Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Şimalı Dakota Universitetinin assistent(köməkçi)-professoru, analitik Fariz Hüseynovdur.
Xarici mətbuatda yazılanlara görə, Yaponiyada qəzalı vəziyyətdə olan «Fukusima-1» atom-elektrik stansiyasından (niruqahından) radioaktiv maddələr yayılmaqda davam edir. Radioaktiv yod-131 artıq Rusiya, Ukraynaya, ABŞ (Amerika Birləşmiş Ştatları), Kanadada, 4 gün əvvəl isə Fransa, Bolqarıstan, Çexiya və Finlandiyada aşkar edilib. Dünyanı bürüyən radiasiya təhlükəsindən sonra Atom Elektrik Stansiyalarının (AES) mövcudluğu yenidən gündəmə gəlir. Belə olan vəziyyətdə Qafqazda təhlükə mənbəyi olan Ermənistandakı Metsamor AES-də qəza olarsa, 60 il onun fəsadlarını aradan qaldırmaq mümkün olmayacağını proqnozlaşdırırlar. Artıq Metsamorun bağlanması istiqamətində internet təbliğatı aparılır. Bu təbliğat əsas təşəbbüskarlarından olan Şimalı Dakota Universitetinin assistent (köməkçi) -professoru, analitik Fariz Hüseynovla söhbətləşmişik.
- Bu təbliğatın əsas məqsədir nədir? Kimlər tərəfindən təşkil olunub?
- Yaponiyada baş verən təbii fəlakət göstərdi ki, seysmik(zəlzələyi yaxın) zonalarda yerləşən atom elektrik stansiyaları (AES) təbii fəlakət baş verdikdə həm yerləşdikləri ölkə, həm də ətraf bölgələr üçün böyük təhlükə yaradır. 1970-cu illərdə Ermənistanda inşa edilən Metsamor AES da bu cür təhlükəli AES-lər arasındadır. Dəfələrlə beynəlxalq(uluslararası) təşkilatların, müxtəlif sahələrdə çalışan elm adamlarının xəbərdarlıqlara baxmayaraq Metsamor AES hələ də fəaliyyətdədir. Onun bölgəni nə qədər böyük təhlükəyə məruz qoyduğunu gördüyümüz üçün dərhal imza kampanıyasına başlayıb bununla bağlı fikirlərimizi əlaqədar qurumlara çatdırmaq istədik. Məktubda həm elmi araşdırmaların nəticələrinə, həm beynəlxalq təşkilatların indiyə qədər Metsamor AES-in reaktorlarının vəziyyəti ilə bağlı rəylərinə, həm də ekoloqların fikirləri kimi vacib məqamlara toxunuruq.
Məktub, əsasən, ABŞ Azərbaycanlıları Netvorkunun (USAN) ABŞ konqresmenlərinə və senatorlara göndərdiyi məktubun mətninə mənim və ABŞ-da təhsil almış Ramil Məhərrəmov tərəfindən əlavələr əsasında hazırlanaraq 27 Mart tarixində Change.org saytında yerləşdirilib. Məktub birbaşa olaraq həm ABŞ dövlət orqanlarına, həm BMT-nin (Birləşmiş Millətlər Təşkilatı), Avropanın əlaqədar təşkilatlarına, həm də Greenpeace kimi beynəlxalq etraf mühitin mühafizəsi ilə məşğul olan təşkilatlara ünvanlanıb. Məqsədimiz, əvvəlcə bu stansiyanın bağlanmasına nail olmaq, daha sonra Ermənistanı yeni atom stansiyası inşa etmə fikrindən daşındırmaqdır. Bunun üçün məktub vasitəsilə yuxarıda qeyd etdiyim təşkilatların, əlaqədar qurumların diqqətini cəlb etmək istəyir və xarici ölkələrin ictimaiyyətini və millət vəkillərini məsələyə reaksiya (əksüləməl) verməyə çağırırıq.
- Sizcə, belə təbliğatla hansısaya nəticəyə nail olmaq mümkündürmü?
- İmza toplama kampaniyaları dünyada müxtəlif qruplar tərəfindən ictimai rəyin formalaşdırılması, müxtəlif hadisələrə ortaq münasibətin yaradılması üçün geniş istifadə olunur. Change.org bu sahədə ən qabaqcıl imza toplama platformudur(layihəsidir). Bu saytda yazılan məktubların çoxu geniş kütlənin diqqətini cəlb edir, məsələ lazımi qurumların diqqətinə mütləq çatdırılır. Dəfələrlə fərqli mövzularda toplanan imzaların, yazılan məktubların uğurlu nəticəsi olmuşdur.
Bizim məktub saytda yerləşdiriləndən sonra cəmi bir həftə ərzində artıq 500 nəfər imza atmışdı ki, bunun təxminən yarısı xarici ölkələrin vətəndaşlarıdır. Onların əksəriyyəti bu bölgədə yaşamasa da problemin böyüklüyünü başa düşür və bizimlə həmrəylik nümayiş etdirir. Təbii ki, bunda saytın özünün, sosial şəbəkələrin və Facebookun da payı böyük oldu. Hal-hazırda 600-ə yaxın imza toplanıb, əlbəttə imzaların sayı artmalıdır ki, daha çox diqqəti cəlb etsin və uyğun təşkilatların nəzərinə çatsın. Arzu edərdim ki, Azərbaycanlı həmvətənlərimiz daha aktiv iştirak etsin və bu linkə (http://www.change.org/petitions/call-for-shut-down-of-metsamor-nuclear-power-plant-in-armenia) daxil olaraq imza kampaniyasına qoşulsunlar. Müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz əlaqədar təşkilatlara, öz ərazilərinin millət vəkillərinə müraciət edərək bu barədə lazımi sorğu aparmağa çağırsınlar. Artıq bildiyim qədərilə Almaniya və İsveçdə belə təşəbbüslər olub. Xarici ölkələrin rəsmilərinin nəzərinə çatdırmalıyıq ki, Ermənistana maddi yardım ayırarkən Metsamor AES-in bağlanması şərtini qoşsunlar.
- Əgər, Metsamorda hansısa xoşagəlməz hadisə baş versə, bölgə üçün hansı fəsadlara gətirib çıxardacaq?
- Belə bir hadisə doğrudan da bölgədə böyük fəsadlara yol aça bilər. Mən bu sahənin eksperti(karşünas) deyiləm, ona görə bu barədə olan elmi araşdırmalara, beynəlxalq təşkilatların rəyinə istinad etməliyəm. Məsələn, Türkiyənin Elmlər Akademiyasının qrantı (layihə üçün ayrılan maddi yardım) ilə aparılan elmi araşdırma belə bir nəticəyə gəlib ki, təbii fəlakət baş verərsə Metsamor AES həm Türkiyəni, həm də Cənubi Qafqaz bölgəsini qısa bir müddətdə yüksək radioaktivlik təhlükəsinə məruz qoya bilər. Eyni nəticəyə gələn erməni alimlərinin də məqaləsini nümunə vermək olar. Bundan başqa həm AB (Avropa Birliyi), həm də AŞ (Avropa Şurası) öz hesabatlarında bu stansiyanın reaktorlarının çox köhnəldiyini və seysmik zonada (lərzə məntəqəsi) yerləşdiyi üçün böyük təhlükə daşıdığını qeyd edib. Müxtəlif qurum və şəxslərin rəylərini burada qeyd edib vaxtınızı almaq istəmirəm. Bu barədə məktubumuzun mətninə istinad edə bilərsiz.
- Ümumiyyətlə, bu gün beynelxalq birliyin Metsamorun bağlanmasında təsir imkanları hansı səviyyədədir?
- Metsamorun bağlanması ilə bağlı müxtəlif vaxtlarda beynəlxalq təşkilatlar çağırışlar etmişdir. Hələ 2007-ci ildə ABŞ-ın və Avropa Birliyinin təkidlərindən sonra Ermənistan rəsmiləri bu stansiyanı bağlamağa razılıq vermişdilər. Ancaq Ermənistan bu prosesin xərcinin 200 milyon dollardan (2007-ci ilin qiymətləri ilə) çox olduğunu bildirib. Burada bir amili də qeyd etmək lazımdır. Ermənistan iqtisadiyyatının bir çox stratejik(xüsusi) qurumları kimi Metsamor AES də Rusiya şirkəti tərəfindən idarə olunur. 2003-cü ildən etibarən Ermənistanın Rusiyaya olan borcunun əvəzi olaraq Metsamor AES Rusiyanın İnter RAO şirkətinin idarəsinə həvalə edilmişdir. Təəssüf ki, Ermənistanın çox məsələdə olduğu kimi bu mövzuda da Rusiyadan asılılığı yüksəkdir. Ümid edirəm ki, Ermənistan rəsmiləri də Yaponiyadakı təbii fəlakətdən sonra vəziyyətin ciddiliyini başa düşərək stansiyanın bağlanması prosesini sürətləndirəcəklər.
Digər tərəfdən Ermənistanı da başa düşmək olar. Metsamor AES bağlanarsa artan enerji tələbatını ödəmək üçün alternativ yollar tapılmalıdır. Bunun üçün yeni və daha yüksək keyfiyyətli AES tikilməsi nəzərdə tutulur. Hər nə qədər arzu edilən alternativ olmasa da, yeni AES-in daha sağlam olacağını ümid etmək olar. Ermənistan üçün ən ağıllı strategiya odur ki, enerji ilə zəngin qonşusu Azərbaycana qarşı işğalçı siyasətini dayandırsın və Azərbaycanla normal əlaqələr quraraq onun enerji ixracında özünə yer tapsın.
Lazımdır ki, Azərbaycan ictimaiyyəti daha fəal olaraq bu məsələ ilə maraqlansın, həm elmi, həm ictimai səviyyədə bu mövzu müzakirə olunaraq lazımi qiymət verilsin. Həmvətənlərimiz məsələnin ciddiyyətini göz ardı etməsinlər. Sevindiricidir ki, Milli Elmlər Akademiyasından bu barədə müəyyən reaksiya verilib artıq.
- Amerikanın siyasi dairələri, institutları Metsamorla baglı hansı təsəvvürlərə malikdir? Nəzərə almaq lazımdır ki, Amerika Qafqaz bölgəsinə milyardlar yatırım qoyub. Sabah hansısa hadisə baş versə, bu maraqlar zərbə altında qalacaq. Amerika Metsamorun bağlanmasında Ermənistana təsir edə bilərmi?
- Əlbəttə, Metsamor AES-lə bağlı məsələlər ABŞ kimi böyük ölkələrin nəzərindən qaçmır. Təkcə bölgədəki investisiyalarını(yatırımlar) qorumaq üçün deyil. Bu ölkələr beynəlxalq QHT-lərin (Qeyri Hökumət Təşkilatların), ictimai qurumların, ətraf mühitin mühafizəsi, alternativ enerji və s. kimi sahələrdə fəaliyyət göstərən qurumların çağırışlarına daha çox əhəmiyyət verir. Digər tərəfdən problem yaranarsa həm NATO-nun, həm də ABŞ-ın Türkiyədəki hərbi bazaları da təhlükə altında olacaq. Yuxarıda da qeyd etdiyim kimi, ABŞ Ermənistana bu mövzuda birbaşa təsir göstərir. Elə bu təsirlərin nəticəsidir ki, artıq Ermənistan müəyyən şərtlər daxilində Metsamorun bağlanacağını istisna etmir. Əminəm ki, Yaponiyadakı hadisələr Ermənistanın müzakirə gücünü azaldıb. Ancaq ola bilsin ki, yeni AES üçün Ermənistana əlavə yardım ayrıla bilər.
Hər halda mən həmvətənlərimizi daha fəal olmağa və imza kampaniyasında aktiv iştirak etməyə çağırıram. Ancaq bu yolla biz həm ABŞ, həm də digər ölkələrin rəsmilərinin diqqətini çəkə bilər və bu məsələdə daha qətiyyətli davranmağa çağıra bilərik. Bu mövzunu gündəmə gətirdiyiniz üçün sizə də təşəkkürümü bildirirəm.
Söhbətləşdi: Elnur Eltürk
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu