Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV: Ötən gün Səudiyyə Ərəbistanının kralı Abdulla tabəələrinin güzəranının yaxşılaşdırılması, iqtisadiyyatda islahatların aparılması məqsədi ilə bağlı fərman verib. 3 aylıq ayrılıqdan sonra o, ölkəsinə dönüb.
Dövltə televiziyasının məlumatına əsasən, adi səudililərin mənzillə təmin olunması, subayların ailə qurması və ticarətə başlaması, eləcə də çeşidli layihələrə sərmayə qoyuluşuna milyardlarla dolların ayrılması ilə bağlı kral Abudallanın əmr verib.
Kralın neftdən gələn gəlirləri ölkədə sakitliyi yaratmağa belə əliaçıqlıqla sərf etməsi Səudiyyə müxalifətin üsyan çağırışı fonunda baş verib. Son günlər internetdə və ictimai şəbəkələrdə Səudiyyə Ərəbistanındakı mövcud rejimə qarşı kütləvi nümayişin (Yürüşün) keçirilməsi ilə bağlı çağırış edilir. Həmin çağırışlara görə, bu il martın 11-13-də,cümə namazından sonra hakimiyyət əleyhinə, «qəzəb günü» mitinqləri keçiriləcəyi gözlənilir.
Müxalifət rejim qarşısında 12 tələb irəli sürüb. Onların arasında konstitusiyalı (Anayasalı) monarxiyanın (monarshiyanın) yaradılması, vətəndaşların hər cür təhdid eliməsinə son verilməsi, habelə neftdən gələn gəlirlərin ədalətli şəkildə bölüşdürülməsi kimi tələblər də var.
Qeyd edək ki, Küveyt əmiri bir sırasosial layihələrin gerçəkləşdirilməsi məqsədi ilə 10 milyard dollar ayrılmasına dair fərman verib.
Onu da xatırladaq ki, ötən ilin payızında Səudiyyə Ərəbistanının monarxı 86 yaşlı Abdullanın səhhəti ağırlaşmışdı. Sarayın rəsmi açıqlamasına əsasən, o, «kürəyində ağır»dan şikayətlənib və onurğasında «qan trombu» əmələ gəlib. Bu tıxac həmin nahiyədə ağırların yaranmasına səbəb olub. Ötən ilin noyabrında şeyx Abdulla «müalicə olunmaq» üçün ABŞ-a (Amerika Birləşmiş Ştatları) səfər etmişdi.
Səudiyyə Ərəbistanı ilə bağlı həmin günlərdə yayılmış məlumatda isə bildirilirdi ki, monarx Abdulla ölkənnin ən vacib hərbi qurumlarından birinə- Milli Qvardiyaya (keşikçilər) komandanlıqdan əl çəkib. O, bu posta şahzadə Mitaba bin –Abdullanı təyin edib.
Monarx qvardiyaya 1962-ci ildən bəri başçılıq edirdi. Bu hərbi qurum səudiyyə ordusu ilə tarazlıq yaradırdır. Abdulla kral olmazdan öncə qvardiya onun gücünü ilkin mənbəyi sayılırdı. Bu hərbi birləşmədə 260 min nəfər qulluq edir. Milli qvardiya başqa işlərlə yanaşı, kral ailəsini, sarayları, şahzadələri qoruyur.
Kralın xəsətəliyi və onun yenidən Səudiyyə Ərəbistanına qayıdışı ölkədəki durumun beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacağı istisna edilmir. Çünki ötən ilin sonunda səudilərin ABŞ-dan (Amerika Birləşmiş Ştatları) 80 milyard dollar dəyərində silah və hərbi texnika alacağı barədə xəbərlər yayılmışdı. .
Yazımızın əvvəlinə qaydaraq, ehtimal etmək olar ki, yaxın aylarda Səudiyyə Ərəbistanında kral dəyişikliyinin olacağı da istisna edilmir. Bu isə İsrailə münasibətdə, eləcə də Yaxın Şərqdə yeni «siyasi» xəttin yürüdülməsi ilə müşahidə oluna bilər. Xatırladaq ki, İordaniya monraxı mərhum kral Hüseyndən sonra hakimiyyətə gəlmiş ikinci Abdulla atasında qalma xarici siyasətdə dəyişiklik etdi. Hətta onu bir sıra şərhçilər «islathçı kral» da adlandırırdılar.
Bu baxımdan Səudiyyə Ərəbistanın da monrax dəyişkliyi gerçəkləşərsə, o zaman ölkənin İrana münasibətdə daha sərt davranacağı, gözəlniləndir.
Saraya yaxın olanların və müxaliflərin çıxışlarından da bunu hiss etmək mümkündür. Bir müddət öncə səudiyyə şahzadəsi, ölkənin ABŞ və Britaniyadakı keçmiş səfiri, hazırda kral Faysal adına İslam araşdırma mərkəzinə başçılıq edən Türk əl-Faysal bildirmişdi ki, ərəb dövlətləri arasında birliyin olmaması İranın «əlinə oyanayır» və bu ölkə yavaş-yavaş Yaxın Şərqdə öz təsirini gücləndirir. Onun sözlərinə görə, İranın «polad canyanqları» «kağız pələng»ə oxşayır : «O, ərəb dövlətlərinin zəifləməsi hesabına bölgədə təsirini artırır».
Səudiyyə Ərəbistanının islahatçı dairələrinin təmsilçisi doktor Möhsün əl-Auaci Almaniyanın «Der Spiegel» mətbu orqanına müsahibəsində bildirmişdi ki, İslam Respublikasının atom-nüvə proqramının həllində başqa yol olmazsa, İsrail «İranın nüvə obyektlərini (təsisatlarını) bombalamalıdır».
Onun sözlərinə görə, İsrail məsələsi öz sərhədi daxilindədirsə, «İran problemi ümumdünya xarakterlidir». O, Səudiyyə Ərəbistanındakı hakimiyyəti tənqid etdiyinə görə iki dəfə həbs olunub.
Səudiyyə Ərəbistanında da etiraz çıxışları baş verməsi, inqilab «qığılcımlarının» İran İslam Respublikasına yaxınlaşması deməkdir. Ümuityyətlə, Afrikanın Şimalında baş verənlər həm də Tehran hakimiyyətini dəstəkləyə biləcək potensial qüvvələrin sıradan çıxarılmasıdır. Qeyd edək ki, bunlardan biri Liviya lideri Müəmmər Qəzzafi idi. İran – İraq savaşında o, İslam Respublikaısna yardım etmişdi. Səudiyyə Ərəbistanı kralı Qərblə müttəfiq olsa da onun ölkəsindən bir sıra terrorçu qrupların maliyyələşdiyi ehtimalı böyükdür.Bu baxımdan baş verənlərin yaxın aylarda İran İslam Respublikasını bürüyəcəyi də bölgə üçün gözlənilən hadisələrdən sayıla bilər.
Sədrəddin Soltan
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu