Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun eksperti (karşünası), yazar-təhqiqatçı alim Anar Turandır.
- Anar bəy, siz bir yazar olmaqla yanaşı, həm də araşdırmaçısınız. Sizə sualımız “Difai” təşkilatı ilə bağlıdır. Təşkilat hansı zərurətdən yarandı və Azərbaycan xalqının ictimai-siyasi həyatında hansı rolu oynayıb?
- Bu hadisələr tariximizin çox da uzaq olmayan səhifələridir. Belə ki, ötən əsrin əvvəllərində (1905-1906) Azərbaycanın demək olar ki, bütün bölgələrində başlanan milli qarşıdurma, ermənilərin rusların dəstəyi ilə silahsız türklərə qarşı insanlığa sığmayan hərəkətləri və açıq terroru artıq həddini aşmışdı. Erməni “daşnak”, “qnçaq” quldurlarının törətdiyi vəhşiliklərin misli bərabəri yox idi. Türk öz doğma torpağında öldürülür, təhqir edilir, və işgəncəyə məruz qalırdı. Belə olan təqdirdə silahsız və günahsız azərbaycan türkünü qoruyacaq,onun amansız düşmənə müqavimətini ortaya qoyacaq bir təşkilata ehtiyac yarandı. Vəziyyət o həddə çatdı ki, bir qrup ziyalılarımız və milli mənafeyi hər şeydən üstün tutan, təəssübkeş bəylərimiz, öncüllərimiz belə bir təşkilatın yaranmasına fərman verdilər. Bu təşkilatın yaradıcıları Azərbaycanın düşünən beyinləri idi. Xalqımızın böyük oğulları Əhməd bəy Ağaoğlu, Ələkbər bəy Rəfibəyli, Xasməmmədov qardaşları, K. Mehmandarov, Şeyxülislam axund Pişnamazzadə və digər şəxslər “Difai” adlanan bu firqəni yaradaraq türkün düşmənlərinin ölüm kabusuna çevrildilər.Bu insanlar, bu təşkilat əzilən Azərbaycan türkünün mühafizəsi üçün özünü hər cür təhlükəyə atır, və qarşısında duran hər kəsi məhv edirdi. Difai sözünün tərcüməsi müdafiə deməkdir. Adından göründüyü kimi, bu firqə talançılığı, günahsız insanların qətlini yox, milli qarşıdurma yaradan daşnaqları və onlara kömək edən rus məmurlarını hədəf seçmişdi. Difainin qətlinə fərman verdiyi şəxslər arasında ermənipərəst rus generallarını, daşnak başçılarını hətta yerli xainləri də göstərmək olar.Azərbaycan tarixində Difainin misilsiz yeri vardır. Rus müstəmləkəçiliyinə və erməni quldurluğuna qarşı vuruşan bu təşkilat xalqımızın yaddaşında dərin iz buraxmışdır. Mənfur sovet rejimi 70 il ərzində bu təşkilatın adını belə çəkməyi qadağan etmişdi. Lakin müstəqil olduqdan sonra xalqımız Difaini yenidən xatırladı.
- Difanin əsas gücü nə də idi ki, onu ifşa etmək mümkün olmurdu? Xüsusilə, Çar Rusiyasının gizli xəviyyəsində diqqətindən necə yayına bilirdi?..
- Birincisi Difai özü güclü məxfi sistem yaratmışdı və onun üzvləri seçilmiş insanlar idi. Eyni zamanda Difainin hər bir dövlət qurumunda, xüsusilə də rus təhlükəsizlik xidmətində etibarlı dayaqları var idi. Ən əsası isə o idi ki, Difai xalqın maraqlarını müdafiə edən bir qurum olduğu üçün onun əsas daxili gücü də məhz xalqdan gəlirdi. Xalq öz qeyrətli oğullarını qiymətləndirir və onları heç bir vəchlə ələ vermirdi.
- O, zaman Azərbaycanın milli burjuaziyanın təşkilata münasibəti necə idi?
- Difainin tərkibi müxtəlif təbəqələrdən olsa da, onları ümumi maraq, milli mənafe birləşdirirdi. Bu gizli təşkilatın əsas qüvvələrinin içində təbii ki, o zaman ki, milli burjua (varlılar) nümayəndələri də var idi. Çünki, təşkilatın fəaliyyətinə, onun belə desək topxanasının, cəbhəxanasının yaradılmasına,saxlanmasına xeyli vəsait tələb olunurdu. Bunları da tək sadə xalqın ianələri hesabına təşkil etmək olmazdı. Sözsüz ki, bu işdə Azərbaycanın tanınmış bəyləri, din xadimləri, tacirləri, hətta neft milyonçularının da yaxından iştirakı bir faktdır.
- Azərbaycan Demokratik Respublikası yaranandan sonra “Difai” hansı funksiyanı yerinə yetirirdi?
- Azərbaycan Xalq Cumhuriyyəti dövründə Difainin fəaliyyəti hərbi mücadilədən siyasi mücadiləyə keçdi. Həm də 1918-ci ildə baş verən soyqırımda, erməni-bolşevik quldurlarına qarşı mübarizə çətinləşmişdi. Ancaq qardaş Osmanlı dövlətinin vaxtında etdiyi yardım xalqımızı xilas etdi. AXC- hökümətinin qurulmasında Difai və onun qurucularının böyük xidmətləri olmuşdur. Əhməd bəy Ağaoğlunun fəaliyyəti isə tək Azərbaycanla deyil, bütün Türk dünyası ilə bağlı olmuşdu. Təsadüfi deyildir ki, Atatürkün başçılığı ilə Türkiyə Cumhuriyyətinin qurulmasında Əhməd bəyin xidmətləri danılmazdır.
- Bəzən belə fikir eşidirik ki, bu gündə “Difai” təşkilatı fəaliyyət göstərir? Bu, fikir nə qədər reallığı əks etdirir?
- Xalq heç vaxt öz qəhrəmanlarını unutmur, əksinə onları yaşadır, hətta elə hesab edir ki, onlar bu gündə var sadəcə başqa simalarla. Difai Azərbaycan türkünün ağır sınaqlarla,ölüm-dirim mübarizəsi ilə qarşı-qarşıya qaldığı bir zamanda meydana çıxdı. Türkün düşmənlərinə ölüm dərsi keçdi. O vaxt dövlətimiz yox idi. Olsaydı bəlkə də Difai-nin yaranmasına ehtiyac da olmazdı. Fikrimcə bu günün Difaisi azad, müstəqil, öz bayrağı, gerbi, himni, və güclü ordusu olan Azərbaycan dövlətidir. Amma onu da qeyd etməyi özümə borc bilirəm ki, bu təşkilatın adı və onu yaradanların adı əbədiləşdirilməli, xalqımızın hər bir üzvünə bu təşkilatın mücadilə meyarları öyrədilməlidir ki, hər bir Azərbaycan türkü zamanı gələndə bir Difaiçi olsun.
- Bu gün təşkilat haqqında elə məlumatlar varmı ki, açılmamış olsun, hələ də tədqiqatçılarımızın yolunu gözləyir?
- Əlbəttə bu təşkilatın məqsəd və vəzifələri o qədər böyük idi ki, bir neçə il fəaliyyəti ərzində onların etdiklərinin yalnız bir qismini biz bilirik. Mən əminəm ki, onların qəhrəman fəaliyyətlərinin nəticələrini uzatmaq da olar. Bu artıq dərin araşdırma tələb edir. Tədqiqatçılarımız Difaini heç zaman unutmamalıdırlar. Difai Azərbaycan tarixinin fəxarətli bölümüdür. Bu tarixi araşdırmaq, yeni-yeni nəticələr əldə etmək və xalqa çatdırmaq son dərəcə əhəmiyyətlidir.
Söhbətləşdi: Elnur Eltürk
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu