Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Ordumuz 1 saylı döyüş hazırlığındadır. Bakıya gəmilərlə uzaq mənzilli raketlər gətirilib. hərbi əməliyyatlar hər an başlaya bilər. Dağlıq Qarabağa dair son 6 ildə aparılan danışıqlar prosesi ötən il tam uğursuzluqla nəticələndi və münaqişənin dinc yolla nizamlanmasına ümidlər demək olar ki, tükəndi. Nəticədə yerli və beynəlxalq ekspertlər müharibə təhlükəsinin kəskin artdığı barədə xəbərdarlıqlar etməyə başladılar. Prezident İlham Əliyev isə Yeni il münasibətilə xalqa müraciətində bir daha bəyan etdi ki, Azərbaycan işğal edilmiş ərazilərin geri qaytarılması üçün bütün variantlardan, o cümlədən hərbi yoldan istifadədə qərarlıdır.
Əslində Azərbaycanın son 2-3 ildə ordunun hərbi potensialının artırılması üçün gördüyü intensiv tədbirlər, xaricdən güclü və ən müasir silahların, hərbi texnikanın alınması, 2011-ci il üçün hərbi büdcənin rekord həcmdə - ikiqat artırılması ölkə rəhbərliyinin danışıqların potensialının tükənməkdə olduğunu dərk edərək yeganə mümkün varianta - vətən uğrunda savaşa qərar vermək ərəfəsində olduğunu təsdiq edirdi. Bu günlərdə redaksiyamızın bir neçə qaynaqdan əldə etdiyi, dəqiqliyinə heç bir şübhə olmayan həyəcanlı informasiyalar da təsdiq edir ki, savaş hər an başlaya bilər və artıq ordumuz faktiki olaraq 1 nömrəli döyüş hazırlığı vəziyyətindədir.
Bu məlumatlardan birinə görə, cəbhə boyu qoşunlarımız ən yüksək səviyyədə döyüş hazırlığı vəziyyətinə gətirilib. Ön cəbhədə xidmət edən zabitlərdən birinin (həmin mənbənin cəbhənin hansı istiqamətində xidmət keçdiyini məlum səbəblərdən açıqlamırıq) dediyinə görə, Azərbaycan ordusunun sərəncamına verilən və son illər xaricdən alınan ağır artilleriya-uzaqvuran toplar, reaktiv artilleriya sistemləri hər an döyüşə hazır vəziyyətə gətirilib. Ordumuzun artilleriya mövqelərindəki nisbətən köhnə texnika geri çəkilib, onlar yeni və güclü artilleriya sistemləri ilə əvəzlənib. Artilleriya mərmilərini və raketləri ön xəttə daşımaq üçün nəzərdə tutulan avtomobil texnikası da tam yenilənib, hətta qoşunların sərəncamına verilən yeni avtomobillər “bokslarda” üzərlərinə mərmilər yüklənmiş halda hazır vəziyyətdə gözləməkdədir. Qoşunların təmas xəttində - cəbhənin digər istiqamətində xidmət edən başqa hərbçi də buna bənzər hazırlıqların görüldüyünü təsdiqləyir, lakin detalları açıqlamır. Ali Baş Komandanın orduya rəsmi olaraq “1 nömrəli döyüş hazırlığı” barədə əmr verib-vermədiyi məlum deyil. Təbii ki, müharibə vəziyyətində olan ölkədə bu cür əmrlər qoşun hissələrinə tam məxfi şəraitdə çatdırılır. Lakin yuxarıda sözügedən hazırlıqları şərh edən keçmiş hərbçilər böyük ehtimalla “1 nömrəli döyüş hazırlığı”ından söhbət getdiyini deyirlər. Əslində Azərbaycan prezidenti də öz çıxışlarında dəfələrlə ordunun hər an işğal edilmiş torpaqları azad etmək üçün hərbi əməliyyatlara başlamağa hazır olduğunu deyib. Görünür, prezidentin verdiyi mesajlardakı “hər an” ifadəsi, sadəcə olaraq, obrazlı ifadə deyil, konkret vəziyyəti əks etdirir.
Bakıdan alınan digər məlumat da savaş hazırlıqlarının məxfi, ancaq kifayət qədər intensiv formada aparıldığını deməyə əsas verir. Bu məlumata görə, bir neçə gün əvvəl Bakıya - Dərin Dəniz Özülləri Zavodu istiqamətinə bir neçə gəmi yan alıb. Hadisəni izləmək fürsəti olan bu qeyri-rəsmi mənbə deyir ki, onların rus gəmiləri olduğu görünürdü. Gəmilər sahilə yan alandan sonra əsgərlər ərazini tam əhatəyə alıblar, yüksək rütbəli zabitlərin də əraziyə gəldiyi müşahidə olunub. Gəmilərdən yükləri boşaltmağa başlayıblar və bu yüklərin arasında, mənbənin öz ifadəsi ilə desək, “altında az qala 100 təkəri olan avtomobillərin üzərində quraşdırılmış böyük raketlər” də olub. Gəmilərdən onlarla belə raket, həmçinin içərisində nə olduğu bilinməyən, ancaq hərbi yük olduğu görünən böyük yeşiklər boşaldılıb.
Məlumatı verən qaynağımız yüklərin boşaldılmasında iştirak edən zabitlərdən birinin yanındakına “Bunlar bilirsən nə deməkdir? Müharibə başlayır”, - dediyini də eşidib. Gəmilərlə gətirilən böyük raketlərin hansı tipdən olduğu məlum deyil. Lakin ötən il məlum oldu ki, Azərbaycan Rusiyadan “S-300” zenit-raket komplekslərinin alınmasına dair müqavilə bağlayıb. Müqavilənin dəyərinin 300 milyon dollar olduğu bildirilirdi. Rəsmi Bakı və Moskva bu müqavilənin mövcudluğunu nə təsdiq, nə də təkzib etmir. Güman olunurdu ki, Rusiya “S-300" raketlərinin Azərbaycana satılmasına dair müqavilə bağlasa da bu silahların göndərilməsini ləngidəcək. Lakin ola bilsin ki, Bakıya ”rus gəmiləri" ilə gətirilən raketlər məhz “S-300"lər olub.
Son göstəricilərə görə, Azərbaycan ordusu istər havada, istərsə də quruda düşmən üzərində əzici üstünlüyə malikdir. Ordumuz malik olduğu döyüş təyyarələrinin sayına və imkanlarına görə Ermənistanı bir neçə qat artıq qabaqlayır, həmçinin quru qoşunları son illərdə alınan güclü silah və texnika sayəsində erməni ordusundan qat-qat üstünlüyə malikdir. Azərbaycan ordusu hədəfi uzaq məsafədən və dəqiq vura bilən artilleriya-raket sistemlərinə, habelə düşmənin canlı qüvvə və texnikasına sarsıdıcı zərbə endirməyə qadir olan digər silahlara malikdir. Ermənistan Müdafiə Nazirliyi isə bu yaxınlarda Azərbaycanın hərbi gücünün artmasına cavab olaraq elan etmişdi ki, onların əlində “S-300" raketləri var. Bu baxımdan Azərbaycan Rusiyadan ”S-300" raketlərini ala bilsə, yaxud artıq alıbsa, bu, düşmənin lovğalandığı həmin silahı da neytrallaşdıracaq.
Mətbuatda yayılan digər xəbərlərə görə, Rusiya Azərbaycanın işğal edilmiş rayonlarından bir neçəsini geri qaytarmaq üçün hərbi əməliyyatlara başlamasına “yaşıl işıq” yandırmağa hazırdır. Yəni belə əməliyyatlar başlasa, Rusiya savaşa müdaxilə etməyəcək və öz qoşunlarını Ermənistana dəstək üçün Azərbaycana qarşı yönəltməyəcək. Lakin ekspertlər hesab edir ki, Rusiya buna yalnız hərbi əməliyyatların bir neçə günə yekunlaşması şərti ilə razılıq verə bilər. Ötən ilin sonlarında ABŞ-ın da Azərbaycana Qarabağda lokal əməliyyatlara başlamaq üçün “yaşıl işıq” yandırmağa hazır olduğu barədə xəbərlər yayılmışdı. Görünür, bu xəbərlər boş yerə deyil və Azərbaycan bu cür əməliyyatları super güclərlə razılaşdıra bilmək üçün danışıqlar aparır. Doğrudur, bəzi təhlilçilər hesab edirlər ki, bölgədəki mövcud geosiyasi durum Azərbaycanın Qarabağda müharibəyə başlaması üçün o qədər də əlverişli deyil. Böyük dövlətlərin, xüsusən Rusiyanın hadisələrin bu cür inkişafına necə reaksiya verəcəyi hələ dəqiqləşməyib. Lakin Azərbaycanın öz ordusunu döyüşə hazır vəziyyətə gətirdiyinə dair xəbərlər ölkə rəhbərliyinin savaş qərarı vermək ərəfəsində olduğunu təxmin etməyə əsas verir. Digər tərəfdən, indi bölgədə vəziyyət elədir ki, müharibəni birinci başlayan tərəf Azərbaycan olmaya da bilər. Dağlıq Qarabağdakı erməni işğalçı qüvvələrinin hansı mərkəzlərdən idarə olunduğunu, Ermənistan hakimiyyəti daxilində getdikcə güclənən siyasi çəkişmələri, separatçı rejimlə İrəvan arasında münaqişənin həlli variantlarına dair ziddiyyətləri nəzərə alan ekspertlər deyir ki, düşmən hər an cəbhədə təxribatlara əl ata bilər. Bu səbəbdən Azərbaycan bu təxribatdan öz xeyrinə istifadə etmək və eyni zamanda düşmənə qəfil, sarsıdıcı zərbə vurmaq üçün ordunu səfərbər etməlidir. "Yeni Müsavat"
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu