Kəleybərdə qızıl filizinə görə 15 nəfər həbs edildi
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İranlı deputat: Hörmüz boğazı nüvə bombasından daha dəyərlidir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
X husilərin hərbi sözçüsü Yəhya Səriinin hesabını məhdudlaşdırıb
Məşhəddə güclü yanğın olub
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Pezeşkianın müşaviri ABŞ ilə danışıqları müdafiə edib
ABŞ İranın dəniz blokadasını bərpa etdikdən bəri 59 gəminin istiqamətini dəyişib
KİV: İran və ABŞ arasında danışıqlarda irəliləyiş əldə edilməyib
İranda polis mülki şəxsi güllələdi
Güney Azərbaycanlı fəal Ukrayna prezidentinə müraciət edib
Sepah-da qulluq edənlər Kanadadan qovulur
ABŞ regiondakı səfirlikləri müharibə şəraitinə hazırlayır - Media
Bab əl-Məndəbdəki hücumların qarşısını almağa kömək edin - Takaiçi
İranda yanacaqdoldurma məntəqələrində izdaham yarandı
30-dan çox ölkə İrandan edam cəzalarına son qoymağı tələb edib
SEPAH ilk dəfə ABŞ mediasına müsahibə verdi (Video)
Yaponiya Tehrana: Tezliklə razılaşın
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir və onu qoruyub saxlayacaq
Pezeşkian hazırkı müharibənin əvvəlkilərdən daha mürəkkəb olduğunu bildirib
Urmiya gölünün son vəziyyəti açıqlandı
Pakistan daxili işlər nazir Abbas Araqçı ilə görüşdü
Diplomatik kanalları fəallaşdırmağa davam edəcəyik- Pakistan
İranlılarla israillilər bir layihədə əməkdaşlıq edirlər
"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib
İranda daha üç sünni fəal həbs edildi
YUNESKO: Taliban 2,4 milyon əfqan qızı təhsildən məhrum edib
İqtisadi təzyiq: İranda saç da “gəlir mənbəyinə” çevrilib
Pezeşkianın prezidentliyinin iki ili: sağ qalmaq hekayəsi
Hindistan İrana dərman ixracını dayandırıb- Nazir
İran hücum doktrinasına keçir – SEPAH komandanının müşaviri
İran hər şeydən çox öz xalqından qorxur – ABŞ-ın keçmiş nümayəndəsi
İran yaxın vaxtlarda BRICS-in İnkişaf Bankına qoşulacaq – Mərkəzi Bank rəhbəri
Hörmüz boğazında gəmiçilik son həftənin ən aşağı səviyyəsinə düşüb – Reuters
Husilər ticarət gəmisinə hücum zamanı üç pakistanlını öldürüblər – Pakistan XİN rəhbəri
İran terrorçu dövlətdir- Pompeo
KİV: İran 15 min kilometr mənzilli ballistik raket hazırlayır
ABŞ rəsmisi: Cənubi Qafqazda strateji mövqeyimizi gücləndirmək istiqamətində işimizi davam etdirəcəyik
İranda minlərlə məhbus yenidən aclıq aksiyası keçirdi
İran İraqda kürd düşərgələrini vurdu
Təqaüdçülər Təbriz və Həmədanda etiraz aksyası keçiriblər
GünAz TV: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə… Xocalının soyuq qışı öz yerini bahara verməyə hazırlaşırdı. Xocalılar torpağın oyanış büsatını gözləyirdilər.
Axı, yaza 30 gün qalırdı. Həmin vaxt şəhərin üzərində gözəl günlərin eşqi ilə nə qədər xəyallar, nə qədər arzular, nə qədər diləklər dolanırdı. Neçə-neçə sevgililər bir-birindən söz alıb, söz vermişdilər. Sevgi ilə dolu həyat o şəhərə dəhşətin hənirtisini hiss etdirməmişdi. Heç kəsin ağlına gəlmirdi ki, hiyləgər, məkirli, qaniçən iblisin erməni balasının qəfil həmləsinə düçar olacaqlar. Həmin an zaman duracaq, bahara boylanan ağacların budaqlarında tumurcuqlar əvəzinə, laxtalanmış qan damcıları dumurlanacaqdı. Elə o vaxt Xocalıda günəş batacaq, güllər solacaq, azular öləcəkdi…
Həvva Məmmədova: «Nə qədər ki, erməni qaniçənləri beynəlxalq məhkəmə qarşısında dayanmayıblar, Xocalı faciəsinin yarası sağalmaz»
«Dağlıq Qarabağ Azərbaycanlıları İctimai Birliyi»nin üzvü Həvva Məmmədova ermənilərin müxtəlif vaxtlarda Azərbaycan ərazisində qətliamlar törətdiyini faktlarla qeyd etdi. Dedi ki, artıq 4-5 ildir ki, faciə 70-dən artıq ölkədə qeyd edilir və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu istiqamətdə böyük işlər görür:
«Ermənistan törətdiyi əmələ görə cavab verməlidir. Bu gün bizim 1 milyondan artıq qaçqın-köçkünümüz var, BMT-nin (Sazemane meləlin) 4 qətnaməsi Ermənistanı təcavüzkar kimi tanısa da işğalçıya qarşı öz saknksiyalarını tətbiq etməyib. Bu gün Ermənistan Xocalı faciəsində əllərini qana batırmış insanlar tərəfindən idarə edilir. Nə qədər ki, erməni qaniçənləri beynəlxalq tribunal qarşısında dayanmayacaq, Xocalı faciəsinin yarası sağalmaz. Xocalı insanlığa sığmayan təcavüzə məruz qalıb, yerlə yeksan edilib. Xocalılar hər şeylərindən - yığdıqları varidatlarından, ev-eşiklərindən də məhrum ediliblər. Azərbaycanın bütün rayonlarında şəhidlərin uyuduğu xiyabanlar var. Bütün bunlar hamısı Ermənistanın məsuliyyətindədir».
Mütəmadi olaraq faciənin şahidləri ilə görüşdüyünü deyən Həvva Məmmədova onların başlarına açılan müsibətlərin tarixə sığmadığını dedi: «75 yaşlı bir xocalı mənə danışırdı ki, əsirlikdə olanda silahın qundağı ilə, təpiklə sinəsinə o qədər vurublar ki, indi də o ağrını yaşayır. Bu insanların əsirlikdə başına gətirilənlər dəhşətli ssenarilərin mövzusudur. Ermənistanın təkcə Xocalıda törətdiyi faciəni araşdırmaq üçün bir institutun formalaşmasına ehtiyac var. Biz bu gün nə qədər Xocalıdan yazsaq, nə qədər danışsaq, filmlər çəksək də, faciəmiz siyasi qiymətini dünya Ermənistanı qınaq obyektinə tutacağı zaman alacaq».
Həvva Məmmədova deyir ki, əsirlikdən qayıdan insanların içərisində qeyrətli, ölümdən qorxmayan qadınlara rast gəlib. Deyir ki, faciəni yaşayan qadınların daxilində bir hayqırtı, bir nifrət var. Bu qadınların başına gələn hadisələr böyük bir dəhşətli romanın mövzusudur.
Əsirlikdən xilas olan bir qadının Həvva xanıma danışdıqları: «Həmin hadisədə ermənilər bizi əsir götürdü, həyat yoldaşımı, övladımı öldürdülər. Bir övladımı qaynatamın qucağında vurdular. Qucağımda yeganə övladım qaldı. Ermənilərdən biri boynumun dalından tutub elə dartdı ki, ətim əllərində getdi. Deyirdilər ki, nə qədər qızılın, pulun var. 5 metr o tərəfədə isə yoldaşım can verir, ağzından qan axırdı. Mən qızıllarımı çıxarıb, həyat yoldaşımın ağzından axan qanın içinə qoydum. Erməni qızılları niyə qanın içinə qoyduğumu soruşdu. Dedim ki, o almışdı, ona da qaytardım, get ondan götür». Qadın ayılanda uşağı ilə birlikdə artıq neçə gündür yaralı vəziyyətdə donuz tövləsində əsir saxlandığını başa düşüb.
«Azərbaycan qadının qüruruna bax, qeyrətinə bax. O, erməniyə yalvarmadı, imkan istəmədi. Əksinə, qadın qüruru, qadın qeyrəti ilə göstərdi ki, Azərbaycan qadını ölsə də, heç vaxt satqın olmayacaq, həmişə qürurlu dayanacaq. O qadın da sağ qalacağını bilmirdi, amma ölümün qarşısında dik dayanırdı». Həvva xanım 10-larla belə faktların olduğunu dedi: «Biz Azərbaycan qadınının başına gətirilən müsibətləri dünyaya çatdırmalyıq. Azərbaycan qadını o zaman əhdinə çatacaq ki, bütün dünya Ermənistanı qınayacaq, cinayətlərinə görə tribunala çəkiləcək. Bir gecədə 613 nəfərin ölməsi nə deməkdir, 25 uşağın hər iki valideynini itirməsi nə deməkdir, 130 uşağın bir valideynini itirməsi nə deməkdir, 8 ailənin büsbütün məhv edilməsi nə deməkdir? Niyə dünya ictimaiyyəti silkələnmir?!»
Millət vəkili Elman Məmmədov: «İstəyirəm ki, gedib Xocalıda öləm»
Elman Məmmədov deyr ki, Xocalı soyqırımı haqda dünyanın böyük nüfuzlu təşkilatlarına, bir çox dünya ölkələrinin parlamentlərinə, rəhbərliklərinə külli miqdarda informasiyalar ötürülüb. O, bu işin daha sürətlə və yüksək səviyyədə davam etdiriləcəyinə inanır. Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlar bu məsələyə bir qədər laqeyd yanaşsa da, bu münasibət sona qədər belə davam edə bilməz: «Artıq ümidverici işartılar görünür. Müəyyən siyasətçilərin, qurumların, beynəlxalq təşkilatların mövqelərində dəyişikliklər hiss olunur. Yəqin ki, yaxın vaxtlarda Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasına nail olacağıq».
E.Məmmədov Xocalı soyqırımının birinci növbədə dilimiz, dinimiz bir olan türkdilli dövlətlər tərəfindən tanınmasını arzu etdiklərini dedi. Türkiyənin bir neçə şəhərində keçirilən tədbirlərdə və bələdiyyələrin özlərinin qərarı ilə Xocalı soyqırımının tanınması barədə qərarlar qəbul olunub və bir neçə dəfə də Türkiyə Böyük Millət Məclisində dinləmələr olub: «Xocalı soyqırımının Türkiyədə nə vaxt tanınacağı bu dövlətin daxili siyasətidir. Hər halda, biz yorulmadan, dönmədən soyqırımın tanınmasına çalışmalıyıq».
Millət vəkili dedi ki, faciədən keçən bu 19 il ərzində xocalıların həyatında müsbət yönümlü dəyişikliklər olub: «1992 ci ildə xocalılar arasında elələri var idi ki, hətta əyin paltarları da yox idi. Bu gün dövlətimizin qayğısı nəticəsində xocalılar həyatın normal məcrasında yaşayır, təhsil alır, dövlət tərəfindən müxtəif bölgələrdə tikilmiş evlərdə yaşayırlar. Ancaq xocalıların ən müqəddəs arzusu vətənə, doğma yurd-yuvalarına qayıtmaqdır. Mən Xocalıdan çıxanda 42 yaşım var idi, indi 60 olub. İstəyirəm ki, gedib Xocalıda ölüm. Bu arzular həmişə xocalıları narahat edir. Bizi ən çox narahat edən, bizə ümid verən arzumuz budur. Nə qədər vaxt keçsə də hadisələr vaxtı aldığımız mənəvi zərbələr bizimlə yaşayıb, bizimlə də birgə o dünyaya gedəcək. Həyatın o anları, o müsibətlər sağalmaz dərdlərdir. Biz Xocalıdan çıxanda 5-6 yaşı olan uşaqların artıq 20-dən çox yaşı var. Elələri var ki, ailə qurublar. Onların övladlarında da o zərbələrin izi var. Mənim heç bir şey yadımdan çıxmır, hər şey 19 il əvvəl olduğu kimi yenə də gözümün önündədir».
Xocalı soyırımının canlı şahidləri
Pirşağıda dəniz kənarındakı pansianatda məskunlaşan xocalılar artıq 19 ildir ki, ilin dörd fəslinin dördünü də eyni hüzünlə yaşayırlar. Təkcə öz canlarını deyil, övladlarını da əzab-əziyyətlə, ölümün gözünə baxa-baxa düşmən əlindən qaçıran anaların, ataların ömürlərinin yalnız bir fəsli var - qış. Xocalı faciəsinin kiçik şahidləri bu gün yaddaşlarının bir küncündə ilişib qalmış qar üzərindəki qan izlərini, kəsilmiş başları, doğranmış bədənləri unuda bilmirlər. Onlar danışdıqca, göz yaşlarını saxlaya bilmir, səsləri titrəyir, əsəbdən əlləri əsirdi…
"Qaçsaydıq bizi öldürərdilər"
Sevil Əbdülova:
Fevralın 25-i gecəki hücum həmişəki 2-3 saatlıq atışmaya bənzəmirdi. Hamı kimi zirzəmiyə yığışmışdıq. Sonra atışmanın uzandığını görüb, meşəyə qaçdıq. Ermənilər göyə fişəng atıb, onun işığında camaatı güllələyirdilər. Bir az qaçmışdıq ki, 12 yaşlı oğlumla mən yaralanıb, dəstədən geri qaldıq. Yoldaşımla iki oğlum qabaqkı dəstəylə birlikdə kanalı keçmişdi. Oğlumun yarasından qan axır, qana bulaşmış bədən buz bağlayır, uşaq soyuqdan donurdu. Oğluma dedim ki, atangili çağırma, qoy heç olmasa onlar xilas olsunlar… Ermənilər bizi tutub bir evə apardılar. Orda bir qız və bir yaşlı kişini girov çaxlayırdılar. Bizi girov götürən ermənilərin övladları Bakıda Şüvəlan həbsxanasında cəza çəkirdi. Məqsədləri bu idi ki, bizi onunla dəyişdirsinlər. Bünün üçün isə girovlardan biri bizimkiləri xəbərdar etməli idi. Mən dedim ki, ya uşaqları, ya da kişini buraxın, mən məktub yazıb onlarla göndərim, dediyiniz adamla bizi dəyişdirsinlər. Ermənilər razı olmadılar ki, - «onlar getsələr geri qayıtmayacaqlar, amma sən oğlunun dalınca qayıdacaqsan». Razılaşmadım. Artıq girovluqdan qaçmaq barədə düşünürdük. Oğlum ev yiyəsinin oğlu ilə su gətirmək bəhanəsi ilə ətrafı nəzərdən keçirib gördü ki, ermənilər xəndəklərdə özlərinə yer düzəldib, ətrafa nəzarət edirlər. Qaçsaydıq bizi öldürərdilər. 4 gündən sonra öz aramızda bu qərara gəldik ki, mən gedib ermənilərin adamlarının bizimlə dəyişdirilməsi məsələsini həll edim… Bakıya gəlib məsələni yoldaşıma danışdım. İki ay həmin erməninin girovlarla dəyişdirilməsi məsələsiylə məşğul oldum. Döymədiyim idarə qapısı qalmadı. Çox çətinlikdən sonra ermənini həbsdən çıxartdırıb geri qayıtdım. Beləcə, oğlumu da, o cavan qızla qoca kişini də xilas etdim.
"Hər addımda 10-15 adam ölürdü"
Şəkibə Mustafayeva:
Həmin gün hamı kimi evimizdə oturmuşduq. Qəfil dörd tərəfdən fişəng atıldı, ardınca avtomatlar, pulemyotlar işə düşdü. 4 il idi ki, hər axşam Xocalını qısa fasilələrlə atəşə tuturdular. Buna görə də elə bildik ki, bu dəfə də atışma 2-3 saat çəkəcək. Amma bu dəfə atışma dayanmaq bilmirdi. Qonşu qadınlar, qocalar, uşaqlar bizim evin zirzəmisinə yığışdı. Yoldaşım posta gedirdi, dedi ki, ermənilər şəhərə girsələr, qaçarsınız meşəyə, mən sizi taparam. O gedən getdi…
Ermənilər 4 tərəfdən şəhəri gülləyə tutmuşdular. Zirzəmidən çıxıb meşəyə üz tutduq. Qocalar, xəstələr zirzəmidə qaldılar. Səhərə qədər əyilə-əyilə, sürünə-sürünə yol gəldik. Hər addımda 10-15 adam ölürdü. O cür güllə yağışının altında təsadüf nəticəsində sağ qalmışıq. Səhər Ağdamın Şelli kəndinə çatdıq. Sağ qalmaq üçün meyitlərin altında gizlənməkdən bütünlüklə qanın içində idik… Yoldaşımgil ermənilərin güclü silah-sursatlarının qarşısında heç nə edə bilməyəcəklərini görüb, meşəyə çəkiliblər. Xankəndi ilə Əsgəran arasındakı yolun üstündə yoldaşım yaralanıb. Ermənilər onu girov götürmüşdülər. Yazığı ağır işgəncələrlə öldürüblər. Martın 30-da meyitini ala bildik. Qardaşları onu Laçında dəfn elədilər. Amma Laçın alınandan sonra qəbri orda girov qaldı. Bu gün Milli Qəhrəman, şəhid ailəsiyik. İtki versək də torpaqlarımız sülh yolu ilə deyil, müharibə yolu il alınmalı olsa, mən övladımı döyüşə göndərməkdən çəkinmərəm.
Sevda Səlimova:
Ölənlərin dəhşətdən böyümüş gözlərini unutmamışam. Qaçırdıq, gizlənirdik, bir də qaçırdıq. Saatlarla xəndəklərə uzanıb ermənilərin uzaqlaşmasını gözləyirdik. Bir qoca arvad var idi, oğlunu, qızını, gəlinini öldürdülər, bircə təzə doğulmuş nəvəsi qalmışdı, onu da itirmək istəmirdi. Uşaq ağlayır, arvad başındakı yaylıqla onun bələyini dəyişir, amma uşağın səsi kəsilmirdi. Arvad uşağın ac-susuz olduğunu düşünüb, qarı onun ağzına basırdı, uşaq bir az susub, yenidən ağlamağa başlayırdı. Ermənilər qaranlıqda o tərəf-bu tərəf gəzişirdilər ki, görsünlər sağ adam varmı. Camaat arvada deyirdi ki, uşağı öldür səsi kəsilsin, onun səsinə gəlib bizi əsir götürəcəklər. Arvad uşağın ağzını əliylə yumurdu, görürdü nəfəsi kəsilir, əlini boşaldırdı, belə-belə uşağı sağ-salamat gətirib çıxardı…
Bizim ailədən yoldaşım, qardaşım, əmim, əmimin üç oğlu şəhid oldu, qaynım girov qaldı. Ona Milli Qəhrəman adı veriblər. Biz şəhid ailəsi kimi dövlət yradımı alırıq. Girovluqdan xilas olanlardan xəbər eşidirdim ki, yoldaşım sağdır. Bəzi kəndlərimiz o vaxt geri qaytarılanda oralara gedib-gələnlər deyirdilər ki, bostanda belin sapına yoldaşımın adı yazılıb. Əsirlər saxlanıldıqları evlərdə çörəyin üstünə adlarını yazıb, bu yolla bizə sağ olduqları barədə xəbər verirdilər…
Çox istərdik ki, dünya Xocalı soyqırımını tanısın. Xocalı şəhəri abidələşdirilsə, bir abidə kimi qorunsa yaxşı olar. Başqa ölkələrdən ölkəmizə gələn qonaqlar Azərbaycan həqiqətlərini bu abidədən daha yaxşı görərlər.
"Əllərimi göyə açıb şükür etdim ki, anam sağ deyil"
Yasəmən Həsənova:
Xocalı faciəsində mən bütün əzizlərimi - atamı, anamı, nənəmi, babamı itirmişəm. O vaxt 12 yaşım var idi. Əsasən gecələr, camaat şirin yuxuda olanda güllə atılırdı. Hər səhər yuxudan duranda görürdük ki, həyətdə avtomat, pulemyot gülləlləri var. Elə adamlar var idi ki, atışma başlayanda evə girməyə macal tapmamış, «alazan»ın qəlpəsi onu elə qapının astanasındaca yaxalayırdı. Uşaq idik, güllələr bizə maraqlı görünürdü. Yavaş-yavaş başa düşdük ki, göydən yana-yana gələn bu balaca, fişəngə oxşayan şey adamı öldürürmüş. İndinin özündə də bayramlarda fişəng atılanda o günləri xatırlayıram.
Dekabrın 21-də bizi də - məni, bacımı, qardaşımı vertolyotla Xocalıdan çıxardılar. Valideynlərimiz sanki sağ qalmayacaqlarını bilirdilər… Xocalıdan qaçıb gələnlər arasında, ölənlər arasında onları tapmadım. 3 il bundan əvvəl, soyqırımdan 16 il sonra internetdə Xocalıdan çəkilən şəkillər arasında öz həyətimizi və anamın, xalamın, xalamın iki övladının güllələnmiş halda öldüyünü gördüm. Ana ölümü heç vaxt sevindirici ola bilməz, amma mən həmin şəkilləri görəndə hardasa sevinirdim. Çünki indiyədək də ermənilərin əlində əsir, girov olanlar var və onların vəziyyətini təsəvvür belə etmək dəhşətlidir. Çünki ermənilər əsir götürdükləri adamlara olmazın işgəncələr verirdilər. Ona görə də əllərimi göyə açıb şükür etdim... ki, anam sağ deyil... Ananın ölümünə şükür etmək nə deməkdir, onu mən bilirəm! Təəssüflənirəm ki, meyitlərini gətirə bilmədim. Ölüsünü gətirib dəfn edə bilənlər özlərini xoşbəxt sayırdılar. Bircə atamın meyidini gətirib Şəhidlər Xiyabanında dəfn edə bildik. Anamın iyini atamın qəbrindən alıram. Sağ olsun dövlətimiz, şəhidlərimizə biganə qalmadı. Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə atama milli qəhrəman adı verdilər, sonra şəhid ailəsi kimi evlə təmin etdilər.
"Ermənilər əllərinə keçən adamları doğrayırdılar, artıq səhər açılırdı deyə, işlərini tez başa vurmaq istəyirdilər"
Sevil Səlimova:
Xocalıdan çıxanda mənim 13 yaşım var idi. Evdən elə vəziyyətdə çıxmışdıq, elə vəziyyətdə qaçırdıq ki… (Sevilin əlləri əsir, dili dolaşır) 19 il az müddət deyil. Buna baxmayaraq hələ də özümə gələ bilmirəm. Yaralıların bağırsağını kəsib tökürdülər. Can şirin şeydir. Qadınlar var idi ki, yarılmış bədənlərindən bayıra çıxan bağırsaqlarını əlləri ilə tutaraq qaçırdılar. Mən də qaçırdım, amma elə bilirdim ki, nə qədər qaçsam da uzaqlaşa bilmirəm. Gözümün qabağında pulemyot güllələrindən adamların sinəsindən açılan şırımdan ürəklərinin çölə çıxdığını, ürəyin qan içində necə çırpındığını görəndə həyacandan, qorxudan elə bilirdim ki, kimsə məni boğur. Ayağıma batan tikanların ağrısını hiss eləmirdim. Sonralar ayağımın tikanını təmizləmək istəyəndə çətinlik çəkdilər. Elə donmuşdu ki, məcbur olub dərimi soydular. Xeyli müalicədən sonra yeriyə bildim. Cavan qızların türkürpədici qışqırıq səsləri, «kömək edin», «qoymayın» bağırtıları indi də qulaqlarımdadır. Ermənilər əllərinə keçən adamları doğrayırdılar. Artıq səhər açılırdı deyə, işlərini tələsik başa vurmaq istəyirdilər. Çünki artıq bizimkilər köməyə gəlirdilər.
Nəzakət Hüseynova:
Atışma başlayanda qaçıb doluşurduq zirzəmiyə, gecəni orda qalırdıq. Səhərə kimi qorxurdum ki, bu saat ermənilər doluşacaq evlərə, bizi əsir götürəcəklər. 25-i günü sanki yer-göy bir-birinə qarışdı. Qaynatamgil gəlib dedilər ki, şəhəri tərk etmək lazımdır. Mən uşaqlarla camaata qoşulub çıxdım. Amma yoldaşım valideynlərini tək qoymaq istəmədi. Dedi onları gətirməyə gücüm çatmasa mən də qalacam. Mənə deyirdi ki, heç olmasa birimiz sağ qalaq, uşaqları böyüdək. 1992-ci ildən indiyənə kimi onların nə öldüsündən, nə qaldısından xəbərim yoxdur. Amma qaynımın meyidini dəyişdirmə yolu ilə alıb Şəhidlər Xiyabanında dəfn edə bildik. Ailəmizə şəhid ailəsi adı verilib. Oğlum bir gözündən qəlpə yarası alıb, görmə qabiliyyətini itirib. Qorxu, soyuq, həyacan içində canımızı qurtarsaq da, hərə bir xəstəlik tapıb. Qızımın canından o qorxu hələ də çıxmayıb. Hadisələr ona psixoloji zərbə vurub. Bir dəfə yuxudan hövlank ayılıb dedi ki, «yuxuda atamı görmüşəm. Görürəm ermənilər onu ağaca bağlayıb doğrayırlar, qanı mənim üzümə sıçrayır». Tez-tez o cür yuxular görür…
Biz artıq müharibəni görmüşük. Uşaqlarımızı yenidən qırğına vermək istəmirik. Amma torpaq şirin şeydir, onu düşmən əsarətində qoymaq olmaz. Şəhidlərimizin qisasını almalıyıq. Qoy ruhları şad olsun ki, əbəs yerə canlarını fəda etməyiblər.
"Həm ağlayır, həm də ətrafda qan içində yıxılıb qalan qocalara, uşaqlara baxıb çığırırdım"
Günel Rzayeva:
"Deyirlər ki, uşaq beyni ağ vərəqdir. Bəlkə də buna görədir ki, 5 yaşımda gördüklərim hələ də yadımdan çıxmayıb. Böyüklərdən eşidirdim ki, ehtiyatlı olmaq lazımdır, ermənilər qəfil şəhərə daxil olub, camaatı əsir götürə bilər. Anam bizi həyətdən kənara qoymaq istəmirdi. Günortalar bizi yatızdırırdı ki, axşamlar yuxumuz qaçsın. Fevralın 25-i gecəsi qəfil işıqlar söndü. Anam «Allah, sən özün bizi qoru» deyib, məni qucağına aldı. Zirzəmiyə girsək də orda çox dayanmadıq. Çölə çıxanda gördük ki, qonşularımız çoxdan gedib. Camaatın yığışdığı yerə qaçdıq. Anam dedi ki, bir azdan gedib əynimizə paltar gətirərik. Amma ermənilər artıq evlərə girdikləri üçün meşəyə qaçdıq. Anam məni kürəyinə sarımışdı. Mən həm ağlayır, həm də ətrafda qan içində yıxılıb qalan qocalara, uşaqlara baxıb çığırırdım. Düzdü, ayaqlarıma tikan batmadı, yorulmadım, amma soyuqdan donmuşdum. Xilas olanda bizim ayağımızı isti suya qoydular ki, donu açılsın. Sən demə ayağı don vuranda onu isti yox, soyuq suya qoymaq lazımmış… İsti evə düşmüşdük. Bizim olmasa da təhlükəsiz yerdə olduğumuz üçün sevinirdim. Xocalı faciəsi bizə böyük yara vurdu. Normal gənc kimi yetişmədik, qorxaq, qəlbi kövrək böyüdük".
Həmin gecə qadınların, uşaqların, qocaların torpaqda sürünməkdən dərisi soyulmuş dizlərindən axan qan Xocalının sinəsində dərin bir çapıq açdı. Həmin gecə oğlunu-qızını itirən anaların ürəyi də eləcə çatladı. Çox analar sağalmayan yaralarını özləri ilə birgə qəbirə apardılar…
Xocalı hələ də 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərinin törətdiyi qətliamın ağrısı ilə yaşayır.
Artıq 19 ildir ki, Xocalı qisas gününü gözləyir. Yalnız düşmən üzərindəki qələbəmiz Xocalı və bütün Azərbaycana ağrısını unutdura bilər. Bəlkə onda Xocalı təsəlli tapar, torpağında bitən ağacların, güllərin, kolların budaqlarında cücərən qan tumurcuqları sovrulub gedər.Tahirə Qafarlı. Milli.Az
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Pezeşkianın müşaviri ABŞ ilə danışıqları müdafiə edib
Sepah-da qulluq edənlər Kanadadan qovulur
Bab əl-Məndəbdəki hücumların qarşısını almağa kömək edin - Takaiçi
İranda yanacaqdoldurma məntəqələrində izdaham yarandı
Hindistan İrana dərman ixracını dayandırıb- Nazir
Hörmüz boğazında gəmiçilik son həftənin ən aşağı səviyyəsinə düşüb – Reuters
İranda minlərlə məhbus yenidən aclıq aksiyası keçirdi
Təqaüdçülər Təbriz və Həmədanda etiraz aksyası keçiriblər
Venesuela illər sonra İsrailə dostluq əlini uzatdı
Husilər Səudiyyə Ərəbistanının gəmilərinə və hərbi obyektlərinə hücumları davam etdirəcəklərini bildiriblər
İranda ictimai iaşə obyektlərinə qarşı yeni təzyiq dalğası: ən azı üç kafe möhürlənib
ABŞ-ın blokadası İrana ildə 18 milyard dollara başa gələ bilər
İran-ABŞ gərginliyi fonunda Hörmüz boğazından keçən gəmilərin sayı 10 günlük orta göstəricidən də aşağı düşüb – Reuters
Almaniya İrandan boğazı açmasını istədi
Ərdəbilli təqaüdçülər etiraz aksiyası keçiriblər
Hörmüz boğazına 100 faiz nəzarət edirik- ABŞ Prezidenti
İranda oğurlanan hökumət məddahı öldürülüb
İranda daha bir bəhaiyə ağır həbs cəzası verildi
İran hərbçiləri Sistan və Bəlucistanda dörd bəlucu öldürdü
Yaponiya Hörmüz boğazına qüvvə göndərəcək?
İki bəluc fəala ağır həbs cəzası verildi
İranda hakimiyyət balansı dəyişirmi? Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin oluna bilər
İran rəhbərliyi Müctəba Xameneinin səhhətinin ağırlaşmasından narahatdır
WSJ: ABŞ kəşfiyyatı Putinin yaxın illərdə NATO-ya məhdud hücum edə biləcəyini düşünür
Fox News: İsrail və ABŞ İranla gərginlik fonunda "Arrow" raketdən müdafiə sistemini uğurla sınaqdan keçirib
Qəzvinli 18 yaşlı azərbaycanlı şagird Şəqayiq Əfşar Nəcəfi 9 il həbs və əlavə cəzalara məhkum edilib
İranın dəstəklədiyi husilər Məkkə Birgə Müdafiə Sazişini əhəmiyyətsiz sayıb
İranda çevrilişə çağırış edən radikal din xadimi məhkəməyə çağırıldı
İran Azərbaycanla bağlı ideoloji təbliğatını artırıb
Məkkə sazişi; yeni müdafiə paktı Yaxın Şərqin təhlükəsizlik balansını dəyişəcəkmi? – Təhlil
Qəzvində 24 yaşlı qadın edam edildi
The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır
İraqdan açıqlama: İranla əlaqəli qrup əməliyyat planlaşdırıb
ABŞ Senatı İran və Rusiya ilə bağlı qanun layihəsini təsdiq etdi