Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Bir neçə gün öncə İslam Partiyasının sədri Mövsüm Səmədov və bir neçə partiya rəsmisinin həbsindən sonra bəzi yerli qüvvələrlə yanaşı İran da təşviş keçirib. Nəticədə rəsmi Tehran Azərbaycanla sərhədində gediş-gəlişə süni çətinliklər yaradıb. Qeyd edək ki, Azərbaycan İslam Partiyası fəaliyyət göstərdiyi 1991-ci ildən bu günədək adı qalmaqallarda və hətta casusluqda hallanıb. Buna da səbəb onun İrandan himayə edilməsi və maliyyələşməsidir ki, bu faktın özünü islamçılar bilavasitə təsdiqləyiblər. Xatırladaq ki, partiya Nardaran qəsəbəsində təsis edilmiş və 1992-ci ildə qeydiyyata alınıb. Amma onun qeydiyyatı 1995-ci ildə ləğv edilib və bir daha qeydiyyata alınmayıb. Buna səbəb partiyanın sabiq sədri Hacıağa Nurinin İrana casusluq maddəsi ilə təqsirləndirilməsi və həbsi. Partiya İranın teokratik rejiminin maraqlarının müdafiəçisi olması dfələrlə sübuta yetirilib. Partiya Avropa Birliyi, ABŞ və sionizm əleyhdarı kimi tanınır, "Hizbullah" təşkilatı və onun lideri Həsən Nəsrullahı dəstəkləyir. Onu da bildirək ki, Daxili İşlər Nazirliyi AİP sədrinin həbsinə dair yaydığı məlumatda onun yaxınlarına ölkədə iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə yanaşı Səmədovlara məxsus elektrik malları mağazasına baxış zamanı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və dini radikalizmi təbliğ edən elektron daşıyıcılar aşkarlanıb. Tibb universitetini bitirən sədrin İranla bağlılığı isə 1996-cı ildə bu ölkənin Qum şəhərində Ali İslam Universitetində təhsil almasıdır. 2008-ci il dekabrın 5-də "Həftə içi" qəzetinə müsahibəsində Hacı Mövsüm Səmədovun "Adımızın İranla birgə çəkilməsi ilə fəxr edirik" deməsi onun İranla bağlılığını təsdiqləyən faktlardan biridir. 2009-cu ildə Səmədovun səsi digər İslam Partiyası fəalları və Nardaran ağsaqqallarıyla birgə İranın Azərbaycan dilindəki dövlət radiosundan, İran kanalı "Səhər" TV-dən və Azərbaycanda açılan çoxlu İranmeyilli islamçı saytlardan gəldi. Bu ilin martında isə Mövsüm Səmədov Tehranda keçirilən konfransda iştirak edib. Daim Azərbaycanda İranın planına uyğun fəaliyyət göstərən İslam Partiyası ölkədə rəsmi Tehranın sifarişlərini yerinə yetirib. Məsələn, ötən il fevralın 13-də islam peyğəmbəri Həzrəti Məhəmmədin vəfatının ildönümüylə əlaqədar bir qrupun Bakıda aksiya keçirməyə cəhdi barədə Tehranda nəşr olunan qəzetlər, elekton KİV-lər Azərbaycana qarşı qarayaxma kampaniyasına başlamışdılar. Ötən il "Fatimeyi-Zəhra" məscidinin bağlanmasına etiraz əlaməti olaraq paytaxtın mərkəzi küçələrinə icazəsiz yürüşlər edənlər də islamçılar olmuşdular ki, onlara dəstək "Hizbullah"dan gəlmişdi. Belə ki, terrorçular İranın Azərbaycandakı səfirliyi qarşısına toplaşaraq rəsmi Bakıya etiraz etmiş və hətta Azərbaycan bayrığını yandırmışdılar. Qüds Günü ilə bağlı İsrail səfirliyi qarşısında etiraz aksiyaları, Aşura günlərində insanları dövlət və dövlətçiliyə qarşı çağırışları və s. bu kimi təxribatları çox sadalamaq olar. Bəs İslam Partiyasını danışdırmaqda məqsəd nədir? Çünki son vaxtlar İran beynəlxalq aləmdə təklənib, təcrid olunub. ABŞ və Rusiyanın nüvə silahının məhdudlaşdırılması barədə razılığa gəlməsi, Tehrana qarşı sanksiyaların vacibliyinin vurğulanması, İranın İsraillə münasibətlərinin müharibə həddinə çatması, Azərbaycanın isə istər ABŞ, istərsə də İsraillə dost münasibətlərə malik olması rəsmi Tehranı əndişələndirməyə bilməzdi. Ona görə də İran həm öz KİV-lərində, həm də Bakıda fəalliyyət göstərən təxribat yuvalarında Azərbaycana qarşı aşağılama siyasəti aparırlar. Məqsəd Azərbaycan dövlətini Azərbaycan və İran müsəlmanlarının gözündən salmaqdır. Rəsmi Tehranın AİP sədrinin həbsindən əndişələnib sərhəddə gediş-gəlişə süni maneələr yaratması da Azərbaycana qarşı növbəti təxribatlardan və ekstremist islamçıların müdafiəsindən irəli gəlir. Onu da qeyd edək ki, hər dəfə belə bir hadisələr yaşananda İran təzyiq vasitəsi kimi keçid-sərhəd məntəqələrinə "hücum" edir. Bir müddət öncə Astara gömrük məntəqəsində belə tıxac yaranıb. Həm maşını olanlar, həm də maşınsızlar İran tərəfə keçə bilmirdilər. Azərbaycanlılar bildirmişlər ki, İrana getmək üçün növbə gözləyənlərin sayı təqribən 500-600 nəfərə çatıb. Amma İrandan Azərbaycana gələnlər isə sərhədi normal qaydada keçə biliblər. Ötən ilin sonlarında da sərhəddə gərginlik yaşanmışdı. Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərlinin sözlərinə görə, ölkədə islamçılaprla bağlı hər hansı bir problem yaşanarsa İran dərhal müxtəlif təxribatlarla buna cavab verir: "Sərhəddə çətinliklərin yaranması da bu təxribatlardan biridir. Onu da bildirim ki, ölkələr arasında viza rejimi tam ləğv olunmayıb. Azərbaycan hələ buna razılıq verməyib. Düz də edir. İran çox gözlədi ki, bəlkə Azərbaycanı aldada bildi. Amma rəsmi Bakı düz siyasət yürütdüyündən İranın toruna düşmədi. İran isə ikitərəfli viza rejiminin ləğvinə çalışır. Çünki öz təxribatçılarını asanlıqla Azərbaycana keçirmək niyyətindədir ki, burada təxribatlar törətsin". Keçmiş diplomat onu da bildirdi ki, İranın Azərbaycanda İslam Partiyası kimi təxribatçı qrupları fəaliyyətdədir: "İslamçılar yalnız İranda müalicə alırlar. Onların tədbirlərində İran televiziyaları çəkilişlər aparırlar. İslam Partiyası da maliyyə aldığı ölkənin siyasətinə qarşı çıxza bilmir, axı öhdəlik götürüb. İndi sərhəddə İran tərəfindən azərbaycanlılara qarşı çətinliklərin yaranması İslam Partiyası sədrinin tutulmasına etiraz xarakteri daşıyır. İran Quzey Azərbaycanı Güney Azərbaycanın gününə salmaq istəyir ki, bizim islamçılar da buna çalışırlar. Mənə elə gəlir ki, belə təxribatçıların hamısı həbs olunmalıdır. İran isə daxili problemlərini həll etsin, sərhəddə müəyyən gərginlik yaratmaqla heç nəyə nail ola bilməyəcək". Əliyar Səfərlinin fikrincə, Azərbaycanda Hacı Mövsüm Səmədov kimi onlarla islamçı İranın təsiri altındadır. Xalq cəbhəsi
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu