SON XƏBƏRLƏR

İran diplomatı Bəhreyndən çıxarılacaq

2021.10.20, 07:36
İran diplomatı Bəhreyndən çıxarılacaq

Gunaz.tv

GünAz TV: Ölkənin Xarici İşlər Nazirliyi iranlı diplomat Höcətulla Rəhmaninin Küveytə casusluq etdiyini deyir.

GünAz TV mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, Bəhreyn İran diplomatının Küveytlə casusluqla əlaqəsi olduğunu deyərək, onun ölkədən çıxarılmasına göstəriş verib. Bəhreynin dövlət xəbər agetliyinin bildirdyinə görə, Bəhreynin Xarici İşlər Nazirliyi bazar ertəsi iranlı diplomat Höcətulla Rəhmaninin 72 saat ərzində ölkəni tərk etməli olduğunu bəyan edib. Bəhreyn İranı beynəlxalq münasibətlərə və regionda (bölgədə) təhlükəsizliyə hədə ola bilən addımlarına son qoymağa çağırıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst isə Bəhreynin belə bəyanatlarının İranla qonşuluq münasibətlərinə zidd olduğunu deyərək, İranın buna eyni ölçülərlə cavab verə biləcəyini bildirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar