İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, “Azadtribun” saytının rəhbəri, hüquqşünas Babək Azəridir.
- İlk sualımıza qarşıdan gələn Xordad hadisələrini 5-ci il dönümü ilə başlamaq istərdik: Sizcə, bu, hadisələrə səbəb yaradan amillərin arxasında nə dururdu? Doğrudanmı, “İran” qəzetində bir yazı, belə hərəkatın yaranmasına təkan verdi?..
- Azadlığın zidd məqamı diktaturadır və diktaturanın da ən pis forması bundan ibarətdir ki, bir millət əcnəbi qüvvənin əsarətində ola. O zamandan ki, Rza şah hərbi çevriliş nəticəsində hakimiyyətə gəldi, elə o zamandan bəri Azərbaycana qarşı fars hakimiyyəti tərəfindən irqçi siyasət həyata keçirilməyə başladı, elə bu günə kimi də bu hal davam etməkdədir. Demək ola bilər ki, Güney Azərbaycanda 87 ildir türk milləti bir əsir kimi yaşayır. Onların fərdi, siyasi və mədəni azadlıqları yoxdur. Yəni, bu gün bir güney azərbaycanlının bir fərd kimi öz övladına və ya açdığı firmaya (şirkətinə) öz istədiyi adı seçməyə haqqı yoxdur. Ailə qurmada, ticarət etmədə və hətta səfər etmədə belə seçim haqqı yoxdur. Misal üçün, bir neçə il bundan öncə Hüseyin Fərhudi Türkiyədən türk qadını ilə evləndiyi və Türkiyə ilə ticarət əlaqələri qurduğu üçün ona cəsus damğası vurub, edam etdilər. Siyasi azadlıqla bağlı xatırlada bilərəm ki, hal-hazırda Güney Azərbaycanlılara aid bir siyasi təşkilat yoxdur ki, bu partiyanın təmsilçiləri İranın parlamentində ola. Necə ola bilər ki, 30 milyondan artıq olan bir millətə izin-icazə verilməyə ki, özünün bir siyasi partiyası ola. Mədəni azadlıqlarla əlaqədar sizin diqqətinizə çatdırıram ki, bizim dil, ədəbiyyat, incəsəsnət sahəsində rəqs, musiqi, teatr, filmlə əlaqədar fəaliyyətimiz himayət olunmur. Əksinə, bu fəaliyyətlərin qarşısın almaqdan ötəri İran rejimi əngəl törədir. Təbiidir, bu cür acınacaqlı vəziyyətə etiraz olaraq 2006-cı il may ayında millət küçə-bazara çıxıb, çox geniş formada etiraz aksiyaları (yürüşləri) apardı. Demək olar ki, İran qəzetində dərc olunan təhqiredici karikatur ancaq səbəb oldu bir köhnə yaranın qasnağı qopa.
- Bəzən belə fikir bildirirlər ki, bu hadisələri qəsdən İran xüsusi xidmət orqanları tərəfindən təşkil edilib və məqsəd milli hərəkatı qan çanağında bölmək və heç olmasa hərəkatı bir neçə illik susdurmaq idi. Siz, necə düşünürsünüz?
- Əlbəttə, bu növ iddaları sübut eləmək üçün qaneedici sənədlər lazımdır. Bu cür iddiaları sübut etmək üçün heç bir qaneedici sənəd yoxdur, əksinə bizim əlimizdə çoxsayda video materialları var, buna istinadən sübut etmək olar ki, ancaq bu Azərbaycan millətinə aid olan bir hərəkat idi. Şeyx Məhəmməd Xiyabani deyir ki: "Əgər bir millətin azadlığın əlindən alsan, o tədrici ölümə məhkum olar. Bu elmi bir ifadədir. Biz azadlıqdan danışanda əsas məqsədimiz ondan ibarətdir ki, toplumda demokratik qanunlar hakim ola. Alimlərin nəzərinə görə, demokratiya siyasi, iqtisadi və mədəni tərəqqinin əsası sayılır. Bir toplumda ki, siyasi, iqtisadi və mədəni tərəqqi yoxdur, əksinə geri getmə var, o toplumda gələcəyə ümid olmaz. Ümidsizlik kədərə və ruh düşkünlüyünə səbəb olar. Ümidsizlik, kədər və ruh düşkünlüyü ölümün nişanələridir. Amma gələcəyə ümid sevinc, fərəh yaradar. Ümid, sevinc, fərəh diriliyin nişanələridir. Bir millət əgər istəyir diri qalsın, gərək ki, azad olsun. Azad olmaq üçün də əsarətdə olan bir millətin mübarizədən başqa yolu yoxdur. 22 Mayda da millətimiz əsarət zəncirin qırmaq üçün küçə-bazarlara çıxdı.
- Hadisələrin arxasında coğrafi siyasi amili necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, Güney Azərbaycanın tarixi ərazisi bir böyük ərazidir və eyni halda bu böyük ərazi Türk Cümhuriyyəti və Müstəqil Azərbaycanla qonşudur. Və əslində bu iki dövlət Güney Azərbaycanın siyasi müttəfiqi sayıla bilər. Əlbəttə, indi də olmasa, amma böhran şəraitində müttəfiq sayıla bilər. Elə bu coğrafi siyasi amil Azərbaycanda inqilabi hərəkatlara məxsusi status (vəzifə) verir. Məsələn, Şeyx Məhəmməd Xiyabani və Pişəvəri öndə olmaqla Azərbaycanın tarixi ərazisində Milli Hökümət yaranmışdı. Təbiidir, bu milli hökümətlərin yaranmasında coğrafi siyasi amil çox əhəmiyyətli rol oynamışdı. Hal-hazırda da bu geosiyasi faktor özün millətin verdiyi şüarlarda göstərir. Misal üçün: "Təbriz -- Bakı -- Ankara! Farslar hara, biz hara?"
- Ümumilikdə, Xordad hadisələri Güney Azərbaycan Milli Hərəkatının siyasi-ideoloji və milli xəttinə nə gətirdi?
- Bildiyiniz kimi, Xordat hərəkatında bir əsas şüar "Haray, haray, mən türkəm!" şüarı idi. Bu şüarın Güney Azərbaycan küçə-bazarında səslənməsi Milli Azadlıq Hərəkatımızı bir müstəqil güc kimi meydana çıxartdı. İranda fars ziyalıları və bizim içimizdə bəzilərin də belə fikri vardı ki, Azərbaycan milləti öz mübarizəsində gərək fəaliyyətlərini digər millətlərlə, o cümlədən fars milləti ilə həmahəng edə. Bu növ fikir tərzi İranda yaşayan xalqları bir vahid millət görür və Azərbaycan millətinin səviyyəsin də bir balaca etnik azlığa endirir. Biz bir balaca etnik azlıq deyilik ki, gözümüzü farsların "mərhəmətinə" dikək və bir azlıq kimi ancaq öz insani haqlarımızdan danışaq. Xordad hərəkatında Azərbaycan milləti bir azlıq kimi yox, bir millət kimi meydana çıxdı. Və öz siyasi, iqtisadi, mədəni maraqların qorumaq üçün "Haray, haray, mən türkəm!" şüarı ilə milli iradəsin nümayiş etdirdi. Başqa bir şüar "Nə sağçıyam, nə solçu! Millətçiyəm, millətçi!" -- şüarı idi. Millətimiz son 87 ildə əməldə təcrübə etmişdi ki, fars millətinə aid olan ideologiyalar Azərbaycana qarşı müstəmləkəçilik siyasətidir.
- Son günlər İranda siyasi hakimiyyət daxilində amansız mübarizə gedir. Rejimin daxilində nə baş verir? Qarşıda baş verəcək hadisələri necə təhlil edirsiniz?
- İran hakimiyyətinin içində bu gün ciddi ixtilaflar var, amma onların bir-birləri ilə ixtilafları olsa da, bizim Milli Azadlıq Hərəkatımıza qarşı durma onların müştərək nöqtəsidir. Bu səbəbə görə, biz İran hakimiyyətində olan adamların davranışın əsas götürmürük. Bizə əsas İranda hakim olan siyasi sistemdir. Əlbəttə, İran bu gün beynəlxalq səviyyədə təcridə qovulmuş bir ölkədir. Məntəqədə ərəb ölkələrində, xüsusi ilə də İranın siyasi müttəfiqi sayılan Suriyada baş verən inqilabi hərəkat İran rejimin qorxudur. Elə bu qorxu rejim içərisində ixtilafa səbəb olur. Belə nəzərə gəlir bu ixtilaflar çoxala, rejim adamları bir-birini ifşa etməyə başlaya. Biz bu vəziyyətdən təbliğat baxımından faydalanıb rejimin iç-üzünü millətimizə göstərməliyik.
Söhbətləşdi: Elnur Eltürk
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu