SON XƏBƏRLƏR

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti görüşü olacaq

2021.10.20, 07:36
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti görüşü olacaq

Gunaz.tv

GünAz TV: Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernard Fasie, İqor Popov və Robert Bradtke iyunun (June) əvvəllərində regiona (bölgəyə) səfər edəcəklər.

APA informasiya agentliyi (ajansı) xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

 

 Onun sözlərinə görə, səfərdən sonra Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşü keçiriləcək:

 

 “Bundan sonra isə çox güman ki, iyunda üç ölkənin prezidentlərinin görüşü olacaq. Nazirlərin görüşü yəqin  ki, Moskvada keçiriləcək, prezidentlərin görüşünə gəldikdə isə bir neçə variant (seçənək) var və biz bu variantlar üzərində işi davam etdiririk”.

 

 Hər üç ölkənin prezidentləri bu ilin martında (March) da Soçidə görüşüblər. Prezidentlərin görüşü birgə bəyannnamənin qəbulu ilə başa çatmışdı.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar