Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, “Liverpul Azərbaycan Cəmiyyətinin” Sədri Ramiz Babayevdır.
- İngiltərədə Azərbacan diaspor fəaliyyətini necə qiymətləndirirsiniz? Xüsusilə, Azərbaycan diasporu ictimai- siyasi dairələrə təsir etmək üçün hansı imkanlara sahibdir?
- İlk öncə, İngiltərənin Liverpul şəhərində ilk dəfə tələbələrimiz tərəfindən yaradılan cəmiyyətimizə maraq göstərdiyiniz və müsahibə almaq istəyinizə görə təşəkkürümüzü bildirirəm.
Ümumiyyətlə, son illər azərbaycan gəncləri inkişaf edir. Artıq, Azərbaycanda universitetin bakalavr pilləsini (karşünasi mərhələsini) bitirən, savadlı, özünü dərk edən və dünyagörüşü ilə fərqlənən azərbaycan gənci xaricdə təhsilə maraq göstərir və nəticədə istəyinə nail olaraq, müxtəlif ölkələrin nüfuzlu universitetlərində tələbə adını qazanır. 1991-ci ildən indiyədək, azərbaycan gənclərinə millətimiz və dövlətimiz tərəfindən gözəl təbliğatın nəticəsidir ki, xaricə çıxan hər bir gəncin içində ölkəsini, millətini, tarixini və əlbəttə ki, adət-ənənəsini tanıtmaq istəyi hədsiz dərəcədə yüksəkdir. Buna görə də, təkcə İngiltərəni deyil, dünyanın bir çox ölkəsində gənclərimiz diaspor işində fəallıqla təmsil olunur və əvəzsiz töhfələrin müəllifidirlər.
Azərbaycan Diaspor təşkilatının İngiltərənin ictimai-siyasi dairələrinə təsir etmək imkanları mövcuddur, lakin, bunun həddən artıq böyük təsir qüvvəsinə malik olduğunu demək, bir az arxayınçılıq yaradardı. Buna görə də, hər bir tələbəmiz, həmvətənlilərimiz o cümlədən cəmiyyətlərimiz tərəfindən bu istiqamətdə görüləsi işlər çoxdur.
- İngiltərədə erməni diasporunun fəaliyyəti hiss olunurmu?
- Digər şəhərlər haqqında, fikir yürütmək mənim üçün çətinlik yaratmasına baxmayaraq, Liverpul şəhərində erməni diasporunun fəaliyyəti demək olar ki, hiss olunmur. Lakin, erməni diasporunun burada vaxtı ikən çox gözəl fəaliyyəti olduğunu əminliklə deyə bilərəm. Belə ki, Universitetin Kitabxanasının tarix bölməsində, qondarma erməni soyqırımı, böyük ermənistan adlı kitablarını öz gözlərimlə görmüşəm və onların çap olunma tarixləri və məkanına nəzər yetirdikdə isə həddən ziyadə təəssüf hissi keçirmişəm. Bir çox kitablar amerikada çap olunub 70-80 cı illərə aiddirlər. Erməni diasporasının uğurudur ki, bu gün bu kitablar Liverpul Universitetinin Kitabxanasındadırlar.
Lakin, buna baxmayaraq, hal-hazırda cəmiyyətimiz Azərbaycanın Böyük Britaniyadakı səfirliyi ilə sıx əməkdaşlıq edərək, Universitetin Kitabxanasına, Azərbaycan haqqında ingilis dilində kitabları yerləşdirmək istiqamətində işləri davam etdirir. Belə ki, artıq universitetlə əlaqə saxlanılıb, bəzi kitabların gəlməsini gözləyirik ki, onları universitetin müvafiq qurumuna baxılması üçün təqdim edək ki, kitabın kitabxanaya lazım və ya lazım olmamasını müəyyən edilsin. Bir nüansı qeyd etmək istərdim ki, bu yoxlamanın nəticəsi bizim üçün çox maraqlıdır. Əlbəttə ki, nəticədən də asılı olaraq fəaliyyətimiz müəyyən ediləcək.
- Olmazmı ki, Böyük Britaniyada Azərbaycan cəmiyyətləri bir araya gəlib, birgə fəaliyyət göstərsinlər? Bir vahid mərkəzdən koordinasiya (həmahəngi) olunsun və aktiv fəaliyyət ortaya qoyulsun...
- Mən hal-hazırda, Liverpul Universitetinin magistr tələbəsiyəm, təhsilim dövlət proqramı çərçivəsində maliyyələşdirilib və burada sentyabr ayına qədər qalmağı planlaşdırıram. Cəmiyyətimizin təsis yığıncağında da bildirmişdim ki, əsas məqsəd Liverpulda yaşayan azərbaycanlıların səmimi, mehriban və effektiv şəbəkəsin yaratmaqdır.
Böyük Britaniyada, şəhərlər üzrə Azərbaycan cəmiyyətlərinin vahid koordinasiyası (sistemli idarəçilik) olsaydı pis olmazdı, lakin hal-hazırda mən bu cəmiyyətlərin buna hazır olmadığını düşünürəm. Bundan əlavə, hal-hazırda səfirlik var, dövlət səviyyəsində istənilən təşəbbüsə dəstək verilir. Düşünürəm ki, səfirlik, koordinasiya işlərinin təşkilində gözəl rol oynaya bilər.
- Dağlıq Qarabağ münaqişəsinə baxış hansı istiqamətdədir?
- Ümumiyyətlə, çalışırıq ki, insanları konflikt (münaqişə) mövzusu ilə çox narahat etməyək. Lakin, bu bizim ağrılı münaqişəmiz haqqında ümumiyyətlə danışmamağımız demək deyil. Sadəcə, heç kəsə sirr deyil ki, avropada bu mövzuda danışmaq və eşitmək o qədər də arzu edilən deyil. Buna görə də, hansısa bayramda, tarixi günün qeyd edildiyi gündə, dolayısı ilə, lazımi yerlərə, lazımi ismarjı çatdırmaq niyyətimiz olub, var və həmişə də olacaq. Biz inanırıq ki, cəmiyyət üzvləri, ilin sonunda özlərinə bir ingilis və ya digər millət dost qazandıra bilsələr, bu artıq Azərbaycanın uğuru deməkdir. Hər bir kiçik addım böyük nəticələrin başlanğıcıdır.
- Bildiyimiz qədər Güney Azərbaycandan olan milli fəallar İngiltərədə fəaldırlar. Ümummilli işlərdə Güney Azərbaycan təşkilatları ilə, diaspor qurumlarımız arasında birgə fəaliyyət özünü göstərirmi?
- İlk öncə bildirmək istərdim ki, burada çoxlu sayda Güney Azərbaycanlılarla tanış olmuşuq. Bəziləri, yarı azərbaycanlı yarı fars mənşəli həmvətənlilərimizdilər. Lakin, sizin vurğuladığınız ümummili işlərə, hər kəsin individual (özünə məxsus) yanaşması var. Belə ki, heç də hamı, Cənubi Azərbaycanı, azad görməkdən, milli problemlərdən danışmır. İrandan olan hər kəs, bu ölkədə mövcud olan hakimiyyətdən narazıdır. Bəzən Bakıdan olan gənclərimiz təəcüblənirlər ki, necə olur, cənubi Azərbaycandan heç də hamı, dil və mədəniyyət problemlərindən danışmayaraq, daha çox demokratiyadan danışırlar. Şəxsi bir hisslərimi sizinlə bölüşmək istərdim. Hər dəfə, İrandan olan azərbaycan türkləri ünsiyyət zamanı, mənim millətimi tarixin necə amansızcasına böldüyünə heyfslənir və bundan çox təəsüflənirəm... Xalqımız üçün, müəyyən qədər kədərli bir nüansdır.
Liverpulda yaşayan Güneyli həmvətənlilərimiz əsasən, bizim cəmiyyətin bayram tədbirlərində, müzakirələr üçün yığıncaqlarında iştirak edir, mədəni əlaqələrimizin qırılmamasına töhvə verməkdədirlər.
- Türk diaspor qurumları ilə münasibət hansı səviyyədədir?
- Türklər bizim bacı və qardaşlarımızdılar. Biz harda onlar da orada. Lakin, kaş ki, deyə bilərdim ki, onlar da harda və biz də orada oluruq. Əksər hallarda, türklərin bizim tədbirlərə dəstəklərindən çox razı qalmışam, lakin, onlara dəstəkdə özümdən şəxsən çox narazıyam. Nədənsə hər zaman, mənə elə gəlir ki, biz lazımi qədər türklərə dəstək verə bilmirik. Bəlkə də, bu vəziyyət onların istəklərinə müvafiq cavablarımız onlar üçün kifayət etdiyi üçün belədir.
Bir daha yeni yaranan diaspor cəmiyyətinə maraq göstərdiyiniz və təşəbbüsünüz üçün cəmiyyət adından təşəkkürümüzü bildirirəm.
Söhbətləşdi: Elnur Eltürk
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu