənliyini qorumağa, SSRİ-nin (Şurəvinin) tərkibində Rusiyanın çoxsaylı vilayətlərindən biri deyil, 15 respublikadan biri olmağa, onun süqutundan sonra isə yenidən dirçəlib Azərbaycan Respublikası kimi tarixin səhnəsinə çıxmağa imkan verdi.AXC-nin Azərbaycan tarixində oynadığı böyük rola ən yüksək qiyməti uzun illər sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi və memarı, ümummilli lider Heydər Əliyev vermişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu”.Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Bu gün ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməz və əbədidir. AzərTac
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu