Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: “Press TV” bildirir ki, Azərbaycan İsrailin “sionist rejimi” ilə sıx əlaqə qurması İslam ölkələrinin qəzəbinə səbəb olub.
Azərbaycan prezidenti İlham Əliyevin Yeni illə bağlı yayımlanan çıxışına İrandan qəzəbli reaksiyalar gəlməkdədir. Xəbər verildiyi kimi, İ.Əliyevin Azərbaycan dövlətinin dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların arxasında olduğunu bəyan etməsi on milyonlarla azərbaycanlının yaşadığı İranda bəzi çevrələri narahat edib. İran KİV-ləri bu çıxış barədə xəbərlər yayaraq Azərbaycan prezidentinin özünü bütün dünya azərbaycanlılarının lideri elan etdiyini bildiriblər.
Məsələyə İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst reaksiya verib və deyib ki, KİV-lər Azərbaycan prezidentinin çıxışını təhrif ediblər. Buna baxmayaraq, İran parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Ələddin Brucerdi “Mehr” agentliyinə açıqlamasında Azərbaycan prezidentinin çıxışının narahatlıq doğurduğunu deyib və bildirib ki, o İranda yaşayan milyonlarla azərbaycanlının lideri ola bilməz. Çünki İran azərbaycanlıları bu ölkənin rəhbərlərini özlərinə lider hesab edirlər. Brucerdi Azərbaycan rəhbərlərinin “reallıq hisslərindən uzaqlaşdıqlarını” da deyib.Rəsmi Tehran, daha doğrusu XİN Azərbaycan prezidentinin çıxışının təhrif edildiyini bəyan etsə də, İran KİV-lərində hələ də İlham Əliyevin çıxışı ilə bağlı qəzəbli şərhlər verilir. Azərbaycan prezidenti “sionist rejim”lə müttəfiqlikdə, dindar müsəlmanları sıxışdırmaqda ittiham olunur. İnqilab Keşikçiləri Korpusuna bağlı ingilisdilli “Press TV” kanalının saytında da Azərbaycan prezidentinin siyasətini tənqid edən məqalə yer alıb. Orada deyilir ki, əhalisinin 93 faizi müsəlman olan ölkənin hakimiyyəti məktəblərdə baş örtüsünü qadağan edib və dindarların etirazını zorakılıqla yatırıb. “Bu mübahisəli qərar bir sıra Avropa ölkələrinin qəbul etdikləri antiislam qərarlarını xatırladır və onların islamafobiya siyasətlərinə uyğundur. Azərbaycanın despotik hakimiyyəti bu mübahisəli qərarı verməklə Qərb dövlətlərinin diqqətini özünə cəlb etmək və onların istəkləri qarşısında boyun əymək niyyətini nümayiş etdirir. Bu qərar həm də Azərbaycanın öz sıralarında bir dənə də müsəlman ölkəsi olmayan Avropa İttifaqına qoşulmaq maraqları ilə bağlı ola bilər” deyə, məqalədə bildirilir.“Press TV” bildirir ki, Azərbaycan İsrailin “sionist rejimi” ilə sıx əlaqələr quraraq bir çox islam ölkələrinin qəzəbinə səbəb olub. Belə ki, Azərbaycan müstəqilliyini elan etdikdən cəmi bir ay sonra İsraillə diplomatik münasibətlər qurub və sonradan münasibətlər inkişaf edib. Məqalədə İsrailin xarici işlər naziri, İrana qarşı sərt mövqeyə sahib Aviqdor Libermanın Bakıya səfəri, İranın və Bakıdakı müsəlmanların etirazlarına baxmayaraq, onun yüksək səviyyədə qəbul edilməsi də xatırladılır. “Azərbaycan müsəlman dünyası ilə münasibətlərini zədələyən sonuncu addımı dekabrın 31-də atıb, ölkə prezidenti televiziya ilə çıxış edərək özünü bütün dünya azərbaycanlılarının lideri adlandırıb. Statistikaya görə, azərbaycanlılar İranda əhalinin 24 faizini təşkil edir və ölkənin ictimai, siyasi həyatında, elm və texnologiya sahəsində mühüm rol oynayırlar. Lakin onlar heç vaxt xarici ölkənin liderini özlərinə lider saymazlar. Bu cür təxribatçı çağırışlar İrandakı etnik qruplar daxilində ziddiyyətlər yaratmağa hesablanıb, lakin onların heç bir effekti ola bilməz” deyə, məqalədə bildirilir.Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə etdiyi çıxışda Azərbaycan prezidenti bunları deyib: “Mən dünyada yaşayan bütün soydaşlarımızı bu bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü, qüdrətli, müasir, azad Azərbaycan dövləti dayanır. Azərbaycan onların dayağıdır, onların arxasıdır. Onlar da yaşadıqları ölkələrdə Azərbaycanı təmsil edirlər və ölkəmizin maraqlarının təmin edilməsinə gündəlik fəaliyyətləri ilə öz töhfələrini verirlər. Dünyada yaşayan bütün azərbaycanlılar bilirlər ki, Azərbaycan dövləti daim onlarla bərabərdir, onların fəaliyyətini izləyir, onların qayğıları ilə yaşayır. Dünyada mövcud olan Azərbaycan diaspor təşkilatları da öz səmərəli fəaliyyətləri ilə bizim gücümüzü artırırlar”. Müşahidəçilərin fikrincə, bu sözlər Azərbaycan prezidentinin ölkəsinin o cümlədən İranda yaşayan azərbaycanlıların da arxasında durmasını nəzərdə tutması qənaətinə gəlməyə əsas verə bilərdi. İrandan bu çıxışla bağlı səngimək bilməyən qəzəbli reaksiyaların səbəbi isə belə görünür ki, həmin çıxışdan daha çox dünya azərbaycanlılarının həmrəyliyi gününün qeyd olunmasında və ideyanın özündədir. Bu bayram vaxtilə İranla Azərbaycan arasında sərhədlərin dağıdılmasının və Arazın ayırdığı soydaşlarımızın uzun həsrətdən sonra görüşmək imkanı qazanmasının ildönümü kimi qeyd olunur. İran çevrələri Qərbin bu ölkədə rejimi dəyişdirmək üçün etnik amildən, xüsusən azərbaycanlılardan istifadə edə biləcəyindən narahatdır. İranın şimalında azərbaycanlıların müstəqil dövlətinin mövcudluğu faktını da qonşu ölkədə həzm edə bilmirlər. Yeni musavat
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu