İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
GünAz TV: Son zamanlar İranda hakimiyyətçi ziddiyyətlə yanaşı, dini-ideoloji münaqişənin mövcudluğu aşkarlandı.
Əslində tarixən bu ölkədə İslamın çeşidli təriqətləri yaranıb. Sadəcə olaraq, aparıcı və çoxluqda olan cərəyan həmişə başqalarını sıxışdırıb.
Bu savaş günümüzdə də getməkdədir.
Ötən gün İranın dini-siyasi-ideoloji mərkəzinin, Qumun tanınmışı ruhanilərindən biri, rejimin qatı tərəfdarı ayətullah Məhəmmədcavad Fazil-Lənkərani (o, mərhum ayətullah Fazil Lənkəraninin oğludur) jurnalistlərə açıqlamasında bildirib ki, «yolunu azmışların (farsca «qomrah», dilmizdə «gümhar» kimi işlənir-S.S.) yaratdığı cərəyan» İran İslam inqilabına «təhlükədir».
İran informasiya vasitələrinin məlumatına əsasən, o, deyib : «Cəmiyyətimizdə elə dini cərəyanlar və şəxslər var ki, onlar üzdə özlərini dindar, şəritə tərfdarı kimi göstərsələr də, özlərinin təfsir etdiyi şəriəti əsas sayırlar. Belələri inqilab rəhbəri başda olmaqla din alimlərinin təfsirlərini qəbul etmir, ona inanmırlar. Beləliklə, islamın özbaşına təfsiri, yolunu azmış təriqtələrin meydana çıxmasına zəmin yaradır.
Bu çox təhlükəli bir haldır. Çünki islam inqilabındakı yolunu azmış təriqətlərin nüfuzunun başlamsı da özbaşına təfsirlərlə əlaqədardır».
M.Lənkəraninin bu bənyantından bir neçə gün öncə, İran KİV-i (Kütləvi İnformasiya Vasitələri) «Keyhani» adlı «azmışların» təriqətinin liderinin həbsi barədə xəbərə yayıb.
Bu təriqətin həbs olunan təmsilçiləri Məhəmməd peyğəmbərə qarşı çıxmaqla yanaşı, «terrorçu qruplarla işbirliyində» suçlanır. «Keyhani» təriqətinin son 2 ildə 2 terror aksiyası keçirdiyi İranın uyğun qurumları tərəfindən ittiham irəli sürülüb.
Onlar «İran-İslam sitezi»-deyə, bir «irfan məktəbi qurmağa», habelə «Ruh-ul-Qüds»ə, «Müqəddəs ruha» bağlanmaq yolu ilə xəstələri sağaltmaq gücünə malik olduqların iddia edirlər. Mənbənin məlumatına əsasən, günahlandırılanlar «ruhdan və bədəndən cin çıxartma» yönündə də fəaliyyət göstərdiklərini bildiriblər.
Tehran hakimiyyəti bu təriqətində də ABŞ (Amerika Birləşmiş Ştatları), İsrail və Avropa Birliyi tərəfindən «çeşidli məqsədlər üçün yaradılaraq, dəstəkləndiyini, müsəlmanlar arasında dini dəyərləri, irqi ayrı-seçkiliyi, milliyyətçiliyi təbliğ ediyini» iddia edir. İran hesab edir ki, həmin təriqətin təmsilçiləri yalnız İranda deyil, bütün islam ölkələrində fəaliyyət göstərirlər.
Ayətullah Lənkəraninin çıxışı, eləcə də «Keyhani»lər zaqda bu xəbər İran prezidenti Mahmud Əhmədinejada və onun yaxın ətrafına aiddir.
Qeyd edək ki, prezidenti yaxın qohumu, prezident aparatının keçmiş rəhbəri İsfəndiyar Rəhim-Məşainin sadalanan qeyri-adi qabiliyyətə malik olduğu haqda xəbərlər yayılıb. Məlumatalar əsasən, R.Məşai «ruhla danışmaq, cinləri lənətləmək kimi maqig gücə» malikdir.
O, panfarsçılığı islam adı altında təbilğ edənlərdəndir. R.Məşai xarici ölkələrdən birində iranlılarla görüşündə demişdi: «İslam mövzusunda çeşidli anlayışlar var. Ancaq İrandakı islam təlimi gerçək təlimdir. O halda biz bundan sonra dünyaya İran təilimini tanıtmalıyıq».
O, bunu «yeni ideya» adlandıraraq, təbliğatının vacib olduğunu vurğulayır. Aparat rəhbəri təbliğat zamanı fars şovnisti Firdvösinin uydurma qəhrəmanlarının adlarını çəkərək, «bu gün iranlıların hamısı «Arəş», «Rüstəm», «İsfəndiyardırlar» demişdi.
Hakimiyyətdə təmsilçiləri arasında buna mənfi münasibət bildirənlər də olmuşdu.
Mütəhhərri soyadlı İran parlamentinin üzvü də Məşşainin «biz Rüstəmin, Areşin uşaqlarıyıq»- fikrinə münasibət bildirərək, demişdi : «Görəsən, bundan sonra İslamın yerinə, İrandanmı danışacağıq? İnqilabımızın ideoloji və İslami mahiyyəti, irqçi bir mahiyyətəmi çevriləcək? Şəhidlərin ağası Həmzənin, İmam Əlinin (ə), Hüseyn ibn - Əlinin (ə), Malik Əştərin, Əmmar Yasirin, Əbülfəzl Abbasın, Salmanın, Əbuzərin, Miqdadın yerinə bundan sonra «Rüstəm», «Siyavuş», «İsfəndiyar» və «Areş»mi bizim modelimiz olacaq?"
İran ordusu qərargahının rəisi, general Seyid Həsən Firuzabadi isə prezident müşavirinin söylədiyini «azğınlıq» adlandırmışdı : «Bu cür açıqlamalar milli təhlükəsizliyə, o cümlədən müqəddəs İslam Respublikası ilə yanaşı, islam inqilabına həmlədir».
Məşai qərargah rəisinin dediklərinə belə münasibət demişdi: «Mənə qarşı irəli sürdüyü ittihama görə, mənim də onunla bağlı məhkəməyə müraciət edtmək hüququm var. İctimaiyyəti düzgün məlumatlandırmaq üçün bu addımım atacağam. Bu işdə Allahımın yardımı mənə yetərlidir».
İran prezidenti M.Əhmədinijad baş verən hadisədə qohumunu müdafiə etmişdi : «O, çox aydın danışıb. Əsil Məhəmməd İslamının İran olduğu bir həqiqətdir və islam tarixində və mədəniyyətinjə danılmaz rola malikdir. Bu ifadələrin isə milliyyətçiliklə heç bir əlaqəsi yoxdur. Əksinə, bu böyük nemətə görə, Allaha şükür etməyin bir ifadəsidir».
Əhmədinejadın başqa bir yaxını, hazırda tutulan Abbas Qaffari də bildirib ki, qeyri-adi «metafizik qabiliyyət» yiyəsidir və «görüməyən aləmlə əlaqə saxlayır».
ETTELAAT naziri Heydər Müslehinin yerinə Əhmədinejadın təyin etmə istədiyi şəxs, prezident yanında Mədəniyyət Şurasının başçısı Abbas Əmirifəri də din-ideoloji baxışına görə, tutulub. O, Ruhanilərin Özəl Məhkəməsində mühakimə edilcək. Buna səbəb «Yaxınlaşan zühur» sənədli filmidir. Filmin rejissoru (kargərdan) Əlisəyyar Seyxanidir. Bu ekran əsəri «12-ci İmamın zühurun yaxınlaşdığına» həsr olunub. Fimldə dünyanın axırının çatdığı da vurğulanıb. «Yaxınlaşan zühur» ultramühafizəkar şiə qrupları arasında pulsuz paylanıb. Prokurorluq (dadistanlıq) isə filmin çiliş şəraitini araşdırmaqla yanaşı, A.Əmirifəri «ictimai rəyi oyatmaqda» və «siyasi xadimləri təhqir etməkdə» ittiham edir.
Buradan göründüyü kimi, Əhmədinejad «azmışlardandır». Başqa sözlə isfəndiyar Rəhim – Məşai çar Rusiyasının çöküşünə az qalmış ortaya çıxan Rasputin rolundadır.
Haşiyə.Rasputin özünü «Allah adamı» adlandırıdı.Çar ailəsinə yaxın olan cadugər Feofan onun qabiliyyəti haqda belə yazıb : «Rus-yapon müharibəsində admiral Rojdestvensinin başçılıq etdiyi eskadra dənizə çıxmışdı. Rasputindən soruşduq: «Sizcə, yaponlarla döyüş uğurlu olacaq?». Rasputin cavabında-«Bütün varlığımla batacacımızı hiss edirəm»-dedi. Doğrudan da az keçmir Çusime yaxınlığındakı döyüşlərdə bütün eskadra sulara qərq olur…».
Çar Nikolayın, eləcə də romanvolar sülaləsinin süqutuna təxminən bir il qalmış, 1916-cı ilə dekabrın 16-da knyaz Yusipov rasputini öldürür…
İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) təmsilçisi,Tehrandakı «Məhəmməd Rəsulullah» odrusunun komandanı Hüseyn Həmədani də Mahmud Əhmədinejadı və onun komandasının kəskin tənqid edib: «Bu gün əsas təhlükə, daxili düşməndir. Bu barədə ayıq-sayıq olmalıyıq. Biz xarici düşmənlərlə yaxşı vuruşub, bu yolda uğur qazanmışıq. İnqilab və quruluşmuzun dostları da, düşmənləri də , fitnə –fəsadla məşğul olanlar da bilməldir ki, bəsiclər (qvardiyanın əsas kadr bazası-S.S.) keçmişdəki kimi yenə də ayaqdadır. Yolunu azmış həmin cərəyan inqilabın ilk illərində də var idi. Ancaq İmam Xomeyni ğəsicləri küçələrə çıxaraq, onların qarşısını aldı…».
Nəzarət şurasının sədri ayətullah Əhməd Cənnətidə ad çəkmədən Əhəmdinejad və onun komandasına, «azmışlar»a, «gümrahlara» qarşı çıxış edib : «Xalq və sistem ayıq olmalı, yolunu azmış cərəyanın hər bir hərəkətini nəzarət altında saxlamalıdır,Onların bu işləri, bir sıra mənfur siyasi məqsədləri uğrunda pul yığması, pul paylaması xalqın gözündən yayınmır. ETTELAAT rəhbərinin işdən çıxarılması və rəhbərin onu yenidən vəzifəsinə qaytarmasından sonra bu məsələ ölkə ictimaiyyətinin diqqətini cəlb etdi. Həm daxildə, həm də xaricdə toy-bayram edib, güman etdilər ki, bununla da hakimiyyət daxilində ixtilaf və nifaq yaranacaq. Biz bu hadisəni gözləmirdik. Lakin bu baş verdi.
Təkcə müharibə acı deyil. Psixoloji (psikoloji) müharibə də belədir. Bu da fitnəçilərin başlatdığı, sonu xeyirlə bitən bir müharibə idi. Lakin daxili və xarici düşmənlər belə hadisələrin törənməsinə sevinməməlidirlər. Onlar bilməlidirlər ki, bizim xalq heç kəslə ömürlük qardaşlıq əhdi bağlamayıb. Onlar bilməlidirlər ki, bu məmləkət “Vəliyyi -fəqih”in (ayətullah Xamneyinin tutuduğu vəzifə-S.S.) məmləkətidir.
Bu gün bəzi şəxslər öz mənfur siyasi məqsədləri üçün “Vilayəti fəqih”i istədiyi kimi təfsir edirlər. Halbuki bu, alimlərin və islamşünasların işidir. Heç kəsin “Vilayəti fəqih”i öz siyasi maraqlarına uyğun təfsir etməyə ixtiyarı yoxdur. Bu gün bir sıra səbəblərə görə onlara qarşı tədbir görmək məsləhət olmasa da, bir gün xalq və sistem onlarla haqq-hesab çəkəcək.
Bunlar bir tərəfdən pul və əlaqə vasitəsilə fəaliyyət göstərir, digər tərəfdən də əcnəbilərə üz verib, amerikalılara yaşıl işıq göstərir, qanunsuz və xoşagəlməz işlərlə məşğul olurlar. Bir gün kimisə vəzifədən çıxarırlar, səbəbini soruşanda da deyirlər ki, bunu ağa əmr edib. Bunu eşidən şəxs “ağa” eşitdikdə elə güman edir ki, söz ali rəhbərin əmrindən gedir, lakin o dönüb deyir ki, yox, ağa İmam Zamanın (12-ci imamı Həzrət Mehdi) əmri ilə onu işdən azad etmişəm».
Oxşar fikri, BMT (Birləşmiş Millətlər Təşkilatı) baş Assambleyasının toplantısından dönədən sonra M.Əhmədinejadda söyləymişdi: «Çıxışma ağa yardım etdi…».
Bu sayaq örnəklərə əsasən,belə qənaətə gəlmək olar ki, Tehran hakimiyyəti mənəvi cəhətdən aşınır. Ölkənii idarə edənlər ideya boşluğundan və təşəbbüssüzlükdən artıq insanların inanclarına belə müdaxilədən çəkinmir. Başqa sözlə, İran ahkimiyyəti «gümrahlaşır»… Sədrəddin Soltan
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu