SON XƏBƏRLƏR

Ərdoğan Moskvada Qarabağdan danışıb

2021.10.20, 07:36
Ərdoğan Moskvada Qarabağdan danışıb

Gunaz.tv

GünAz TV: «Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması  Türkiyə-Ermənistan münasibətlərinin  normallaşmasına təsir göstərəcək».

GünAz TV mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Bunu Rusiyaya  səfəri çərçivəsində  Moskva Dövlət  Beynəlxalq  Münasibətlər İnstitunda  tələbələr qarşısında çıxışı zamanı Türkiyənin Baş naziri  Rəcəb Tayyib Ərdoğan deyib. Cənubi Qafqaz  regionundakı (bölgəsindəki) mövcud münaqişələr barəsində danışan Rəcəb Tayyib Ərdoğan  bölgədə sülh və sabitliyiə nail olunması üçün yaradılan Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq  platformasından (təməlindən) da  söz açıb. Baş nazir Rusiyanın  danışıqlar  prosesindəki rolundan da danışıb. Bildirib ki, Rusiyanın danışıqlar prosesindəki rolu təqdirəlayiqdir. Onun sözlərinə görə, Rusiya tərəfindən Azərbaycan və Ermənistanla üçtərəfli danışıqların keçirilməsi vacib təşəbbüsdür.”Türkiyə də bu məsələdə mühüm rol oynaya bilər.Türkiyənin Rusiya ilə əməkdaşlığı bütün regionun inkişafı və çiçəklənməsi üçün şərait yaradacaq”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar