İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Altay Strateji Araşdırmalar Mərkəzinin sədri, tanınmış analitik Elçin Bayramlıdır.
- Farsların türklərə nifrət psixologiyasının arxasında hansı siyasi-ideoloji və tarixi səbəblər durur ki, fars türkün daim əzilməsini və onun siyasi səhnədən getməsi üçün çalışıb?
- Bu nifrətin kökü ta Midiyaya qədər gedib çıxır. Farslar xəyanət nəticəsində hakimiyyəti ələ keçirdikdən sonra türkləri sıxışdırmağa başladılar. Zaman-zaman Azərbaycan türkləri öz ölkələrində dövləti ələ keçirmiş kiçik bir etnikin hakimiyyətinə qarşı mübarizə aparıblar.
Fars əyaləti qədim Aranın ucqarında kiçik bir vilayət idi. Farslar nə hakimiyyətə layiq xalq deyildilər, nə də onların bu torpaqlarda böyük çoxluğu yox idi. Midiyada hakimiyyəti ələ keçirdikdən sonra bu dövlətin rəsmi dini olan zərdüştlüyü də özlərinin əxlaq kodekslərinə (kodlarına, davranışlarına) uyğunlaşdırdılar, saxtalaşdırdılar və farslaşdırdılar.
10 min il yaşı olan qədim tək Tanrıçılıq dininin müqəddəs kitabı Avestanı elə hala saldılar ki, türkün kültürəl, əxlaqi və elmi-fəlsəfi bilik xəzinəsi dəyərini itirdi. Məsələn, yazılı tarixdə ilk dəfə olaraq qardaş-bacı, ata-qız, ana-oğul evliyini farslar reallaşdırdılar. Hətta bunu zərdüştlüyün ehkamına çevirdilər.
Türklər belə əxlaqsızlığı qəbul etmədilər, o üzdən zaman-zaman bu qədim dinin yenidən bərpası üçün hərəkatlar başladılar- maniçilik, məzdəkilik, hürrəmilik, hürufilik və sufiliyi yaratdılar. Sonrakı yüzillərdə türklərlə farslar bir ölkədə və bir dövlətdə sülh içində yaşamağa məhkum idilər. Xarici təhlükələr buna vadar edirdi. Məsələn, Sasanilər İmperiyasında ərəb təcavüzünə qarşı bu xalqlar birlikdə savaşdılar və öz tarixi, milli, kültürəl dəyərlərini qorumaq üçün mübarizə apardılar.
Ərəb təcavüzü türkün milli-mənəvi dəyərlərinə təcavüz edəndə ağır mübarizəyə qalxaq türklər Böyük Babəkin başçılığı ilə Hürrəmi dövlətini yaratdılar. Farslar da bu dövlətin tərkibində türklərin rəhbərliyi altında qaldılar. Ortaq tarix ortaq mədəni dəyərləri formalaşdırırdı.
Ərəblərə yenik düşəndən sonra türklər uzun sürə müqavimət göstərdilər və ərəb dinini qəbul etmədilər, XIX əsrdə öz milli dəyərlərini yaşatmaq üçün şiəliyi yaratdılar. İslamdan qurtulmağın mümkün olmadığını görəndə islam daxilində milli dəyərləri yaşatmaq üçün yollar axtarıldı və bu məzhəbdə (şiəlikdə) türklərin milli dini mədəni dəyərləri yaşadıldı.
Səfəvi-Qızılbaş türk dövləti yaradılanda türklər Şah İsmayılın başçılığı ilə qədim ölkələrində öz dövlətlərini yenidən bərpa etdilər. Farslar layiq olduqları mövqeyə qayıtdılar. Amma türk saraylarında farslara da yer verilirdi və heç bir milli ayrı-seçkilik edilmirdi. Lakin farslar bunun da razılaşmırdılar və yenidən türk ölkəsində hakimiyyəti ələ keçirmək istəyirdilər.
Şah Abbasın şahlığı zamanı buna nail oldular və bir daha hakimiyyəti əldən verməmək üçün türklərə davamlı repressiyalar (sərkublar) həyata keçirdilər. Lakin son əsrlərdə Azərbaycan türkləri bir neçə dəfə milli dövlətlərini yaratmaq üçün inqilab etdilər, milli mübarizəyə qalxdılar. Xarici dövlətlərin də fəal yardımı ilə fars rejimi bu müqaviməti susdurdu.
Sonralar fars rejimi İranda çoxluğu təşkil edən türkləri farslaşdırma siyasəti yeritdilər, bəzən bunu islam pərdəsi altında həyata keçirirdilər. Təəssüf ki, bu təcavüzlər hələ də davam edir. Farsların türklərə nifrətinin kökündə əslində, bu millətin öz ölkəsində əzilmək istəməməsi və milli, əxlaqi dəyərlərinin farslardan yüksək olduğu faktı dayanır.
- Qarşıdan Güney Azərbaycanda 2006-ci ilin may ayının 22-də baş verən hadisələrin il dönümü yaxınlaşır. Bu, hərəkat Güney Azərbaycan Milli Hərəkatına nə kimi təsir etdi?
- Nəinki İran mədəniyyətinin, hətta dünya mədəniyyətinin əsaslarını yaradan bir milləti təhqir etməklə, aşağılamağa çalışmaqla, əslində fars-molla rejimi öz səviyyəsizliyini göstərdi. Tarix elmi bizə hansı millətin hanı səviyyədə olduğunu əyani göstərir. Hakimiyyəti ələ keçirərək başqalarının mədəniyyətinə yiyə çıxmaqla, süni mədəniyyət yaratmaq olmaz.
Farslar bəzən çaşıb Azərbaycanı İranın bir hissəsi hesab edirlər- xeyr ağalar, tarixi yaxşı öyrənin- bu ölkə, bu dövlət bütövlükdə türklərə məxsus olub və məxsus olacaq. Bu torpaqlarda hər zaman türklər yaşadı- ta şumerlərdən (sumerlərdən) başlayaraq dünya mədəniyyətinin, elminin, dövlətçiliyinin əsası qoyuldu- o zaman farslar tarix səhnəsində sadəcə olaraq yox idilər.
22 may hərəkatının ümumilikdə Güney türklərinin milli mübarizədə təşkilatlanması yolunda yeni bir mərhələ oldu. Farslar bir-iki karukatura ilə bu qədər nəhəng və qədim mədəniyyətə malik xalqı ləkələyəcəklərini düşünürlərsə, yanılırlar.
İran qəzetindəki aşağılayıcı karukaturalara milyonlarla güney türkü sərt təpki verdi və az qala milli savaş çıxacaqdı. Həmin etiraz aksiyalarında (yürüşlərdə) iştirak edən 20 nəfərdən çox Azərbaycan türkü hakimiyyətin güc strukturlarının (saxtarının, qurumlarının) açdığı atəş nəticəsində həlak oldu. 4000-dən çox insan yaralandı.
Kütləvi həbslər həyata keçirildi, minlərlə azərbaycanlı həbs edildi. Onların bir çoxu hələ də həbsdədir, bəziləri barələrində açılmış “cinayət işi” ilə bağlı hələ də inqilab məhkəmələrində süründürülür. Onlarla insanın taleindən xəbər yoxdur.
Bu millət belə qurbanları çox verib, dilini, milli-kültürəl, əxlaqi dəyərlərini qan bahasına qoruyub. Fars rejimi bəlkə də milli dayanışın səviyyəsini yoxlamaq istəyirdi və anladı ki bu milləti bütün təzyiqlərə rəğmən assimilyasiya (asimilasyon) edə bilməyib. Tarix bizə göstərir ki, türklər heç zaman assimilyasiya olmurlar, başqa xalqlar onların arasında yaşadıqca assimiyasiyaya məruz qalırlar.
Məhəmməd peyğəmbərin hansı ölkənin azad mətbuatında karikaturası veriləndə islam dövlətləri az qalırlar o ölkəyə qarşı cihad edələr. İndi molla rejimi bu təhqiri tarixi yaradan bir millətə qarşı edirsə cavabını da alacaq. Türklük bütün dinlərin, bütün peyğəmbərlərin dəyərlərin fövqündə dayanır. Çünki türklük Tanrıçılıqdır.
- Ümumiyyətlə, İran rejimi azərbaycan türklərinin milli azadlıq hərəkatı qarşısında dayana biləcəkmi?
- Çətin dayansın. Getdikcə kürəsəlləşmə, dünyaya inteqrasiya (qaynayıb-qarışma) prosesləri güclənir. İranlılar dünyadan təcrid olunsalar da, çox şeydən xəbərdardılar. İnformasiya və kommunikasiya sistemlərinin (mətbuat yayımının) inkişafı Güney türklərinin inkişafını gücləndirir, milli mədəniyyətini, dilini, ənənələrini yaşatmaq üçün inkanlarını artırır. Gec ya tez qan üzərində saxlanan bu xəstə imperiya dağılacaq.
Güneylə bizim fərqimiz onda idi ki, quzey SSRİ (Şurəvi) tərkibinə daxil oldu, respublikamız (cümhuriyyətimiz) elm, təhsil, mədəniyyət, iqtisadi cəhətdən inkişaf etdi, sonra Sovetlər Birliyinin (Şurəvinin) dağılması ilə müstəqilliyimizi bərpa etdik. Amma güneylilərin durumu bir qədər fərqlidir. Burada ağır bir rejim hökm sürür, dini rejim hər etirazı Tanrıya qarşı çıxmaq adlandırıb insanları qətlə yetirir.
Lakin artıq dünya dəyişir, insan hüquqları, milli, sosial, siyasi hüquqları insanların əlindən heç bir güc ala bilməz. Azərbaycan xalqı öz tarixi torpaqlarının 10 faizi üzərində dövlət yaradıb. Amma bu millətin 80 faizi, torpaqlarımızın isə 90 faizi güneydə əsarət altındadır.
Molla rejimi yarıtmaz daxili və xarici siyasəti üzündən dünyadan təcrid olunmuş durumda çox yaşaya bilməyəcək. Yaxın illərdə bu imperiyanın həm xarici, həm də daxili təzyiqlər qarşısında dayana bilməyəcəyini indidən görünür.
Mən milli mübarizədə həlak olmuş, əzab çəkmiş bütün güneyli qardaş-bacılarımızın qəhrəmanlığı qarşısında baş əyirəm. Bütün dünyanın türklüyə düşmən olduğu bir zamanda hələ də savaşmaq, həm də bütün cəbhələrdə savaşmaq çox ağırdır. Çox qurbanlar verdik, hələ çox qurbanlar da verəcəyik, amma tarixi və ilahi ədaləti bərpa edəcəyik.
Söhbətləşdi: Elnur Eltürk
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu