SON XƏBƏRLƏR

İran yetəri qədər əməkdaşlıq etmir

2021.10.20, 07:36
İran yetəri qədər əməkdaşlıq etmir

Gunaz.tv

GünAzTv: Beynəlxalq Atom Enerjisi Təşkilatının rəhbəri İranın nüvə fəaliyyətlərinin dinc məqsədli olduğuna dair heç bir təminat olmadığını bildirib.

 

GünAzTv mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Keçən həftənin sonunda İstanbulda keçirilən müzakirələri dəyərləndirən Beynəlxalq Atom Enerjisi Təşkilatının rəhbəri Yukiya Amano İranın beynəlxalq birliklə əməkdaşlığının yetərsiz olduğunu deyib.

 

Amano bu səbəbdən də elan edilməmiş nüvə fəaliyyətlərinin olmadığına və İranın nüvə fəaliyyətlərinin dinc məqsədli olduğuna dair heç bir təminat olmadığını bildirib.

 

İstanbul müzakirələrindən nəticə alınmadığı üçün Amanonun xəyal qırıqlığına uğradığını qeyd edən "Associated Press" agentliyi qeyd edib ki, UEAK rəhbəri İranın gizlicə nüvə silahı üzərində çalışmadığına əmin olmağın mümkünsüzlüyünü vurğulayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar