“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
GünAz TV: «Al-Qaeda» lideri Osama bin Ladenin öldürülməsi məsələsi Azərbaycanın siyasi dairələrində müzakirə olunmaqdadır.
Bu barədə Azərbaycanlı siyasilər «bir nömrəli terrorçusu» adlandırılan Osama bin Ladenin zərərsizləşdirilməsinin dünya düzəninə müsbət təsir edəcəyini deyirlər.
ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) Azərbaycandakı səfiri Matthew Bryza mayın 2-də jurnalistlərə açıqlamasında bildirib ki, bu hadisə yalnız ABŞ üçün deyil, sülh və əmin-amanlıq istəyən bütün xalqlar üçün böyük qələbədir:
«Bu insanın bütün fəaliyyəti dağıtmağa yönəlmişdi. O, dünyanın ən böyük dinlərindən birindən öz məqsədləri üçün istifadə edirdi. Biz çox şadıq ki, o, indi yoxdur. Biz dünyaya sivilizasiyalar (təməddünlər) arasında toqquşmanın olmadığını sübut edəcəyik.
BİN LADENİ TƏKRARLAYAN OLMAYACAQ?
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Ana Vətən Partiyasından olan deputat (millət vəkili) Zahid Oruc hesab edir ki, Osama bin Ladenin ölümü ABŞ-ın uzunmüddətli antiterror fəaliyyətinin nəticəsində baş verib. Bu, dünyada terrora qarşı aparılan mübarizənin
effektliliyini (təsirliyini) göstərir. Zahid OrucOnun fikrincə, bu hadisə
bir daha sübut edir ki, terror nə qədər müasir silahlara, mühüm kəşfiyyat məlumatlarına malik olsa da, ona qalib gəlmək mümkündür. Z. Oruc deyir ki, bu, həyata keçirilməsi çox vacib olan bir hadisə idi:
«Hesab edirəm ki, dünyada terrora qarşı mübarizə bütün cinahlarda, bütün məkanlarda aparılmalıdır. Şəri - cəmiyyət həyatını, millətlərin həyatını təhdid edən bütün amilləri yalnız bu halda ortadan götürmək olar. Həmçinin, bu, heç bir halda soyuq savaş, dinlərarası konfliktlər (qarşıdurma), yeni ərazilərin ələ keçirilməsi vasitəsinə çevrilməməlidir».
Z. Oruc ümid edir ki, Osama bin Ladeni ətrafındakılardan kimsə təkrarlaya, eləcə də onun ölümündən kimlərsə dinlərarası konflikti dərinləşdirmək məqsədilə istifadə edə bilməyəcəklər. Dünya da artıq bütün terror qruplarına qarşı eyni səmimiyyətlə mübarizə aparacaq.
NƏZARƏTSİZ ZONALAR
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə deyir ki, dilindən, dinindən və irqindən asılı olmayaraq, dünyanın harasında terror varsa, orada pislik, qarşıdurma, ölüm var. Ona görə də dünyada heç bir terrorçu təşkilat qalmamalıdır:
«Təbii ki, «Al-Qaeda»ya, onun lideri Osama bin Ladenə qədər də terrorçular, adı dünyaya bəlli olan terrorçu qruplar var idi. Bu hadisə ilə də terror bitmir. Amma hesab edirəm ki, terrorun daha güclüsü olmayacaq».
İ. Ağazadə çağırışlara məhəl qoymayıb terroru durdurmayanlarla bu şəkildə davranmağı ədalətli sayır. O, deyir ki, belə terrorçuların zərərsizləşdirilməsinin əsas çətinliyi dünyada hələ də nəzarətsiz zonaların çox olmasıdır.
DEMOKRATİKLƏŞMƏYƏ TÖHFƏ
AXCP sədri Əli Kərimli isə bir atalar misalını xatırladıb deyir ki, «su sənəyi suda sınar», yəni terrorla məşğul olanın axırı belə olmalı idi.
Osama bin Laden də bir gün cəzasını almalı idi. Onun fikrincə, bu hadisə təkcə dünyada terrorla mübarizə işinə böyük bir töhfə deyil. «Al-Qaeda» liderinin zərərsizləşdirilməsi eyni zamanda müsəlman dünyasının demokratikləşmə prosesinə öz müsbət təsirini göstərəcək:
«Demokratikləşmənin qarşısını almaq istəyən Şərqin bütün despotik liderləri çalışırdılar ki, Osama bin Ladenin, «Al-Qaeda»nın adından bəhanə kimi istifadə edib öz avtoritar rejimlərini qoruyub saxlasınlar. Hər cür müxalifət funksiyasını (görəvini) daşıyan insanları da onlarla əlaqədə suçlayırdılar».
Ə. Kərimli düşünmür ki, Osama bin Ladenin öldürülməsi ilə bu terror şəbəkəsi dünyada öz fəaliyyətini dayandıracaq. Amma deyir ki, hər halda bu hadisə terrorla mübarizəyə və müsəlman dünyasında demokratikləşməyə müsbət təkan olacaq.
BİR TERRORÇUNUN YERİNƏ BAŞQASI GƏLİR
Politoloq Zərdüşt Əlizadə isə deyir ki, «Al-Qaeda» lideri Osama bin Ladenin öldürülməsi ilk növbədə onun həqiqətən də mövcud olduğunu təsdiqləyən hadisədir. Digər tərəfdən, dünyanın ən qüdrətli dövlətinin Osama bin Ladeni 15 il təqib edəndən sonra ovlaya bilməsi onu göstərir ki, terrora qarşı mübarizə istiqamətində inkişaf var. Və belə getsə, növbəti hədəf Müəmmər Qəddafi olacaq:
«Amma Osama bin Ladenin öldürülməsi ilə məsələ həll olunmur axı. Terrorizmi doğuran ictimai, siyasi, iqtisadi səbəblər var. Tarixdən də bəlli - inkaredilməz həqiqətdir ki, bir terrorçu gedir, onun yerinə başqası gəlir. Ona görə də terrorizmi doğuran səbəbləri-ictimai bərabərsizliyi, ədalətsizliyi, qanunsuzluğu aradan qaldırmaq lazımdır».
Mayın 2-də ABŞ prezidenti Barak Obama elan edib ki, «Al-Qaeda» lideri Osama bin Laden Pakistanda keçirilən əməliyyatda öldürülüb. O, bildirib ki, «Bin-Ladenin ölümü «Al-Qaeda»nı məğlub etmək yönündə ölkəmizin ən mühüm uğurudur. Amma onun ölümü hələ də bizim səylərimizin sonu deyil». Azadlıq radiosu
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu