Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Sistan və Bəlucistanda silahlı qarşıdrma- 6 nəfər həlak oldu
Qazaxıstan Rusiyaya nota verib
Abbas Lisaninin müalicəsinə icazə verilmir
Həmədanda iş qəzaları- 147 nəfər...
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
ABŞ İranın dəniz blokadasının bərpasından sonra 125 ticarət gəmisinin istiqamətini dəyişib
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədən suriyalını saxlayıb
Azərbaycan–Qazaxıstan Transxəzər fiber-optik xətti bir aydan az müddətə istifadəyə veriləcək
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
İrana zərbələrin bərpası ilə bağlı tezliklə qərar veriləcək- Tramp
Üç şəhərdə 9 məhbus edam edildi
İran nümayəndə heyəti ABŞ-dan qovulub
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
BƏƏ BMT-də: Bizim üç ərəb adamız İranın işğalı altındadır (Video)
İran lüks avtomobillərin idxalını dayandırdı
Rusiyanın Ukraynaya yeni hücumlarında azı üç nəfər ölüb
Azərbaycanın Baş Qərargah rəisi Türkmənistan hərbi nümayəndə heyəti ilə görüşüb
Rusiya NATO-nu nüvə silahı ilə hədələdi
ASELSAN Naxçıvanda zavod açacaq
Türkiyəli nazir: Azərbaycanla müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb
İranda yaşlı əhalinin artımı ümumi əhali artımından dörd dəfədən çoxdur
Hörmüz boğazında üç gəmiyə hücum edilib
ABŞ-in təklifləri İrana çatıb- Mühacirani
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Ərdəbildə tarixi körpü baxımsız qalıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
BAYKAR şirkətinin Azərbaycanda hazırlanan KASIRGA PUA-sı ilk dəfə görüntüləndi
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
GünAz TV: “Kim kimdən qorxmalıdır: İranmı bizdən, bizmi İrandan?”. Publika.Az saytı bu suala cavab tapmağa çalışıb.
Müstəqil Azərbaycan dövləti 35 milyon soydaşımızın yaşadığı qonşu İran ilə münasibətlərində daim ehtiyatla davransa da, qarşı tərəf həmişə gərginliyi artırmağa cəhd edir.
İran Ermənistanla iqtisadi əlaqələrini gücləndirir, ərazilərimizi işğal altında saxlayan ermənilərə açıq və gizli yardımlar etməkdən çəkinmir.
Azərbaycanda vaxtaşırı keçirilən əməliyyatlarda İran kəşfiyyatı ilə əlaqələi şəxslərin aşkarlanması, eyni zamanda İranın siyasi şəxslərinin, hətta ruhanilərinin belə ölkəmizin daxili işlərinə qarışma cəhdləri, qarşımızda belə bir sual qoyur: "Kim kimdən və niyə qorxmalıdır?"
Publika.Az bu suala cavab tapmağa çalışıb.
İranın Azərbaycana təzyiqləri və təxribatçı fəaliyyəti barədə fikirlərini bölüşən millət vəkili, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc bildirdi ki, bu məsələ ilə bağlı Azərbaycan parlamentində də yetərli reaksiyalar (əksüləməllər) olub:
"İranın Azərbaycanla münasibətlərində son zamanlar göstərilən bu cür yanaşma tərzinə başlıca səbəb İran ətrafında beynəlxalq gərginliyin artması, sanksiya (təhrim) rejiminin sərtləşməsi və bu fonda (zəmində) İran dini elitasının (zümrə) qərar qəbul etmə imkanlarının son dərəcə aşağı düşməsidir. Yəni, onlar xaotik (aşoftə) bir şəraitdə basqıcı qərarlar verirlər, bu da öz-özlüyündə Azərbaycanla münasibətlərə təsir edir. Nazirlərin Naxçıvan görüşü münasibətlərdə yumşalma və əvvəlki dönəmə qayıtma şansı verdi, amma sonra göründü ki, yox, İran tərəfdən bu proses (sürəc), qısqanc yanaşma tərzi həmişə davam etdiriləcək".
Onun fikirlərinə görə, məsələ bunda deyil ki, İran Azərbaycanda öz düşmənlərini axtarır və ya Azərbaycanla düşmən olmaq istəyir:
"Həmçinin İranın Azərbaycandan qorxduğunu da demək olmaz. Sadəcə, Azərbaycanın beynəlxalq siyasi səhnədə yer alması, BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü, İsrail və ABŞ-la (Amerika Birləşmiş Ştatları) münasibətlərinin inkişafı İranı narahat edir. Bu, onu bölgədəki mövqeyi barədə düşünməyə vadar edir. Həmçinin İranla bağlı hərbi blokun yaranması və hərbi əməliyyatların başlayacağı təqdirdə də, İran Azərbaycanın vəsilə dövlət olmasından narahatdır. Xüsusən də, Suriya məsələsindən sonra İran təklənməkdən qorxur və bu, onu daha gərgin çıxışlara sövq edir".
Azərbaycanın II Dünya Müharibəsində Türkiyənin tutduğu kimi bitərəf mövqe sərgiləməsini daha doğru addım hesab edən millət vəkili İranda yaşayan azərbaycanlıların proseslərə təsiri məsələsinə də toxunub:
"Təbii ki, İranda çox önəmli faktor 35 milyona yaxın soydaşımızın yaşamasıdır. Lakin İranda hər şeyin dinlə əlaqələndirilməsi, hüquqlarını tələb edənlərin Allaha qarşı çıxanlar kimi cəmiyyətə təqdim edilməsi Güney Azərbaycan Milli Azadlıq Hərəkatına mənfi təsir göstərir. Burada ictimai rəy mühüm rol oynayır. Çox təəssüf ki, İranın xarici düşmən axtarmaq vərdişləri və özünütəcrid siyasəti azərbaycanlı olaraq da, fars olaraq da İran vətəndaşlarının böyük əksəriyyətinin fikirlərinə təsir edir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli isə İranın Azərbaycana yanaşmasında mənfi ruhun hələ müstəqilliyimizin ilk illərindən mövcud olduğunu deyir:
"İran İslam Respublikası (Cümhuriyyəti) Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra onu rəsmən tanısa və diplomatik əlaqələr qursa da, bizim demokratik və müstəqil dövlət kimi mövcudluğumuzu birmənalı şəkildə qəbul etmir. Tarixi Azərbaycanın böyük hissəsinin bu dövlətə daxil olması və 35 milyon soydaşımızın da orada, öz tarixi torpaqlarında yaşaması bu münaisbətlərə təsir edir. İran məhz qorxduğuna və ehtiyatlandığına görə Azərbaycana qarşı sərt mövqe yürüdür. Tehran daim çalışır ki, Azərbaycanı öz təsir dairəsinə salsın, hətta İran İslam Respublikasının bir vilayətinə çevirsin. Bu istiqamətdə də, teokratik bir rejim kimi daim din faktorundan istifadə etməyə və Azərbaycanı İrana qarşı İsraillə müttəfiqlikdə günahlandırmağa çalışır".
O hesab edir ki, Azərbaycanın demokratik inkişafı Güney Azərbaycan türkləri üçün də bir nümunədir və Azərbaycanın Respublikasının güclənməsi İrandakı demokratik proseslərə də təsir edə bilər:
"Bu baxımdan İran qorxur. Azərbaycan isə heç nədən qorxmamalıdır. Sadəcə çalışmalıdır ki, öz təhlükəsizliyini möhkəmləndirsin, iqtisadi inkişafına diqqət yetirsin. İran iddialarından əl çəksə, Azərbaycana qarşı yanaşma tərzini dəyişsə və dini liderlər öz kəskin siyasi bəyanatlarından vaz keçsələr, münasibətləri normallaşdırmaq olar. Amma göründüyü kimi, qarşı tərəf əksini edir. Anlamırlar ki, təbii olaraq gedən bu prosesləri nə qədər sıxmağa çalışsan, o qədər də ağır nəticə görə bilərsən. Hesab edirəm ki, İranın bu məsələdə diqqətli olması, həm Azərbaycan Respublikasına, həm də özünün azərbaycanlı vətəndaşlarına münasibətlərini yumşaltması, daha ədalətli qərarlar qəbul etməsi lazımdır. Əks təqdirdə İranın özü üçün mənfi nəticələr qaçınılmazdır". N.S
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Fidanla Əraqçı görüşüb
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib