Sepah-da qulluq edənlər Kanadadan qovulur
ABŞ regiondakı səfirlikləri müharibə şəraitinə hazırlayır- Media
Bab əl-Məndəbdəki hücumların qarşısını almağa kömək edin- Takaiçi
İranda yanacaqdoldurma məntəqələrində izdaham yarandı
30-dan çox ölkə İrandan edam cəzalarına son qoymağı tələb edib
SEPAH ilk dəfə ABŞ mediasına müsahibə verdi (Video)
Yaponiya Tehrana: Tezliklə razılaşın
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir və onu qoruyub saxlayacaq
Pezeşkian hazırkı müharibənin əvvəlkilərdən daha mürəkkəb olduğunu bildirib
Urmiya gölünün son vəziyyəti açıqlandı
Pakistan daxili işlər nazir Abbas Araqçı ilə görüşdü
Diplomatik kanalları fəallaşdırmağa davam edəcəyik- Pakistan
İranlılarla israillilər bir layihədə əməkdaşlıq edirlər
"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib
İranda daha üç sünni fəal həbs edildi
YUNESKO: Taliban 2,4 milyon əfqan qızı təhsildən məhrum edib
İqtisadi təzyiq: İranda saç da “gəlir mənbəyinə” çevrilib
Pezeşkianın prezidentliyinin iki ili: sağ qalmaq hekayəsi
Hindistan İrana dərman ixracını dayandırıb- Nazir
İran hücum doktrinasına keçir – SEPAH komandanının müşaviri
İran hər şeydən çox öz xalqından qorxur – ABŞ-ın keçmiş nümayəndəsi
İran yaxın vaxtlarda BRICS-in İnkişaf Bankına qoşulacaq – Mərkəzi Bank rəhbəri
Hörmüz boğazında gəmiçilik son həftənin ən aşağı səviyyəsinə düşüb – Reuters
Husilər ticarət gəmisinə hücum zamanı üç pakistanlını öldürüblər – Pakistan XİN rəhbəri
İran terrorçu dövlətdir- Pompeo
KİV: İran 15 min kilometr mənzilli ballistik raket hazırlayır
ABŞ rəsmisi: Cənubi Qafqazda strateji mövqeyimizi gücləndirmək istiqamətində işimizi davam etdirəcəyik
İranda minlərlə məhbus yenidən aclıq aksiyası keçirdi
İran İraqda kürd düşərgələrini vurdu
Təqaüdçülər Təbriz və Həmədanda etiraz aksyası keçiriblər
İrana inanmıram - Tramp
Putin bir amerikalı məhbusu Trampa qaytardı
Venesuela illər sonra İsrailə dostluq əlini uzatdı
Oman dənizində yük gəmisi hədəfə alınıb
ABŞ Hörmüz boğazından neft ixracının artdığını açıqladı
Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ rəsmilərinin görüşü keçirilib
Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir
Möhsün Rzai: Hörmüz boğazını açmayacağıq
İranın yeni geri addımı: Qadınların motosiklet sürməsinə maneə yoxdur
İranın Xəzər sahillərində ekoloji böhran; Milyonlarla kubmetr çirkab su Xəzərə axıdılır
“The Jerusalem Post”: İranda son edam dalğası dünyanın gözardı edə bilməyəcəyi xəbərdarlıqdır - Rəy
İsrail casusları dəfələrlə Fordoya gediblər
Pakistanın müdafiə naziri: ABŞ və İran razılaşmaya yaxınlaşır
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, İsveçdə yaşayan yazar-araşdırmaçı Eluca Atalıdır.
- İran demokratik dəyişikliklər astanasındadır. Ümumiyyətlə, bir araşdımaçı olaraq hadisələri necə görürsünüz?
- İranda demokratik dəyişikliklər ifadəsi tez-tez işlənir. Amma mən bəri başdan, kəsə yolla deyirəm ki, bunu qəbul etmirəm, çünki bu gedişatların içində bunu görmürəm. Düzdü, İranda hərəkət var, amma bu hələ hərəkat demək deyil. Bu birincisi. Qaldı, hərəkətin özünün olmasına, bu təbii haldır. Çünki bu günkü dünyada informasiyanın inkişafı dünyanı qapalılıqdan xilas edib, ona görə də İran da digər ölkələr kimi öz istəyi ilə gedə bilmir və bu gedişat dəyişikliyə gətirib çıxarmalıdır. Burda kiminsə ortaya çıxıb, demokratik dəyişikliklər edəcəyəm deməsi ilə bağlı bir şey yoxdur. Bu, bu günün, zamanın tələbidir. Bildiyiniz kimi, İran elə bir dövlətlərdəndir ki, orda gənclərin sayı yaşlı nəsildən artqıdır. Bunu Avropa ölkələri ilə müqayisə də deyə bilərik. Və bu günkü İran hakimiyyəti gəncləri köhnə ənənələrlə yaşamağa vadar edir -- çadra, dini adət-ənənələrə itaət etmək, islam qapalılığı, içki qadağaları, ən başlıcası azad sözün, azad hərəkətin qarşısı alınır. Bir sözlə, sənin həyatına hərtərəfli müdaxilə var. Məişətindən tutmuş ictimaiyyətdəki addımına qədər. Həm də İran gəncliyə münasibətdə daha cox qəddardır. Gənclərin ictimaiyyətin gözü qabağında şallaqlanması, ictimai yerlərdə dar ağacından asılması, zindanlarda hər növ işgəncəyə, təcavüzə məruz qalması və. Gənclik yaşının özü isə psixoloji və enerji baxımdan hərəkət tələb edən bir yaş dövrüdür. Bax, İrandakı bu günkü daxili içdən gedişatlar bu səbəbdəndir. Yəni, bu labüddür! Gəncliyin bu halından istifadə edib, demokratik dəyişikliklər adı ilə ortaya çıxan bir sıra adı demokrat, amma mahiyyət etibarı ilə molla əbalı adamlar var: Musəvi, Kərrubi və s. Bunlar bir ömür İran fars şovinist molla rejiminin bir nömrəli xidmətçisi olmuş adamlardır.
Onlar yaşıl adlı hərəkatın başçısı kimi ortaya çıxırlar. Amma onların öz əxlaqları sual altındadır.
Kimdir Musəvi? O, Xomeyni zamanı 8 il dövlət başqanı olub və İran ETTELAAT-ının təsisçisi olaraq onun yaranması layihəsini hazırlayıb İran Məclisinə aparıb və onun təsdiqlənməsinə nail olub. Və bu gün də İranda müxalifətin ağır gündə olması vaxtilə Musəvinin müxalifətə divan tutması ilə bağlıdır. 1988- də iki ayın ərzində neçə min nəfəri onun rəhbərliyi ilə edam ediblər, yalnız 4400 nəfərin edam olunması ilə bağlı siyahı var. Amma gizli sənədlər sübut edir ki, edam olunanların sayı 12 min nəfərdir.
Kərrubi kimdir? O, Xomeyninin fərmanı ilə Şəhidlərə aid hökumət orqanın başçısı olub, külli miqdarda vəsaiti mənimsəyib və bununla bağlı hesabat verməkdən imtina edib. Kərrubi həmin orqanda xüsusi bir hökumət yaradıb və verdiyi sərəncamlarla çoxlu sayda insan zindana saldırıb, sorğu-sualsız edam etdirib. Qısa şəkildə bunları xarakteristika etsək, belə deyə bilərik:
Əbanı kostyumla əvəz etməklə düşüncədə dəyişiklik olmur. Elə bu səbəbdən də İranda demokratik dəyişiklik olacaq ifadəsini yalan sayıram.
Bədii şəkildə müqayisə etsək, Abdulla Şaiqin "Tülkü həccə gedir" musiqili komediyası yada düşür. Belə ağır siyasi mövzularda hərdən bir zarafat da lazımdır ki, beynimiz istirahət etsin. Yoxsa, bütün günü İranın asıb-kəsmələrini izah etmək içimizdəki ona qarşı hiddəti artırıb ömrümüzdən kəsir.
Digər tərəfdən İranda həm molla dövlətə hakimdir, həm prezident var seçki yolu ilə və həm də parlament. Molla dövlətin rəhbəri istədiyi vaxt prezidentin səlahiyyətlərin əlindən ala bilər. Bəs onda harda qaldı milyonların səsi? Bu onu göstərir ki, İrandakı hakimiyyət eklektik..., qarışıq bir hakimiyyətdir. 1979-cu ildə İran islam inqilabı yarandı və İran bayrağında İranın bəşər üzərində ağalığı həkk olunub. İslam inqilabının əslində mahiyyəti bu idi. Amma o iddiadan yol gələn İran, bu gün bəşər üçün çox təhlükəli bir amilə çevrilib. Təkcə bəşər üçün yox, elə özü üçün də belədir. Çünki özü də elə bəşərin bir hissəsidir.
Heç bir ümümbəşəri islam yaranmadı, necə ki, ümumbəşəri kommunizm yaranmadı.
- İnqilabi dəyişiklərdən sonra İranın siyasi-ictimai və sosail vəziyyəti Azərbaycan türklərinin vəziyyəti üçün nələr vəd edir? Sizcə, bu dəfə də bu dəyişiklərdən sonra Azərbaycan türklərinin kənarda qalma ehtimalı mümkündürmü?
- Mən sizin bu sualınıza yuxarıda bir qədər cavab verdim, amma bunu bir balaca dərindən izah etməyə ehtiyac var. Əvvəla deyim ki, İrandakı dəyişiklik, inqilab, hərəkat və s. siz adını nə qoyursunuz qoyun, amma mən bunu əzilmişlərin haqqlarını tələb etməkdən ötəri hakimiyyətə qarşı üsyanı hesab edirəm. Və hesab edirəm ki, bu ümumiran yox, sadəcə, ümumfars hadisəsidir. Çünki İran deyəndə, orda 35 milyonluq Güney Azərbaycan türkü, ərəb, kürd, bəluç və s. millətlər var ki, onlar bu hərəkatdan kənarda qalırlar. Baxmayaraq ki, onlarda mövcud hökumətdən narazıdırlar, haqlarını tələb edirlər. Lakin, onların bu hərəkata qoşulması üçün heç bir amil yoxdur. Daha doğrusu, bu millətlərin insani haqları "demokratik" yaşılların platformasında yer almır. Yaşılların liderlərinin siyasi ağılları da o qədər dərin deyil. Onlar siyasi savaddan çox uzaqdılar. Bunların əgər siyasi ağılları olsaydı, heç olmasa öz platformalarında olsa belə, İran daxilində yaşayan qeyri-fars millətlərə vəd verib, onları aldadıb özlərinə qoşardılar. Bu zaman ümumiran adında nəsə yarada bilərdilər. Bismarkın belə bir fikri var: "Siyasətdə dil fikri gizlətmək üçündür." Asif Ata isə deyir ki:"Siyasətdə bic olmayan gicdir, ruhaniyyatda bic olan gicdir".
Belə olmadığı halda, yəni bu yaşılların qeyri-fars millətləri saymadıqları halda, bu təkcə farslara aid bir hadisədir və sonda da heç bir nəticə verməyəcək. Nəticəsiz olacaq, birinci ona görə ki, 35 milyonun haqqını tanımaq istəmirlər, elə molla rejimi kimi. Demokratiyanın mənası insan haqlarını tanımaq və onu cəmiyyətdə qorumaq deməkdər. Digər tərəfdən, demokrat yaşıllar, mollalar, şahçılar, kommunistlər və s. farslara aid olan təşkilat və qruplar Azərbaycan məsələsində hamısı bir fikirdədir, eyni münasibətdədir. Baxmayaraq, ayrı-ayrılıqda bir-birlərinə qarşı iddiaları var. Bizə gələndə bir dəyirmi masa arxasında oturub dərdləşə bilirlər. Bu da ondan ibarətdir ki, nə olursa olsun, Güney Azərbaycan türklərinin insani haqları verilməsin. Çünki bu haqların arxasında müstəqillik durur. Amma ümumilikdə götürsək, bunların bu cür birləşib bizə qarşı kəskin iddia ilə çıxış etmələri, özləri də bilmədən İranın parçlanmasına gətirib çıxarır. Bu olacaq, labüddür, amma ayın neçəsi olacağını deyə bilmərəm.
Bu gün bunları ən çox narahat edən hadisə Güney Azərbaycan türklərinin onlara qoşulmamasıdır. Siz özünüz də bunu fars mətbuatından, paltakt otağlarından izləyə bilərsiniz. Narahatdılar ki, türklər niyə susublar, niyə qoşulmurlar? Niyə də qoşulmalıdır türklər? 2006- cı ildə Təbriz, Ərdəbil, Urmu, Xoy, Sulduz, Mərənddə milyonlarla adam ayağa qalxıb təhqir olunduğunu deyib, insani haqlarını tələb edəndə, bu demokrat farslardan bir nəfəri bizi müdafiə etdi? Farsın hansı səmimiyyətinə görə biz ona inanıb onun çiyindaşı olmalıyıq? Biz qoşulanda itirdik, biz inqilablar etdik, bəhrəsini farslar yedi. Bunu artıq xalq dərk edib və qoşulmaq sözünü birdəfəlik lüğətindən silib atıb. Qoşulmayacaq, özü olacaq və öz ayağı üstə farsdan dəstək almadan dayanacaq. Buna onu gücü də var, üstəlik ləyaqəti də! Baxın, Təbrizin futbol meydanında gedən 25 fevral futbol yarışına. On minlərlə adam bir ağızdan haray çəkirdi, camaat necə şüarlar verirdi. Farsa qandırır ki, mən səndən deyiləm. Son söz olaraq sənin sualını belə ümumiləşdirirəm: biz bu dəfə də qoşulsaq, İran inqilabının kötəyindən də ağır zərbə alacağıq. İslam inqilabından sonra bu xalqı ayağından asıb şalalqladılarsa, bu dəfə biryolluq boğazından asacaqlar. Əlbəttə, əgər aldansa. Amma xalq buna getməyəcək! Güney Azərbaycan türkləri 30 il budan qabaqkı türklər deyil, onlar uzun, məşşəqqətli yolda bərkiyiblər.
- Siz fikrinizdən belə nəticə çıxarmaq olur ki, bu dəfəki dəyişiklər İranın demokratikləşməsi adı təqdim olunan dəyişiklər fars şovinizminin yeni siyasi-ideoloji oyunun tərkib hissəsidir?
- Düzdür və təəssüf ki, belədir. Yuxarıda bu məsələyə bir qədər geniş yer verdim, amma bircə bunu əlavə edirəm Ki, farsın özü də yazıqdır. Xarici tele kanallar -- BBC və s. İran ictimai həyatından, zindanlardan gizli kameralarla elə filmlər çəkiblər ki, adam baxanda ürəyi ağrıyır. Din adı altında insanlara nə qədər və hansı növdə deyirsən işgəncə verirlər. VII əsrin tələbləri ilə XXI əsrdə yaşamağı tələb etmək --həm düşüncə baxımdan və həm də məişət həyatında, bu özü birbaşa işgəncə deyil, bəs nədir? Siyasi-ideoloji oyun deyirsiniz, bu oyunu yaradan və ordakı baş rolda olanlar da elə hakimiyyətin öz adamları və öz ssenarisidir. Ona görə də həqiqi mənada nəinki böyük dəyişiklik olmayacaq, əksinə, bu İranı çox dala salacaq. Hər mənada, hətta onun bir dövlət kimi parçalanmasını reallaşdırır.
- Sizcə, İranda hansısa bir siyasi dəyişiklik, cəmiyyətdə baş verən təlatümlər Güney Azərbaycan Milli Hərəkatını da güclənməsinə səbəb olurmu? Siz, necə düşünürsünüz?
- İranda nə hərəkat baş verir versin, əslində bizim Milli Azadlıq Hərəkatımızın yolu onunkundan çoxdan ayrılıb və öz xətti ilə gedir. Bu da Güneyin işğaldan azad olması və müstəqil Güney Azərbaycan dövlətinin yaranması. Bildiyiniz kimi, 1945-ci ilin 12 dekabrda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Güneydə Milli Hökumət yaranıb və bir il sonra İran dövləti silah gücünə dövlətimizi işğal edib, 50 min adam edam olunub. Bizim bu günkü mübarizəmiz əslində yeni dövlət yaratmaq yox, farslar tərəfindən işğal olunmuş dövlətimizi bərpa etməkdir. İran cəmiyyətində farsların başladığı bu siyası hakimiyyət daxili oyunlar, çıkişmələr bir daha sübut edir ki, biz onlardan deyilik və onlar da bizi özlərinki hesab etmirlər, qətiyyən. Bunun yaxşı cəhəti odur ki, bizim mübarizədəki xəttimiz bir az da olsa, bu hadisələr vasitəsi ilə dərinləşir.
- Bu gün milli hərəkatı nə etməlidir? Milli Hərəkat İranda cərəyan edən hadisələrə seyrçi mövqe ortaya qoymalı, yoxsa yaranmış fürsətdən istifadə edib öz haqlarının tələb edilməsi uğrunda meydanlara çıxmalıdır?...
- Seyirçi mövqeyi qəbul etmirəm. Kimə və nəyə tamaşa edəcəksən? Bir boyda olan balaca siyasi ağılı ilə bu günün gedişatını belə anlamayıb addım atan farsın demokrat liderlərinəmi baxıb vaxt itirəcəksən. Bizim buna nə vaxtımız, nə həvəsimiz var, nə də idrakımız buna icazə verir. Milli Hərəkatın işi təşkilatlanma işində fəal olmaq, Güney Azərbaycan təşkilatlarının bir dəyirmi masa arxasında oturub müntəzəm, ardıcıl fikir mübadiləsi aparmaq, informasiya kanallarının güclənməsi, xalqın bu yöndə müntəzəm maariflənməsi və s. bu yöndə işlər. Çox işimiz var, az deyil. Biz dövlətimizi bərpa etməliyik, farsınsa dövləti var, onun dərdi bu dövləti kimin idarə edəcəyidir.
Güney Azərbaycan Milli Azadlıq Hərəkatı millətinin ləyaqəti uğrunda mübarizə aparır. Azərbaycan məsələsində bizim müttəfiqimiz yoxdur, müxalifimiz var.
Söhbətləşdi: Elnur Eltürk
Hindistan İrana dərman ixracını dayandırıb- Nazir
Hörmüz boğazında gəmiçilik son həftənin ən aşağı səviyyəsinə düşüb – Reuters
İranda minlərlə məhbus yenidən aclıq aksiyası keçirdi
Təqaüdçülər Təbriz və Həmədanda etiraz aksyası keçiriblər
Venesuela illər sonra İsrailə dostluq əlini uzatdı
Husilər Səudiyyə Ərəbistanının gəmilərinə və hərbi obyektlərinə hücumları davam etdirəcəklərini bildiriblər
İranda ictimai iaşə obyektlərinə qarşı yeni təzyiq dalğası: ən azı üç kafe möhürlənib
ABŞ-ın blokadası İrana ildə 18 milyard dollara başa gələ bilər
İran-ABŞ gərginliyi fonunda Hörmüz boğazından keçən gəmilərin sayı 10 günlük orta göstəricidən də aşağı düşüb – Reuters
Almaniya İrandan boğazı açmasını istədi
Ərdəbilli təqaüdçülər etiraz aksiyası keçiriblər
Hörmüz boğazına 100 faiz nəzarət edirik- ABŞ Prezidenti
Xamenei mart ayında ölüb - Lisak
Husilərin Yəmən limanına hücumu nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib
İran Ali Məhkəməsi daha bir etirazçının ölüm hökmünü təsdiq etdi
İranda iqtisadi vəziyyət ağırlaşır - Donald Tramp
Möhsün Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi təyin edildi
İraqdan açıqlama: İranla əlaqəli qrup əməliyyat planlaşdırıb
The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır
İranda oğurlanan hökumət məddahı öldürülüb
İranda daha bir bəhaiyə ağır həbs cəzası verildi
İran hərbçiləri Sistan və Bəlucistanda dörd bəlucu öldürdü
Yaponiya Hörmüz boğazına qüvvə göndərəcək?
İki bəluc fəala ağır həbs cəzası verildi
İranda hakimiyyət balansı dəyişirmi? Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin oluna bilər
İran rəhbərliyi Müctəba Xameneinin səhhətinin ağırlaşmasından narahatdır
WSJ: ABŞ kəşfiyyatı Putinin yaxın illərdə NATO-ya məhdud hücum edə biləcəyini düşünür
Fox News: İsrail və ABŞ İranla gərginlik fonunda "Arrow" raketdən müdafiə sistemini uğurla sınaqdan keçirib
Qəzvinli 18 yaşlı azərbaycanlı şagird Şəqayiq Əfşar Nəcəfi 9 il həbs və əlavə cəzalara məhkum edilib
İranın dəstəklədiyi husilər Məkkə Birgə Müdafiə Sazişini əhəmiyyətsiz sayıb
İranda çevrilişə çağırış edən radikal din xadimi məhkəməyə çağırıldı
İran Azərbaycanla bağlı ideoloji təbliğatını artırıb
Məkkə sazişi; yeni müdafiə paktı Yaxın Şərqin təhlükəsizlik balansını dəyişəcəkmi? – Təhlil
Qəzvində 24 yaşlı qadın edam edildi
The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır
İraqdan açıqlama: İranla əlaqəli qrup əməliyyat planlaşdırıb
ABŞ Senatı İran və Rusiya ilə bağlı qanun layihəsini təsdiq etdi