Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV: O vaxtdan 19 il keçir. Lakin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda baş verənləri xatırlayanda indi də dəhşətə gəlirik.
Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış o dəhşətli gecədə Xocalı şəhəri yerlə-yeksan edilmiş, dinc əhaliyə vəhşicəsinə divan tutulmuşdu. Bütün sivilizasiya (təməddün) normalarına zidd olan bu qanlı aksiyanı erməni silahlı dəstələri keçmiş SSRİ-nin (Şurəvinin) Xankəndində yerləşdirilən 366-cı motoatıcı alayının (hənginin) hərbi qulluqçularından və zirehli texnikasından istifadə etməklə törətmişlər. Həmin alayın şəxsi heyətində milliyyətcə erməni olan 40-dan çox zabit və gizir (əfsər, dərəcədar) vardı. 613 nəfərin, o cümlədən 106 qadının və 63 uşağın həyatına son qoymuş, 8 ailəni tamamilə məhv etmiş, 487 nəfərin şikəst olması, 1275 sakinin girov götürülməsi, onların 150 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyinin məlum olmaması ilə nəticələnən bu kütləvi qırğını törədənlər hələ də azadlıqdadırlar. Bəşər tarixində soyqırım aktları (əməlləri) əvvəllər də olub: Xatın, Liditse, Oradur hadisələri bu qəbildəndir. Lakin Xocalı soyqırımı onlara oxşamır... Xocalı soyqırımı təkcə biz türklərin deyil, Azərbaycanda yaşayan bütün xalqların və dini konfessiya nümayəndələrinin ortaq dərdidir.
Azərbaycan kazaklarının atamanı, general Viktor Mereşkinin sözlərinə görə, Xocalı XX əsrin yox, əsrlərin faciəsidir. Generalın fikrincə^ hər il Xocalı soyqırımının ildönümü ərəfəsində bütün erməni saytları bu faciəni azərbaycanlıların törətdiyini iddia edən saxta və əsassız arqumentlər (nişamlar, sübutlar) gətirməklə öz cinayətlərini ört-basdır etməyə cəhd göstərirlər: "Amma fakt odur ki, bu faciəni ermənilər törədib. Bu vaxtadək isə həmin cinayətkarlar hələ cəzalandırılmayıb, halbuki, onların kimliyi və harada olduqları məlumdur". General dedi ki, bu cinayət ermənilərin azərbaycanlılara qarşı əsrlərlə törətdikləri cinayətlər silsiləsinin bir hissəsi idi: "Əvvəlcədən planlaşdırılmışdı. İndinin özündə də həmin kadrlara baxmaq olmur. Bu qədər vəhşilik yalnız kinokadrlarda ola bilər. Faciə uzaq keçmişimizdə başımıza gətirilib, qiyməti isə hələ verilmədiyindən erməni vəhşiliyi davam etməkdədir".
Ləzgi Mədəniyyət Mərkəzinin sədri Şair Həsənov isə dedi ki, Xocalı soyqırımını təkcə azərbaycanlılara qarşı törədildiyini demək düzgün olmazdı: "Bu bəşəri faciədir, onu törədənləri bağışlamaq olmaz. Dinində, irqindən asılı olmayan hər bir bəşər övladı bu faciəni lənətləməlidir. Bu faciənin günahkarları olan ermənilər mütləq cəzalandırılmalıdırlar. Bu cəzanın üstünü ört-basdır etməyə cəhd göstərənlər görünür onlarla əlbir olublar". Şair Həsənov dedi ki, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana dəstək olunmalıdır: "Ermənilər qondarma erməni soyqırımlarını dünya ictimaiyyətinə tanıtmaq istiqamətində sürətlə iş aparırlar. Amma dünya yaxın keçmişimizdə azərbaycanlıların başına gətirilən Xocalı soyqırımını tanımaq niyyətində deyil. Azərbaycana qarşı ikili standartlara baxmayaraq biz ermənilərin vəhşi simasını ortaya qoya bilmişik, tarix onları cəzalandıracaq".
"Ronahi" Kürd Mədəniyyəti Mərkəzinin sədri Kamil Həsənov
isə Xocalı ilə yanaşı digər faciələrimizi də ümumi bəla adlandırdı. Onun sözlərinə görə, Xocalı faciəmiz bizim töhmətimizdir, ona görə ki, bu vaxta qədər erməni vəhşiliklərini dünyaya tanıda bilməmişik: "Faciəni törədən ermənilər və ruslar məsuliyyəti boyunlarından atırlar. Amma bu heç də onların gətirdikləri saxta faktlarla deyil. Məsələn, "Memorial"ın (Rusiyanın "Memorial" hüquq müdafiəsi mərkəzi - C.) hesabatında deyilir ki, Xocalıya hücumdan sonra orada 200-300 insan evlərin zirzəmisində gizlənmişdilər və onlar Xankəndinə aparıldı. Bu da onu deməyə əsas verir ki, Xocalı faciəsi zamanı əsir götürülən insanların bəzilərinin taleyi indi də naməlum qalıb. Yaxud da aparılan azərbaycanlılar qətlə yetiriliblər. Həmin hesabatda daha sonra yazılır ki, Xankəndində yerləşdirilən 366-cı motoatıcı alay Xocalı qaçqınlarının daşınması ilə məşğul idi. Xocalıya hücumda 366-cı alayın hərbi texnikasının da iştirak etdiyi barədə məlumat verilib. Rusiya mətbuatı bir daha bu faciənin töərdilməsində 366-cı motoatıcı alayın rolunun olduğunu təsdiqləyir. Daha sonra yazılır ki, ermənilər hətta ölüləri də təhqir edirdilər. Bir azərbaycanlının diri-diri başının dərisi soyulmuşdu...".
Dağ Yəhudiləri İcmasının üzvü, sinaqoqun ravvini Rubin İzmayılov da Xocalı soyqırımını bəşəriyyətin faciəsi olduğunu və bunun Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsinin ürəyini ağrıtdığını dedi: "Hər bir millət kimi, biz yəhudilər də bu faciənin ağrısını dadmışıq. Azərbaycan xalqı ilə bu faciənin ağrısını bölüşmüşük, tarixdə dəhşətli faciələrimizdən biridir. Bu faciə bir daha ermənilərin necə qəddar və qaniçən olduqlarını üzə çıxardı. Dinc sakinlərə belə bir divan yalnız insanaoxşar vəhşilər tərəfindən tutula bilərdi". Ravvin onu da dedi ki, Xocalı faciəsini ermənilərin törətməsini sübut etməyə ehtiyac da yoxdur. Onun sözlərinə görə, bu faciə elə də uzaq keçmişdə baş verməyib ki, onun sübut olunması üçün illərlə fakt toplayasan: "Düzdür, Azərbaycan diasporası tərəfindən bu faciə hər il dünyanın müxtəlif yerlərində anılır. Lakin təbliğat hər gün aparılmalıdır, hər gün ermənilərin iç üzünün açılması istiqamətində fəaliyyət göstərilməlidir".
Avar Mədəniyyət Mərkəzinin rəhbəri Mahama Bazarov Dağlıq Qarabağ döyüşlərində iştirak edən polis batalyonu komandiri kimi müharibənin ağrı-acısını yaşadığını dedi: "O qədər dəhşətli hislər keçirmişik ki... Xocalı faciəsi bu dəhşətlərin ən böyüyüdür, mən inanmıram ki, yer üzündə digər xalqlara qarşı ikinci belə bir vəhşilik törədilsin. Ermənilər Xocalıda insanları diri-diri torpağa basdırdılar, yandırdılar, başlarına hansı oyunlar açmadılar. Bunu tarix bağışlamayacaq. Biz təkcə səsimizlə yox, həm də fəaliyyətimizlə erməni işğalçılarına qarşı mübarizə aparırıq. Mən inanıram ki, ermənilərin bizə qarşı törətdiyi bütün faciələr cavabsız qalmayacaq. Qarabağımız azad ediləcək və erməninin işğalçı siyasəti ifşa olunacaq. Bu bizim haqqımızdır, illərlə faciələrə, itkilərə məruz qalmış bir xalq kimi öz hüququmuz uğrunda mübarizə aparırıq".
Milli Radionun kürd dili verilişləri redaksiyasının redaktoru, yazıçı Əhməde Həpo isə bildirdi ki, Xocalı faciəsi ilə bağlı yazdığı "Qana bulanmış gecə" adlı məqaləsi iki gün radioda kürd dilində səslənib: "Məqaləni "Qabusnamə"də ermənilərin xarakterini (xüsusiyyətini) açan sözlərlə başlamışam. Bildirmişəm ki, 1918-ci ildən 1988-ci ilə qədər Azərbaycan xalqının başına hansı faciələr gətirilibsə, bu ölkədə yaşayan kürdlərin də başına o faciələr gətirilib. Ermənilərin Azərbaycan xalqına vurduğu yaralar biz kürd xalqına da vurulub. Bu yaranın ağrısını, acısını birgə yaşayırıq. Efir vasitəsilə kürd xalqına müraciət etdim ki, Xocalı faciəsi həm də kürdlərin faciəsidir. Axı Xocalıya yaxın olan ərazilərdə yüzlərlə kürd ailəsi yaşayıb. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri faciələrin qurbanları arasında kürdlər də var".
Yazıçı dedi ki, ermənilərin Xocalıda törətdikləri faciəni elə onların yazıçıları da etiraf edib: "Məsələn, Hayd Xeriyanın "Xaç naminə" kitabında (Beyrut, 2000-ci il. Xocalıdakı döyüş haqqında səh. 26, 62, 63.), Zori Balayanın "Ruhumuzun dirilməsi" kitabında (1996-cı il, səh. 260-262) ermənilərin xocalıları necə divan tutulması, meyitlərin necə təhqir olunması və bundan şərəf duyulması məqamları əksini tapıb".
"Müqəddəs Məryəm Ana" Bakı katolik kilsəsinin baş keşişi, Slavo Şviqra Ata isə bildirdi ki, Xocalı soyqırımı bir daha bütün bəşəriyyətə müharibənin vəhşi simasını göstərdi: "Müharibələrdə insanlar həlak olur, lakin dinc əhalinin, azyaşlı uşaqların, qadınların, ahılların bu qədər amansızcasına qətlə yetirilməsi dəhşətdir. Görün, İlahi qanunları tapdaq altına atan insan hansı vəhşilikləri törədə bilər. Nifrət insanı insanlıqdan uzaqlaşdırır. Xocalı faciəsini törədənlər - insan simasını itirmiş yırtıcılardı".
Slavo Şviqra Ata onu da bildirdi ki, hər il, 26 fevral tarixində Bakının "Müqəddəs Məryəm Ana" kilsəsində ibadət zamanı onlar Xocalıda qətlə yetirilmiş insanların ruhuna dualar oxuyur və Allahdan diləyirlər ki, bir daha Azərbaycan xalqının başına belə müsibət gəlməsin, cəlladlar və cinayətkarlar adalətli cəzalarına çatsınlar. Cavid . Xalq cəbhəsi qəzeti
Yazı KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Din və milli tolerantlıq (xoşgürülük), millətlərarası dialoqun və inteqrasiya prosesinin inkişaf etdirilməsi" layihəsi çərçivəsində təqdim olunur.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu