Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv mətbuat mərkəzi tanınmış hüquq müdafiəçisi Saleh bəy Kamraninin “Milli.Az”-a verdiyi müsahibəsini olduğu kimi təqdim edir:
Güney Azərbaycanlı ekspert hesab edir ki, İran Ermənistanın Azərbaycan qarşısında davam gətirə bilməsi üçün onu ayaqda saxlamağa çalışır.
Bu gün İran-Ermənistan əlaqələri sürətlə inkişaf edir. Müsəlman ölkə ilə, işğalçı və üstəlik onminlərlə müsəlmanı qətlə yetirən dövləti hansı ortaq maraqlar birləşdirir? Milli.Az xəbər portalının bu haqda suallarını Güney Azərbaycanın tanınmış hüquq müdafiəcəsi, hazırda İsveçdə yaşayan ekspert Saleh Kamrani cavablandırıb:
Ekspert deyir ki, İranın xarici siyasətində Ermənistan önəmli rol oynayır və İrəvana siyasi-iqtisadi, hərbi cəhətdən dəstək verir. Çünki İran, Ermənistanı Azərbaycan qarşısında davam gətirməsi üçün var gücü ilə ayaqda saxlayır.
"Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması İrana sərf etmir"
"İran siyasətçiləri Ermənistanın tarixən Azərbaycan və türk dünyasına qarşı düşmənçilik siyasətindən yararlanırlar. Çünki İran Ermənistan vasitəsilə Güney və Quzey Azərbaycana, Türkiyə və Qafqazdakı vəziyyətə təsir edir. Bu gün İranda belə bir təbliğat aparılır ki, ermənilər və farslar bir kökdəndirlər, yəni, hər iki xalqı ariyaçılıq nəzəriyyəsi bağlayır. Əlaqələrin strateji səviyyədə qurulmasına səbəb olan amillərdən biri də hazırda İranın nüvə enerji siyasətindən geri çəkilməməsi, buna cavab olaraq dünya dövlətləri tərəfindən ona qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi və üstəlikdə dünya iqtisadi böhran ölkənin sosial-iqtisadi infrastruktura zərbə vurub. Çünki Rusiya və Çindən dəstəyini itirən İran, Ermənistan kimi dövlətləri yanına çəkmək istəyir. Amma buna baxmayaraq, İran-Rusiya münasibətlərində problemlərin ortaya çıxması, Qərbin Ermənistanı özünə doğru çəkmək planı və Türkiyənin Qafqaz siyasətində aktivləşməsi İranın bölgədə təklənməsinə səbəb olub”,- deyə Saleh Kamrani bildirdi.
Bəs İranın “Səhər2” kanalı və ölkənin media oqranlarının Azərbaycana qarşı apardıqları ideoloji-informasiya təxribatının arxasında hansı səbəblər dura bilər - sualını Saleh Kamrani belə cavablandırdı: “İran Quzey Azərbaycanın güclənməsindən narahatdır. İranın daxili və xarici siyasətinin təməlində iki ana ideologiya dayanır. Birincisi, şiə islamçılığ təbliğ etmək. İkincisi, farsçılıq və ariyaçılıq ideologiyasını rəsmi dövlət siyasətinə gətirməkdir. Amma ölkənin Konstitusiyasında (Ana yasa = Qanune əsasi) yazılıb ki, İranın xarici siyasəti islam və müsəlman ölkələrinin maraqlarını nəzərə alaraq qurulmalıdır. Ancaq həqiqətdə isə, başqa siyasət yürüdülməkdədir. Əslində məqsəd, fars hakimiyyətini qoruyub saxlamaq və onu gücləndirməkdir. Xüsusilə, Mahmud Əhmədinejad hakimiyyətə gələndən sonra bu siyasət güclənməyə doğru istiqamətlənib" - deyə politoloq qeyd etdi.
İran “Səhər2” kanalının fəaliyyətini niyə gücləndirib?
İranın tanınmış siyasi xadimlərindən olan İsfəndiyar Rəhim Meşayinin çıxışlarından sonra Azərbaycan türklərinə qarşı təzyiqlər artmağa başlayıb. ekspert deyir ki, bu ölkədə islam inqilabı sadəcə bir görüntüdür. Bütün bu təbliğatların fonunda İranın bu aldadıcı siyasəti iflasa uğramaqdadır: "İran Azərbaycanla bağlı taktiki-strateji addımlar ataraq, Azərbaycanın ictimai rəyini çaşdırmaq üçün din xadimlərindən istifadə etməyə çalışır. Çünki İran siyasətçiləri yaxşı bilirlər ki, onun Ermənistanla əlaqələri Quzeydə hiddət doğurmaqla yanaşı, Güney Azərbaycanda da hiddət yaradır. İran “Səhər2” kanalının fəaliyyətini gücləndirib. Qumda fəaliyyət göstərən dini təlimat mərkəzləri Quzey Azərbaycana müxtəlif dini kitabların göndərilməsini təşkil edirlər, gizli və ya açıq şəkildə missonerlər göndərilir, özlərinə islam partiyaları səviyyəsində sosial baza yaradırlar. Yenə də qeyd etmək istərdim ki, İranın əsas məqsədi şiəçilik adı altında Güney və Quzey Azərbaycanda farslaşdırma siyasətini aparmaqdır. Azərbaycanı "Şimali İran" adlandırır. Məqsədi, Azərbaycanda "Hizbullah" kimi terrorçu təşkilatlar yaradıb, bununla da Quzey Azərbaycanı Livanın vəziyyətinə salmaqdır”, - S.Kamranı söylədi.
"Azərbaycanın siyasi-iqtisadi və hərbi cəhətdən güclənməsi Güney Azərbaycanda milli proseslərə böyük təsir edir"
Qeyd edək ki, İran dövlətinin Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik təşəbbüsləri də ara-sıra səsələnir. S.Kamrani isə hesab edir ki, bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərin normal məcraya qayıtması İrana sərf etmir.
"Bölgədə sabitlik və demokratikləşmə prosesi sürətlənərsə, bu, İranın özünə təsir edəcək, bütün iqtisadi layihələrdən kənarda qalacaq və Avropanın qaz bazarından məhrum olacaq. Eyni zamanda münaqişə həll olunarsa, Azərbaycanın mövqeləri güclənəcək və bu, nə Ermənistana, nə də İrana sərf edir. Əksinə, hər ikisinin maraqlarına ziddir. Azərbaycanın siyasi-iqtisadi və hərbi cəhətdən güclənməsi, Güney Azərbaycanda gedən milli proseslərə böyük təsir edir”, - deyə Saleh Kamrani qeyd etdi. Elnur Eltürk
Milli.Az
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu