Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV: Yaxın və Orta Şərqdəki qarışıqlıqdan Tehran hakimiyyəti yararlanmağa səy göstərir. O, bununla həm atom-nüvə proqramını başa çatdırmaq üçün vaxt udur, həm də rejimin ömrünü uzatmağa çalışır.
Hələ 31 il öncə İraqla savaşa başlayanda daxildəki müxalifəti müharibə bəhanəsi ilə susdurmağı, onları məhkəməsiz fizik olaraq, aradan götürməyi bacarmışdı. Odur ki, indii Tehran rejimi xarici istənilən savaşa qol qoymağa hazırdır. Təki özləri yaddan çıxsın.
Ötən gün Küveytdə çıxan «Əs-Siya» qəzeti yazıb ki, körfəzdəki ərəb dövlətləri İran İslam Respublikasının (Cümhuriyyətinin) onlara qarşı devrim planı hazırlaqdığını aşkarlayıblar.
Qəzetin yazdığına əsasən, İran rəhbərliyi körfəz ətrafı ölkələrdə təsirinı gücləndirmək planı işləyib. Həmin plana uyğun olaraq, Tehran hakimiyyəti ilk növbədə Bəhreyndə aranı qarışdırıb.Oradakı etiraz aksiyaları (etiraz yürüşləri) başlayandan sonra ərəb dövlətlərinə məxsus televiziyalarda «şiələrin soyqırıma məruz» qaldıqları haqda təəssürat yaratmalı imiş. Bu haqda ictimai rəyi formalaşdırdıqdan sonra Bəhreynə «şiələri Bəhreynin qanlı rejimindən qorumaq» ad altında ordu yeridəcəkmiş.
Tehranı ilk addımı körfəzdəki Küveytə məxsus adalardan birini İnqilab Keşikçiləri Qvardiyası (Sepah) tərəfindən işğal etmək imiş. Bunun ardınca Bəhreyni mühasirəyə alacaqmış.
«Əs-Siya» qəzetinin yazdığına görə, vaxtında görülən tədbirlər nəticəsində İranın bu planı beynəlxalq səviyyədə və bölgədə uğursuzluğa düçar oldu.
Körfəz dövlətləri Şurasına Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Bəhreyn və Oman daxildir.
Şuraya daxil olan dövlətlərin xarici işlər nairləri birgə bəyanat qəbul edərək, İrandan «Küveyt və Bəhreynin daxili işlərinə qarışmasına son verməsini» istəyiblər.
Körfəz dövlətlərinin məsələdə haqlı olduğunu təsdiqləyən çoxsaylı faktlar mövcuddur. So zamanlar İranın Küveyt və Bəhernydəki pozuculuq işlərinə keçməzdən öncə, onun hələ ötən ilin yayında bu ölkələdə gördüyü casusluq fəaliyyətini xatırlatmaq istərdik.
Ötən ilin mayında Küveyt parlamentinin bir qrup üzvü qonuşu İrana qarşı ciddi sanksiyanın (təhrimlərin) qəbulunu tələb etmişdi. Küveyt parlamentinin deputatı Məhəmməd Haifə bildirmişdi : «Biz İranla bütün əlaqələrin kəsilməsini və ölkəmizin Tehrandakı səfirinin geri çağırılmasını tələb edirik».
Parlamentin müdafiə komitəsinin sədri Şüayab əl-Müvaziri demişdi ki, «İranın casus şəbəkəsi ilə bağlı deyilənlər təsdiqlənəcəyi halda» onlar da əlaqələrin kəsilməsi ilə bağlı tələblər qoşulacaq.
Bu bəyanatlardan öncə, «əl-Qəbəs» qəzeti Küveyt xüsusi xidmət orqanları tərəfindən İran İslam İnqilab Keşikçiləri Qvardiyasına aid casus şəbəkəsinin aşkarlanması barədə məlumat yaymışdı. Həmin xəbərə əsasən 7 nəfər tutulub. Onlar Küveytin Daxili İşlər və Müdafiə nazirliklərində çalışırmış.
Onların 6-sı eyni casus şəbəkəsinin üzvü olduğu, Küveytin Sələbiyyə şəhərindəki şəbəkə liderinin mənzilində dövlət əhəmiyyətli obyektlərin (əmakene doləti) fotosu, hərbi xəritə, mürəkkəb quruluşlu rabitə aparatı, habelə 250 min ABŞ (Amerika Birləşmiş Ştatları) dolları aşkarlınmışdı.
Bu şəbəkəni maliyyələşdiriilməsi, əlaqələndirilməsində rolu olmuş iki livanlı da axtarışda idi. Məlumatda bildirilirdi ki, bu sayaq əməliyyatların keçirilməsində mütəxəssis sayılan qvardiyaçı livanlı kimi «əlaqələndirici zabit» kimi fəaliyyət göstərib. Onlar İranın İsfahan və Şiraz şəhərlərində «sipah»ın yüksək rütbəli zabitləri ilə dəfələrlə görüşüb, təlimatlar alırmış.
Onda İran hakimiyyəti ünvanlarına tuşlanmış ittihamları rədd etmişdi.
Küveytin təhlükəsizlik qurumundan isə bildirilmişdi ki, casus şəbəkəsi ölkə və ABŞ hərbi bazaların, önəmli obyektlərin fotosunu çəkməklə yanaşı, Amerika ordusunun Küveyt ərazisində keçirdiyi hərbi təlimlərin yeri və tarixi barədə məlumatlar toplayırmış.
Həbs olunanların arasında üç iranlı və bir yəmənli də var imiş. Onlar İranın Küveytdəki səfirliyinin hərbi bölməsindən aldıqları maliyyə vəsaitini casuslara verirmiş. Şəbəkə iranlı bir qadının yuxarıda bəhs etdiyimiz məsələlərə dair xəbərlər əldə etmək üçün Küveyt xüsusi xidmət orqanının əməkdaşına pul təklif etməsi ilə aşkarlanmışdı.
Yaxın Şərqin aparıcı KİV-lərindən (Kütləvi İnformasiya Vasitələrindən) sayılan «əl-Vəsət» qəzeti həbs olunmuş 14 casusun adı açıqlandıqdan sonra İranın 5 casusunun Küveytdən qaça bildiyi haqda xəbər dərc etmişdi.
İran İslam Respublikasının Küveytdəki səfiri Əli Cənnətidir. O, İran Nəzarət Şurasının başçısı, Qərbə qarşı kəskin çıxışları fərqlənən, ayətulla Əhməd Cənnətinin oğludur. Əli Cənnəti əvvəllər ölkəsinin Daxili İş Nazirliyində siyasi şöbə rəisi, daha sonra nazir müavini işləyib. Cənnətilərin ETTELAAT (İranın Kəşfiyyat Nazirliyi) və Qvardiya ilə də əməkdaşlıqları İranda hər kəsə bəllidir.
Bu olaydan sonra Ərəb Körfəzi dövlətləri başçılarının Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində zirvə toplantısı keçirdi. İranın təmsil olumadığı bu yığıncaqda onlar bölgədəki vəziyyəti, o cümlədən İslam Respublikasının atom-nüvə proqramı ilə bağlı məsələni,körfəzdə yeni savaş ocağının yarana biləcəyi ehtimalını və onun yaradacağı fəsadlardan çıxış yollarını müzakirə edtilər.
Toplantıda Bəhreynin Daxili İşlər Nazirliyi ölkədə İslam Respublikasına casusluq edənlərin tutulduğu haqda məlumat vermişdi.
Küveytdə İrana işləyən casus şəbəkəsi istintaq zaman Bəhreyndəki «həmkarları» barədə danışırlar.
Bu ötən ilki olaylardan qısa xatırlatmadır.
«MIGnews»-un məlumatına əsasən, ötən gün Küveyt hakimiyyəti bəyan edib ki, ölkənin təhlükəsizlik xidməti əvvəllər İnqilab Keşikçiləri Qvardiyasında çalışmış İranın 8 casus şəbəkəsini aşkarlayıb. Casuslar iranlı diplomatlar, eləcə də Küveytdə daimi olaraq, yaşayan Livan (Lübnan) və Suriya vətəndaşlarıdır. Bu şəbəkə 2003-cü ildən Küveytdə fəaliyyət gösətrirmiş və onlar Birləşmiş Ərəb Əmirliyinin ərazisində yerləşən ABŞ hərbi bazaları haqda məlumat toplayırmış.
Küveytin xarici işlər naziri Məhəmməd əs-Sabah üç iranlı diplomatın ölkədəni çıxarılması haqda belə deyib : «Yanlarına bir təpik vurub, onlar ölkədən qovulmalıdır».
Küveyt Tehrandakı səfirini geri çağırıb. Ötən həftə İslam Respublikasının xeyrinə casusluğa görə iki iranlı və bir küveytli barəsində edam hökmü çıxarılıb.
İran hakimiyyətinin təmsilçiləri yenə də Küveytdə «İranın casus şəbəkəsinin olmadığını» bildiriblər.
Bəhreynin xarici işlər naziri Xalid bin əl-Xəlifə ölkədəki pozuculuqda Hizbullanın da əli olduğunu bildirib. Onun sözlərinə görə, onlar İranla birbaşa əlaqə salayıb və Tehrandan krallığa qarşı hücumu dayandırmağı tələb ediblər.
Ötən gün Bəhreynin İran və Livanla telefon əlaqəsini kəsdiyi haqda da məlumat yayılıb. Bir müddət öncə bu ölkədən Livana, İrana və İraqa hava uçuşu dayandırılıb.
İsrail hərbi kəşfiyyatının (AMAN) başçısı general –mayor Aviv Kohavi hökumətin iclasında Yaxın Şərqdə ki vəziyyətlə bağlı çıxış edib.
Onun sözlərinə görə, mütəxəssislər bildirib ki, «ərəb dövlətlərinə bahar» bir neçə səbəb üzündən gəlib : «Sosial-iqtisadi problemin artması gənclərin sayının çoxalması;onların qərbdəki vəziyyətdən xəbərdar olması; orta sosial təbəqənin yoxa çıxması; çaqan antennlərin genişləndirilməsi; İnternet ictimai şəbəkələrdən istifadənin aratması; diktator və təhlükəsizlik orqanlarından qorxunun azalması».
General bildirib ki, inqilabın uğuru qonşu dövlətlərədə «domino səmərəsi» verib.
«İran və başqa ekstremist qüvvələr Suriyada baş verənləri diqqətlə izləyirlər. Tehran ehtiyat edir ki, demokratiya tərəfdarları bu, «şər oxunu» yerindən qoparar. Dini-siyasi mahiyyəti ucbatından İran Qərbi özünə başlıca qrəqib sayır. Hərbi nüvə proqramını inkişaf etdirən Tehran bundan qarşıdurma, eləcə də İslam Respublikasını bölgədə hegemon dövlət etmək üçün alət kimi istifadə edir»-deyə, AMAN-nın başçısı söyləyib.
Onun sözlərinə görə, sanksiyalara baxmayaraq, İran hakimiyyəti öz təsirin artımaqdadır: «Tehran silah və pulu öz mütəfiqlərinə sərbəst şəkildə çatdırır, onları təlimatçılarla təmin edir».
Yəhudi generalın qənaətincə, İslam Respublimkası «ərəb dövlətlərindəki istiqrarsızlıqdan yararlanaraq, bölgədə təsiri artırmağa çalışır». Onların «islamçı radikalları» ərəb ölkələrindəki qarışıqlıqda özlərini arxayın hiss etməyə başladılar. «Bununla da təsir imkanlarını artırmağa yardım etdiklərini düşünürdülər»-deyə, general bildirib.
ABŞ prezidenti Barak Obamanın təhlükəsizlik məsələlri üzrə keçmiş müşaviri Cim Cons CNN və ABC telekanalındakı çıxışında bildirib ki, İran hakimiyyəti yaranmış vəziyyətdən istifadə edərək, nüvə proqramını inkişaf etdirməyə və ərəb dövlətlərinədə təsirin gücləndirməyə çalışır: «İslam Respublikası Yaxın Şərqdəki xaosu yalnız alqışlaya bilər».
Martın 21-də Türkiyə hərbi hava limanlarından birinə məcburi endirilən İran təyyarəsi haqda BMT Təhlükəsizlik Şurasında xüsusi komitə hesabat verib.
Şuranın bildirilib ki, təyyarədəki yük «avtomobil üçün ehtiyat hissələri» adı altında sənədləşdirilib.
«YasAir Cargo Airlines» hava şirkətinə məxsus təyyarə Tehrandan Suriyaya uçurmuş. Yoxlama zamanı oradan yasaqlanmış «hərbi təyinatlı yük» aşkarlınb.
Həmin yükə bunlar daxil olub : 60 ədəd «AK-47»-avtomat Kalaşnikov, 14 ədəd «BKC/Bixi» tipli pulemyot, avtomat və pulemyot üçün 8 min sursat, 60 mm çaplı üçün 560 və 120 mm çaplıya isə 1288 ədəd minaatan sursat.
Hesabatda bildirilib ki, sadalanlar hazırda Türkiyənin Diyarbakır h=şəhəindəki hərbi anbarda saxlanılır. Mütəxəssiələrin qənaətincə, Suriyanın axrıcın məntəqə olacağı bəlli deyil, ola bilsin başqa bölgəyə göndəriləcəkmiş.
«Təyyarə heyəti Diyarbakırda dövlət ittihamçısı tərəfindən sorğu-sual edilib. Onlar təyyarədə yasaqlanımş yük daşıdıqlarından xəbərsizdirlər, eləcə də yükü göndərənin və qəbuledənin kimiliyni də bilmirlər»-deyə, hesabatda bildirilib.
Göründüyü kimi Tehran hakimiyyəti ömrünü uzatmaq və islam adı altında rejimlər yaratmaq üçün bütöv bir bölgənin, Orta Şərqin qan içində boğulmasından belə imtina etməz. Bunu onun həmn ərazidəki 32 illik fəaliyyəti də təsdiqləyir. Bununla o, çox gülünc bir iddiada ilə çıxışı etdiyini gizlətmir:Orta Şərqdə hakim olmaq!
Bax, belə…
Sədrəddin Soltan
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu