Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV başqanı Əhməd bəy Obalının Azadlıq Radiosuna verdiyi müsahibəni olduğu kimi təqdim edirik:
“İranın Xuzistan əyalətinin əhalisi əsasən etnik ərəblərdən ibarətdir. Ötən həftə bu bölgədə kütləvi etiraz askiyasında (yürüşündə) təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib. İnsan haqları fəalları ən azı 12 nəfərin həlak olduğunu, 150-dən çox adamın həbs edildiyini bildirirlər.
Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi hadisə ilə bağlı BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) İnsan Haqları Komissiyasının rəhbəri Navi Pillaya göndərdiyi məktubda qeyd edir ki, İran əhalisinin üç faizini təşkil edən ərəblər Xuzistan əyalətində olduqca kasıb, ağır şəraitdə yaşayırlar. İndi də 30 il məruz qaldıqları ədalətsizliyə etiraz edirlər.
İranda on milyonlarla azərbaycanlı da yaşayır. Onların vəziyyəti haqda ətraflı məlumat almaq üçün ABŞ-da (Amerika Birləşmiş Ştatları) fəaliyyət göstərən GünAz TV-nin qurucusu və rəhbəri Əhməd Obalı ilə söhbət etmişik. Həmin söhbəti təqdim edirik:
ZİNDANDA OLAN AZƏRBAYCANLILARIN SAYI BAŞQALARINDAN DAHA ÇOXDUR?
- Əhməd bəy, İranda yaşayan azərbaycanlıların sonuncu prezident seçkisində və ondan sonra baş verən etiraz askiyalarında fəallıqları olmadı. İndi də məsələn, milli azlıqlar olan ərəblərin öz hüquqları uğrunda mübarizəyə başlamaları haqqında xəbərlər var. Amma azərbaycanlıların bu ölkədə insan haqları pozuntularına ciddi etirazları ya yoxdur, ya da belə hadisələrdən məlumat almaq mümkün deyil deyə bizim xəbərimiz olmur. Bu mövzuda Sizdə nə məlumatlar var?
- Xüsusilə 2006-cı ildən bu yana İranada bütün xalqlara baxanda ən çox etiraz edən azərbaycanlılardır. Həm də durmadan. Sadəcə olaraq, Əhmədienajdın seçilməsindən sonrakı hadisələrə azərbaycanlılar qatılmadırlar. Amma öz amalları yolunda mübarizələrini də davam etdirirlər.
Məsələn, aprelin 2-də (13 fərvərdində) azərbaycanlılar Urmiya gölünün qurudulmasına etiraz olaraq askiyalar keçirdilər. Təbrizdə və Urmiyada buna görə 90-dan çox adam tutuldu. Onların bəziləri hələ də həbsdədirlər.
Azərbaycanlılar demək olar, hər fürsətdən istifadə edərək etirazlar səsləndirilir. O cümlədən də Təbrizin futbol komandası olan “Traktor Sazi” hər həftə, ya iki həftədə bir oynayanda millət etirazını səsləndirir.
Yaxud da zindanda olanların ailələrin onlarla görüşləri zamanı bu askiyalar meydana gəlir. Bugünlərdə Əlirza Fərşinin xanımı Sima Didar Səid Mətinpurun xanımının görüşünə getdiyi üçün tutulub.
Ümumilikdə adambaşına götürəndə, zindanda olan azərbaycanlıların sayı o biri millətlərin həbsdə olanlarının sayından daha çoxdur. Bu da etirazların olduğunu göstərir. Bir hadisə olmasa, yəqin tutulanlar da olmazdı.
Aksiyalar olur, amma bu barədə xəbərlər verilmir, boykot edilir. Məsələn, aprelin 2-də 100-ə yaxın adam tutulub. Fars mediası çox nadir hallarda bu haqda xəbər verir.
Xüsusilə, azərbaycanlıların dərdi ayrı olduğu üçün bizə qısqanc yanaşırlar. Biz milli məsələlərdən danışırıq, demokratiyanı təkcə hakimiyyət dəyişikliyi kimi deyil, həm də öz haqlarımızın əldə edilməsi kimi başa düşürük. Ona görə fars mediası bizim askiyalarımızı İrana qarşı bir təhlükə hesab edərək bu barədə məlumatları boykot edirlər.
NIYƏ MƏHNAZ OLAR, AMMA AYNAZ YOX?
- İranda insan haqlarının vəziyyəti haqqında dünyada bəlli təsvvürlər var: kobud insan haqları pozuntuları, işgəncələr, qeyi-insani davranış və s. Azərbaycanlılar da bu ölkədə yaşadıqları üçün yəqin həmin pozuntuların qurbanları olurlar. Amma məsələn, Xuzistan əyalətində ərəblər bildirirlər ki, onlar yalnız ərəb olduqları üçün ayrıseçkiliklə üzləşirlər. Bu mənada, azərbaycanlılar özlərinə xüsusi bir münasibət hiss edirlərmi?
- Əlbəttə, xüsusilə fars olmayanlara qarşı xüsusi bir ayrıseçkilik var. Bizim dilimiz qadağandır. Öz dilimizdə təhsil ala bilmirik. İran Konstitusiyasının (Anayasasının) 15-ci maddəsində azərbaycanlılar, ya da başqa xalqalrın öz dillərində təhsil almalarını nəzərdə tutulur. Ancaq Konstitusiyanın bu maddəsinin icrasını tələb etməyin özü İranda cinayət hesab edilir. Buna görə nə qədər azərbaycanlı zindanlarda qalıb, universitetlərdən qovulub.
Və yaxud, İranda 30 milıyona yaxın azərbaycanlı yaşayır. Onların hazırda ən çoxu 14 milyon nəfəri Azərbaycan torpaqlrında (vilayətlərinidə) yaşaya bilir. 16 milyonu – ya da yarıdan çoxu iqtisadi səbəblərdən İranın o biri şəhərlərinə köç etməyə məcbur olublar. Çünki bütün iş yerlərini yalnız farsların yaşadıqları ərazilərdə yaradırlar. Bununla da azərbaycanlıların və o biri millətlərin farsların yaşadıqları ərazilərə köçünə şərait yaratmaqla onların özləri də olmasa uşaqlarının farslaşmasına nail olmağa çalışırlar. Yəni, təsvvür edin ki, Bakıdan kimsə köçüb Moskvada yaşayır. Onun özü olmasa da uşaqları daha çox ruslaşacaq.
Yerlərimizin, çaylarımızın, dağlarımızın adlarını farslaşdırırlar. Ya da tərcümə ilə təhrif edirlər. Məsələn, Savalan dağına onlar “Səbalan”, Sarıqayaya “Sarıqıya” deyirlər.
Uşaqlarımıza istədiyimiz adları qoymağa imkan vermirlər. Adlar kitabı çap ediblər. Uşaqlara yalnız həmin kitabda olan adları qoymaq olar.
Təbrizdən bir nəfər mənə zəng edib deyirdi: “Qızımın adını Aynaz qoyurdum, icazə vermirdilər. Onda soruşdum ki, bəs, Məhnaz necə, olarmı, dedilər hə. Onda mən də dedim axı elə “Məh” (Mah) Ay deməkdir, “naz” da ki nazdır. Onda niyə Məhnaz olar, amma Aynaz yox? Yəni, türk adları olmaz, amma Koroş, Daryuş kimi fars adları olar.
İRANDA YALNIZ ERMƏNİLƏRƏ ARAQ İÇMƏYƏ İCAZƏ VERİLİB
- Əhməd bəy, Siz dediyiniz məhdudiyyətlər İranda başqa millətlərə, məsələn, ermənilərə də aid edilirmi?
- Dini azlıqlar kimi ermənilər və assurların vəziyyətləri başqadır. Bütün erməni uşaqları erməni mətkbələrində erməni dilində təhsil alırlar. Onların hətta özlərinin erməni olaraq Məclisdə nümayəndələri də var. Azərbaycanlıların da nümayəndələri var. Amma onlar ərazi təmsilçiləridir. Erməni nümayəndələr isə məhz erməni təmsilçiləridir. Əslində onların sayları Məclisə deputat (millət vəkili) seçmək qədər çox deyil. Buna baxmayaraq, hökumət erməniləri təmsil etmək üçün ayrıca yer verir.
Ermənilər hətta bütün İran ərazisində spirtli (alkollu) içkilər içməkdə, onu istehsal etməkdə azaddırlar. Bu balaca məsələ kimi görünə bilər, amma nəzərə alsaq ki, İran bir islam dövlətidir, burada spirtli içkilər qadağandır, ermənilərə isə bu sahədə də azadlıq verilib.
Ermənilər hər il aprelin 24-də adına “soyqırım” dedikləri hadisələrin ildönümünü hökumətin də dəstəyi ilə geniş qeyd edirlər. Amma bizə Xocalı qırğınını anmağa imkan vermirlər.
Qaynaq: Azadlıq Radiosu
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu