Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Azərbaycanın son illərdə daha da güclənməsi, bölgənin aparıcı dövlətinə çevrilməsi və beynəlxalq imicinin yüksəlməsi bəzi qüvvələr tərəfindən böyük qısqanclıqla qarşılanır.
Bəzi qüvvələr ölkə daxilində baş verən hər hansısa bir olayı çox geniş bir şəkildə şişirdərək təxribatçı niyyətlər üçün istifadəyə çalışır. Lakin Azərbaycan bu gün beynəlxalq səviyyədə hüquqi, dünyəvi, demokratik dövlət kimi tanınır, ölkədə insan hüquq və azadlıqları tam təmin edilir. O da faktdır ki, bu məsələdə İranla Azərbaycanı heç müqayisə də etmək olmaz. Dini etiqad və vicdan azadlığına təminat verilmiş, beynəlxalq standartlara uyğun mövcud qanunvericilik çərçivəsində dini fəaliyyətə heç bir məhdudiyyət tətbiq olunmur. Son illər Azərbaycanda onlarca məscid, ibadətgah dövlət vəsaiti hesabına təmir edilib və ya yenidən qurulub. Çoxsaylı dini icmasının fəaliyyətinə şərait yaradılıb, insanların öz dini ehtiyaclarını yerinə yetirməsi üçün zəruri tədbirlər görülüb. Son zamanlar müxtəlif xarici dairələr Azərbaycanda sabitliyi pozmaq, ölkəmizdə guya dini azadlıqların sıxışdırıldığı haqqında rəy formalaşdırmaq, dindarlarla dövlət arasında ziddiyyət yaratmaq, radikal dindarları fəallaşdırmaq məqsədilə tədbirlər həyata keçirməyə cəhd göstərir. Bu istiqamətdə İranın müəyyən dairələri, din xadimləri Azərbaycanda baş vermiş bu və ya digər hadisəni qərəzli şərh edir, təhdid və şantaj xarakterli bəyanatlar verir, ölkəmizin daxili işlərinə kobud şəkildə qarışır. Azərbaycan tam müstəqil, heç kimdən asılı olmayan, regionda (bölgədə) mehriban qonşuluq siyasəti yürüdən, beynəlxalq birliklə sıx əlaqələr qurmuş və bu əlaqələri inkişaf etdirən ölkədir. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır, ayrı-ayrı ölkələrdə baş verən hadisələrin qərəzli şəkildə şərhinə yol vermir. Politoloq Leyla Əliyeva da bildirir ki, İranın dini xadimlərinin, ayrı-ayrı şəxslərinin Azərbaycana qarşı çıxışları, ölkəmizin daxili işlərinə kobud müdaxilələri yolverilməzdir və Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılanır. Onun sözlərinə görə, İran rəsmi səviyyədə ehtiyatlı siyasət apararaq qonşuları, xüsusilə də Azərbaycanla körpüləri yandırmamağa çalışır. Bununla belə, iki ölkə arasındakı münasibətlərdə müəyyən ciddi amillər var: "İranlı din xadimlərinin Azərbaycanın daxili işlərinə müdaxilə edən bəyanatlar səsləndirməsinin arxasında 2 amil dayanır. Bunlardan biri din, digəri isə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğudur". Politoloq bizimlə söhbətində bildirib ki, Azərbaycanda din dövlətdən ayrıdır. Lakin dünyəvi bir Azərbaycanın mövcudluğunu İran özü üçün təhdid sayır: "Bu məsələdə də 2 yanaşma var. Birincisi, İranın Azərbaycana qarşı etibarsızlığı təhlükəsiz olmayan maraqları ilə bağlıdır. İkincisi isə İran öz siyasəti ilə İran üçün təhlükə yaradır". L.Əliyevanın sözlərinə görə, birinci iddia tamamilə əsassızdır. Çünki Azərbaycan rəsmi və digər səviyyələrdə heç bir zaman İranın daxili işlərinə müdaxilə etməyib. Əksinə, Azərbaycan bu gün çox ehtiyatlı və balanslaşdırılmış bir siyasət yürüdür: "Azərbaycanın ABŞ (Amerika Birləşmiş Ştatları) və İsraillə münasibətləri İranda narahatlıq yarada bilər. Lakin bu artıq daxili məsələ deyil. Onda bizdə İranın Ermənistanla sıx münasibətlərini ön plana çıxartmalıyıq". Onun sözhlərinə görə, İran qonşuları ilə münasibətlərin normal olmasını istəyirsə, onda özünü daha məsuliyyətli aparmalıdır: "Lakin İranda yaşayan azərbaycanlıların üzləşdikləri problemlər, onların hüquqları tam təmin edilmədikcə qarşılıqlı münasibətlər istənilən səviyyədə olmayacaq". Qeyd edək ki, Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, sıravi vətəndaşlar İran dini xadimlərinin və bu ölkənin ayrı-ayrı vətəndaşlarının qərəzli çıxışlarını birmənalı şəkildə qəbul etmir, buna son qoymağa çağırırlar. Ekspertlər də bildirirlər ki, onların öz ölkələrində mövcud olan dözülməz şəraitdən, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından, son zamanlar İranın qarşılaşdığı digər problemlərdən danışaraq nöqsanları aradan qaldırmağa çalışması daha yaxşı olardı. Bu xüsusda bütün dünya ictimaiyyətinin ciddi etirazla qarşıladığı Səkinə Aştiani olayını xatırlatmaq yerinə düşərdi. Belə kobud və qərəzli münasibət iki qonşu ölkə arasında münasibətlərə heç də yaxşı təsir göstərmir, qarşılıqlı etimadı zəiflədir, səmərəli əməkdaşlıq mühitinə ciddi zərbə vurur. İran din xadimlərinin, ayrı-ayrı dairələrin belə çıxışlarının qarşısı alınmalı, Azərbaycana qarşı təhdid və şantajlara son qoyulmalıdır. Əks təqdirdə bu cür mövqe iki ölkə arasındakı münasibətlərə ciddi zərər vura bilər. Məsələ ilə bağlı millət vəkili, parlamentin beynəlxalq əlaqələr komitəsinin üzvü Asim Mollazadənin də fikirləri maraqlıdır. O, son zamanlar orta məktəblərdə hicabın qadağan olunması və İslam Partiyasının üzvlərinin həbsi ilə bağlı İran tərəfindən səslənən bəyanatlara münasibət bildirib: "İslam Partiyası üzvlərinin 1996-cı ildə keçirilən məhkəməsində onlar İran xüsusi xidmət orqanlarına işlədiklərini etiraf etmişdilər. İranın bu məsələlərə münasibətinə gəlincə isə deyə bilərəm ki, mən milyondan artıq soydaşımızın qovulduğu, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə İrana məxsus TİR-ların (tireyli) və yanacaqdaşıyan maşınlarının necə işlədiyini görmüşəm. Necə olur ki, İran mollaları bunu görmür, minlərcə müsəlmanı qıran Ohanyanı Tehrana dəvət edirlər? Ermənilərin İranda məktəbləri var, hüquqları qorunur, amma milyonlarca soydaşımızın hüquqları məhdudlaşdırılır. Cavanları edam, qadınları daşqalaq edən İranın belə bəyanatlar səsləndirməsinin əsası yoxdur".
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu