Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: İranın müxtəlif dairələrinin Açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilən çıxışları nə beynəlxalq hüquq normalarına, nə də mehriban qonşuluq münasibətləri ənənəsinə uyğun gəlir.
GünAzTv: 1993-cü ildə təcrübəli siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin yeni inkişaf modeli həyata keçirilməyə başlandı. Bu, qabaqcıl, inkişaf etmiş ölkələrin inkişafına səbəb olmuş hüquqi, demokratik dövlət, insan hüquq və azadlıqlarının təmin edilməsi, bazar iqtisadiyyatı və beynəlxalq aləmə inteqrasiya prinsipləridir. Tarixən özünü doğrultmuş prinsiplərin rəhbər tutulması ötən müddət ərzində Azərbaycan Respublikasına (cümhuriyyət) böyük uğurlar gətirdi. Hüquqi dövlətin əsası qoyuldu, cəmiyyətdə demokratiyanın əsaslı oturuşması təmin edildi, sahibkarlar təbəqəsi yarandı, kasıbçılıq 75 faizdən 9 faizə endirildi. Beynəlxalq aləmdə milli maraqların sivil qaydalarla qorunması, ərazi bütövlüyünə hörmət və digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipləri əsas götürüldü. Bu beynəlxalq aləmdə dövlətimizin nüfuzunun yüksəlməsinə, təhlükəsizlik sistemində öz yerini tutmasına, Ermənistandan başqa bütün dövlətlərlə xoş, dostluq münasibətlərinin yaranmasına səbəb oldu. Ermənistan Azərbaycan torpaqlarının bir hissəsi işğal etdiyinə görə onunla hər hansı münasibətdən söhbət gedə bilməz. Azərbaycanın dostluq münasibətində olduğu ölkələrdən biri də tarixi qonşumuz İrandır. Ortaq mədəniyyət, ortaq din, tariximizin tez-tez kəsişməsi bizi daima xoş münasibətlərə sövq edib. Ölkəmiz müstəqilliyi bərpa edəndən bəri daima ümumi məsələlər qarşılıqlı maraqlar əsasında həll edilməyə çalışılıb və buna nail olunub. Bəzi məsələlərdə fikir ayrılığı olsa da, mehriban qonşuluq münasibətlərini həmişə qoruyub saxlamaq mümkün olmuşdur. Ancaq bununla belə vaxtaşırı İranın müxtəlif dairələri qonşuluq münasibətlərinə sığmayan bəyənatlar verirlər. Açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilən bu çıxışlar nə beynəlxalq hüquq normalarına, nə də mehriban qonşuluq münasibətləri ənənəsinə uyğun gəlir. Onlar həyatımızın bütün sahələrinə müdaxilə edir və bunun sonunun olmadığı təəssüratı yaranır. Bu hal Azərbaycan cəmiyyətini, ilk növbədə ziyalıları ciddi narahat edir. Hər bir azərbaycanlı vətənpərvər ölkəmizin daxili işlərinə xaricdən qarışmaq cəhdlərinə etiraz edir və İran tərəfindən onlara son qoyulmasını tələb edir. İran tərəfinə bu yaxşı məlumdur və rəsmi hakimiyyət bunun rəsmi mövqe olmadığını bildirir. Ancaq belə bəyanatlar dayanmaq bilmir, hətta Azərbaycana qonşu ölkənin titullu din xadimləri, parlament üzvləri, hərbçiləri, hətta rəsmi strukturların (dairə) mətbuat orqanları da nəyisə öyrətməyə və irad bildirməyə çalışırlar. Belə situasiya (moqeiyyət) cəmiyyətimizi ciddi narahat edir, tez-tez Azərbaycan ziyalı məclislərində belə suallar yaranır, bəlkə Azərbaycan da İranın daxili işlərinə qarışmağa başlasın? Bu mövzu isə istənilən tədqiqatçı üçün kifayət qədər material verə bilər. Bunun üçün elə üzdə olan bir sıra məsələləri sadalamaq kifayətdir. Məsələn: 1.İranda axırıncı prezident seçkilərində dinc əhaliyə qarşı yersiz güc işlədilməsi İran Konstitusiyasına (Ana yasa = qanune əsasi) ziddir və islam prinsiplərinə uyğun gəlmir. 2.İslam Respublikası adlanan dövlətdə erməni icmasına spirtli (alkollu) içki istehsalına icazə verilməsi islam qaydalarına ziddir. Çünki, İslam adı tək müsəlmanlara aid olmayıb, bütün İran vətəndaşlarına şamil edilir. Erməni işbazlarının, Məhəmməd peyğəmbərin qadağan etdiyi içkini tək özləri üçün istehsal etməyib, səbatsız insanlara da satdığı və bununla da islam ümmətinin, ilk növbədə gənclərin korlanmasına gətirib çıxarır. Erməni icmasının islam dövlətində açıq-aşkar spirtli içki alveri şəbəkəsi saxlaması deyilənə görə dövlətin bəzi ciddi məmurlarının onlarla əlbir olmasından irəli gəlir. 3.İran dövlətinin iki əsas sütunundan biri olan və əhalinin 40 faizini təşkil edən azərbaycanlıların dilində məktəb, universitet, mətbuat olmaması, Azərbaycan dilinin dövlət qulluğunda işlədilməməsi dövlətin azərbaycanlıların hüquqlarını tanınmaması kimi qiymətləndirilir. 4.İranın xarici siyasət məsələlərində bir sıra səhv addımları, xüsusilə də Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistana hərtərəfli yardım etməsi Azərbaycan cəmiyyətini narazı salır. İran tərəfinin bu məsələlərə yenidən baxması vacib sayılır. 5. Bu yaxınlarda İranda yanacağın qiymətinin birdən-birə yeddi dəfə qalxması İran vətəndaşlarının sosial vəziyyətinin pisləşməsinə gətirib çıxardı. Biz bu qərarın ləğv edilməsini vacib sayırıq. 6.İranda cinayət törətmiş insanların, xüsusilə qadınların ibtidai icma quruluşunda olduğu kimi daş-qalaq edilməsi heç bir insanlıq qanununa və islam qaydalarına uyğun gəlmir. Biz bu qaydanın təcili ləğv edilməsini tələb edirik. Yuxarıda sadalanan məsələlər ancaq ilk dəqiqələrdə yada düşənlərdir. Bir qədər ciddi düşünülsə onların sayı yüzlərlə ola bilər və hesab etmirik ki, belə münasibət iranlı dostlarımızın xoşuna gələ bilsin. Çünki, ölkələrin bir-birinin daxili işlərinə qarışmaması öhdəliyi dünyada sabitliyin və mehriban qonşuluğun əsas bünövrə prinsipi sayılır. Azərbaycan tərəfi bunu ərazi bütövlüyünə hörmət prinsipi kimi vacib sayır və daima buna ciddi riayət edir. Eyni zamanda ölkəmizin başqalarına qarşı riayət etdiyi prinsipləri başqalarının da bizə qarşı gözləməsini tələb edirik. Hesab edirik ki, dost və qonşu İranda bu prinsipə tək dövlət tərəfindən deyil, eyni zamanda buna adət etmiş müəyyən dairələr tərəfindən də ciddi əməl ediləcək. Şərq qəzeti
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu