Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Ermənistanın və erməni diasporunun Qarabağa dair əsas təbliğat tezislərindən biri əllərindən çıxıb.
Belə görünür ki, ermənilər artıq Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsinə Dağlıq Qarabağdakı erməni əhalisinin “demokratik qaydada öz müqəddəratlarını təyin etməsi” və “demokratik, azad dövlət” qurmaları barədə təbliğatla haqq qazandıra bilməyəcəklər. Dünyada azadlıqların vəziyyətinə dair illik hesabatlar hazırlayan, qərargahı Nyu-Yorkda yerləşən “Freedom House” təşkilatı Dağlıq Qarabağdakı kriminal və hərbi-separatçı rejimi “yarı demokratik” adlandırmaqdan, nəhayət ki, əl çəkib. Təşkilatın builki hesabatında Dağlıq Qarabağ “azadlıqların olmadığı ərazi” olaraq göstərilir.
Qeyd edək ki, “Freedom House” ötən illərdə Azərbaycanı qeyri-azad ölkələrin siyahısına daxil edib, lakin onun ərazilərinin bir hissəsi olan Dağlıq Qarabağı “qismən azad ərazi” adlandırıb. Təşkilatın bu yanaşması Azərbaycanın rəsmi dairələrində və ictimaiyyətində haqlı narazılıqlara səbəb olurdu. “Freedom House”in Azərbaycan ərazilərinin bir hissəsinə ayrıca yanaşaraq orada guya nisbətən demokratik hakimiyyətin mövcud olması barədə rəylə çıxış etməsi erməni lobbisinə imkan yaradırdı ki, demokratiya və azadlıqlar barədə arqumentlər gətirərək Dağlıq Qarabağın yenidən Azərbaycanın tərkibinə daxil edilməsinin qeyri-mümkünlüyü barədə təbliğat aparsınlar. Erməni lobbisi dəfələrlə “Freedom House”in Dağlıq Qarabağı “qismən azad ərazi” adlandırmasından ABŞ Konqresində, Amerika mətbuatında və digər çevrələrdə istifadə ediblər. Həmçinin Ermənistan rəhbərliyi, bu ölkənin xarici siyasətinə məsul olanlar hər fürsətdə “Freedom House”dən sitat gətirərək Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasının mümkünlüyünü sübut etməyə çalışırdılar. Lakin təşkilat bu ilki hesabatında göstərir ki, ötən il Dağlıq Qarabağda azadlıqlarla bağlı vəziyyət pisləşib. Nəticədə bu regionda azadlıqların mövcud olduğunu demək qeyri-mümkün olub. “Freedom House”in hesabatı Ermənistanda xeyli çaşqınlıq yaradıb. Hakim Respublika Partiyasının sədr müavini Razmik Zöhrabyan deyib ki, bu qiymətləndirmə Qarabağa dair danışıqlarda erməni tərəfinin güzəştə getməsinə nail olmaq üçün göstərilən təzyiqdir. “Bu, necə ola bilər? Cəmi 6 ay bundan qabaq Qarabağ hətta Ermənistandan daha azad ərazi hesab edilirdi. Bu müddət ərzində heç bir hadisə baş verməyib, həbslər olmayıb, rejim sərtləşməyib, indi birdən onlar durub deyirlər ki, Qarabağ azad olmayan ərazidir. Bu qiymətləndirmə sadəcə olaraq erməni tərəfinə təzyiq etmək cəhdidir ki, Qərb qüvvələri prosesə müəyyən təsir imkanı əldə etsinlər” - deyə R.Zöhrabyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib. O, diqqəti belə bir məqama cəlb edib ki, münaqişənin nizamlanmasına dair danışıqlarda irəliləyiş yoxdur, Qərb isə münaqişənin tezliklə nizamlanmasını istəyir: “Astana sammitindən sonra status-kvonun saxlanılması situasiyası yarandı. Görünür, onlara belə lazım olub ki, danışıqları irəli aparmaq üçün Qarabağ hakimiyyətinə daha çox təzyiq etsinlər, imkan verməsinlər ki, Qarabağ danışıqlarda birbaşa iştirakçı olsun”. Erməni parlamentindəki “İrs” müxalifət fraksiyasının deputatı Armen Martirosyan da Dağlıq Qarabağın “Freedom House”in hesabatında bu cür qiymət almasını “olduqca mənfi hal” adlandırıb. “Mən çox təəssüf edirəm ki, Dağlıq Qarabağ bu il azad olmayan ərazi adlanıb. Bu, danışıqlara müəyyən təsir göstərə bilər” - deyə A.Martirosyan narahatlığını ifadə edib. Ermənistan Milli Konqresinin koordinatoru Levon Zurabyan isə deyib ki, Qarabağda azadlıqların mövcud olmadığı barədə qiymətləndirmə erməni diplomatiyasını münaqişənin nizamlanması prosesindəki mühüm qələbədən məhrum edir: “Beynəlxalq ictimaiyyət inanırdı ki, Qarabağ demokratiya məsələsində daha yuxarı səviyyədə olduğu üçün Azərbaycanın tərkibinə qayıda bilməz. Bu, çox mühüm qələbə idi. Bu gün həmin qələbə əldən verilib”. L.Zurabyan məğlubiyyətə görə Ermənistan hakimiyyətinin günahkar olduğunu deyib. Müxalifət təmsilçisi bildirib ki, Ermənistan hakimiyyətinin son illərdə yeritdiyi siyasət ona aparıb çıxarıb ki, Qarabağdakı hakimiyyət İrəvanda mövcud klan rejimin əlavəsinə çevrilib. “Qarabağ artıq müstəqil səsə malik deyil, orada seçkilər Ermənistandakı ssenari ilə keçirilir” - deyə L.Zurabyan bildirib. Hakim koalisiyaya daxil olan Firavan Ermənistan Partiyasının katibi Aram Səfəryan isə deyib ki, “Freedom House”in qiymətləndirməsi ədalətli deyil. Çünki ötən ilin mayında bölgədə keçirilən parlament seçkiləri “azad və ədalətli” keçib: “Bu seçkilər Ermənistan üçün də nümunə ola bilərdi. Ona görə də mən bu qiymətləndirməni qəbul etmirəm”. A.Səfəryanın sözlərinə görə, “Freedom House”in hesabatı danışıqlara təsir etməyəcək. Belə görünür ki, Azərbaycan diplomatiyası və lobbisi ləngimədən “Freedom House”in Dağlıq Qarabağdakı rejimə verdiyi qiymətdən faydalanmalıdır. Onsuz da Azərbaycan bu bölgədə kriminal, beynəlxalq terror qruplaşmaları ilə əlaqəli və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan rejimin mövcud olduğu barədə təbliğat aparıb. Erməni tərəfi isə bu təbliğata bölgədə guya “demokratik hakimiyyət”in mövcud olması barədə tezislərlə cavab verib. İndi Ermənistanda etiraf olunduğu kimi bu mühüm arqument erməni lobbisinin və diplomatiyasının əlindən çıxıb. Deməli, bu fürsətdən ən çevik formada istifadə etmək lazımdır. Lakin bu zaman Azərbaycanda siyasi azadlıqlar və insan haqları sahəsində “Freedom House” qeyri-hökumət təşkilatıdır, lakin kifayət qədər mötəbərdir və onun rəhbərliyində ABŞ administrasiyasında yüksək postlar tutmuş şəxslər daxildir. Təşkilatın indiki icraçı direktoru dövlət katibinin keçmiş müavini Devid Kremerdir. Təsadüfi deyil ki, rəsmi Bakı təşkilatın ötən illərdə separatçı bölgəyə verdiyi qiymətlə bağlı ABŞ administrasiyasına qarşı etirazları təşkil etmişdi. Yeni musavat
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu