Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Ombudsman və Elçin Behbudov BMCMİ-də saxlanan şəxslərin saxlanma şəraitindən şikayət etmədiklərini dedilər.
Yanvarın 13-də İslam Partiyası adlandırılan qeydiyyatsız qurumun Nərimanov rayonu, Hidayətzadə küçəsi, 51/1 ünvanda yerləşən ofisində prokurorluq əməkdaşları tərəfindən axtarış aparılıb. Belə ki, Respublika Prokurorluğunun müstəntiqi Mehdi Mirzəyev səhər saatlarında qərargaha gələrək axtarışla bağlı məhkəmə qərarını partiya üzvlərinə təqdim edib. Bundan sonra prokurorluq əməkdaşları ofisə girişi bağlayıb və partiya üzvlərinin iştirakı ilə axtarış aparılıb. Axtarış 4 saat çəkib. Qərargahdakı 4 ədəd kompüter, CD-lər, partiyanın sənədləri müsadirə olunub. Axtarış bitdikdən sonra müstəntiq bildirib ki, qaldırılmış cinayət işi ilə bağlı qərargahın qapısı möhürlənməlidir və ofisin qapısı möhürlənib. Qeyd edək ki, Azərbaycan İslam Partiyası dövlət qeydiyyatından keçməyib.Dünən Mövsüm Səmədovun Bakının Sabit Orucov küçəsi 11/84 ünvanındakı evində də axtarış aparılıb. Axtarışa Respublika Prokurorluğu İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Vüqar Nəsibov rəhbərlik edib. Onu mülki formada olan dörd nəfər hüquq-mühafizə orqanı əməkdaşı müşayiət edib. Müstəntiq Vüqar Nəsibov ev yiyəsinə və jurnalistlərə deyib ki, açılmış cinayət işilə bağlı axtarış aparılacaq və bundan sonra axtarış haqda qərarı Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədovaya göstərib. AİP funksioneri Kərbəlayı Natiq Kərimov APA-ya bildirilib ki, AİP sədri Hacı Mövsüm Səmədovun mənzilində də istintaq qrupu tərəfindən axtarış tədbirləri aparılıb: "Hüquq-mühafizə orqanları axtarış aparmaq üçün Hacı Mövsüm Səmədovun mənzilinə gəliblər. Həyat yoldaşı Mehparə Səmədova polis əməkdaşlarına deyib ki, evdə kişi olmadığından qapını aça bilməz. Bundan sonra Mövsüm Səmədovun Qubadakı qohumlarına zəng olunub ki, Bakıya gəlsinlər. Onlar gələndən sonra evdə axtarış başlanıb". Hadisə yerində olan "Media forum" əməkdaşı xəbər verir ki, axtarış zamanı mənzildə Mövsüm Səmədovun anası, həyat yoldaşı və azyaşlı uşaqları da olub. Müstəntiq cinayət işinin hansı fakt və maddə ilə açıldığını bildirməyib. O deyib ki, bununla bağlı Respublika Prokurorluğunun mətbuat xidmətinə müraciət etmək lazımdır. Onu da qeyd edək ki, müstəntiqin dəvətinə baxmayaraq, Mövsüm Səmədovun vəkili Anar Qasımov evdə aparılan axtarışda iştirak etməyib. Bu barədə "Azadlıq" radiosuna vəkilin özü məlumat verib. "Mövsüm Səmədovun həyat yoldaşı mənə zəng etdi. Xahiş etdi ki, yaşadıqları ünvana gedim, çünki evlərində axtarış aparmağa gəliblər. Respublika Prokurorluğunun müstəntiqi Vüqar Nəsibov da mənə zəng edərək dedi ki, hazırda Mövsüm Səmədovun yaşadığı ünvandadırlar, bəzi istintaq hərəkətləri aparmalıdırlar və mənim də iştirakın gərəkdir. Ancaq mən bildirdim ki, Mövsüm Səmədovla görüşməmiş heç bir istintaq hərəkətində iştirak edə bilmərəm. Çünki mənimlə müqaviləni onun ailəsi bağlayıb, bəlkə ilk görüşdəcə özü mənim vəkillik xidmətimdən imtina edəcək?" - deyə A.Qasımov bildirib. "Media forum" saytı xəbər verir ki, iki saat çəkən axtarış zamanı evdən kompüter prosessoru, CD-lər, Aşura mərasimindən videokaset və bir neçə kitab götürülüb. Hadisə yerində olan mətbuat işçilərinə açıqlamasında partiya sədrinin oğlu Zeynalabdin Səmədov axtarışın sonunda protokol tərtib olunduğunu deyib: "Orada qeyd olunmuşdu ki, saxlanan Dəyanət Səmədovun dükanında tapılanlara oxşar şübhəli əşyalar, silah, narkotik maddə evdə aşkarlanmayıb". O da bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşları Mövsüm Səmədovun evində axtarış aparmağa başlayan zaman onun qızı müstəntiq Vüqar Nəsibova yaxınlaşaraq ondan evdə obyektiv və düzgün axtarış aparmağı xahiş edib. Bundan sonra Zəhra Səmədova müstəntiqdən xahiş edib ki, "Quran" a əl basıb and içsin. Müstəntiq kitaba əl basaraq obyektiv və düzgün axtarış aparacağına and içib. Bu arada yanvarın 11-də Quba şəhərindəki evindən silah tapıldığı deyilən Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev də polis tərəfindən saxlanıb və Bakıya gətirilib. Qeyd edək ki, rəsmi məlumata görə, Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan 10 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silahı üçün 1 ədəd daraq aşkar edilərək götürülüb. Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Media forum" saytına açıqlamasında deyib ki, bunlarla bağlı ictimaiyyətə yeri gəldikcə xəbər veriləcək: "Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi qeyd edilən cinayət hadisəsi barədə müvafiq açıqlama yayıb. Zərurət yarandıqda istintaqın gedişi barədə ictimaiyyətə əlavə informasiya veriləcək". Srağagün Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında Mövsüm Səmədov və Dəyanət Səmədovla görüşüb. Mövsüm Səmədovun sənədlərilə tanışlıq zamanı məlum olub ki, 7 yanvar 2011-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmadığı üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 13 gün müddətinə inzibati həbs seçilib. Dəyanət Səmədovun barəsində isə Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qrupun üzvləri saxlanan şəxslərin hər birilə təkbətək görüşərək söhbət aparıb. Söhbət zamanı hər iki saxlanan şəxs saxlandıqları müddətdə onlara qarşı rəftardan və saxlanma şəraitindən narazılıq etməyib. Həmin şəxslərin razılığı ilə onların bədəninə vizual baxış keçirilib, xəsarət əlamətləri aşkar edilməyib. Bundan başqa, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da dünən Mövsüm Səmədov və Dəyanət Səmədovla görüşüb. Bu barədə APA-ya məlumat verən E.Behbudov onların hər hansı işgəncəyə məruz qalmadıqlarını, təqsirləndirilən şəxslərin saxlanma şəraitindən şikayət etmədiklərini bildirib: "Bununla belə, onlar özlərinə qarşı irəli sürülən ittihamları qəbul etmir". E.Behbudov həmçinin bildirib ki, Mövsüm Səmədova qarşı hələlik cinayət işi başlamayıb: "Mövsüm Səmədov inzibati qaydada tutulub. Dəyanət Səmədovun barəsində isə qanunsuz silah saxlama maddəsilə cinayət işi başlanıb". Hüquq müdafiəçisi hər iki təqsirləndirilən şəxsə ailəsilə görüşməyə şərait yaradıldığını da sözlərinə əlavə edib. Vəkil Anar Qasımov da dünən günün sonunda Hacı Mövsüm Səmədov və Dəyanət Səmədovla görüşüb. A.Qasımov APA-ya bildirib ki, müdafiə etdiyi şəxslərin səhhətində problem və bədənlərində işgəncə əlamətləri yoxdur: "Mövsüm Səmədova qarşı ittiham irəli sürülməyib. O, yalnız inzibati cəza maddəsi ilə 13 gün müddətinə inzibati qaydada həbs edilib. Lakin nədənsə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır". Vəkil yanvarın 14-də hər iki şəxslə bağlı Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verəcək. Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədovun həbs edilməsi barədə birgə məlumat yayıb. Məlumatda bildirilir ki, respublikada ictimai asayişin pozulmasına yönəlmiş terrorçuluğa hazırlıq və terror törədiləcəyi hədəsi ilə əlaqədar şübhəli qismində saxlanılmış Mövsüm Səmədovun əmisi oğlu Quba rayon sakini Dəyanət Səmədovun evinə və işlədiyi mağazaya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən döyüş sursatı olan əl qumbaraları və avtomat patronları aşkar olunub. Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama) maddəsilə başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının Prokurorluğunda istintaq aparılır. Cinayətlərin xüsusilə ağır növlərindən olan terrorçuluq kimi ictimai təhlükəli əməlin qarşısının vaxtında alınması məqsədilə intensiv şəkildə davam etdirilən tədbirlərlə yanaşı, yanvarın 11-də Dəyanət Səmədovun və onun qaynı Firdovsi Məmmədrzayevin Quba şəhərində yaşadıqları ünvanlarda axtarış keçirilib. Dəyanət Səmədovun yaşadığı mənzildə və həyətindəki yardımçı tikililərdə 2 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd avtomat patronu, 20 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, avtomat silahı üçün 4 ədəd daraq tapılıb. Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan isə 10 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silahı üçün 1 ədəd daraq aşkar edilərək götürülüb. Hazırda istintaq araşdırmaları və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bakı xəbər
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu