SON XƏBƏRLƏR

Dünya Ana Dili Günü ilə bağlı BƏYANAT

2021.10.20, 07:36
Dünya Ana Dili Günü ilə bağlı BƏYANAT

Gunaz.tv

GünAz TV: 21 fevral (2 isfənd) Dünya Ana Dili Günü ilə bağlı bir çox partiya, qeyri hökumət təşkilatı, Kütləvi İnformasiya Vasitəsi, tanınmış şəxsiyyətlər tərəfindən müxtəlif bəyanatlar yayılıb.

 

Dünya Ana Dili Gününü təbrik edən bir qrup Təbrizli Milli Hərəkat fəalları da mövzu ilə bağlı bəyanat yayaraq 30 milyonluq Güney Azərbaycanlı türkün Milli mübarizəsində Dünya Ana Dili Gününün mühüm bir gün kimi yer aldığını bildiriblər.

 

Milli Hərəkat fəalları bu il də keşmiş illər kimi mədəni mərasimlərin keçiriləcəyini vurğulayıb və Dünya Ana Dili Günündə Ana Dilində kitab hədiyyə verərək bu mühüm günü qarşılayacaqlarıbı bəyan ediblər.

 

Bəyanatda vurğulanıb ki, Yaşıl Hərəkatçılar Azərbaycanın mənalı sükutundan suistifadə edib və öz tərəfdarlarını Azərbaycanda iğtişaş yaratmağa çağıracaqları təqdirdə, Milli Hərəkat Fars millətindən daha çox uzaqlaşacaq. Bu isə İran rejiminin xüyirinə olacaq.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar