Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Krımın Azərbaycan İcmasının sədri, "Alubika" qəzetinin redaktoru, Jurnalistlərə dəstək komitəsinin sədri, Krım Respublika (Cümhuriyyət) Millətlərarasi Razılıq Birliyinin sədr müavini Rəhim Hümbətovdur.
- Bu gün Krımda nə qədər soydaşımız yaşayır və xüsusilə, onlar Krımda siyasi administrasiyada təmsil olunublarmı?
- Bizim hesablamalarımıza görə, Krımda 10 minə qədər azərbaycanlı yaşayır. Burada Ukrayna vətəndaşı olan şəxslər, eyni zamanda qeyri-leqal (qeyri qanuni), lakin daimi olaraq yaşayan insanlar da nəzərdə tutulur. Düzdür statistika (amar) azərbaycanlıların sayını çox az göstərir, amma, apardığımız analiz bizim rəqəmlərin həqiqətə daha uyğun olduğunu göstərir.
Siyasi hakimiyyətdə təmsil olunmağa gəldikdə isə qeyd etmək lazımdır ki, zənnimcə, azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyasını (həmgərayini) uğurlu hesab etmək olar. Bu gün Krımda həmvətənlərimiz, sovet vaxtının termini (vajəsi) ilə desək, “xalq təsərrufatının” bütün sahələrində çalışırlar. Krımda azərbaycanlıları həkim, müəllim, hüquqşünas, jurnalist, transport (nəqliyyat) işçiləri, müxtəlif səviyyəli iş adamları və s. kimi vəzifə və iş yerlərində görmək olar. Həmyerlilərmiz eyni zamanda müxtəlif səviyyəli hakimiyyət orqanlarinda deputat (millət vəkili) seçilmişdir. Akademik Şamil Topçiyev Ukraynanın yay paytaxtı sayılan Yaltada yaşayır.
- Rəhbərlik etdiyiniz İcma erməni yalanlarının ifşa edilməsi istiqamətində hansı işləri görür?
- Krım Azərbaycan cəmiyyəti 1989-cu ildə yaradılıb, Ukraynada ilk Azərbaycan qurumlarından biridir. Qeyd edim ki, Ukraynada ilk Azərbaycan mətbu orqanı bizim buraxdığımız “Millət” qəzeti idi. Sadəcə məlumat üçün deyirəm, diasporanın diaspora haqqında nəşr etdiyi ilk kitab da, krımlı azərbaycanlı müəlliflərinin yazılarının işıq üzü gördüyü ilk almanax da Krımda dünyaya gəlib.
Təşkilatımızın qarşısında duran əsas məsələlər mədəniyyətimizi təbliğ etmək, azərbaycanlılar, Azərbaycan haqqında yerli əhalidə pozitiv (müsbət) fikir yaratmaqdır. Eyni zamanda, biz Azərbaycan haqqında həqiqətləri ictimaiyyətə çatdırmağı özümüzə borc və vacib məsələlərdən biri bilirik. Misal üçün, 1990-cı ilin yanvar hadisələrindən sonra biz Bakıdan çox sayda bu faciə ilə, Qarabağ konflikti ilə bağlı ədəbiyyat gətirmişdik, Yaltada daimi fəaliyyət göstərən sərgi təşkil edərək bu kitabları insanlara paylayırdıq. “Millət” qəzetinin səhifələrində bu hadisələrlə bağlı materiallar dərc edirik. Uzun müddətdir ki, İnternet səhifəmiz işləyir. Eyni zamanda yerli mətubat səhifələrində bu mövzu ilə bağlı müxtəlif yazılar yerləşdiririk. Hələ 1991-ci ilin yanarında, “Millətin” ilk nömrəsi dərc olunandan bir az sonra məni qəzetin redaktoru kimi Krım vilayət kommunist partiyasının ideoloji şöbəsinə “xalça” üzərinə çağırdılar. Sən demə bizim qəzetin birinci nömrəsini görən ermənilər o saat “obkoma” şikayətçi olublar. Çünki elə ilk nömrəsindən “Millət” bu yalanları ifşa etməyə başladı. Söz gəlişi deyim ki, o vaxt Krım erməni cəmiyyətinin sədri sonralar buradan Qarabağa gedib çıxan A.Danelyan idi.
Hesab edirəm ki, indiyədək bizim gördüyümüz ən mühüm işlərimizdən biri dünyada birinci dəfə olaraq erməni “soyqırımı” haqqında Xarkov vilayətində İzyum şəhər sovetinin qəbul etdiyi qərarın ləğv olunmasıdır. Bu fakt əyani surətdə subut etdi ki, erməni diasporunun çox “qüdrətli” olması bir mifdir, həqiqətə o qədər də uyğun deyildir. Lakin, bu o demək deyil ki, onlara lazımı qiymət verməmək olar. Hazırda biz Krım parlamentinin analoji (oxşar) qərarının ləğvi uzərində çalışırıq.
- Ümumiyyətlə, Ukraynada Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiniz və diasporumuz hansı imkanlara malikdir?
- Əvvəlcədən qeyd edim ki, Ukraynada Azərbaycan diasporu böyük potensiala malikdir. Xüsusən, nəzərə alsaq ki, hazırda bizim daha yaxşı təhsil alan, daha yaxşı dil bilən gənclərimiz yetişir, diasporun gələcəyi bizə daha çox ümidlər verir. Lakin bu gələcəyin yetərincə parlaq olması üçün müəyyən faktorları nəzərə almaq lazimdir. Onlardan biri, deyərdimki vacibi gənclərimizin ana dilini bilməsidir. Təəssüflər olsun ki, Ukraynada son siyahıyaalmanın nəticələrinə görə Krimda yaşayan azərbaycanlıların bir hissəsi öz doğma dilini bilmir.
Azərbaycan diasporunun Ukraynada fəaliyyətini, ümumiyyətlə götürsək, müsbət giymətləndirirəm. Xüsusən, bir sıra regionlar (bölgələr): Dnepropetrovsk, Xarkov, Donetsk, son zamanlar Nikolayev kimi və digər vilayətlərdə aktiv işlər aparılır.
Lakin son vaxtlar Ukryana azərbaycanlıları konqresində gedən xoşagəlməz proseslər diasporanın bir çox təşkilatlarında narazılıqla qarşılanır və narahatlıq doğurur.
- Bəs Krım ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi haqqında hansı fikirlərə, düşüncələrə sahibdirlər?
- Krımda yaşayan insanlar bütün başqa yerlərdə oturan insanlara bənzəyir. Onları birinci növbədə öz ətrafında olan, bilavasitə onlara aid olan, yaşayışlarına, durumlarına təsir göstərə biləcək xəbərlərlə maraqlanırlar. Amma onu da qeyd etmək lazımdır ki, yerli ictimaiyyət Dağlıq Qarabağ münaqişəsi haqqında, o cümlədən, keçirdiyimiz tədbirlər, apardığımız təbliğat vasitəsilə məlumatlanır.
- Ukrayna Azərbaycanın ərazi bütövlüyün açıq şəkildə müdafiə edən dövlətlərdən sayılır. Bu gün Ukrayna siyasətçiləri ilə ünsiyyətiniz zamanı münaqişə haqqında hansı fikirləri bildirirlər?
- Doğrudan da Ukrayna Azərbaycanın ərazi bütövlüyün açıq şəkildə müdafiə edən dövlətlərdən biridir. Bu yaxınlarda biz Krım Azərbaycan cəmiyyəti olaraq, Ukrayna Xarici işlər nazirinə müracət edərək xahiş etmişdik ki, XİN Qarabağa getmək fikri olan ölkə vətəndaşlarına belə bir səfəri Azərbaycan hakimiyyət dairələri ilə razılaşdırdıqdan sonra etmək xəbərdarlığı ilə çıxış etsin. Bu günlər bizim Ukrayna XİN-dən aldığımız cavabda Xarici işlər nazirinin müavini bir daha geyd etdi ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin dinc yolla həll olunmasını istəyir.
Söhbətləşdi: Elnur Eltürk
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu