Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV: Novruz bayramının Güney Azərbaycanda necə keçirilməsi haqda sual verməmək də olar. 200 ilə yaxın ayrılıq olsa da bu bayramın hər iki Azərbaycanda eyni tür qeyd edilməkdədir.
Bunun yeganə səbəbi hər iki tayda millətimizin bayramı sevərək ağız, yaddaş və düşüncəsində yaşatmasıdır. Yazda dünyanın bir çox millət və xalqlarının milli bayramları olur. Amma bu bayramlar türkün min illər boyu yaşatdığı İlaxır Çərşənbədən sonradır.
Bayramımızı parçalanmış vətənin əsarət altında olan hissəsində necə keçirilməsindən danışmazdan öncə Novruzun tarixindən qısa söz açmaq istərdik.
Yeni Gün bayramı Ərgənəkon dastanına görə, türklərin Ərgənəkondan çıxışı və çilələrinin bitməsi ilə yeni bir dönəmin başlanmasını bildirir.
Tarixçilər Yeni Gün bayramının 5 - 6 min il tarixi olmasını söyləyirlər. Bu millətimizlə dost olmayanların tarixində də öz əksini tapır. Çin qaynaqlarına görə, Miladdan öncə hunlar martın 21-də Bahar şənlikləri keçirərlərmiş.
Türklər 400 il Ərgənəkonda yaşayıblar. Sayları artdığından bu yurd onlara dar gəlir. Həmin günlərdə bir Bozqurdun – Börteçenin dolaşdığını görür və izləyirlər. Sonunda onun dəmirdən olan dağdakı bir dəlikdən dışarı çıxdığını görürlər. Həmin dağda dəmiri əridərək, bir yüklə dəvənin keçəcəyi böyüklükdə qapı kimi yer açır, geniş dünyaya çıxırlar. O mövsüm yaza, Gün isə martın 21-ə düşür. Bu səbəbdən də hun və əski saqalar çağında hər il Ərgənəkondan çıxışı saxlayan dəmirçi kürsüsünün üzərində bir dəmir parçasını çəkiclə döymə törəni qurularmış. Atları, dəvələri, qoçları kəsib ziyafət verər və şölən düzənlərmişlər.
Əbu Reyhan Biruni Novruzun türklərdə ilbaşı olduğunu, onun ön və Orta Asiya gələnəklərində qutlanmasını söyləyib. Mahmud Qaşqarlı da Yeni Günün türklərdə
ilbaşı olduğundan söz açıb. Bu bayrama sonralar başqa-başqa mahiyyətlər verildi. Hətta adı da dəyişdirildi. Amma bu bayram Türkün təbiətlə ünsiyyət və özgürlük bayramıdır.
Beləliklə, Güney Azərbaycanda da Yeni Günə hazırlıqlar təmizlikdən başlanır. Təmizlik işləri hər iki Azərbaycanda fərqliliklə aparılır. Bu işlərə bayrama 40, 30, 15 və ya 10 Gün qalanda başlanır. Bəzi el və kəndlərimizdə, o cümlədən Güney Azərbaycanın Qoşaçay və Çayqara bölgələrində xalı və paltarları çay sularında çirkinin getdiyinə inancdan yaxalayırlar. Bu inanc onların ürəklərinin gələn ildə xalı kimi təmiz olacağı inanclarındandır.
Kənd və şəhərlərimizdə «Naxışvurma» gələnəyi də var. Qışda evin divarları hisləndiyindən onun ağardılması üçün ağ torpaq və qırmızı su ilə qarışdırılıb evi boyayarlar. Ağ torpaqlı suyu «Nərməni» (qamış ucundan hazırlanan süpürgə) ilə divara çəkirlər. Sonra kərpici əzib divarlara naxış vururlar. Qırmızı torpaqla divarın dabanı sulanır. Ustad şair, rəhmətlik Şəhriyar «Heydər babaya salam»da bunu belə təsvir edib:
"Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub odaları bəzərlər.
Taxçalara düzmələri düzərlər"…
Qoşaçayın Çilik köyündə barmaqları şirəyə və una batırıb, divarda quş şəkli çəkərlər. Azərbaycanın çox yerlərində qadınlar təmizliyi biri-birinə yardımla edirlər.
Bəzi kəndlərdə bayrama 40 və ya 15 gün qalanda Sayaçılar kəndlərə gələrək şeir oxuyub, xalqı əyləndirər. Onlar iki və ya yeddi nəfərlə əllərində keçi müqəvvası tutaraq, mahnı oxuyarlar. Xalq onlara pul, düyü, yumurta və başqa Novruz yer-yemişi verər.
İlaxır Çərşənbədə Günəş batan kimi uşaqlar küçələrdə tonqal qalayırlar. Ona da Baharlu deyirlər. Balıq ayının ilk çərşənbəsinə "Çilə qaçdı", ikincisinə "Çəkər", üçüncüsünə
"Su çərşənbə", sonuncusuna isə "Axır çərşənbə" deyirlər.
Təbrizin - Dəvəçi, Qonqabaşı, Şamqazan», Yekədükanlar, Abrəsan, Qarabağlılar, Sento, Bahar, Pastur, «Çahar-rahe-Şahnaz», «Tərbiyət», Qurd meydanı (indi «Qütb» adlanır), Acı körpü, Abbasi, «Kuye-vəli-əsr», «Terminal», «Barnava», Bazar ağzı, Saatqabağı, Xiyabani, «Şəmsül-imarə», «Vadiye-rəhmət», Ərk məhəllərində də, Qaradağın, Bakının, Makının, Miyananın, Muğanın, Urmiyanın, Gəncənin, Ərakın, Həmədanın, Şəkinin , Ərdəbilin, Ordubadın, Borçalının, Lənkəranın, Dərbəndin küçələrində olduğu kimi tonqallar qalanacaq, «ağırlığım-uğurluğum, burada qalsın»-söyləyəcəklər.
Əslində Vətənimizin başqa bölgələrində kimi Güneydə də oxşar yeməklər və şirniyyatlar bişrilir. Bununla belə Təbrizin bəzi özəlliklər var. O tayda plovun çeşidli növləri - fisincan plovu, zəriş plov, mürəssə plov, şirniyyatı ilə ad çıxarmış «Şəbüstər şirniləri», şorbalar, «Təbriz» küftəsi, , rizə küftə, qarnıyarıq (badımcan dolması), «Qoşaçay» kababı, yarma aşı, işgənə, şolən və başqa ləzzətli yeməklər soydaşlarımızın halal süfrəsinə bəzək, ağızlarına dad verir. Şirniyyatlardan isə – paxlava, bamiyə, zulbiya, tərə (halva növü), halvanın çeşidli növləri, qayğanaq (paxlavaya oxşayır), filqulağı (quşfil), qulabiyə, badambura, lətifə, kişmişli, dil («zəban»). Bundan başqa Təbrizdə badımcandan tutumuş qarpızadək, eləcə də gilanardan qozadək bütün meyvələrdən mürəbbə və şərbət hazırlanır, bu nemətlər də Güney Azərbaycan türklərinin bayram süfrəsinin bəzəklərindəndir.
Qızlar anaları ilə birlikdə Çərşənbə bazarlığına gedərlər. İlk öncə duz (bərəkət), ayna (xoşbəxtlik), suqabı (aydınlıq) və kibrit (işıqlıq) alarlar.
Od əzərindən atlanma, şansallanma, qapıpusma, niyyəttutma (kilidsalma) da var. Kilidsalma. Axşamçağı oğlanlar Yeni ildə diləklərinə çatıb-çatmayacaqlarını sınamaq üçün evlərinin açarını götürüb dışarı çıxarlar. Açarı sağ ayaqqabısının altına qoyub, gəlib keçənlərin sözlərini dinləyərlər. Sözlər olumlu olarsa, diləklərinə çatacaqlarına və əksinə inanarlar.
Azərbaycanımızın hər yerində plov, toyuq, səbzi, qovurma bişirirlər. Ərdəbilin Palıdlısında axşam südlü plov bişirər və şam yeməyindən öncə yeyərlər. Suüstə, su falı da eynəndir.
Azərbaycan türkləri «yeddisin» («yeddiqab») süfrəsi açar. Buna bayrama 10 – 15 gün qalmış hazırlaşarlar.
Güney Azərbaycanda Yeni ilin 13-cü gününə evdən şəhər və kəndin kənarına çıxaraq, bayramın sonunu qeyd edirlər. Bunu farslar özününkülüşdirərək "Sizdəh bedər" adını veriblər.
Güney Azərbaycandan olan alimlər bu törənin türkə aid olduğunu sübuta yetiriblər. Həmin gün evdəki Səmənini gəzintiyə gedilən zaman eşiyə atırlar.
Bu gözəl bayramın gələnəklərini millətimiz çox pisliklərdən qoruyub.
Çünki bu bayram onun öpöz, dost-doğma törənidir.
Xatırladaq ki, hər il olduğu kimi bu ilin son çərşənbəsi də Güneydə geniş şəkildə qeyd olunub. Teran hakimiyyəti İlaxır Çərşənbə törənində qələbəliyin olmaması üçün çeşidli tədbirlər görməyə çalışsalar da insanlar biri-birini açıqcalarla təbrik edib,qoanqlıqlar dünzələyib.
Yada salmaq lazımdır ki, fars şovnistələri uzun illərdir ki, türklərə aid olan milli adət və ənənələri islama zidd elan edərək, milli-mədəni törənlərin keçirilməsini yasaqlamaqla onların unudulmasına çalışırlar. Amma həmin din alimləri farslara aid olan mərasimlərin qeyd olunmasını özləri təbliğ edir. Belələrindən biri fars hökmdarı Kir adlanan şahın anım günüdür.
Nə isə millətimizin bu müqqəddəs günüdə bir sıra yad ünsürlərdən söz açıb, kefimizi pozmayaq. Bayram münasibəti ilə hər kəsi təbrik edir, gələn günlərimizin uğurlu, bərəkətli olmasını Tanrıdan diləyirik! Sədrəddin Soltan
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu