“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
GünAz TV: Tehran hakimiyyəti daxilində ziddiyyətdən qalib çıxmaq, habelə artmaqda olan sosial etirazları önləmək üçün prezident Mahmud Əhmədinejad və başçlıq etdiyi hökumətin başqa üzvləri vətəndaşlara çeşidli vədlər verməkdədir.
İslam Respublikasının (Cümhuriyyətinin) informasiya vasitələrinin yaydığı xəbərə əsasən, mənzil tikintisi və şəhərsalma nazirinin müavini Əbülfəzl Sumalu bildirib ki, cari ildə banklarla ötən ilki kimi yaxşı əməkdaşlıq qurularsa, habelə «Mənzil mehri» proqramına büdcədən gərəkən məbləğdə vəsait ayrılarsa, o halda 2013-cü ilə kimi İranın bütün vətəndaşları mənzillə təmin ediləcək.
«Ötən il 40 min mənzil təhvil verilib, 200 min isə istismara (istifadəyə) hazırdır»-deyə, o, söyləyib.
Nazir müavini bu bəyanatı, çörək bahalaşandan sonra verib. Bir gündə çörəyin Ən çox alınan növünün 45 faiz bahalaşmasına elə ciddi etiraz olmasa da, hakimiyyət bundan belə rahatsızdır. Çünki cəmiyyyətin bu sayaq məsələlərə təpkisi iqtidarın müəyyən nəticələr çıxarmasına yardım edir. Bahaşlarmanın sükutla qarşılanmasından rahatsızlıq hökumətin yeni-yeni vədlər verməsi ilə müşahidə olunur.
Qeyd edək ki, İranda aylıq minimum əmək haqqı 300 dollara yaxındır. Ölkədə işləyən vətəndaşların 40 faizə yaxını isə ayda bu qədər maaş alır.
İndiki ağır maliyyə durumunda Tehran hakimiyyətinin bu vədinin öhdəsindən gələcəyi inandırıcı görünmür.
Bu yaxınlarda İranın «İRNA» xəbər agentliyində maraqlı bir xəbərə rast gəldik. Orada deyilirdi ki, İslam Respublikasının rəhbərliyi körfəz üzərindən «nəhəng körpünün» tikinisinin özülü qoyulub. Bu körpü Bəndər-Abbas şəhəri ilə Keşm adasını birləşdirməlidir.Uzunluğu 2,3 km olacaq bu «nəhəng körpü» tikintisinin layihəsi 650 milyon avrodur. Amma onun tikintisinə 38 il sərf ediləcək. Başqa sözlə ildə 60 m, gündə 10 santimetr inşa olunacaq. Hakimiyyət bu körpünün bölgə iqtisadiyyatının inkişafına və yük daşınmasına böyük töhvə verəcəyinə ümid edir.
38 ilə 2,3 km-lik körpünü tikməyi planlaşdıran bir hakimiyyətin 2013-cü ilədək evsiz ölkə vətəndaşlarının hamısının mənzillə təmin olunacağına inanmaq çox şübhəlidir. Ona görə də məsələnin arxasında daha çox siyasətin durduğu istisna edimir.
Bir neçə il öncə İranda baş vermiş zəlzələ sübut etdi ki, atom – nüvə texnologiyası əldə etməyə ciddi-cəhd edən Tehran hakimiyyəti ölkə vətəndaşlarının yaşadığı binaların zəlzələyə davamlılığından xəbərsizdir.
Xatırladaq ki, son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin Cənub-Şərqində yerləşən Bəm şəhərində baş verib. Zəlzələ nəticəsində 31 min insan ölmüş və palçıqdan tikilən evlər dağılmışdı.
Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyununda Rixter (rişter) cədvəli üzrə 7,7 bal gücündə baş vermiş zəlzələ hesab olunur. Onda bu təbii faciə nəticəsində 37 min insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində isə 100 mindən çox insan xəsarət almışdı.
İranın rəsmi xəbər qaynaqları bildirir ki, ölkədəki binaların yarısı seysimik cəhətdən davamsızdır (zəlzələ qarşısında davamsızdır). Ötən il Şimali Xorasan əyalətində jurnalistlər qarşısındla çıxışı zamanı şəhərsalma və yaşayış binalarının tikintisi nazirinin müavini Seyidmahmud Fatimi qeyd etmişdi ki, son zamanlar bu istiqamətdə işlər görülsə də, davamlılıq istənilən səviyədə deyil. Onun sözlərinə görə, bu işlərə 2006-cı ildən başlanılıb.
Göründüyü kimi hər iki tarix M.Əhmədinejadın prezidentliyi ilə bağlıdır. O, ilk dəfə 2005-ci ildə prezident olub. 2013-ci ildə isə iki dövrlük prezidentliyinin müddəti başa çatır. Başqa sözlə, indiki hökumətin əvvəlkilərdən daha çox işlədiyi bu yolla əhaliyə çatdırılır. Yaxud «prezidentin işləməsinə mane olurlar, maliyyə vəsaiti buraxılmır» kimi bəhanələr indidən hazırdır.
2010-cu ilin sonunda M.Əhmədinejadda bəyan etmişdi ki, onun başçılıq etdiyi hökumət iki il ərzində işsizliyi «tamailə ləğv edəcək».
Əhmədinejad preident olandan bəri sosial yönlü çoxlu vədlər verib. O, prezidentliyinin ilk illərində evsiz ailələr və ailə qurmaq istəyən gənclərin mənzillə təmin edilməsi üçün fonda yaratdı. Bu, təbliğatdan uzağa getmədi.
Bundan başqa öətn il Əhmədinejad ailədə doğulan uşaqların sayının artırılması ilə bağlı yeni vəd verdi. Düzdür, sosial problemlər ucbatından gənclər gec ailə qurur, eləcə də ölkədə ənənəvi çox uşaqlılıq yerini bir və ya iki övladlılığa verməkdədir. Belə bir hal təbii ki perspektivdə (çeşməndaz) ölkənin ciddi demoqrafiq problemlə üzləşəcəyindən xəbər verir. Bundan başqa 1979 –cu ilin fevralında öldürülmüş, İslam Respublikasının məhkəməsiz qətlə yetirdiyi siyasilər və adi insanların, İran – İraq savaşında həlak olumuş (rəsmi məlumatlara görə 1,5 milyon nəfərdir) subay gənclərin varissizliyi, habelə milyonlarla vətəndaşın ölkəni tərk etməsi də bu prosesə mənfi təsir göstərməkdədir.
Doğumun sayının artımı üçün hər ailəyə doğulan bir uşaq üçün anadan olan kimi Əhmədinejad 780 avro həvəsləndirici müavinat veriləcəyini boyun olub.
Hələ 1993-cü ildə İran İslam Respublikası əhalinin sayının azaldılması (planlaşdırılıması) məqsədi ilə Misirdə keçirilən beynəlxalq toplantıya«Əhali artımının planlı idarə olunmasına dair» konfransa bu şüarıla : «Övladın az olması, yaşamın yaxşı olmasıdır!» (farscası belə idi «Fərzəndi kəmtər, zindegi behtər!») gedirdi. O zaman hakimiyyətə müxalif olanlar bildirirdi : «Şahın dövründə aborta qarşı çıxan hakimiyyət indi bu təbii artımın qarşısını zorla almaq istəyir».
Bu baxımdan M.Əhmədinijatın 780 avro ilə bağlı vədi «əhaliyə rüşvət vermək cəhdi» kimi dəyərləndirir. Ölkdə iqtisadi, siyasi və sosial sahədə ciddi problemlərin mövcudluğunu ölkə rəsmiləri də inkar etmir.
32 il ərzində mövcud rejim bu sayaq çoxlu vədlər verib. Belə davranışı, boş-boş vədlər nəticəsində hakimiyyət xalq arasında etibarını itirməkdədir.
Xatırladaq ki, İran prezidentinin vədi ilə bağlı hökumət və parlament heç bir qərar, yaxud qanun qəbul etməyib.
Nə isə…bu yazını bir lətifə ilə bitirmək istərdik. «Keçmiş SSRİ-də (Şurəvidə) kolxozlaşmanın ilk illərində kəndə bir təbliğatçı-partiya işçisi gəlir. O, kolxoz quruculuğunu təfirlədikcə, yaşlı bir kişi «heç inanmıram»-deyirmiş. Bundan bezən patiya işçisi tapçasının çıxarır, üzünü qocaya tutub, deyir : «bu tapça ilə beynini dağıdaram». Yaşlı kişi isə cavabında: «Bax, buna inanıram».
Tehranında vədləri buna çox oxşayır.
Sədrəddin Soltan
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu