Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV: Ötən həftə BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İnsan haqları üzrə Şurası İranda insan haqlarının vəziyyəti ilə bağlı məsələnin müzakirə edib.
Qurumun Avropa bölməsinin 16-cı sessiyasında İslam Respublikasında (Cümhuriyyəti) insan haqlarının vəziyyətinin araşdırılması ilə bağlı özə məruzəçinin təyin olunması haqda qətnamə qəbul edilib. şuranın 47 üzvündən 22-si sənədin leyihnə səs verib. 14 üzv, o cümlədən Rusiya, Çin və Pakistan bitərəf olub. 7 təmsilçi, eləc də Kuba, Mavritaniya və Uruqvay İranda insan haqlarının pozulmadığı bildirib.
Şura üzvləri rəsmi Tehranı xüsui məruzəçi ilə əməkdaşlıq etməyə və onun ölkəyə daxil olmasına şərait yaratmağa çağırıb.
Xatırladaq ki, ötən illər ərzində İran hakimiyyəti BMT və Avropa Birliyinin bu istiqamətdə cəhdlərinə müsbət cavab verməyib.
Tehran təmsiçisi səsvermədən öncə qətnamənin «siyasiləşdirilmiş» olduğunu bəyana edərək, bunu «ədalətsiz» adlandırıb.
BMT-nin İnsan Haqları üzrə ali komissarlığının rəsmi nümayəndəsi Rupert Kolvill məsələ ilə bağlı bunları söyləyib: «Biz xüsusi məruzəçinin səmərəli fəaliyyətinə ümid edirik. Hesab edir ki, İran hakimiyyəti bizmilə əməkdaşlıq edəcək. Bu çox vacibdir».
Təmsilçinin sözlərinə görə, məruzəçi hakimiyyətlə qarşılıq verməsindən asılı olmayaraq, öz işini görə bilər : «Ölkədə baş verənlər və insan haqlarının qorunması ilə bağlı informasiya ələdə etmək üçün başqa yollar da mövcuddur».
Kolvill əlavə edib ki, məruzəçi insan haqları üzrə şaxələnmiş və mürəkkəb vacib elementlərin araşdırlmasında mühüm işləri gerçəkləşdirir : «Onlar baş verənlərə tənqidi yanaşmalıdır. Əgər bu mövqeydə olmazlarsa, onda onlar baş verənləri dəyərələndirə bilməz, olayların axınına düşərlər».
Qeyd edək ki, İnsan haqları üzrə Şura 2006-cı ildə İnsan Haqları üzrə Komissiyanı əvəzləyib. Şuranın üzvləri BMT Baş Assambleyası tərəfindən quruma üzv dövlətlərdən seçilir. Xüsusi məruzəçilər, mütəxəssilər və ya işçi qrup insan haqları üzrə ayrı-ayrı probelmləri araşdırır. 2010-cu ildə belə məruzəçilər Kamboca, Haiti, Myanma, Somali, Sudan, Burundidə də işgəncə, məhkəmdən kənar edamlar və başqa bu kimi pozuntuları araşdırıb. Özəl məruzəçilər BMT baş katibi tərəfindən təyin edilir və dövlətdən asılı olmayaraq fəaliyyət göstərir.
İran üzrə məruzəçinin Yaxın Şərqdəki vəziyyətdən asılı olmadığını söyləyən Kolvill vurğulayıb : «Şuranın bu qərarı bölgədəki vəziyyətlə bağlı deyil. Xüsusi məruzəçilər Şimali Koreya, Myanma,Sudan, Somali, Burundi və başşqa dövlətlərdə də fəaliyyə göstərir. Bu siyahıya İranda əlavə olunub».
İran rəsmiləri isə xüsusi məruzəçinin təyinindən rahatsız olduqlarını çeşidli bəhanələrlə gizlətməyə çalışırlar. Ölkə parlamentinin mili təhlükəsilzlik və xarici siyasət komissiyasının mətbuat katibi Kazım Cəlali BMT-nin qətnaməsini «siyasi komediya» adlandırıb. Onun sözlərinə görə, Amerikanın müttəfiqi Bəhreyndə və başqa dövlətlərdə «müdafiəsiz insanlar öldürülür» və bu, nəzərə alınmır.
Sözügedən komissiyanın başçısıs Əlaəddin Brücerdi bildirib ki, İran şuranın qətnaməsini «tanımamalıdır». Onun sözlərrinə əsasən, Tehran onu ölkəyə buraxmamalıdır.
Bir müddət öncə, İranın xarici işlər nazirri Əliəkbər Salehi isə insan haqları üzrə Şura da çıxışı zamanı ölkəsində insan haqlarının pozulmadığını və «insan haqlarının qorunmasına, söz adazdlığına və başqa bu sayaq dəyərlərə» əməl etdiklərini bəyan etmişdi.
Yada salaq ki, elə həmin toplantıdan sonra nazir 2009-cu ildə keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz edən müxalifətin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin həbsdə olmadığın «öz evlərində» adi həyat yaşadıqlarını söyləmişdi. Ancaq elə buy alan heç 40 gün də sürmədi. Elə həmin gün İran rəsmiləri həmin müxalifət liderlərinin həbs edildiklərini bildirdilər.
İranda insan haqlarının qorunduğundan danışanların diqqətinə bir faktı çatdırmaq istərdik. 2010-cu ildə dünyada edam hökmləri ilə bağlı siyahı dərc olunub. Benyəlxalq Əfv təşkilatının məlumatına əsasən, ötən il 527 nəfər barəsində çıxarılmış ölüm hökm gerçəklişdirilib. Bu siyahıda İran 252 nəfəri edamı ilə yenə «aparıcı» yerdədir.
Edamlardan başqa İran hakimiyyəti insanların yeməyinə,paltar geyməyinə qarışmaqla da insanların ən adi haqların tapdamaqdadır.
Xatırladaq ki, ötən aydan İranın tele-radio şirkətinə xarici ölkələrin mətbəxləri, yeməkləri barəsində verilişlər yayımlamaq qadağan edilib.
Ölkənin bəzi telekanalları İtaliya, Fransa və başqa ölkələrin mətbəxləri barəsində verilişlər yayırdı. Bundan sonra həmin elektron informasiya vasitələri yalnız İranın milli xörəklərinə dair proqram yayımlamağa başlayıb.
Onu da qeyd edək ki, «pittsa», «hamburger», «sosika» kimi Qərb mətbəxinin yeməkləri İranda məşhurdur. Son bir neçə ildə əsasən bu kimi xörəkləri müştərilərə təklif edən, restoranların sayı da artıb.
İran İslam Respublikası (Cümhuriyyəti) rəhbərliyi bu sayaq yeməkləri Qərb mədəniyyətindən hesab etdiyinə görə, həmin mətbəxə qarşı da mübarizə aparır.
Tehran hakimiyyətinin tətbiq etdiyi başqa yasaqları xatırlatmaq istərdik. Hicabla bağlı qaydaların sərtləşdirilməsi haqda yeni qərar qəbul edilib. Ölkə universitetlərinin tələbələrinə şəffaf paltar, cins şalvar və ətək, qısaqol köynək geymək, eləcə də tatuaj etdirmək yasaqlanıb.
Yeni geyim qaydalarına əsasən, qızların başlarına kepka və şlyapa qoymaq, qoymadırnaqdan istifadə qadağan edilib. Yeniyetmələr isə saçını yarımçıq qırxdıra, habelə "qərbsayağı" saç kəsdirə, çox qısaqol köynək geyə bilməz.
Başqa bir bir qərara görə, İranda qadınlarla kişilərin birgə qonaqlıqlarına, axşam məclislərinə qadağa qoyulub.
Hakimiyyətin qadınlar üçün tətbiq etdiyi qadağalara əsasən, xanımlara stadiondan futbola tamaşa etmək yasaqdır.
2011-2012-ci dərs ilindən Tehran Universitetində qızlar və oğlanlar ayrı-ayrı siniflərdə yerləşdiriləcək. Əllamə Təbatəbai adına Universitetin rektoru Seydi Sədrəddin Şəriəti deyib ki, oğlanlarla qızların bir-birindən ayrılması ilk növbədə daha çox tələbənin iştirak etdiyi ümumi kurslara aid ediləcək.
Fevralın əvvəlində İranda İnsan Hüquqları Uğrunda Beynəlxalq Kampaniya Təşkilatı bildirmişdi ki, Məşhəddəki Firdovsi adına Universitetinin mühəndislik fakültəsinin təxminən 50 qrupunda misli görünməmiş gender ayrı-seçkiliyi həyata keçiriləcək.
Qızlarla oğlanların ayrı-ayrı siniflərdə yerləşdirilməsini isə ilk dəfə 2009-cu ildə Höccətülislam Nəbiulla Fəzli təklif edib. O, İranın ali rəhbərinin Tusi adına Texnologiya Universitetindəki nümayəndəsidir. Fəzli oğlanlarla qızların bir yerdə oxumasını tənqid etmişdi : «Bu cür təhsil tələbələr arasında təhlükəli nəticələrə gətirib çıxaran münasibətlərə zəmin yaradır. Onları bir sinifdə yerləşdirmək “pişiyin qabağına ət qoymaq” kimi bir şeydir».
Avropada yaşayan qadın hüquqları fəalı Asiya Əmini «Fərda» radiosuna deyib ki, bu cür gender ayrı-seçkiliyi İrandakı qadınların ziyanına olacaq. Onun fikrincə, universitetlərdə həm qız, həm də oğlan tələbələrə eyni cür tədris verilməyəcək. Bundan da qız tələbələr ziyan çəkəcək. Çünki üstünlük oğlanlara veriləcək.
Asiya Əmini onu da deyib ki, son illər İran universitetlərində təhsil alan qızların sürətlə artması iş yerlərindəki gender balansına gətirib çıxara bilər. Lakin gender ayrı-seçkiliyi kimi tədbirlər buna imkan verməyəcək.
Tehran hakimiyyəti atom-nüvə proqramı ilə bağlı mövqeyini çeşidli arqumentlərlə qorumağa hələlik nail olursa, insan haqları sahəsində etdiyi pozuntuları ört-basdır etməkdə çətinlik çəkməkdədir.
Elə buna görə də son zamanlar İran hakimiyyətinə qarşı sanksiyalar bu isttiqamətdə də tətbiq edilir. 2010-cu il sentyabrın sonunda insan haqlarının tapdanmasında birbaşa rolu olan İranın 8 yüksək rütbəli vəzifəlisinə İslam İnqilab keşikiçiləri Qvardiyasının (Sepahın) komandanı Məhəmmədəli Cəfəri, onun kəşifiyyat üzrə müavini, «bəsic»in komandanı Hüseyn Taib, sosila təminat naziri Sadıq Məhsuli, daxili işlər naziri Mustafa Məhəmməd –Nəccar, baş prokuror Qulamhüseyn Möhsüni-Ejei, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi, Tehran polis polis qoşununun komandanı Əhmədrza Radan, informasiya və milli təhlükəsizlik naziri Heydər Möslehi (ETTELAAT-ın başçısıi) ABŞ (Amerika Birləşmiş Ştatları) sanksiya (təhrim) tətbiq edib.
Həmin sanksiyadan sonra ABŞ-ın dövlət katibi Hillari Klinton jurnalistlərə məsələ ilə bağlı informasiya vasitələrinə açıqlamasında vurğulamışdı : « Bu , insan haqlarını kobudcasına pozduğuna görə Amerikanın İrana qarşı ilk sanksiyasıdır». Sədrəddin Soltan
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu