Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV mətbuat mərkəzi Güney Azərbaycan İstiqlal Partiyasının sözcüsü Saleh bəy Ildırımın “Paritet.az”-a verdiyi müsahibəsini olduğu kimi təqdim edir:
Deyəsən, onun ömür yolu çox keşməkeşli və enişli- yoxuşlu olub. Çünki ilk olaraq özü haqqında məlumat verməsini istədikdə dedi ki, həyatının hər dönəmini danışsa, gərək neçə kitab yazıla. Ona görə də ömür səhifələrindən çox qısa başlıqlara toxundu. Beləcə, Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü Saleh İldırımı birgə tanıyaq.
-Güney Azərbaycanın Culfa bölgəsinin Gərgər şəhərindənəm. 1979-cu il inqilabında aktiv fəaliyyətim olub. İnqilabdan sonra xalq müsəlman hərəkatına qatıldım. Xalq müsəlman hərəkatı qanla boğulduqdan sonra İran dövlətinə qarşı mübarizəni davam etdim və nəhayət Mərənd Şəhər Prokrurluğundan (dadistani) əleyhimə tutulma əmri verldiyi üçün bir il Tehranda gizli yaşadıqdan sonra Türkiyəyə getdim. BMT-dən (Birləşmiş Millətlər Təşkilatından) siyasi sıgınacaq alıb Kanadaya yerləşdirilidim. 1988-ci ildən Kanadanın Monreal şəhərində mövcud olan (Kvebek Azərbaycanlıları Assosasiyası) ilə əlaqəyə girib orada uzun zaman fəaliyyətim oldu. Ara-sıra şeir deyirəm. Bir şeir dəftərim də var, ancaq hələ çap olunmayıb. 1998-ci ildə Dünya Azərbaycanlıları Konqresinin II qurultayından sonra “İldırım” məcmuəsini Monrealda nəşr etməyə başladıq. “İldırım” jurnalının baş redaktoru olmaqla yanaşı Güney Azərbaycan Azadlıq Partiyasının sözcüsü kimi fəaliyyətimi davam etdim. O partiya bir ildən artıq fəaliyyət göstərmədən bağlandı. O zaman internet yeni başlamışıdı. İnternet üzrə fəaliyyətim başladı. İlk işimiz İranın fars olmadığını sübut etmək üçün iki il ərzində həftədə bir gün “Paltak” sistemində seminarlarımız keçirildi. Bu vasitə ilə İran adlanan ölkədə yaşayan millətlərin məsələsini siyasi gündəliyə çıxarmağı bacardıq və bir çox azərbaycanlıları öz kimliyi ilə tanış edə bildik. Ondan sonra Azərbaycan inqilabçıları seminar otağında iki il müddətində tarixmizi şərh edərək istiqlal məfkurəsini açıqlayıb və Güney Azərbaycanın istiqlaliyyətinin gərəkdiyini geniş müzakirə etdik. Bu müzakirələrin davamında 2004-cü ildə Güney Azərbaycan İstiqlal Partiyasını yaratdıq. O tarxidən etibarən də GAIP-ın sözcüsü kimi seçilib bu vəzifəni daşıyıram.
- Təşkilatınızın hansı media orqanları fəaliyyət göstərir?
- Təşkilatımız uzun zaman “Günaz TV” ilə fəaliyyət göstərib. Bununla yanaşı “Voa”, Kanadada nəşr olunan ingilis dilli qəzet, farsdilli “Peyvand”, “Şəhrvand” və Azərbaycanda bir çox jurnallarda da ara-sıra müsahibələrimiz və yazılarımız yayılıb. GAİP-a aid 2 saytmız: www.gaip.orq , www.gaip.biz və eləcə də “Facebook”, “Youtube” və internet televiziyamız www.istiqlal.tv də fəaliyyət göstərir. Bizi dinləmək istəyən və sözlərimizi senzura etməyən juarnal və media ilə əməkdaşlığa hazırıq.
-İranda azərbaycanlıların hüquqlarının pozulması halları barədə dünya insan haqları mərkəzlərinə, bəynəlxalq təşkilatlara lazımınca məlumat çatıra bilirsinizmi?
- “İldırım” və “Qurutuluş” məcmuələri tərəfindən doktor Əlirza Əsgərzadə ilə birlikdə BMT-yə Güney Azərbaycandan insan haqlarının İranın irqçi fars hakimiyyəti tərəfində pozulmasını yazıb raport etmişik. 2002-ci ildə DAK rəhbərliyi cənab Obalının təşkilatçılığı ilə Nyu-Yorkda BMT-nin İran üzrə nümayəndəsi Maris Kopiturnla görüşümüz olub. Həmin ilin sonunda ilk olaraq BMT 30 milyon azərbaycanlının dilinin qadağa və haqlarının tapdalanması haqda çoxsəhifəlik hesabat yaydı. Daha sonralar Kanada parlmentində, eləcə də Beynəlxalq Amnistiya Təşkilatı və Avropa Şurası rəsmiləri ilə görüşlərimiz olub. Beynəlxalq Amnistiya Təşkilatı ilə İngiltərə təmsilçimiz davamlı əlaqədədir. Bu və başqa vasitələrlə, dünyanın bir çox ölkəsində gerçəkləşdirdiyimiz seminar və etirazlarla Güney Azərbaycan türklərinin səsini beynəlxalq ictimayyətə çatdırmağa çalışmışıq və bu işi davam etdiririk.
-Bəynəlxalq təşkilatların İrandakı despotizmə və edam hallarına qarşı münasibətləri Sizi qane edirmi?
- Beynəlxalq təşkilatların bu günə qədər bəynatdan başqa hər hansı ciddi bir əməlləri olmayıb. Əlbəttə ki, bu, qaneedci deyil, amma yenə də bəzi hallarda bəzi cinayətlərin qarşısını alıb və ya almağa çalışdıqları da danılmazdır.
-Bu il İranda edam halları daha da çoxalıb. Beynəlxalq hüquq təşkilatlarının hesablamalırna görə, hər 8 saatdan İranda bir insan edam edilir. Sizcə, İran bununla dünyaya hansı mesaj vermək istəyir?
- Edamlar yeni deyil, İran hakimiyyəti 30 ildir şiddətlə edamlara davam edir. Xomeyni inqilabdan sonra mollalara demişdi ki, şiddət göstərib edamları artırmalıyıq. O çıxışın videoyazısı var. O əmrdən sonra edamlar daha da artdı. Məsələn, bu gün özünü “islahatçı” adlandıran Musəvi baş nazir olanda 36 min nəfər edam edilib. Kərrubinin özünün işgəncə yerləri var idi. Bu gün verilən hesabatda göstərilir ki, hər 8 saatda bir nəfər edam edilir. Hərçənd ki, bu, edamların hamısı deyil. İran deyilən ölkə artıq beynəlxalq təzyiqə məruz qalmasın deyə edamların hamsın açıq elan etmir. Bəlkə çox az rəqəm göstərməyə çalışır. Əslində edamlar bundan daha da artqıdır. Bu, artıq mesaj deyil, rejimin ayrılmaz mahiyyətidir və var olduğu surətdə davam edəcəkdir.
-Demək olarmı, Tehranda ötən ay baş verənlər İrandakı 2006, 2009-cu illərin kütləvi etirazlar dalğasının davamı idi? Etirazçılar öz istəklərində nə dərəcədə irəli gediblər?
- 2006-cı ildə Güney Azərbaycanın etirazları ilə 2009-ci ildə Tehranda baş verənlər mahiyyətcə tamam fərqli hərəkatlar idi. 2006-cı ildə Azərbaycanda etiraz aksiyaları fars irqçiliyinə qarşı etiraz idi ki, yenə də Tehran, daha doğrusu, farslara qatılmadan öz yolunu davam edir.
Tehranda cərəyan edən hadisələr əsasında rejimin iki qanad hakimiyyət rəqabətindən ortaya çıxıb və gücü qəsb etmək davasıdır. Hər iki qanad bu rejimi qurub və qorumaq üçün yetərincə cinayət işləyib. İslam cümhuriyyətini, vilayəti-fəqih və fars irqçilyi hər iki qanadı- yəni həm iqtidar, həm müxalifəti formalaşdıran əhəmiyyətli ünsürlərdir. Başqa tərəfdən hər iki qanad qeyri-fars millətlərə, xüsusən də türklərə mərhəmətsiz və qəddardır. Məhz ona görə də Azərbaycan bu hərəkatlara qatılmadı və qatılmayacaq da. Tehranda, İsfahanda gedən nümayişlərdə insanlar rejimdən bəzi islahat istəyir. Azərbaycanda gedən dava isə fars işğalına son qoyub Güney Azərbaycan müstəqil dövlətini yenidən qurmaq üçündür. Yəni Tehrandakı hərəkatın dərdi sadəcə rejimdirsə, Güney Azərbaycanın davası sadəcə rejim deyil, bəlkə İran dövləçiliyi və işğalçılığına son qoymaqdır. Yəni nəinki bu rejimi, heç İran adlı bir dövləti də qəbul etmir.
- Sizcə, bu nümayişlər kənar ölkələrədən, yoxsa elə daxili milli istiqlal savaşı istəyindən qaynaqlanır?
- 2006-cı ildə güneyin 30-dan artıq şəhər və kəndində nümayişlər olanda rejim iddia etdi ki, bunların hamısı Azərbaycandan gəliblər. Şah 1979-cu il inqilabında Təbrizdə başlanan 29 bəhmən qiyamını SSRİ (Şurəvi) vətəndaşlarından qaynaqlandığını dedi. Müxalifləri rahatca əzmək üçün bu, totalitar rejimlərin ən tanımış üsuludur.Nümayişlər hamısı içəridən başlayıb və hər hansı bir ölkə ilə də bağlılığı yoxdur. Ancaq yuxarıda vurğuladığım kimi mahiyyətcə fərqlənirlər. Millətlərin işğala qarşı mübarzəsi, xüsusən də Azərbaycan milli hərəkatının 2006-cı ildə başlanan etirazları İran dövləçiliyini titrətdi. Bu etirazların tarxi səbəbləri və kökləri var. Keçən 100 ildə dəfələrcə özünü göstərib. İran İslam rejiminin nə İranda qeyri-millətlər arasında, nə də farslar arasında hər hansı bir bazası qalmayıb və yox olmağa, İran isə dağılmağa məhkumdur. Bu vəziyyətdən qurtlumaq istəyən rejim müxalif qüvvələri özünün başqa qanadı altında toplamaq istədi ki, bəlkə İranın parçalanmasını əngəlləyə bilsin. Ancaq gediş rejimin istədiyi kimi olmadı və yaratdığı Yaşıl hərəkatın gövdəsi rəhbərlikdən qopub rejimin əleyhinə çevirlidi. Onun da köku 30 ilik dini zorakılıqla bağlıdır.
-Demək olarmı, İran ərəb ölklərinə qurduğu tora özü düşdü?
- İran da başqa ölkələr kimi həmişə münaqişəni uzaqlarda görmək və göstərmək istəyir. O üzdən də İraqda, Fələstində, Livanda, Bəhreyndə, hətta Azərbaycanda iğtişaşlar yaratmaga çalışırdı. Guya İslam inqilabını yayacaq . Ancaq yaymaq istədiklərini öz ölkələrində belə yaşatmağa kifayət qədər sosial bazası yoxdur. İrandaki problemlər nə yenidir, nə də ərəb ölkələrində başlanan üsyanlarla bağlıdır. Oonlardan həm mahiyyətcə fərqlidir, həm də tarix boyu olub. Azərbaycan neçə dəfə öz dövlətini qurmağa cəhd edib, Xiyabaninin rəhbərliyi ilə Azadistan və Pişəvərinin rəhbərliyi ilə Milli Hökuməti qurmuşdu. 1979-cu il inqilabından sonra xalq müsəlman hərəkatı, Türkmənistan hərəkatı, Kürdüstan və s. yenə də öz dövlət və milli haqları istəyində olduğu hər kəsə aydındır.
-Bəzən elə gəlir ki, Amerika və Avropa qitəsində (Qarrəsində) yaşayan Güney azərbaycanlıları, İrandakı soydaşlarımızdan daha fəaldırlar.
- Əsla, elə deyil. Bu gun Güneydə gedən dava və səslənən şüarlar xaricdəki mühafizəkar azərbaycanlılardan daha da güclü və radikaldır. Xaricdəki azərbaycanlılar sadəcə güneydə gedənlərin bəlli qismini əks etdirə bilir. Əsas çağırışların hamısı içəridə və əsas şüarların hamsı da güneydəki şəhrlərimizdə, xiyabanlarımızda səslənib divarlarda yazılıb və stadionlarda (stadyomlarda) səslənməkdədir. Azərbaycanın bayrağı Təbrizdə dalğalanır. Halbuki hələ də Avropada bəziləri bu bayraqdan qaçırlar. Bu gün “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun”, “Azərbaycan diyarımız, ay-ulduz bayrağımız”, “Təbriz, Bakı, Ankara, biz hara, farslar hara”, “Türkük, türk qalacağıq, biz fars olmayacağıq”, “Ölüm olsun rasizmə”, “Fars dili zillət dili, türk dili qeyrət dili”, “And ola Səttarxana, od salarıq Tehrana”, “Biz qəhrəman türklərik, farslara baş əymərik” və s. şüarlar güneyin şəhər, xiyaban və stadionlarında səslənir. Boz qurdlarımız damlardan ulayır. Onlar boz qurd işarəsi tutub stadionlarda 100 minlərlə ulayaraq farsa meydan oxuyur. Bir həftə bundan əvvəl Təbrizdə 60 min nəfərlik stadionda “Ağdam məscidi yeni Beyt-ül-Müqəddəs” şüarını rəngli parçada yazılaraq “Qarabağ bizimdir, bizim qalacaq” deyə bir ağızdan səsləndilər. Bunların hamısını içəridə rejimin tam təzyiqləri altında qeyrətli Azərbaycan millətinin rəşadətli övladları gərcəkləşdirir. Avropada mühafizəkarlar millətə “amandır, bu şüarı deməyin, onun zamani deyil”, “bu işarəni tutmayın avropalıların xoşuna gəlməz”, “”türkəm” deməyin avropalılar bəyənmir” deyərək hərəkatı yatırmağa çalşdığı halda yuxarıda dediyim şüarlar Təbriz, Urmiya, Zəncan, Kərəc, Tehran, Ərdəbil, Sulduz və başqa şəhərlərimizdə səslənir. Hal-hazırda Təbrizdə səslənən şüarları Avropada yaşayan soydaşlarımız bütün azadlıqlara rəğmən səsləndirməyə cəsarət etmir. Sizcə, indi bunların hansı daha fəaldır? Doğrudur, içəridə yayım imkanları, media imkanları olmadığı üçün güneyin çağırşlarının çoxu xaricə göndərilir və oradan televiziya və başqa vasitələrlə millətə bildirilir. Bütün inqilablarda belə olub, amma inqilabı irəli aparıb gerçəkləşdirən hər zaman daxildəki qüvvələrdir.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu