Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Yanvarın 24-də Rusiya paytaxtının "Domodedovo" hava limanında (frudqah = aeroport) partlayış baş verib. RİA "Novosti" agentliyinin xəbərinə görə, partlayış aeroportun beynəlxalq terminalında Moskva vaxtı ilə saat 16:32-də baş verib. Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin yaydığı ilkin məlumata görə, partlayış nəticəsində 31 nəfər həlak olub, 130 nəfər yaralanıb. 20 yaralının vəziyyəti ağır olaraq qiymətləndirilir. Şahidlərsə partlayış nəticəsində onlarla insanın zaldan çıxarılıb birinci çıxışın qarşısında torpağın üstünə yerləşdirildiyini bildiriblər: "Hava limanının hər yerini duman bürüyüb. Bir çoxları əl-ayaqlarını itirib..." Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, hadisə yerindəki güclü tüstü ilk dəqiqələrdə meyitləri saymağa imkan verməyib. Ölənlərin sayı barədə RF Səhiyyə Nazirliyinin məlumatı digər mənbələrin xəbəri ilə üst-üstə düşmür. Məsələn, istintaq "30-dan artıq", "İnterfaks"ın mənbəsi isə 35 nəfərin həlak olduğunu deyir. Aeroportun mətbuat katibi Yelena Qalanovanın bildirdiyinə görə də, hadisə nəticəsində 35 adam həlak olub. Olaylara daha operativ reaksiya verən "Twitter"də isə şahidlər ölənlərin sayının 70 nəfərə çatdığını bildirirlər. Partlayışı araşdıran İstintaq Qrupundan Tatyana Morozova "İnterfaks"a bildirib ki, partlayış beynəlxalq uçuşlarla Moskvaya gələn sərnişinlərin yüklərini aldıqları salonda (baqaj bölməsində) baş verib. Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin isə jurnalistlərə deyib ki, istintaq baş vermiş partlayışı terror aktı kimi qiymətləndirib. İlkin məlumatlara görə, partlayışı terrorçu-kamikadze (intihari) həyata keçirib. O, hava limanına gələnləri qarşılayanlar arasında olub. Partlayıcı qurğu terrorçunun bədəninə quraşdırılıb. Güc strukturlarındakı bir mənbə "İnterfaks"a bildirib ki, Moskva aeroportundakı partlayışı Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin üzvlərinin həyata keçirdiyi güman edilir. Mənbə qeyd edib ki, partlayışı həyata keçirən terrorçu-kamikadze xarici görünüşünə görə Şimali Qafqaz regionunda yaşayan xalqların nümayəndəsinə bənzəyir. "Domodedovo" aeroportunda terror aktında əli olduğu güman edilən 3 nəfər barəsində axtarış elan edilib. Mənbə deyib ki, həmin şəxslər bir müddət Moskvada yaşayıblar. Rusiya Federasiyası Prokurorluğunun İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, partlayışla bağlı Rusiya Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi qaldırılıb. Partlayışın 7 kilo trotil gücündə olduğu bildirilir ("İnterfaks"). Medvedyev Davosa getmədi Rusiya prezidenti Dmitri Medvedyev hadisədən dərhal sonra Kremldə keçirilən iclas zamanı daxili işlər naziri Rəşid Nurqaliyev və nəqliyyat naziri İqor Levitindən ölkənin bütün hava limanlarında və nəqliyyat qovşaqlarında xüsusi təhlükəsizlik rejimi tətbiq etməyi tələb edib. Federal Təhlükəsizlik Xidmətinin isə terrorçu-kamikadze barəsində informasiyası olub. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, terrorçunu "Domodedovo" hava limanında deyil, Zelenoqradda axtarırlarmış... "Reuters" xəbər verir ki, prezident ölənlərin ailələrinə başsağlığı verib və vəd edib ki, terror aktının arxasında duranlar tutulacaq və cəzalandırılacaq. Qeyd edək ki, Medvedyevin yanvarın 26-27-də Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirakı planlaşdırılmışdı. Lakin prezidentin mətbuat katibi Natalya Timakova bildirib ki, prezident Davos səfərini təxirə salıb. Əliyev Medvedyevə başsağlığı verib Prezident İlham Əliyev rusyalı həmkarı Dmitri Medvedyevə "Domodedovo" hava limanında baş verən partlayışla əlaqədar başsağlığı verib. "Hörmətli Dmitri Anatolyeviç! "Domodedovo" aeroportunda törədilmiş terror aktı nəticəsində çoxlu insan tələfatı haqqında xəbər məni dərindən sarsıdıb. Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram",- deyə prezidentin məktubunda qeyd edilib (AzərTAc). Zərərçəkənlər arasında azərbaycanlılar yoxdur Dünən Bakı-Moskva aviareysi 10:40-da, Moskva-Bakı aviareysi isə 14:40-da həyata keçirilib. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin axşam 20:05-də Moskvaya olan aviareysi isə 1 saatdan artıq yubanma ilə uçub. "Kommersant FM" radiosu bildirir ki, partlayışla bağlı təyyarələrin "Domodedovo"ya enişi ləngidilsə də, aeroport adi iş rejimində fəaliyyətini davam etdirib, uçuşlara registrasiya dayandırılmayıb. AZAL-ın Moskvadakı federal nümayəndəsi Mahir Yaqubov AzərTAc-ın müxbirinə bildirib ki, zərərçəkənlər arasında həmvətənlərimiz yoxdur. Onun sözlərinə görə, AZAL partlayışdan yarım saat əvvəl Bakıya öz reysini yola salıb": Azərbaycana uçan təyyarə Moskva vaxtı ilə saat 14:48-də havaya qalxıb. Azərbaycan aviaşirkətinin bütün əməkdaşları evə buraxılıb. Onlar Bakı-Moskva reysini Moskva vaxtı ilə saat 21:00-da qəbul etmək və növbəti reysi 23:15-də Bakıya yola salmaq üçün işə dönəcəklər. Reyslərin qəbulu və yola salınmasında ləngimələrə dair hələlik heç bir göstəriş olmayıb". "Trend"in xəbərinə görə, dünən saat 20:05-ə olan AZAL-ın J2 854 saylı aviareysi saat 21:20-də Bakı aeroportundan "Domodedovo" aeroportu istiqamətində uçub... Z.Ziya P.S. Son məlumatlara görə, partlayış yerində görkəmindən ərəbə oxşayan bir nəfərin başı tapılıb: istisna edilmir ki, bombanı o, hərəkətə gətirib... RF FHN-nin saytında yerləşdirdiyi məlumata görə, 170 nəfər yaralanıb və onlardan 74-ü xəstəxanaya yerləşdirilib. Qeyri- rəsmi məlumata görə, terror aktının 35 qurbanı olub, Partlayış nəticəsində ölənlər arasında Böyük Britaniyanın iki vətəndaşı var.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu