Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV: Yaxın və Orta Şərqdə on illərlə hakimiyyətdə olanlarını devrilməsi, eləcə də kök salmış ailəvi rejimlərə qarşı etiraz çıxışlarının səsi İran İslam Respubliksında (Cümhuriyyəti) da eşidilməkdədir.
Elə bu səslər Tehran hakimiyyəti daxilində ört-basdır ediləsi mümkün olmayan narazılıqlar yaradır.
Düzdür, İrandakı etiraz aksiyalarında (yürüşlərdə) «Diktatora ölüm!» şüarı ərəb dövlətlərindən öncə səslənirdi. Ancaq Tunisin və Misirin prezidentləri istefa verəndən sonra yeni şüar ortaya çıxdı: «Mübarək, bin Əli, növbəti Seyid Əli!».
Ötən 30 ildə ilk dəfə bu sayaq fikrilər səslənib, şüralar verilmişdi.
2011-ci ilin ilk günlərində prezident Mahmud Əhmədinejad 14 müşavirini işdən azad etdi-Mehdi Kəlhor, Müctaba Rəhmandust, Davud Daneş-Cəfəri, Əbülfəzl Təvəkküli- Bina, Məhəmmədrza Etimadian, Kazım Vəziri - Xamanə, Məhəmməd Səttari-Vəfai, Mehdi Çəmran, Məhəmməd Royanian, Əli Müntəziri, Əliəsğər Zareyi, Mehdi Mustafəvi, Hacəli Əkbəri və Susən Keşavərz.
Onda prezidentin müşavirləri şurasının rəhbəri Mehdi Xorşidi jurnalistlərə açıqlamasında demişdi: «Əhmədinejad işdən çıxarılan müşavirlərə bundan sonra digər sahələrdə səmərəli xidmət arzulayıb.Bu qədər müşavirin tutduqları vəzifədən azad olunması birbaşa Əhmədinejadın göstərişi ilə həyata keçirilib”.
Əhmədinejadın mətbuat üzrə müşaviri, İRNA agentliyinin baş dirktoru Əliəkbər Cavanfikr isə jurnalistlərlə görüşündə 14 müşavirin birdən-birə işdən çıxarılmasını adi hal saydığını bildirərərək, söyləmişdi: «Burada qəribə heç nə yoxdur. Bu, adi haldır. Bunların bəziləri təqaüd yaşına çatmışdı, bəziləri də könüllü olaraq tutduqları vəzifədən azad olunmalarını istəmişdi. Prezident onların yerinə yeni müşavirlər təyin edəcək”.
Bu günlərdə isə Mahmud Əhmədinejad yaxın adamlarından birini, qohumunu, köməkçisi və prezident aparatının başçısı İsfəndiyar Rəhim-Məşaini tutduğu vəzifədən azad etdi.
Ötən həftənin sonunda İranın informasiya və təhlükəsizlik naziri (ETTELAAT) Heydər Müslehinin istefası ilə bağlı məsələ hakimiyyətiçi ziddiyyətlərinə daha dərin olduğunu bir daha təsdiqlədi.
Xatırladaq ki, istefa ilə bağlı onun ərizəsini prezident Əhmədinnejad təsdiqləsə də ali rəhbəri ayətullah Xamneyinin göstərişi ilə naziri vəzifəsini yenidən icra etməyə başlayıb.
Müslehinin istefa xəbərini ilk dəfə hakimiyyətin rəsmi informasiya vasiəsi, «İRNA» agentliyi yayıb. Həmin agentliyin yaydığı başqa bir xəbərdə isə bildirilmişdi ki, İran prezidenti Mahmud Əhmədinejad Müslehinin istefasını qəbul edərək, onu təhlükəsizlik işləri üzrə müşaviri postuna gətirib.
Bu olay sübut etdi ki, Müslehi öz xoşuna istefa verməyib.
Hadsiələrə İranın ali rəhbəri ayətullah Xamneyinin qiymətə verməsi rejimiçi münaqişənin mövcudluğan şübhə yeri qoymadı.
Ötən cümə Fars əyalətinin yerli əhalisi qarşısında çıxışı zamanı o, bu məsələyə bir daha münasibət bildirib. Onun sözlərinə görə, hazırda dünyada və bölgədə «islam oyanışı» prosesi gedir, odur ki, İranın ali rəhbəri «xalqa və bütün rəsmilərə birliyi, həmrəyliyi qorrmuğı» tövsiyə deərək, deyib : «Bu gün hakimiyyətin hər üç qolu, özəlliklə hökumət çalışır, xalqa xidmət edir. Bununla belə xalq və rəhbərlik (İrana Anna Yasasına əsasən dövlətin ən ali orqanı rəhbərlikdir və bu qurum ali rəhbəri seçir-S.S.) ölkədə zəhmət çəməyi və xidmət etmək kursunu dəstəkləyir. Ancaq rəhbərlik istənilən məmurda xalqın mənafeyinə məsuliyyətsiz yanaşıldığını hiss etsə, o zaman işə müdaxilə edəcək. Adi həyatda olduğu kimi İran xalqının uca amallara doğru əzəmətli hərəkatına düz yollardan zərrə qədər olsun sapılmasına heç vaxt imkan verməyəcək».
O, İslam Respublikasına «düşməncəsinə aparılan təbilğatdan» danışaraq, bunun baş verməsinin əsas səbəbinin «İran xalqıqın öz haqlarını müdafiə etməsi» ilə əlaqələndirib : «Bütün bu təzyiqlərə baxmayaraq, islam hakimiyyəti möhkəm durub, heç kəsdən qorxub, çəkiməyib… Xalq və hakimiyyət islam dövlətinin bu qayalar kimi möhkəm duruşunu qoruyub, saxlamalıdır…Aranıza ikitirəlik düşməsi və uçrum yaranması üçün düşmənin öz təbliğatında və məkrli siyasətində qarşıya qoyduğu məqsədləri gerçəkləşdirməsinə imkan verməyin».
Aytullah Xamneyinin çıxışını bu hissəsinsini qısaca dəyərləndirək. «Düz yol» dedkidə İranın ali rəhbəri nəyi nəzərdə tutur? Heç kimə sirr deyil ki, əvvəllər hakimiyyətdə təmisil olunmuşlar belə indik vəziyyətin davam edə bilməməsini vurğulayırlar. Bu baxımdan «düz yolu» hakimiyyəti ələ keçirmiş özünü cəmiyyətdə hamıdan ağıllı və qabiliyyətli, imanlı sayan bir qrupp müəyyənlişdrmi. Onu həmin qrup müəyyən edirsə, deməli, Tehran hakimyyəti əsl diktatordur və onun da başında ayətullah Xamneyi durur.
Çıxışının ardında isə o, «…saxlamalıdır» və başqa fellərin sonunda «-malı, -məli» şəkilçilərin işlədir. Bu isə hakimiyyətin möhkəm olmadığın, reijm başçıları ilə cəmiyyət arasında uçrumun yarandığını sübuta yetirir.
Öz ölkəsinin əhalisinin, vətəndaşlarının səsini haqlı etirazını eşitmək istəmyən belə rejimlər bütün belə çıxışları «xarici düşmənlərin» təşkil etdiyin söyləyir. Məgər həmin «xarici qüvvələr» öz vətəndaşını «gülləbarana tut» deyir (Suriyanın timsalında). Axı, reijmin odlu silahla qətlə yetirdiyi insanların arasında bir nəfər də olsun xarici qüvvələrin adamı olduğu faktı yoxdur. Deməli, məsələ bu sayaq yanaşma kökündən yanlışdır və s.
Aytəullah Xamneyi ETTELAAT naziri ilə bağlı məsələyə toxunaraq, bu olayın o qədər də «önəmli olmadığını» söyləyib: «O qədər də əhəmiyyət daşımayan bu insidentlərlə bağlı xarici xəbər agentliklərinin apardığı səs-küylü təbliğata fikir verin. Onlar öz təhlillərində deyirlər ki, İslam Respublikasında ikitirəlik, ikiqütblü hakimiyyət yaranıb, prezident ali rəhbərliyin sözü qulaqardına vurub». O, Mahmud Əhmədinejadın fəaliyyətini də tərifləməyi unutmayıb. Bununla belə vurğulayıb : «Rəhbərlik heç vaxt hökumətin işlərinə və qəbul etdiyi qərarlara müdaxilə etmək niyyətində olmayıb. Yalnız bir hal istisnadır- hansısa məqamda xalqın və ölkənin mənafeyinə məsuliyyətsiz yanaşıldığını hiss edlidkidə».
Onda belə çıxır ki, Mahumd Əhəmədinejad nazirin ərizəsiniə qəbul etməklə məsuliyyətsizliyə yol verib. Bu səbəbdən də H.Müslehini şəxsən ayətullah Xamneyi vəzifədə saxlayır. Bəs, görəsən bu, ziddiyət deyil? Bir də İranın Anna Yasasına əsasən, son sözü həmişə ali rəhbər deyir.
Bu baxımdan ayətullah Xamneyinin «hökumətin işinə qarışmır» bəyanatı da yersiz görünür. Onda ali rəhbərlik nə işlə məşğul olur?
Bütün diktatura reijmlərinin başçıları kimi İranın ail rəhbəri də «ali rəhbərliyin öz düzgün mövqeyində möhkəm durduğunu» bildirib:«Nə qədər ki mən sağam, əlimdə səlahiyyətlərim var, İran xalqının uca amallara doğru əzəmətli hərəkatına zərrə qədər də olsun düz yoldan sapınmasına imkan verməyəcəyəm».
Yeri gəlmişkən, martın ortalarında yeni «seçilmiş» Dini ekspetrlər (dinşünaslar) şurasının üzvləri ilə görüşdə «oyundankənar vəziyyət» saxlanılaraq, quruma sədrlikdən uzaqlaşdırılan Haşimi –Rəfsəncanin də könlünü almaq istəyən ayətullah Xamneyi demişdi : «düşmənlər elə zənn edirdi ki, Şura üzvləri arasında parçalanma yarancaq. Ancaq bu baş vermədi...Mən ondan məsuliyyət, müdriklik gözləyirdim və bu baş verdi».
Baş verənlərdən belə nəticəyə gəlmək olar ki, İranda ayətullah Xamneyinin başçılığı ilə yenidən diktatura rejimi yaradılır. Çünki M.Əhmədinejad son illər özünü rejimin yiyəsi kimi aparırdı. Odur ki, ayətullah Xamneyi ona və onun arxasında duranlar yerlərini göstərdi. Bu, İranda diktatura rejimini möhkəmləndirməyə və ya rejimin ömrünü uzatmaq üçün edilən çaba kimidir. Bu sayaq hakimiyyət təmsilçilərinin bu sayan bəyanatları və çıxışları həm də rejimin rənginin solmasını göstərir. Başqa sözlə bayağı ifadələrlə ayətullah Xamneyi «»şapalaqla» bu rejimin «üzünü qızardır».
«Hökmü verən zamandır»-ifadəsini heç kəs unutmur. Bütün belə rejimlər öz ömrünü daha mütərəqqisinə gec-tez verir.Orta Şərqdə baş verənlər bu proses tezləşdirir. Lap okeandan gələn sel, sunami kimi.
Xatırladaq ki, Mahmud Əhmədinejad tərəfdarlarına məxsus olduğu iddia edilən saytlara - «Doleteyar.com», «mahramanenews.com», «bakerionline.ir», «rahva.ir» və «penhannews.com» İrandan girməyin mümükn olmadığı haqda xəbərlər yayılıb.
Sədrəddin Soltan
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu