Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV Mətbuat Mərkəzinin növbəti müsahibi, Cənubi Qafqazın tanınmış siyasi analitiki Ənvər Börüsoydır.
- Ənvər bəy, ortada bir fakt var ki, İranda Azərbaycan qarşı sistemli, planlı ideoloji təxribat maşını işləyir. Bu ölkənin Azərbaycanla bağlı strateji planları nədən ibarətdir və əsas hədəf nəyə hesablanır?
- Sovetlər Birliyi dağıldıqdan sonra Cənubi Qafqazda strateji marağı olan dövlətlər sırasında İran özünün xüsusi doktrinasını hazırlamaq üçün ölkənin Qum şəhərində dini, paytaxt Tehranda Xarici İşlər Nazirliyinin tərkibində isə "İranın Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzi"ni yaratdı. Hətta nazirliyin nəzdində "Risalət" adlı dərgi nəşr etməklə bu strategiyanın elmi-nəzəri əsasları barədə araşdırmaları gündəmə gətirməyə başladı. "Risalət" dərgisinin ilk saylarında (1991-ci il 2-ci sayı, səh.4) belə qeyd olunurdu: "Azərbaycan Respublikasının (Cümhuriyyətinin) quruca adı belə, İran dövləti üçün daim təhlükə mənbəyi olacaq".
Hər iki mərkəzin Qafqaz siyasətində uzlaşdırılmış əsas hədəfləri isə bundan ibarətdir: "İndiki Ermənistan, Azərbaycan və Gürcütan tarix boyu "Böyük Ariya" - fars mədəni-siyasi qatının təsir dairəsində olub və bu proses SSRİ-nin (Şurəvi) dağılması səbəbindən yenidən İranın nəzarətinə keçməlidir".
Qumdan və Tehrandan istiqamətləndirilən hədəflərə hesablanmış İrəvan (Ermənistan), Tiflis, Batumi, Sarvan (Marneuli), Rustavi (Gürcüstan), Dərbənd (Dağıstan), Beyləqan, Bakı, Bərdə, Gəncə, Quba, Şəki, Lənkəran, Salyan, Mingəçevir, Sumqayıt və Şuşa (Azərbaycan) şəhərləri daxil olmaqla "Qafqazın 17 şəhəri" strategiyası İranın "Qafqaz siyasəti"nin əsas tərkib hissəsidir. 20 ilə yaxındır ki, bu "17 şəhər" modeli arasında uzlaşdırılan bir sıra şəbəkələr qurulub. Buraya tarixi abidələr, coğrafi, mədəni-dini birliklər, elm və ədəbiyyat xadimlərindən ibarət ictimai qurumların yaradılması, müxtəlif qəzet və jurnalların nəşri, ictimai və sosial yönümlü qurumlar, biznes və maliyyə sektorları daxildir. Bütün bunları uzlaşdırmaq üçün "Aran" Mədəni Müəssisəsi adlı mərkəz yaradılaraq həmin şəbəkələrin koordinasiya şəklində fəaliyyəti nizamlanır.
- "Aran" Mədəni Müəssisəsi əsas strateji hədəfi nədir və hansı funksiyanı (vəzifəni) yerinə yetirir?
- İranın Tehran, İsfəhan, Yəzd, Qəzvin, Qum, Ərdəbil, Məşhəd, Kirman, Mazəndaran, Rəşt, Lahican, Şiraz və digər universitetlərində çalışan mütəxəssislər tərəfindən hazırlanan layihələr ilk öncə XİN-ə və buradan isə "Aran" Mədəni Müəssisəsinə təqdim olunur. Bu proyektlərdə (tərhlərdə) "Qafqazda iri şəhərlərin və onların çevrəsindəki coğrafi ərazilərin qədim İran torpaqları" mövzusu ilk öncə İranın televiziya və radio kanallarında, qəzet və jurnallarında uzun müddətdir ki, geniş şəkildə təbliğ olunur. Digər tərəfdən isə, bu strategiya bütün orta məktəb və universitetlərin dərsliklərinə daxil edilib. Bununla da hər bir İran vətəndaşının beynində "Güney Qafqaz İranın tarixi coğrafi ərazisidir" anlayşı mövcuddur. Bu siyasətlə yanaşı, paralel şəkildə İran vətəndaşlarının Qafqaz regionları ilə biznes, ticarət və maliyyə əlaqələri də həmin prinsiplərə söykənilməklə istiqamətləndirilir.
"Aran" Mədəni Müəssisəsi tərəfindən Qafqazda iddia olunan 17 böyük şəhərdə yaradılan xüsusi nümayəndəliklər isə İranın strateji maraqlarına hesablanan tədbirləri və görülən işləri nizamlayır. Qafqazda fəaliyyət göstərən İrana məxsus biznes şəbəkələri isə həmin mərkəzin proyektlərinin maliyyələşdirilməsində borcludurlar. Tehrandakı analitiklər qeyd edirlər ki, ölkədəki teokratik rejimi qorumaq üçün "Aran" Mədəni Müəssisəsinin nəzarətində olmaqla Azərbaycan, Ermənistan və Gürcüstanın siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, sosial, mədəni, dini və digər sahələri barəsində məlumatlar əldə etməklə, İran regionda (bölgədə) çevik şəkildə fəaliyyət göztərmək imkanlarını əldə edir. Məhz bu yolla İran Qafqazda başda ABŞ (Amerika Birləşmiş Ştatları), İsrail, Avropa Birliyi daxil olmaqla böyük güclərin və NATO siyasətinin genişlənməsinin qarşısını almaq, regionda sosial, iqtisadi və demokratik proseslərin inkişafına mane olmaq istəyir.
- İran Azərbaycanın inkişaf modelindən niyə narahatdır? Xüsusilə, bunu nə üçün özünə təhlükə görür?
- Tehran Universitetinin professoru Cavad Şəfinəjad "Risalət" dərgisində belə qeyd edir: "İranın quzey qonşusu olan Azərbaycan Qafqazda ən böyük dövlətdir. 2008-ci ildən başlayaraq Azərbaycanın milli gəlirləri sürətlə artmaqdadır. Bu ölkənin enerji resursları (qaynaqları) ilə paralel (muvazi) şəkildə digər iqtisadi sahələrin inkişaf etməsi İran üçün artıq çox ciddi problemlərə səbəb olacaq. Buna görə də "Aran" Mədəni Müəssisəsi regionda daha çevik fəaliyyət göstərməlidir. Bunu xüsusilə teokratik müstəvidə gücləndirməklə hədəflərimizi modernləşdirmək strategiyası üzərində kökləməliyik".
İsfəhan Universitetinin professoru Mütəfəkkir Azadi isə İranın Azərbaycan və Qafqaz siyasətinə toxunaraq bunları təklif edib: "Qafqaz xalqlarının indiki düşüncə tərzi İranla ortaq tarixi, mədəni və dini hisslər müstəvisində artıq təhlikə mənbəyinə çevrilib. Regionda strateji maraqları olan ölkələr də belə bir prosesdə aktiv (fəal) rol oynayır. İranın strateji maraqları artıq bir sıra hücumlara məruz qalıb. Buna görə də teokratik baxışlar üzərində köklənərək "Fitrət", "Həsrət", "Hicrət" və "İraq" mövzuları ictimai fikirdə genişləndirilməlidir. İran bir dövlət olaraq uzun müddət məhz bu taktika ilə Suriya, Livan (Lübnan), Fələstin və Türkiyədə qurmuş olduğu təsisatlar vasitəsilə mövqeyini gücləndirə bilib".
Uzun müddət İranın Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş Əliəsgər Şerdust qeyd edir ki, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin ömrü uzandıqca, İran üçün daha böyük təhlükə mənbəyinə çevirlir. Çünki Azərbaycanın milli gəlirləri artmaqla, bu dövlətin mədəni həyat tərzinin güclənməsi birbaşa Güney Azərbaycan məsələsinə çox ciddi şəkildə təsir edir. İran Azərbaycan məsələsində ortaya qoyduğu doktrinanın 1-ci mərhələsini çoxdan başa vurub. Biz hal-hazırda 2-ci mərhələnin tamamlanması prosesini izləyirik. 3-cü mərhələyə başlamaq üçün indidən kadr siyasətini daha da gücləndirməyə çalışmalıyıq. Məhz 3-cü mərhələnin sayəsində İrandakı teokratik rejimi qorumaq mümkündür".
- İranın elmi təhqiqat mərkəzləri və informasiya sistemi Azərbaycanlı bağlı işlərini necə qururlar?
- Son 20 ildə İranda Azərbaycan və Qafqaz tarixi barədə planlı şəkildə təhrif olunmuş hədəflərə hesablanılan və nəşr edilən bütün elmi tədqiqat əsərləri Azərbaycan dövlətinin ərazisində yayılmaqdadır. Bununla yanaşı, İranda təhsil almağa gedən gənclər də elə həmin elmi əsərlərin ruhunda yetişdirilir. Bu sırada Əhməd Həmədani, Rza İnayətullah, Zəkəriyyə Qəzvini, Həmdullah Mustofi, Məhəmməd Hüseyn Xələfi, Abdullah Bəşşari Muqəddəsi, Bəhram Əmirəhmədiyan və digər müəlliflərin "Qafqazın mükəmməl coğrafiyası" strategiyasına hesablanmış elmi tədqiqatlar İran dövlətinin maraqlarının hansı məcrada idarə edilməsini təsdiq edir. Bu əsərlərin hamısında qeyd olunur ki, "400 min kv.m əraziyə malik olan Qafqazda bütün strateji maraqlarını təmin etmək üçün İran bir dövlət olaraq "Qafqazın 17 şəhəri" modeli ətrafında fəaliyyət dairəsini daim inkişaf etdirməlidir. Region xalqlarını bütün təsir vasitələrilə bu siyasətə səfərbər etməklə həm də İran bir dövlət olaraq özünün "milli təhlükəsizliyi"ni təmin etmək imkanları əldə etmiş olur". Göründüyü kimi, İran alimləri məşhur alman coğrafiyaşünas alimi Karl Riterin "coğrafiyasız tarix sərgərdan bir ruh kimidir" modelinə üz tutduqlarını və buna əsas istinad nöqtəsi kimi yanaşdıqlarını heçdəgizlətmirlər.
"Qafqazın 17 şəhəri" modeli layihəsi çərçivəsində bu şəbəkəyə daxil olan bütün infrastrukturlarla (zirbenayi layihələr) birlikdə İran son illər elmi konfranslar və simpoziumlar keçirməklə çevrə dövlətlərində yaratmış olduğu bütün şəbəkələri daim təkmilləşdirmək üçün çox ciddi addımlar atmaqdadır. Türkiyə, İran, Suriya, Azərbaycan, Əfqanıstan, Tacikstan, Ermənistan, Gürcüstan, Qətər, Fələstin isə bu layihəyə cəlb ediliblər. Azərbaycanın bir dövlət olaraq inkişafının qarşısını alan və süni şəkildə yaradılan bir sıra problemlər də məhz bu növ strategiyaların ucbatından həll olunmamış qalır.
Ayətullah Hərəmullahi "İranın Qafqazdakı hədəfləri" əsərində yazır: "Türkiyədən fərqli olaraq bu gün İran dövləti Azərbaycan və Gürcüstan siyasətində xeyli geridə qalır. Buna görə də biz Azərbaycanda təsiretmə yollarına daha çox maliyyə sərf etməliyik. İctimai təsir vasitəsi qismində iki ölkə ziyalılarının arasında "obyektiv əlaqələr"in gücləndirilməsi, ağır həyat şəraiti olan elmi işçilərə "xüsusi qayğıların göstərilməsi", Azərbaycanın hər yerində fars dilinə olan marağın artırılması (xüsusilə dindarlar arasında) və lazım olan ədəbiyyatın pulsuz və ya çox ucuz qiymətə satışının təşkili, əruz vəznində yazılan müasir ədəbiyyatın təbliğinin genişləndirilməsi və digər təsir vasitələri çoxşaxəli forma və məzmunda əsas həyat mənbəyinə çevrilməlidir".
Yəzd Univesitetinin professoru, "Qafqazdakı böhranlar" üzrə ən böyük mütəxəssislərdən biri hesab olunan Əmir Əhmədiyan "Qafqaza doğru" tədqiqatında yazır: "Qafqazda İranın təhlükəsizliyi strateji hədəflər coğrafi hədəflər müstəvisində inkişaf etdirilməlidir. Bu sırada Qafqazın 17 şəhəri ən böyük strateji maraq dairəmiz olmaqla yanaşı, həmin regionları daim İranın təsir dairəsində saxlamalıyıq. Xüsusilə, cəmiyyətə təsir vasitəsi kimi İranda dini təhsil almış kadrların "teoloq alimlər" modeli qismində dini-mənəvi sahədə ön sırada durmalıyıq. Məhz bu kadrlar ordusunun sayəsində Qafqazın keçmiş İran ərazisi olmasını ictimai fikirdə təsirini gücləndirə bilərik. Bu sırada Azərbaycanın vilayətlər (ostanlar) qismində idarə olunması modelinin tətbiq olunmasına çalışmalıyıq. çünki hər bir region özünün coğrafi şəraitlə uzlaşan iqlim qurşağının fəlsəfəsinə bağlıdır".
Uzun müddət İran xüsusi təhlükəsizlik xidmətinin əməkdaşı qismində Türkiyədə fəaliyyət göstərmiş Əkbər Gənci Azərbaycanla bağlı bu ölkənin XİN-i üçün hazırladığı 200 səhifəlik hesabatında açıq şəkildə qeyd etmişdir ki, "Azərbaycan Respublikası hər qarış torpağı üstündə müstəqil olana qədər İran üçün daim təhlükə mənbəyidir".
Təbrizdə fəaliyyət göstərən "Səhər TV" kanalının rəhbəri olan Əsgər Fərdi hələ ötən yüzilin 90-cı illərində Azərbaycan, Ermənistan və Gürcüstana səfərlər edərək "Qafqazın 17 şəhəri" mövzusunda 40 bölümdən ibarət sənədli televizya filmini çəkib. Bu filmdə açıq şəkildə qeyd olunur ki, "Qarabağ qədim İran vilayətlərindən biridir və indi bu torpaqları Ermənistan deyil, xarici qüvvələr işğal edib. Qarabağ savaşı Ermənistan-Azərbaycan məsələsi deyil, bu, daha çox NATO və İran savaşının müstəvisində baş verib. İran heç bir vəchlə bu torpaqların Azərbaycanın tərkibinə qatılmasına imkan verməməlidir. çünki Qarabağ Azərbaycanın ərazisi olaraq birləşdirilərsə, sırada İrandakı teokratik rejim üçün böyük təhlükələr ortaya çıxacaq. Buna görə də İranda təhsil almış kadrların sayəsində Azərbaycan əhalisinin diqqəti Qarabağa deyil, daha çox "Fələstin məsələsi"nə yönəldilməlidir".
Söhbətləşdi: Elnur Eltürk
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu