“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, “Odlar Yurdu” Diaspor Təşkilatının sədri Murad Camalzadədir.
- “Odlar Yurdu” Diaspor Təşkilatı nə zaman yaranıb və xüsusilə, fəaliyyətində əsasən hansı prinsipləri əsas götürüb?
- “Odlar Yurdu” Diaspor Təşkilatı 2008-ci ildə Böyük Britaniyada yaradılıb. Təşkilat Londonda təhsil alan İlham Nağıyevin təşəbbüsü ilə bir qrup azərbaycanlı tələbələr tərəfindən təsis olunub. Təşkilatın yaradılmasının əsasında Azərbaycan Respulikasının (Cümhuriyyətinin) diaspora quruculuğunda iştirak etmək, bu sahədə dövlətimizin həyata keçirdiyi siyasətə dəstək olmaq ideyası dayanırdı. Yarandıqdan dərhal sonra təşkil olunan tədbirlər, həyata keçirilən layihələr təşkilatın öz ideyasına sadiqliyini sübüt etdi. Təşkilatın əsas fəaliyyət prinsiplərindən (ilkələrindən, əsllərindən) biri Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə düzgün və dolğun çatdırılması, beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmək funksiyası (görəvi) idi. Elə bu məqsədlə də 2008-ci ildə fevral ayında Xocalı soyqırımının il dönümü günü İngiltərə Parlamenti qarşısında keçirilən etiraz aksiyasının (yürüşünün) əsas təşkilatçılarından biri də məhz “Odlar Yurdu” Diaspor Təşkilatı oldu. Daha sonra həmin ilin mart ayının 16-da Londonda keçirilən Lobanovski adına Futbol Turnirində iştirak edə bilmək üçün təşkilatımız tərəfindən “Baku United” adlı futbol komandası yaradıldı və bu turnirdə ölkəmiz də təmsil edildi. Azərbaycanın təmsil olunması sahəsində həyata keçirilən ən mühüm layihələrdən biri də “Azerbaijan – Past, Present and Future” adlı sərginin təşkil olunması idi. Londonun nüfuzlu “Şərq və Afrika Tədqiqatları İnstitutunda” (SOAS) 1 ay ərzində davam edən bu sərgi azərbaycan mədəniyyəti, tarixi və müasir həyatı barədə əcnəbi vətəndaşların məlumatlandırılması baxımından əlamətdar hadisə idi. “Odlar Yurdu” Diaspor Təşkilatının digər bir fəaliyyət prinsipi isə xaricdə yaşayan soydaşlarımızın bir araya gətirilməsi, onlar arasında əlaqələrin və birliyin gücləndirilməsi üçün işlərin görülməsidir. Bu istiqamətdə də təşkilatımız bir sıra layihələrə imza atmışdır. Belə ki, 2008-ci ildə mart ayının 19-da Londonda təhsil alan Azərbaycanlı qızlar arasında “Miss Azerbaijan London” adlı gözəllik müsabiqəsi təşkil olundu. Həmçinin Novruz bayramı münasibətilə “Novruz” və “Baku Nights” adlı partilər də keçirilmişdir. Çexiyada fəaliyyət göstərən nümayəndəliyimiz tərəfindən hər həftə sonları Praqadakı tələbələrimiz arasında Mafia oyunları təşkil olunur. Bütün bu tədbirlər soydaşlarımız arasında qarşılıqlı əlaqələrin genişlənməsinə və birliyin gücləndirilməsinə xidmət edir. Təşkilatın əsas fəaliyyət prinsiplərindən biri də digər ölkələrdə yaşayan və təhsil alan tələbələrimizin bu sahədəki fəaliyyətinə dəstək olmaqdır. Belə ki, 2011-ci ilin fevral ayında Litvanın Kaunas şəhərində təhsil alan tələbələrimiz tərəfindən Xocalı soyqırımı ilə bağlı tədbir keçirilməsində, mart ayında Novruz bayramı münasibətilə parti təşkil olunmasında təşkilatımız maddi və mənəvi dəstək göstərmişdir. Həmçinin 2011-ci ilin fevral ayının 11-13-də Latviyada keçirilən beynəlxalq turizm sərgisində Litvada təhsil alan gənclərimizin də iştirakı təşkil olundu. - Təşkilat fəaliyyətində Güney Azərbaycan məsələsinə önəm verirmi? Əsas orada baş verən hadisələr sayt və dərgilərinizdə işıqlandırılırmı?
- Güney Azərbaycan Bütöv Azərbaycanın ayrılmaz bir tərkib hissəsidir və orada baş verən bütün proseslər bizi də düşündürməkdədir. Təşkilatımızın keçirdiyi tədbirlərdə və layihələrdə cənubdan olan soydaşlarımız da yaxından iştirak edir, diaspora quruculuğu istiqamətində bizimlə birgə addımlayırlar. Təşkilatımız tərəfindən Londonda Azərbaycan dilində çap olunan və dünyanın bir çox ölkəsinə göndərilən “Odlar Yurdu” qəzetində də bu məsələ geniş işıqlandırılır. Qəzetimizdə xüsusi bölmə yaradılmışdır və hər dəfə Güney Azərbaycanda cərəyan edən ictimai-siyasi, mədəni proseslər, mövcud olan problemlər öz əksini tapır. Həmçinin internet saytımızda da (www.oyo.org.uk) bu məsələlərə ciddi fikir verilir.
- Bir gənc olaraq, xalqımızın birləşməsi yolunu necə görürsünüz?
- Bunun üçün ilk növbədə tarixi şərait yetişməlidir. Bu tarixi şəraitin yetişməsini isə xalqımızın öndə olan təmsilçiləri sürətləndirməlidir. Bizim atacağımız addımlar dünyanın bölünmüş bir xalqın taleyinə biganəliyini aradan qaldırmaqdır.
- Digər diaspor qurumları əlaqələriniz hansı səviyyədədir?
- Bu sahədə fəaliyyət göstərən təşkilatlar və qurumlarla əməkdaşlıq təşkilatımız üçün prioritet (öncəlik) məqsədlərdən biridir. Belə ki, istər Böyük Britaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən tələbə cəmiyyətləri, istərsə də digər ölkələrdəki diaspor təşkilatları ilə əməkdaşlıq edirik. Kanada, Norveç, Fransa, Almaniya, Rusiya, Ukrayna, Litva, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qazaxıstan, Qırğızıstan, Koreya, Avstraliya və digər ölkələrdəki təşkilatlarla əməkdaşlıq əlaqələrimiz var. Bu gün erməni diasporu öz yalançı həqiqətlərinin yayılması istiqamətində dünya ictimaiyyətini çaşdırmaqla məşğuldur. Nə edə bilərik ki, bu yalançı informasiyalar az inandırıcı xarakter daşısın?Bunun üçün biz ilk növbədə təbliğatda da hücum mövqeyində olmalıyıq. Yəni ermənilərin yalanlarını yayacaqlarını gözləmədən reallıqları çatdırmalıyıq. Son illərdə diasporun bu işdə uğurlarını mütləq qeyd etməliyik. İndi ermənilərin qarşısına mütəşəkkil Azərbaycan diasporu çıxır. Bununla belə, bir reallığı qeyd etməliyik ki, erməni diasporunun yalanlarını yaymaq üçün xərclədiyi maliyyə öz işini görür. Gəlin açıq danışaq, bu gün dünyanın istənilən yerində təbliğat məsələlərində maliyyə faktoru mühüm rol oynayır. Dünya ictimaiyyətinin əlahiddə erməni sevgisində də bunu aydın görmək olar. Erməni diasporunun mühüm üstünlüyü yaşadıqları ölkələrdə seçki kampaniyalarına, media strukturlarına (yapısal, saxtar) pul ayıraraq onları ələ almalarıdır. Yaxın tarixdə ABŞ-da (Amerika Birləşmiş Ştatlarında) sığorta fırıldaqlarında adı hallandırılan ermənilərin cinayət yolu əldə etdikləri pulların bir hissəsini belə bu işlərə yönəltdiyini bütün dünya gördü. Təəssüf ki, dünyanın reallığı budur. Azərbaycan diasporunun da imkanlı üzvləri cəsarətlə təbliğata, xaricdə ölkəmizin maraqlarını qoruyacaq dostlarımızın çoxalmasına vəsait xərcləməlidir. Beynəlxalq ictimaiyyətlə onların xoşladıqları dildə danışmalıyıq.
- Qarşıda Azərbaycanın tanıdılması istiqamətində hansı layihələri həyata keçirməyə planlaşdırırsınız?
- “Odlar Yurdu” Diaspor Təşkilatının qarşısında dayanan və fəaliyyət planında prioritet kimi qeyd olunan əsas məsələlərdən biri bəzi ölkələrdə təşkilatın nümayəndəliklərinin təsis olunması və fəaliyyət coğrafiyasının genişləndirilməsidir. Avropanın bir ölkəsində (hələ ki adını bildirmək istəmirəm) Azərbaycan Evinin yaradılması, orada yaşayan Azərbaycan ailələrinin uşaqları üçün Azərbaycan dili kurslarının keçirilməsi kimi məqsədlər var.
Həmçinin qeyd etmək istəyirəm ki, aprelin 30-da Çexiyanın Paytaxtı Praqa şəhərində “Heydər Əliyev kuboku” adlı futbol turniri start götürəcək. Mayın 7-nə qədər davam edəcək turnirdə 12 ölkədən olan komandalar iştirak edəcək.
Söhbətləşdi: Elnur Eltürk
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu