Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAz TV: Tehran hakimiyyəti Orta Şərqdəki olaylarla bağlı rahatsızlığını büruzə verməsə də heç şübhəsiz baş verənlərdən o da ehtiyatlanır.
Nəzər almaq lazımdır ki, İranın atom –nüvə proqramına dair İstanbulda keçrilmiş «altılıq»la («altılıq»- Amerika, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya ) görüşdən sonra Tunis və Misirdə olaylar baş verdi.
Odur ki, atom proqramının pesrpektivdə Tehrana baha başa gələcəyi də istina edilmir.
Ötən gün İran Xarici İşlər Nazirliyinin sözcüçüsü Ramin Mehmanpərəst təmisil etdiyi hakimiyyəti danışıqlara hazır olduğunu bəyan edib: «Altılıq» İranla danışıqlara hazır olarsa, onda biz də hazırıq».
Bu günlərdə Britaniyanın müdafiə naziri bildirmişdi ki, 2012-ci ilədək İslam Respublikası (Сümhuriyyəti) nüvə silahı əldə etməyə yol tapacaq. İngilis rəsmisinin dediklərinə münasibət bildirən R.Mehmanpərəst ölkəsinin nüvə proqrammı «dinc mahiyyətlidir».
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Marqaret Eşton İranın nüvə proqramı ilə bağlı danışıqların dayanmasından təəssüfləndiyin gizlədərək, demişdi ki, Tehranın «təklifləri qəbuledilməzdir». K.Eştonun sözlərinə görə, hazırda tərəflər arasında danışıqların növbəti mərhələsi planlaşdırılmır: «Altılıq» nüvə proqrammı ilə bağlı İranın mövqeyindən məyus olub. Qərbin vəzifəsi Tehranı atom proqramını davam etdirməyə qoymamaqdır».
Xatırladaq ki, İranın nümayəndə heyəti İstanbul görüşündə ilkin şərt kimi BMT (Sazemane Meləle Mottəhed) Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyaların ləğvini, eləcə də İslam Respublikasının müstəqil şəkildə uranı zənginləşdirmək hüququnun tanınmasını israr edib.
Əliəkbər Salehi xarici işlər naziri olduqdan sonra onun yerini tutacaq namizəd hələ müəyyənləşdirilməyib. İran informasiya vasitələrinin məlumatına əsasən, İran Atom Enerji Təşkilatı sədrini səlahiyyətlərini müvəqqəti yerinə yetirən Məhəmməd Əhmədian bu vəzifəni daimi tutmaqdan imtina edib. Onun bu vəzifədən imtinasının səbəbi haqda hələ açıqlama yayılmayıb.
M.Əhmədianın bu sahədə uzun illər çalışdığını nəzərə alsaq, onun bu vəzifəni tutmaqdan ehtiyatlandığı ehtimalını söyləmək olar. Ötən illərin təcrübəsi göstərir ki, bu vəzifənin tutanlar ya «Qərbin casusu» adlanaraq, tutulur, ya da «yaxşı işinə» görə «mükafatlandırılır». Bu baxımdan əvvəllər atom təşkilatında Ə.Salehinin müavini işləmiş M.Əhmədian ehtiyatı da anlaşılandır.
Yeri gəlmişkən, Əliəkbər Salehi atomçu kimi Avropa dövlətlərinin «qara siyahısın»dadır. R.Mehmanpərəstin sözlərinə görə, bu hal xarici işlər nazirinin fəaliyyətinə təsir etməyəcək. İslam Respublikasının vəzifəli şəxsləri ilə birlikdə avropalılar Ə.Salehini də atom-nüvə sahəsindəki fəaliyyətinə görə siyahıya salıblar. Həmin vəzifəlilərin Avropa ölkələrinin ərazisinə daxil olması yasaqdır.
Bu baxımdan ABŞ (Amerika Birləşmiş Şatatları) başda olmaqla Qərb dövlətlərinin İrana qarşı sanksiyasının kəsəri azalmayacaq? Qərblilər bunun təsirsiz ötüşmədiyini bəyan edir.
Ötən gün Avropa Birliyi xarici ələqalər komitəsinin üzvləri İranda edmaların sayının kəskin surətdə artmasına , İran və Niderland vətəndaşı Zəhra Bəhraminin dar ağacından asılmasına görə, Tehran hakimiyyətini mühakimə ediblər.
Xatırladaq ki, bir müddət öncə Zəhra Bəharmi barəsində İslam Respublikasının İnqilab Məhkəməsi ölüm hökmü çıxarmışdı.
Ötən həftənin sonunda 45 yaşlı bu qadın narkotik maddələrin (Məvadde moxədder) qaçaqmalçılığında günahlı bilinərək, dar ağacından asılıb.
«HRANA» -nın («Human Rights Activists News Agency») məlumatına əsasən, o, 2009-cu ilin «Aşura» günü keçirilən etiraz aksiyası zamanı tutlanların arasında olub. Etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında baş vermiş həmin toqquşmada 15 nəfər həlak olumuş, 300 nəfər isə tutulmuşdu.
Niderland (Hollandiya) hakimiyyəti Zəhra Bəraminin həbsindən bir il sonra xəbər tutub. Məhkumun vəkili Jinus Şərifrazi məsələ ilə bağlı məlumatın yayılmasına icazə vreməyib. «HRANA» qeyd edib ki, İran məhkəməsi vəkilə israrla «məsləhət» görüb ki, informasyiya vasitələri ilə təmaslardan imtina etsin, Niderlandiyanın Tehrandakı səfirliyi ilə əlaqələri məhdudlaşdırsın.
Məhkəmənin qərarına əsasən, müttəhimin əmlakı, o cümlədən şəxsi avtomobili və maliyyə vəsaiti müsadirə olunsun. Niderland səfirliyinin məsələyə müdaxiə etmək cəhdi uğursuzluqla başa çatıb. İran hakimiyyəti Zəhra Bəraminin ikili vətəndaşlığını tanımaqdan imtina edib. İslam Respublikasının qanunlarına əsasən, eyni zamanda başqa dövlətin vətəndaşı olanlar yalnız İran vətəndaşı kimi tanınır.
Edam hökmünün icrasından sonra Niderland İranla bütün əlaqələri kəsdiyin bəyan edib.
Edam hökmlərindən göründüyü kimi dar ağacından asılanların hamısı eyni maddə ilə ittiham olunub. Bu isə hökmlərin ədalətli olmasına şübhə yaradır. Həmin məhkəmə proseslərinin qapalı keçirilməsi, oxşar hökmlərin sayının az qala hər gün çıxarılması İran hakimiyyətinin, o cümlədən ədliyyə sisteminin «ədalətindən» xəbər verir. Zəhra Bəhraminin mövcud hakimiyyətə müxaliflərdən olması da bunu təsdiqləyir.
Avropa Parlamentinin üzvləri Niderland konsulluğu əməkdaşlarının Z.bəhrami ilə görüşə buraxılmamasından, onun məhkəmə prosesinin şəffaf və dəalətli keçirlməməsindən rahatsız olduqlarını qəbul etdikləri qətnamədə bildiriblər.
Avropa Birliyi nazirlərinə ünvanlanmış həmin sənədə Komitə üzvlərindən 62-si «lehinə», 3-ü «əleyhinə» səs verib, iki deputat isə «tərəfsiz» qalıb. Bu qətnamə cari ilin martında Strasburqda birliyin yığıncağında səs verməyə qoyulacaq.
Komitə üzvləri onu da bəyan edib ki, İslam Respublikasında insan haqlarının qorunması və nüvə proqamının çərçivədən çıxmaması üçün İran yönəli yeni strategiyanın hazırlanmasının vaxtı çatıb.
Xarici işlər komitəsinin (bu qurum əsasən Avropa Birliyi ölkələri xarici işlər nazirlərindən ibarətdir) 2009-cu ilin iyununda mübahisəli prezident seçkisindən sonra insan haqlarının pozulmasına görə, ölkənin bir sıra vəzifəli şəxsinə sanksiya tətbiq edildyini vurğulayaraq, bu istiqamətdə yenisinin qəbulunu vacib sayıblar.
Avropa Parlamentindəki Xalq Partiyası fraksiyasının üzvü Mixail Qahler jurnalistlərə açıqlamasında İranda insan hüquqlarının kobud şəkildə pozulmasından danışıb: «Avropa Birliyi Əhmədinejad hökumətinin üzvlərinə qarşı məqsədli sanksiyaları genişləndirməlidir. İran hakimiyyətində mühüm vəzifələr tutan şəxslərə və başqa rəsmilərə sanksiya qoyulmalıdır. İnsan hüquqlarını pozan bu şəxslərin Avropa Birliyinə səfərinə məhdudiyyətlər tətbiq edilməli, onlara viza verilməsi sərtləşdirilməli və bank hesabları dondurulmalıdır».
ABŞ dövltə departamenti də İslam Respublikasındakı edamlardan rahatsız olduğunu bir daha bəyan edib. Qurumun təmsilçisi Filip Krouli bildirib ki, İranda insanların hüquq və azadlıqları kobudcasına pozulur. O, Zəhra Bəraminin edamından təsirləndiklərini deyərək, Tehrandan vətəndaşların hüquqlarını pozulmayacağına dair zəmanət istəyib.
ABŞ Maliyyə Nazirliyi ayın əvvəlində bəyanat yayaraq İranın raket proqramı ilə əməkdaşlıq edən ticarət şirkətlərinə və 3-ü İran vətəndaşı olmaqla 5 nəfərə sanksiya qoyduğunu bildirib.
Yasağa məruz qalanlar İranın raket proqramını avadanlıqlarla təmin edən şəbəkənin idarəçiləri - İran vətəndaşları Məhəmməd Cavad Cəfəri, Milad Cəfəri, Mani Cəfəri və adları açıqlanmayan 2 Türkiyə vətəndaşıdır. Sanksiya həmçinin İranın Kosmik Sənaye Təşkilatına raket proqramı ilə bağlı xidmətlər göstərən və mərkəzi ofisləri İstanbulda olan 3 şirkəti də əhatə edir.
Bu şəxslərin və şirkətlərin İranın Kosmik Sənaye Təşkilatına 7 milyon dollar dəyərində texniki avadanlıq satdığı vurğulanır.
Qeyd edək ki, 2010-cu il sentyabrın sonunda insan haqlarının tapdanmasında birbaşa rolu olan İranın 8 yüksək rütbəli vəzifəlisinə (İslam İnqilab keşikiçiləri Qvardiyasının komandanı Məhəmmədəli Cəfəri, onun kəşifiyyat üzrə müavini, «bəsic»in komandanı Hüseyn Taib, sosila təminat naziri Sadıq Məhsuli, daxili işlər naziri Mustafa Məhəmməd –Nəccar, baş prokuror Qulamhüseyn Möhsüni-Ejei, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi, Tehran polis polis qoşununun komandanı Əhmədrza Radan, informasiya və milli təhlükəsizlik naziri Heydər Möslehi (ETTELAAT-ın başçısıi) ABŞ sanksiya tətbiq edib.
Həmin sanksiyadan sonra ABŞ-ın dövlət katibi Hillari Klinton jurnalistlərə məsələ ilə bağlı informasiya vasitələrinə açıqlamasında vurğulamışdı : « Bu , insan haqlarını kobudcasına pozduğuna görə Amerikanın İrana qarşı ilk sanksiyasıdır».
Edamlar və insan haqlarının davamlı şəkildə tapdanması beynəlxalq ictimaiyyəti üçün İranın atom-nüvə proqramından az önəm daşımır. Bu baxımdan pespektivdə bu yöndə İslam Respublikasına basqıların artacağı istisna edilmir. Sədrəddin Soltan
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu