Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Azərbaycanın tanınmış yazarlarından olan, “Millətçilik” qəzetinin baş redaktoru (Sərdəbiri) Pərviz Elaydır.
- Bu gün dünya ciddi dəyişikliklər ərəfəsindədir. Xüsusilə, yatmış, ətalət mühitinin meydan suladığı ərəb bölgəsində ciddi dəyişiklik baş verir. Sizcə, bu dəyişikliklər ərəb cəmiyyətinə İraq, Əfqanıstan modelini gətirəcək, yoxsa bu bölgənin insanları illər uzunu arzuladıqları rahat, inkişaf etmiş, demokratik cəmiyyətin sakinlərinə çevriləcəklər?
- Hadisələrə bir qədər fərqli baxıram. SSRİ (Şurəvi) dağıldıqdan sonra anqlo-sakson qüvvələri islam aləmində siyasətlərini dəyişdilər. İstanbul Universitetinin yönətmən yardımçısı dosent, doktor Şamil Şen, ortaya çıxan bu vəziyyəti “yeni dəhşət tarazlığı” olaraq dəyərləndirib. Məsələ ondadır ki, SSRİ-dən sonra ABŞ (Amerika Birləşmiş Ştatları) getdikcə güclənən Çin, Hindistan, Uzaq Şərq ölkələri kimi iqtisadi rəqiblə üzləşdi. Bu rəqiblərin ən zəif yeri neftdir. Neftin üzərində nəzarət və ya xaos( qarışıqlıq) nəticəsində neftin qiymətinin artması güclənən yeni supergüclərə böyük əngəllər yaradır. İslam aləmində baş verənlər də buradan əsasını götürür.
Vaxtilə, I Dünya Müharibəsi dövründə ingilis kəşfiyyatçısı “Ərəbistanlı Lourens” (Tomas Edvard Lourens) Osmanlılara qarşı ərəb hərəkatının başında dururdu. Yəni, zaman dəyişsə də bəzi məsələlər dəyişmir. Bu dəyişiliklər təsadüfi deyil və onların arxasında konkret (əsas) olaraq anqlo-sakson qüvvələri dayanır. Məsələn, 2008-ci ilin dekabrında (December) ABŞ-ın Kolumbiya universiteti hüquq fakültəsinin tələbə şəhərciyində müxtəlif ölkələrdən olan gənc müxalifətçi fəallara təlimlər keçirilirdi. “Müəllimlər” arasında Obama komandasında sosial şəbəkələrə cavabdeh olan Co Rospars, Skott Qudsteyk və Sem Qrehem –Femen, Dövlət Departamentinin əməkdaşları Ceyms Qlassman və Dşaret Kohen (informasiya texnologiyaları üzrə Ağ Evin baş mütəxəssisi), Facebook-un yaradıcısı Castin Moskoviti, “Hawcast” kompaniyasının (birliyinin) prezidenti Ceyson Libman var idi. Eyni zamanda Belqradda (Yuqoslaviya) «Otpor» demokrat serb gənclərinin veteranları tərəfindən təşkil edilmiş qeyri-zorakı tətbiqi aksiya və strategiyanın Mərkəzi (CANVAS) nəzdində xüsusi kurslar (tədrislər) fəaliyyət göstərirdi. Bu kurslarda internetdəki işin küçə etirazlarına necə çevirmək barəsində bilikləri öyrədilirdi. Ərəb gəncləri bu kurslarda çoxluqda idi. Bütün bu təlim mərkəzlərinin arxasında Mərkəzi Kəşfiyyat İdarəsi, onunla bağlı NED, Soros fondları və d. qurumlar dururdu. Paralel (muvazi) olaraq, anqlo-sakson xüsusi xidmətləri islamçı müxalifətlə və ərəb hərbi dairələri ilə də iş aparırdı. Nəticəni isə biz bu gün gördük.
Sadəcə bu qlobal(kürəsəl) layihədə ordunun kimin tərəfində olacağı hər şeyi həll edirdi. Liviyada (Libidə) ordu qiyamçıların tərəfini tutmadı, ona görə də ora müdaxilə başladı. Ərəb dövlətlərini ya teokratik diktaturlar, ya dünyəvi hərbi oliqarxlar (oliqarşlar) gözləyir. Üçüncü yol isə, bu dövlətlərin daha xırda hissələrə parçalanmasıdır.
- Sizə elə gəlmir ki, bu dəyişiklik İranda despotik-teokratik rejimin devrilməsinə hesablanıb. Çünki ərəb ölkə başçıları Amerikanın dostları idilər və onlar Amerikanın maraqlarını müdafiə edirdilər. Yəni, Amerika siyasətçiləri ərəb ölkələrində hakimiyyət dəyişiklikliyi hadisələrinə rəvac verməklə, əsas strategiyanı İranda rejimin dəyişdirilməsinə hesablayırlar. Düşünürlər ki, ərəb ölkələrində baş verən siyasi hadisələr İran müxalifətini gücləndirəcək...
- Sözsüz ki, bu qlobal oyunun əsas hədəfi İrandır. 1979-cu ili xatırlayaq. O zaman xalq kütlələrinə xaricdən dayağı SSRİ verdi; Kreml şahın devrilməsində maraqlı idi. İndi isə, durum fərqlidir. Kreml qətiyyən İranda rejimin dəyişdirilməsi əleyhinədir, çünki bu halda rəsmi Moskva Quzey Qafqaza qədər nüfuzunu itirə bilər. Amma çətin ki, fars müxalifəti (“yaşıl hərəkat”), ərəb dünyasında olduğu kimi tezliklə nəsə əldə etsin. Bu yaxınlarda “MKİ-nin carçısı” Corc Soros BBC telekanalına müsahibəsində “İran rejiminin inqilabların ən qanlısıyla aşacağını" əbəs yerə deməyib. İrandakı fars müxalifətinə edilən nəhəng maliyyə yardımına baxmayaraq, ölkədə çox güclü dinçi-fars mühafizəkar qüvvələri var. Həm də, İranda “oliqarxik demokratiyadır”. Yəni, lazım olanda fiqurlar dəyişir. Ərəb despotiyalarından fərqli, fars rejimi çevikdir, hakimiyyətdə fiqurları dəyişməyə qadirdir. Bu isə, rejimin ömrünü uzada bilir.
-Dünyanın əksər siyasi ekspertləri (təhlilçiləri) Azərbaycan türklərinin aksiyalara dəstək vermədiyini qeyd edirlər. Bu günlərdə Azərbaycanın görkəmli din xadimi, 1979-cu il İran inqilabının əsas memarlarından biri olan ayətullah Seyid Məhəmmədkazım Şəriətmədarinin oğlu, hazırda Almaniyada mühacirətdə yaşayan Nəsən Şəriətmədari bunu müxalifətə irad olaraq bildirib. Ola bilərmi ki, bundan sonra müxalifət strategiyasını dəyişdirsin?
- İran müxalifəti Güney Azərbaycan fəallarına nə təklif edə bilər? Dini rejimə düşmən olan, hətta mühacirətdə yaşayan fars müxalifəti nəinki İranda milli azlıqlara ərazi, heç mədəni muxtariyyəti belə, vəd etmək fikrində deyil. Əgər bu vədlər verilərsə, buna inanan türk fəalı dünyanın ən sadəlövh insanı sayıla bilər. İranda bir neçə sosial-siyasi inqilabın, hərəkatın aparıcı qüvvəsi Azərbaycan türklüyü olmuşdur. Bu inqilabların şirin meyvələri Azərbaycan Türklərindən başqa qalanlara qismət oldu. Güney Azərbaycan türklüyünə isə, çatan - yalnız milli diskriminasiya( ayrı-seçkilik), repressiya (sərkub) və soyqırım olub.
- Sizcə, belə olan vəziyyətdə Güney Azərbaycan Milli Hərəkatı nə etməlidir?
- Bilirsiniz, 80-ci illərdə SSRİ-də “perestroyka”(yenidənqurma) başlayanda Quzey Azərbaycanda Sovet imperiyasının dəyişəcəyinə, ədalətli olacağına bir ümid yarandı. Baltik ölkələrində və Gürcüstanda SSRİ-dən çıxma hərəkatı, Qarabağa erməni hücumları Quzey Azərbaycan Türklüyünün ictimai şüurunda alternativ bir yolu göstərdi. 20 Yanvardan sonra bu yol şüurlarda gücləndi. Quzey Azərbaycan faktoru Güneylilər üçün alternativ yolun göstəricisidir.
Güney fəalları "Yaşıl hərəkata" müdaxilə etmirlər. Bu düzgün mövqedir. Əgər biz yəhudi və erməni millətləri kimi hazırlıqlı olsa idik, fəallarımızın sayı çox və keyfiyyəti yüksək olsa idi, onda “Yaşıl hərəkat”a müdaxilə edə bilərdik. Necə ki, XX əsrin əvvəlində Rusiya imperiyasında bu dövləti sarsıdan solçu-marksist-inqilabçı hərəkat yəhudi və ermənilərin inhisarında idi. Amma bizdə milli təşkilatlanma və milli fəallarımızın sayı azdır. Biz yalnız potensial qüvvələrimizi qoruyaraq, gudaza verməyərək, fəalların sayını və ən əsas, milli hərəkatın maliyyə bazasını artıraraq güclənməliyik.
Biz unutmamalıyıq ki, “Azərbaycan problemi” (vəziyyəti) olmasa idi, İranda “internet qiyamları”, “demokratiyaya hərbi müdaxilə ilə yardım” çoxdan gerçəkləşərdi. İran liberallaşsa, mərkəzi fars qüvvəsi zəifləsə bölgədə Bütöv Azərbaycanın, daha uzaq üfüqdə isə, Ankara-Təbriz-Bakı türk geopolitik mərkəzinin konturları görünər. Ermənilər, PJAK, ruslar, farslar və hətta qərbli analitiklər bundan əndişələnirlər.
1917-1918-ci illərdə Qacar dövləti zəiflədikdə ermənilər Urmuda qırğın törətdi. Onda Osmanlı ordusu bizi tam qırılmadan xilas etdi. İndi bunlar daha geniş və daha qanlı təkrarlana bilər. Bunu unutmaq lazım deyil. Amerika neokonçularının “Böyük Orta Doğu projesində” (layihəsində) guya Bütöv Azərbaycanın xəritəsinə yer verilir. Amma bu sadəcə xəritədir. Gerçəkdə onların bizim barəmizdə nə düşünürlər, bilmirik. Amma Qarabağ, uydurma “erməni soyqırımı” məsələsində Qərbin mövqeyi bizə yalnız bir məntiqi diqtə edir: yaxşıya ümid etmək, amma pisə hazırlaşmaq.
-Bəs Azərbaycan dövləti sabah İranda baş verəcək siyasi dəyişikliklərə hazırdırmı?
-Ən çətin sual budur. İranda xaos (qarışıqlıq) başlasa, orada “Yuqoslaviya variantı”(amili) təkrarlana bilərmi? Yəni, fars, erməni, PJAK qüvvəsi Azərbaycan türklüyünə münasibətdə “bacardıqca çox qırmaq” siyasətinə başlasalar, nə etməli? Güneydə açıq türk soyqırımı baş verərsə, Quzey Azərbaycanın başını qatmaq üçün “Qarabağ müharibəsini” alovlandırsalar, nə etməli? Türkiyə Güney Azərbaycanda qırğının qarşısını almağa qadir olacaqmı? Qırğından can qurtararaq Quzey Azərbaycana yüz minlərlə güneylinin axınına Quzey Azərbaycan hazırdırmı? Güney Azərbaycana yardım etmək istəyən Quzey Azərbaycana Kremlin və ya Vaşinqtonun reaksiyası( əksuləməl) nə olacaq? Hansı qabaqlayıcı tədbirlər indidən görülməlidir? Bu çox önəmli məsələlərdi. Mən istərdim ki, dövlətimizin müvafiq strukturlarının (bölmələri, saxtari) strateji-analitik mərkəzləri bu cür məsələləri proqnozlaşdırsınlar (qabaqcadan görmək), modelləşdirsinlər.
Söhbətləşdi: Elnur Eltürk
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu