Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Yaxın şərq məsələləri üzrə analitik, Dr. Elnur Nəsirovdur.
- Sizcə, bu gün Amerikanın dəyişdirmək istədiyi ərəb bölgəsi ilə bağlı strateji layihəsində Türkiyə hansı yerdə durur?
- Əvvəla mən ərəb ölkələrindəki dəyişikliklərin tamamilə Amerikan layihəsi olduğu fikrini mənimsəmədiyimi demək istəyirəm. Bunu sadəcə ABŞ-la (Amerika Birləşmiş Ştatları) əlaqələndirmək yanlış olardı. Burada uzun illərdən bəri ərəb ölkələrində üst-üstə gələrək yumaq halını almış problemlərdə mühüm rol oynamışdır. Avropa ölkələri ərəb ölkələrindən gələn mühacirlər söz yerində isə dolub-daşmaqdadır. Avropada yaxşı dərk edirlər ki, bunun əsas səbəbi mühacirlərin gəldikləri ölkələrdəki ağır sosial-iqtisadi vəziyyətdir. İnsanlar həqiqətən insan kimi yaşamaq istəyirlər. Miqrasiya (köçmə) probleminin kökündə bu dayanır. Avropada həmçinin yaxşı dərk edirlər ki, ərəb, eləcə də digər müsəlman ölkələrindən gələn kütləvi köçün qarşısı alınmazsa gələcəkdə Avropalılar öz ölkələrində azlıq vəziyyətinə düşə bilərlər. Baxın, artıq bəzi Avropa ölkələrində istər ərəb, istər türk və digər müsəlman xalqlar öz nümayəndələrini yerli özünü idarəetmə və parlamentlərə seçə bilirlər. Almaniyada türklərin xeyli böyük kapitala nəzarət etdikləri məlumdur. Bütün bunlar Avropanı narahat etməyə bilməz. Buna görə də miqrantlarnı gəldikləri ölkələrdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması miqrasiya probleminin həllində mühüm rol oyanaya bilər. Digər tərəfdən sözü gedən ölkələrdəki ağır sosial-iqtisadi vəziyyət Taliban və Əl-Qaidə kimi təşkilatların güclənməsində də mühüm rol oynayır. Belə ki, narazların heç də hamısı Avropaya üz tutmur. Sözü gedən ölkələrdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması isə mövcud totalitar və yarı-totalitar rejimlərlə mümkün deyil. Yəni, klassik təbirlə desək aşağılar artıq əvvəlki kimi idarə olunmaq istəmirdilər, yuxarılar da əvvəlki üsullarla idarə etmənin mümkünsüzlüyünü görürdülər, ədalətsiz gəlir bölgüsü də bunun üstünə gələndən sonra inqilab deməzdim, amma iğtişaş qaçınılmaz olur. Bu belə davam edə bilməzdi. Qərbdə bunu artıq dərk edirlər. Bu gün devrilmiş və devrilməkdə olan rejimlərin hamısı bir vaxtlar qərb tərəfindən kommunist təhlükəsinin qarşısının alınması üçün dəstəklənmiş və mövqeləri möhkəmləndirilmişdi. Sözü gedən rejimlərin son istifadə tarixi artıq keçmişdi.
Gələk sualınızın əsas qisminə, yəni Türkiyə ilə bağlı hissəsinə. Türkiyə NATO üzvü ölkədir, ABŞ-ın müttəfiqidir. Aİ-na (Avropa İttifaqına) üzvlük yolunda əzmlə irəliləyən bir ölkədir Türkiyə. Qərb demokratiyasının və liberal iqtisadiyyat anlayışının müsəlman şərqində ən uğurlu tətbiq edildiyi ölkə Türkiyədir. Hal-hazırda Türkiyədə iqtidarda olan AK Partiyasını idarə edənlər dindar müsəlmanlardır. AK Partiyası kifayət qədər möhkəm ictimai dəstəyə malikdir və bu gedişlə hələ uzun müddət iqtidarda öz mövqeyini qoruya biləcəkdir.
Sözü gedən ərəb ölkələrində din ictimaiyyətin həyatında əsas və həlledici faktorlardan biridir. İstəsək də istəməsək də, xoşlasaq da xoşlamasaq da bu belədir. Bu səbəbdən də Türkiyə totalitar rejimlərin devrildiyi ərəb ölkələri üçün model rolunu oynaya bilər. Yəni əhalisi müsəlman olan ərəb ölkələrində qərbvari demokratiya və liberal iqtisadiyyatın tətbiqi üçün Türkiyə əsl nümunədir. Məncə bu gələcəkdə Türkiyənin sözü gedən ölkələrdə mövqeyinin və nüfuzunun möhkəmlənməsində mühüm rol oynayacaqdır.
- Sizə elə gəlmir ki, ərəb dünyasında baş verən son dəyişikliklər Türkiyənin son illər ərəb dünyasında artmaqda olan nüfuzunun qarşının alınmasına hesablanıb?
- Xeyr mən belə düşünmürəm. Tam əksini demək daha yerinə düşərdi. Bunu yuxarıda qeyd etmişəm. Ərəb dünyasında İran və ya əl-Qaidənin nüfuzunun artmasındansa Türkiyənin nüfuzunun artması qərb üçün daha əlverişli və məqsədəuyğun olardı.
- Amerikanın ən çox hakimiyyət dəyişiklikliyi istədiyi ölkələrdən biri də İran İslam Respublikasıdır (Cümhuriyyətidir). İranda hansısa siyasi dəyişiklik baş verəcəyi təqdirdə necə ki, 2003-cü ildə İraqda Səddam rejiminin dəyişdirilməsində ən çox qazanan kürdlər olduğu kimi, bu dəfə isə azərbaycan türklərinin qazanma ehtimalı nə qədər reallığa yaxındır?
- İranda əgər sizin dediyiniz kimi hər hansı bir siyasi dəyişiklik baş versə Azərbaycan türklərinin bundan qazanma ehtimalının az olması açığı məni çox qorxudur. İran belə bir siyasi dəyişikliyə uğrasa bundan da kürdlərin daha çox faydalanacağı ehtimalı böyükdür. Çünki İran Türkiyə, İraq və Suriya ilə birlikdə kürdlərin ən çox məskun olduqları bir ölkədir. Məlum olduğu kimi kürdlər İranın şimal-qərb hissəsində məskundurlar. Vaxtilə ikinci dünya müharibəsindən sonra Pişəvərinin liderliyində cənubi Azərbaycanda milli hökumət qurulduğu vaxt İran kürdləri də Mahabad cumhuriyyətini elan etmişdilər. Həmin vaxt molla Mustafa Barzani ilə (indi İraq kürdlərinin lideri olan Məsud Barzaninin atası) Pişəvəri hökuməti arasında ərazi mübahisələri meydana gəlmişdi. Yəni İran kürdləri bəzi Azərbaycan torpaqlarına iddia edirdilər. Bu gün İrandakı sosial-iqtisadi proseslər (gedişatlar) nəticəsində Urmiyə, Səlmas, Xoy kimi Azərbaycan şəhərlərində kürdlərin sayı azərbaycan türklərinin sayı ilə eyniləşmiş, bəzi hallarda artmışdır. Bu səbəbdən də milli kürd dövlətinin qurulması əzmində olanlar sözü gedən şəhərləri hələ ki, xəyallarda qurduqları Kürdüstanın ərazisi hesab edirlər. Bu gələcəkdə ciddi problemə çevrilə bilər.
Biz bu problemi artıq bir dəfə yaşadıq. Yəni Ermənistan respublikası quruldu, lakin ermənilərin hamısı bu ölkədə yaşamadılar. Qarabağda yaşayanlar daha sonra “öz müqəddəratını həll etmək” iddiası ilə çıxış etdilər. Əgər vaxtında onlar öz respublikalarına köçürülsəydilər gedib orada istədikləri qədər öz müqəddəratlarını həll edərdilər, indi başımıza bəla olmazdılar. Mustafa Kamal Atatürk vaxtilə uzaqgörən siyasət yeritdi, yunanlarla yaşanan “Etablis” problemini əhali mübadiləsi ilə həll etdi. Yəni Türkiyədəki yunanlar Yunanıstana köçürüldü, Qərbi Frakiyadakı (Batı Trakya) türklər onların yeninə Türkiyə ərazisinə köçürüldü. Bununla da gələcəkdə ehtimal olunan yunan separatizmini qarşısı alındı. Çox təəssüf biz bunu Qarabağ ermənilərinə etmədik. İstəsəydik də edə bilməzdik, çünki həmin vaxt SSRİ-nin tərkib hissəsi idik. Əgər İran parçalansa bundan ən çox zərər görən dövlətlərdən biri də Türkiyə olacaq. İran və İraq kürdlərinin öz istiqlaliyyətlərini qazanmalarından sonra Türkiyədəki kürdlərin öz soydaşlarına qoşulmasının qarşısının alınması xeyli çətinləşəcək. İran kürdlərinin cənubi Azərbaycan torpaqlarına iddia edəcəkləri xeyli yaxın və real bir ehtimaldır.
Buna görə də istər Türkiyə, istərsə də Azərbaycan İranın parçalanma ehtimalına hazırlıqlı olmalıdırlar. Bu ehtimalı öz lehimizə necə çevirə bilərik, ən azından bunun bizə zərərsiz ötüşməsi üçün nələr edə bilərik, bunların üzərində düşünmək lazımdır. Doğrusu mən qərbin İranın parçalanmasını elə də çox arzuladığını güman etmirəm. Ehtimal ki, onlar İrandakı mövcud rejimdən qurtulmaq və İranın ərazi bütövlüyünü qorumaq üzərində daha çox dayanacaqlar. Çünki cənubi Azərbaycanda milli hökumət qurulsa Ermənistan faktiki mühasirə vəziyyətinə düşəcəkdir. Ermənilər əslində bədbəxt millətdirlər, çünki onlar türk gölü içində kiçik bir adadırlar. Üç tərəfindən türklər, bir tərəfindən isə Azərbaycan və Türkiyə ilə xeyli isti münasibətləri olan Gürcüstanla əhalət olunmuş Ermənistan əgər cənubunda üçüncü bir türk dövləti peyda olsa düşünün nə vəziyyətə düşər? Buna görə də mən güman etmirəm ki, qərb Ermənistanın belə çıxılmaz vəziyyətə düşməsinə göz yumsun. Lakin hər şey qərbin və ya Rusiyanın istədiyi kimi olacaq deyə bir qayda yoxdur. Burada hərbi güclə yanaşı, hətta mən deyərdim hərbi gücdən də daha artıq, diplomatik gücə sahib olmalısınız. Vizyonu, dünya görüşü, təxəyyül gücü və iradəsi polad kimi möhkəm diplomatlara, siyasi xadimlərə sahib olmalısınız ki, beynəlxalq siyasi bazarlıqlarda uda biləsiniz. Ümid edirəm ki, müstəqillik dövrümüzdə ali məktəblərimiz bu cür keyfiyyətlərə malik gənc diplomatlar yetişdirə biliblər. Geostrateji və geosiyasi maraqlarımızın təmini üçün bu çox vacib amildir.
- Ümumiyyətlə, bölgəsəl dəyişikliklər Güney Azərbaycan türklərinin siyasi-ictimai aktivliyinə təsir edəcəkmi?
- Səttarxanın məşhur bir sözü var: “Azərbaycan bir daş qazandır ki, gec qızar, amma gec də soyuyar”. Qonşuda yanğın varsa bunun sizə təsirsiz ötüşməsi mümkün deyil. Orta əsrlərdən sonrakı dövrdə Avropada kağız istehsalının artması və mətbəənin icadı maariflənmənin yayılmasına, bu da öz növbəsində reformizmin (islahatçılığın)) meydana gəlməsinə təsir etmişdi. Bu gün internet vasitəsilə dünyanın bir başından o biri başına istənilən xəbəri bir anda ötürmək olur. Son 50 ildə bütün sosial-iqtisadi çətinliklərə baxmayaraq müsəlman şərqində maariflənmə artmışdır. Son 10-15 ildə informasiya texnologiyalarından sözü gedən bölgədə istifadənin artması xüsusilə gənclər arasında siyasi maariflənmənin və azad düşüncənin yayılmasında mühüm rol oynamışdır. Bu az və ya çox dərəcədə Güney Azərbaycan türklərinin də siyasi-ictimai aktivliyinə təsir edəcəkdir. Lakin unutmamaq lazımdır ki, cənubi Azərbaycanda din faktoru, özəlliklə məzhəb faktoru xeyli mühüm rol oyanamaqdadır. İranda heç bir milli bağı olmayan farslarla türkləri bir-birinə məzhəb faktoru sıx şəkildə bağlayır. Buna “dışarıdakılar”ın potensial (imkan) düşmən obrazında İran ictimaiyyətinə təqdim olunmasını da əlavə etsək mənzərə tam aydın olar. Lakin vaxt öz işini görür. Bu gün dünya şöhrətli İran ziyalıları arasında xeyli sayıda Azərbaycan türkü var. Güney Azərbaycan türklərinin milli dövlətçilik ənənələrinin bərpası üçün heç bir iş görməyəcəklərini düşünmək sadəlövhlük olardı.
Söhbətləşdi: Elnur Eltürk
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu