SON XƏBƏRLƏR

İranda prezident seçkilərinin nəticəsinə etiraz edən 2 nəfər edam edildi

2021.10.20, 07:36
İranda prezident seçkilərinin nəticəsinə etiraz edən 2 nəfər edam edildi

Gunaz.tv

GünAzTv: İran İslam Respublikasında (Cümhuriyyət) rejimə qarşı kütləvi etiraz aksiyalarında iştirak etmiş iki nəfər edam olunub.

 

APA “France-Presse” agentliyinə istinadən bildirir ki,  ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton İran rejimini adları çəkilməyən bu siyasi aktivistləri əfv etməyə çağırmışdı.

 

Xatırladaq ki, 2009-cu ilin yayında İranda Mahmud Əhmədinejadın təkrarən prezident seçilməsinə etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirilmişdi. Aksiyalarda iştirak etmiş onlarla insan həbs olunmuşdu. Onları terror təşkilatlarında iştirak, terrorun təşkili və digər ağır cinayətlərdə günahlandırıblar. Həmin ilin oktyabrında aksiyada iştirak etmiş 2 iştirakçı, noyabrında isə daha 5 iştirakçı ölüm cəzasına məhkum olunmuşdular.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar