Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV: Bu gün 1979-cu il inqilabının 32-ci ildönüdümüdür. Bir çoxları bunu «islam inqilabı» kimi dəyərləndirsə də, baş verənlər ölkə əhalisinin mövcud monarxiyaya (müstəbid və mütləqçi rejim), şahlıq rejiminə qarşı nifrtəinin nəticəsi idi.
Bu hərəkatda çeşidli siyasi-ideoloji cərəyanların təmisilçiləri iştirak edib. Xaricdən daha çox ayətulla Xomeyni dəstəkləndiyindən hadisələr «islamçı» adlanan xəttin xeyrinə inkişaf etdi.
Fikrimiz heç də o illərdə baş verənləri araşdırmaq deyil. Məqsədimiz İran İslam Respublikasının (Cümhuriyyəti) 32-ci ildönümü ərəfəsində baş verən bəzi olayları diqqətinizə çatdırmaqdır.
Onu vurğulayaq ki, ötən 32 ildə İran əhalisinin ən çox eşitdiyi sözlər bunlar olub : «müharibə»(İran-İraq savaşında rəsmi olmayan məlumatlara əsasən İran tərəfi 2 milyonadək insan itirib, milyardlarla dola ziyana düşüb), «sanksiya»(təhrim), «yasaq», «hicab», «böhran», «benzin bahalanır», «tümən ucuzlaşır», «vədlər», «nüvə proqramı», filan «silahın sınağı», «bahalıq», «subsidiyanın ləğvi», hakimiyyətin özünə düşmən bildiyini «islam düşmənləri» kimi təqdim edilməsi və s.
İş o yerə çatıb ki, inqilab zamanı eyni siyasi-ideoloji cərəyanda təmsil olunanlar indi biri-birinə qarşı çıxış edir.
Belə hərəkatların ildönümündə onun şişirdilmiş liderləri barəsində filmlərin, kitabların və s. mədəni işlərin təqdimatı keçirilir.
İSNA-nın məlumatına görə, İslam Respublikasının lideri ayətullah Xomeyninin həyatından bəhs edən «Sübhün övladı» bədi filminin zəif alınıb.
Film inqilabın 32-ci ildönümü münasibəti ilə Tehranda keçirilən “Fəcr” («Dan yeri») film festivalı çərçivəsində fevralın 7-də İran paytaxtın «Milad qülləsi»ndə ekrana çıxarılıb.
Mənbə bildirib ki, film uzun alınıb, orada tarixi hadisələr ardıcıllıqla təsvir edilməyib, çeşidli epizodlarda texniki səhvlər açıq-aşkar görünməkdədir. Bu üzdən də tamaşaçılar filmi etirazla qarşılayıblar, filmin nümayişi başa çatmamış kino zalını tərk etməyə başlayıblar.
Qalmaqala səbəb olan digər amil isə kinorejissor (kargərdan) Behruz Əfxəminin adının filmin rejissoru kimi getməsidir. B.Əfxəmi jurnalistlərə açıqlamasında deyib ki, o, yalnız filmin ssenarisini yazıb və adının filmin rejissoru kimi getməsi düzgün deyil: “Mən mətbuatda iki yazı dərc etdirərək adımın filmdə getməsinə etirazımı bildirmişəm”.
2005-ci ildə çəkilmiş “Sübhün övladı”nda ayətullah Xomeyninin 7 yaşına qədər həyatı, eləcə də gənclik və 1959-cu ildəki həyatı, siyasi fəaliyyəti, şaha qarşı çıxışlarına görə tutulması hadisələri səhnələşdirilib.
Filmdə Xomeyninin uşaqlıq dövründəki rolunu Arman İranpur, 63 yaşında ikən tutulub sürgünə göndərilməsi dövrdəki rolunu Əbdülrza Əkbəri, anasının rolunu isə gənc aktrisa Hədiyyə Tehrani oynayıb.
1 milyard 800 milyon tümənə başa gələn filmin sponsoru ayətullah Xomeyninin əsərlərinin nəşri ilə məşğul olan qurumdur. Həmin quruma Xomeyninin nəvəsi Həsən Xomeyni başçılıq edir.
Film başa çatmamış tamaşaçların zalı tərk etməsi, onun zəif və ya güclü olması ilə bağlı deyil. Nəzərə almaq lazımdır ki, belə filmlərə insanlar bir qayda olaraq, az maraq göstərir. Bu baxımdan ayətullah Xomeynini liderliyində qurulmuş İslam Respublikasının mövcud durumunu görənlər işıq sönən kimi çox sakit halda tamaşa zalını tərk etməyə üstünlük verir. Bu həm də ayətullah Xomeyninin, mövcud hakimiyyətin siyasi –ideoloji, sosial -iqtisadi xəttinin sakit boykotu sayıla bilər.
İranın mövcud durumunu vaxtı ilə hakimiyyətdə olanlar da yaxşı başa düşür.
Bu günlərdə keçmiş prezidenti Məhəmməd Xatəmi jurnalistlərə açıqlamasında ölkənin indiki vəziyyətdən çıxması üçün bütün siyasi partiyaların «azad fəaliyyətinə icazə verilməlisindən» danışıb: “Seçki işi elə aparılmalıdır ki, bütün siyasi partiyalar və qruplar özlərini təhlükəsiz hiss edərək azad şəkildə ona qatıla bilsinlər. Siyasi partiyalar seçkilərdə öz namizədlərini irəli sürməli və seçkilər xalqın gerçək rəyini əks elətdirməlidir.
İndiki durum nə ölkənin xeyirinədir, nə cəmiyyətin, nə də hakimiyyətin. İndiki şərait bizdəki qanuni meyarlarla da üst-üstə düşmür. Mənim keçmiş seçkinin məzmunu ilə işim yoxdur. Lakin görün nə qədər qruplar bu seçkiyə qatıldıqlarına görə əzab-əziyyətə düşdülər. İndiki vəziyyətin davam etməsi nə İran İslam Respublikasının öz qanun və meyarlarına uyğundur, nə də hakimiyyətin mənafeyinə”.
Misirdə baş verənlərə isə keçmiş prezidenti, Dini Ekspertlər Şurası və Məsələhət Şurasının sədri Haşimi – Rəfsəcaninin münasibətindən durumu dəyərləndirmək olar : “Tunis və Misir xalqlarının qaldırdığı üsyanların kökünü bu xalqların azadlıq və demokratiya uğrunda mübarizə ənənəsində axtarmaq lazımdır.İstənilən diktator xarici qüvvələrin imkanlarından yararlansa da o, xalq hərəkatının qarşısını ala bilməz».
O, buna örnək olaraq, İranın sonuncu şahı Məhəmmədrza Pəhləvi hakimiyyətinin devrilməsini göstərib: «Biz əminik ki, hazırkı üsyanlar bu iki ölkə ilə məhdudlaşmayacaq. Zülm altında inləyən xalqların iradəsi ilə dikatorlar devriləcək. Həmin insanların göz yaşları tezliklə zülmü kökündən qazacaq dəhşətli selə çevriləcək”.
Mirhüseyn Musəvinin xaricdə yaşayan müşaviri Ərdəşir Əmir Ərcmənd islahatçı “Kəlame” saytına açıqlamasında bölgədəki ərəblərin azadlıq və demokratiya uğrunda mübarizəsindən danışarkən deyib: «Bölgə xalqları göstərdi ki, onlar demokratik hakimiyyətlər bərqərar etməklə öz müqəddəratlarını özləri təyin etmək istəyir. İran, Tunis, Misir və digər ölkələrdəki müsəlmanlar diktatorluğa müxalif və diktatorların istər din, istərsə də dünyəvilik adı altındakı hegemonluğunu qəbul etmədiklərini sübut etdilər.
Tehran diktatorları yaxşı olar ki, ölkənin kor zorakılıqlar cənginə düşməsinə imkan verməsinlər. Şübhə yoxdur ki, İran fironlarının və onların nəzarətində olan hərbi və təhlükəsizlik qüvvələrinin diktatorluğu Zeynalabdin bin Əli və Hüsni Mübarəkin diktatorluğundan daha qorxunc və daha əxlaqsızdır. Çünki bu iki nəfər öz diktaturalarını sürdürmək üçün dindən bir vəsilə kimi istifadə etməyiblər.
Tehrandakı cənablar riyakarcasına Tunis və Misirdə xalqa zor tətbiq edilməsini məhkum edirlər. Diktatorluq, xalqa zor tətbiq etmək və onları qətlə yetirmək cinayətdir. İstər Tehranda olsun, istər də Qahirədə”.
Haşimi-Rəfsəncanin oğlu Mehdi Haşiminin bu günlərdə Amerikanın «Usa Today» qəzetinə verdiyi msahibədə az maraq kəsb etmir. İran informasiya vsitələrinin yaydığı bu xəbərə görə, o, atasının ABŞ-la (Amerika Birləşmiş Ştatları) münasibətələri yaxşılaşdırmaq istədiyini bildirib.
Mehdi Rəfsəncani ABŞ ilə əlaqələrin düzələcəyi təqdirdə İran xalqının bütün problemlərinin həll olunacağını önə çəkib.
Haşimi - Rəfsəncaninin oğlu həmçinin atasının «prezident olmaq istəmədiyini, ancaq xalqın onu bu postda görmək arzusunda olduğunu» söyləyib.
Mehdi Rəfsəncani atasının prezident olduğu təqdirdə rəhbərlik mövzusuna dair İran İslam Respublikasının Ana Yasasında dəyişiklik edəcəyini və ayətullah Xamneyinin tutuduğu ali rəhbərliyin «İngiltərə kralı kimi təsirsiz vəziyyətə salınacağını» deyib.
Rəsmi Tehran hakimiyyəti çindən gələn etirazla dolu bu sayaq çıxışlara məhəl qoymur.
İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Tehrandakı “Məhəmməd Rəsulullah” ordusunun komandanı Hüseyn Həmədani ötən gün jurnalistlərə açıqlamasında Tunis və Misir xalqlarının qiyamına dəstək verməyə hazırlaşan müxalifətə qarşı sərt bəyanat verib.
Müxalifət rəhbərlərini (söhbət 2009-cu ilin yayında keçirilmiş prezident seçksindən sonrakı qüvvələrdən gedir) “meyid” adlandıran Hüseyn Həmədani onları «casusluqda» günahlandırıb: “Fitnəçilər meyiddən başqa bir şey deyil. Biz onların istənilən hərəkətini yerindəcə kəskin şəkildə əzəcəyik. Fitnəçilər bilməlidir ki, biz onları əks-inqilabçı və casus hesab edirik, onlarla çox kəskin davranacağıq”.
Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi fevralın 7-də Daxili İşlər Nazirliyinə müraciət edərək Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəyiblər.
İranın baş prokuroru (dadestane kol) Qulamhüseyn Möslehi isə bu qüvvələri «İran xalqını parçalmaqda» suçlayaraq deyib: «Onlar Misir və Tunis xalqlarını dəstəkləyirlərsə, onda İslam İnqilabına həsr olunmuş yürüşə qoşulsunlar».
İnqilabın ildönümündə baş verən başqa olaylardan da örnək göstərək.
Britaniyanın xarici işlər naziri Uilyam Heyq körfəz ölkələrinə səfəri zamanı beynəlxalq ictimaiyyəti İrana qarşı sanksiyaları gücləndirməyə çağırıb.
BBC-nin yaydığı məlumata əsasən, nazir deyib ki, növbəti yasaqlar Tehranı nüvə proqramından əl çəkməyə vadar edəcək. Onun sözlərinə görə, İran hakimiyyəti ilkin şərtlərdən imtina etməyənədək onunla danışıqlar mümkün deyil.
Xatırladaq ki, İranın nümayəndə heyəti İstanbul görüşündə ilkin şərt kimi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyaların ləğvini, eləcə də İslam Respublikasının müstəqil şəkildə uranı zənginləşdirmək hüququnun tanınmasını israr edib.
İctimai həyatda da Tehran insanları yatağından tutmuş yedikləri yeməyə qədər hər nəyə qarışır. Ötən gün veb-usta Səid Məlikpur «pornosaytlar» yaratdığına görə, barəsində edam hökmü çıxarılıb. Bundan başqa 35 yaşlı bu gənc, ölkənin «milli təhlükəsizliyini hədələmək»də, «ictimai asayişi pozmaq»da itiham olunub.
Məlkipur Kanadada yaşayırmış. 2008-ci ilin oktyabrında Tehrana gəzməyə gəlib. Onun hazırda Kanadada yaşayan həyat yoldaşı Fatimə İftixari bildirib ki, ərri hazırda ölümə məhkum olunmuşlarla bir kamerada saxlanılır və İranın Ali məhkəməsi hökmü təsidqəyən kimi edam icra olunacaq.
F.İftixarinin sözlərinə görə, həyat yoldaşına «ədalətsiz» hökm çıxarılıb. O, deyib ki, məlikpur ylanzı görüntüləri «saytda yerləşdirib».
«Mignyus»un məlumatına görə, din xadimi Mehdi Hədəvi-Tehrani İnternet saytlarına sühəcin qoyulmasının sərtləşdirilməsinin «İslama zidd olduğunu» söyləyib. O, deyib ki, belə manelər eyni halda elmi və ya imlamçı saytları da qapanmasına səbəb olur.
«Kaoame» («Qövmi») saytına müsahiəsbində Tehrani deyib : «veblər süzgəclərin qoyulması İslam saytlarına da girişi çətinləşdirir. «Seks və cins» sözü yazılan bütün saytlar bağlı olur. Bu isə İslamın təbliğatına əngəl olur. Çünki həmin sözlərdən islam məsələlərinin izahında da istifadə edilir».
Belilklə, inqilabın 32-ci ilönümü ərəfsində baş verən olaylara ötəri toxunmaqla İran İslam Respublikasının indiki durumu haqda müəyyən təsəvvür yarandı. Bir qərinəyə yaxın yaşı olan bu respublika qarşısına qoyduğu vəzifələrin öhdəsindən gələ bilməyib. Ölkə vətəndaşlarının güzəranı günü-gündən ağırlaşıb. Fars olmayanların, özəlliklə Azərbaycan türklərinin milli haqlar təmin olunmayıb. İnqilabın yetişdirdiyi kadrlar belə bu gün mövcud rejimin yanlış yolda oldğunu bəyan edirlər. Bu vəziyyət isə İranda yeni və daha dərin bir ictimai-siyasi hadisələrin başlanmasına ehtiyac olduğunu gündəlikdə qalmasını şərtləndirir. Bu baxımdan 32-ci ildönümü ilə bağlı İran İslam Respublikasına təbrik düşmür. Sədrəddin Soltan
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu