Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV: Son zamanlar İranın Azərbaycan Cümhuriyyətinə qarşı apardığı siyasi-ideoloji təxribatlar dünya azərbaycanlılarının gündəmindədir.
Ümumiyyətlə, hazırda İran nədən narahatdır? Bu təbliğatın arxasında nələr durur? Üstəlik, İran Azərbaycanın iyirmi faiz torpaqlarını işğal edən Ermənistanla əlaqələrini gücləndirir, bu günlərdə İrandan Ermənistana neft məhsullarının ixrac olunması üçün boru kəmərinin çəkilməsinə dair razılıq əldə olunub.
Milli.Az-ın bu və digər suallarını Türkiyədə yaşayan ekspert (karşünas), İran məsələləri üzrə analitik, gunaskam.com saytının baş redaktoru Davud Turan cavablandırır.
- Son dövrlərdə İran mediası, dini mərkəzləri Azərbaycana qarşı təbliğatlarını fəallaşdırıblar. Sizcə, İran, nədən narahatdır?
- İran İslam Respublikası (Cümhuriyyəti) Azərbaycanın yaranmasından həmişə narahatçılıq keçirib və eyni zamanda onun güclü olmasını istəmir. Özü üçün bəlli faktlar gətirməyə çalışır. Bu faktlar birbaşa olaraq, güney Azərbaycan məsələsilə bağlıdır. Bilirsiniz ki, Azərbaycanın güneyində 30 milyondan çox Azərbaycan türkü yaşamaqdadır. Azərbayan dövlətinin inkişafı və güclü olması güneyə öz təsirini göstərir. 1990-illərindən başlayaraq, bu günümüzə qədər İran Azərbaycan dövlətinin güclü olmasını, öz dövlət maraqları üçün təhlükə olaraq görür. Son günlərdə isə İran mediasının və dini mərkəzlərin Azərbaycana qarşı apardığı siyasi-ideoloji təbliğatını 3 amillə bağlayardım.
Birincisi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə bütün dünyadakı azərbaycanlıları təbrik etməsi və dünyada 50 milyona yaxın azərbaycanlının olduğunu dilə gətirməsi olmuşdur. Bu fikrin Azərbaycan rəsmilərinin tərəfindən səsləndirilməsi, İrani ciddi şəkildə narahat edib. Hətta İran müxalifəti də buna qarşı çıxışlar etdi;
İkincisi, məsələ isə “Wikiliks” sənədlərində Azərbaycanın İran bağlı fikirlərinin yer alması;
Üçüncüsü, narkotik (məvadde moxədder) olaylarında Azərbaycanda İranın bir neçə SEPAH mühafizlərinin tutulmasıdır.
Belə olan halda İran Azərbaycanda hicab məsələsini fürsət olaraq görür, Azərbaycana qarşı təxribat aparır. Mənə görə, antitəbliğat İran xarici siyasətinin sistemli proqramı çərvisində aparılır.
- İranın Azərbaycanda islam inqilabının gərçəkləşdirməsilə bağlı səslənən fikirlərə münasibətinizi bilmək maraqlı olardı?
- Azərbaycan müstəqilliyini yenicə elan etdikdən sonra İran Azərbaycanın islam modelində qurulmasını istəyirdi və bunun üçün əlindən gələni edirdi. Amma bundan nəticə almayınca, bu, siyasətlərindən əl çəkdilər. Bundan sonra inqilabi gərçəkləşdirmək yerinə, özünə yaxın qrupları dəstəkləyərək istədikləri bir güç halına gətirib, onları şəraitə görə istifadə etmək siyasətinə üstünlük verilməyə başladılar. Bunu Fələstində, Livanda və İraqda görə bilərik. Azərbaycanla bağlı olaraq onu deyim ki, burada İranın məsələyə baxışı ziddiyyət təşkil edir. Bir tərəfdən, həm Azərbaycanda islamçı və özünə yaxın qrupları dəstəkləyir. Başqa bir tərəfdən də, erməniləri dəstəkləyir. Mənə görə, İran Azərbaycanda islami inqilab gərçəkləşdirmək yerinə, burada özünə yaxın sosial güc formalaşdırmaq istəyir. Bunun da ən önəmli hədəfi isə Azərbaycan dövlətinə qarşı çıxış etmək və onun güclənməsinə mane olmaqdır.
- İranda bu günlərdə Xocalı soyqırımının ermənilərin lehinə təhrif ədən www.garabagh.org saytının istifadəyə vərilməsi, bir daha İranın Azərbaycanın tarixi qan yaddaşından necə iyrəncliklə istifadə etdiyini ortaya qoydu. Bu sayt niyə quruldu və əsas məqsəd nə ola bilər?
- Saytın qurulmasından asılı olmayaraq, Xocalı faciəsi bu gün dünyada sübuta yetirilmiş bir insanlıq soyqırımıdır. Bu, faktdır. Ermənistan özünü nə qədər günahsız elan etməsinə baxmayaraq, ortada böyük bəşəri cinayət faktı var. Birinci sualda dediyim kimi, İran Azərbayaycanın güclənməsindən rahatsız olduğu üçün Ermənistan və ermənilərə dəstək verir. Bu gün İranın xarici siyasəti ideoloji prinsiplərə söykənən siyasət deyil, çıxarlarına və mənfəətlərinə dayanan bir siyasətdir. Özünü islami bir ölkə olaraq, dünyada yaşayan müsləmanların yanında olduğun iddia eləsə də, amma bu iş bir daha göstərir ki, müslümanlara qarşı insanlıq cinayəti edən ermənilərin düşüncələrini dəstəkləyir və öz siyasətlərində Ermənistanın önəmini gücləndirir. Strateji səviyyədə ona dəstək olur.
Halbuki, ermənilərin tarix boyu azərbaycanlılara qarşı soyqırım siyasətini və xüsusilə, 1918-ci ildə güneyin Xoy, Salmas və Urmuda törətdikləri cinayətləri, İran tarixçiləri heç bir zaman gündəmə gətirməzlər və öz əsərlərində bu faciələrdən yan keçirlər.
- Bu saytın yaranması Güney Azərbaycanda necə qarşılanıb?
- Güney Azərbaycan hər zaman ermənilərin Şimali Azərbaycanda törətdiyi cinayətlərə qarşı həssas olub. Hələ 1992-93-illərdə ermənilərin Qarabağdakı cinayətlərinə etiraz olaraq, güneyin bir çox şəhərlərində genişmiyqaslı etiraz aksiyalar keçirildi. Güneyli tələbələr Təbriz, Urmu və Tehran universitetlərində erməniləri öz etiraz səslərini ucaltdılar və hətta bu aksiyalar Tehrandakı Ermənistan elçiliyinə hüçumlarla da müşahidə olundu. O, zaman İranda Azərbaycanlı din xadimləri də bu cinayətlər qarşısında səssiz qalmayaraq, öz etirazlarını bildirdilər. Sonradan həmin din xadimləri müxalifət adı ilə susduruldular. Çünki onlar qatı ümmətçi deyildilər.
İndi isə İranın ermənilərin cinayətlərini örtbasdır eləməsi və tarixi təhrif etməsi, bir çox güney azərbaycanlılar tərəfindən şiddətli bir şəkildə qınanmaqdadır. Bu etrazların yaxında özünü daha geniş bir şəkildə göstərmə ehtimalı da vardır. Mən bundan əminəm ki, hər bir güney azərbaycanlı, bu tarixi təhrif qarşısında səssiz qalabilməz. Güneylilər öz səslərini İranın ağır siyasi fəzası içərisində fərqli şəkillərdə dilə gətirəcəklər. Elnur Eltürk
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu