KİV: ABŞ “George Washington” aviadaşıyıcısını Yaxın Şərqə göndərəcək
Rusiya neft tankeri Oman sahillərini təhdid edir
SEPAH: Hörmüz boğazı İranın nəzarətindədir
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna dron hücumu edib
Husilər Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum edib
İranın dəniz mühasirəsi qeyri-müəyyən müddətə davam edə bilər
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
İranda hicaba görə daha iki iaşə obyekti bağlandı
Güneyli yeniyetmə Asiya çempionu oldu
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə sazişi çərçivəsində hərbi mexanizmlər yaradacaq
SEPAH-ın Qüds Qüvvələrinin komandanı İraq qruplaşmalarını silahlarını saxlamağa çağırıb – Al Hadath
"Traktor" oyunlarını Omanda keçirəcək
Kəleybərdə qızıl filizinə görə 15 nəfər həbs edildi
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İranlı deputat: Hörmüz boğazı nüvə bombasından daha dəyərlidir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
X husilərin hərbi sözçüsü Yəhya Səriinin hesabını məhdudlaşdırıb
Məşhəddə güclü yanğın olub
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Pezeşkianın müşaviri ABŞ ilə danışıqları müdafiə edib
ABŞ İranın dəniz blokadasını bərpa etdikdən bəri 59 gəminin istiqamətini dəyişib
KİV: İran və ABŞ arasında danışıqlarda irəliləyiş əldə edilməyib
İranda polis mülki şəxsi güllələdi
Güney Azərbaycanlı fəal Ukrayna prezidentinə müraciət edib
Sepah-da qulluq edənlər Kanadadan qovulur
ABŞ regiondakı səfirlikləri müharibə şəraitinə hazırlayır - Media
Bab əl-Məndəbdəki hücumların qarşısını almağa kömək edin - Takaiçi
İranda yanacaqdoldurma məntəqələrində izdaham yarandı
30-dan çox ölkə İrandan edam cəzalarına son qoymağı tələb edib
SEPAH ilk dəfə ABŞ mediasına müsahibə verdi (Video)
Yaponiya Tehrana: Tezliklə razılaşın
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir və onu qoruyub saxlayacaq
Pezeşkian hazırkı müharibənin əvvəlkilərdən daha mürəkkəb olduğunu bildirib
Urmiya gölünün son vəziyyəti açıqlandı
Pakistan daxili işlər nazir Abbas Araqçı ilə görüşdü
Diplomatik kanalları fəallaşdırmağa davam edəcəyik- Pakistan
İranlılarla israillilər bir layihədə əməkdaşlıq edirlər
"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib
İranda daha üç sünni fəal həbs edildi
YUNESKO: Taliban 2,4 milyon əfqan qızı təhsildən məhrum edib
İqtisadi təzyiq: İranda saç da “gəlir mənbəyinə” çevrilib
GünAzTv: Dünya Azərbaycanlılarının Həmrəylik günü Azərbaycan Respublikasının dövlət başçısının dünya azərbaycanlılarının təbrik etməsi bir ənənə halını alıb.
2010-cu ilin sonucu günü ölkə başçısı İlham Əliyev bu il də ənənəyə sadiq qalararaq, yaşadığı ölkədən asılı olmayaraq, dünya azərbaycanlılarını təbrik etdi, onlara Azərbaycan adına gördükləri işlərdə uğurlar azuladı.
Yaxşı ki dünya azərbaycanlılarının bu bayarmı var, yoxsa Azərbaycanın dostalrı ilə düşmənlərini seçmək çətin olardı. Dövlət başçısının təbrik çıxışındakı bir sıra məqamlar özünü Azərbaycana dost kimi sırıyıb, ölkədəki informasiya vasitələrindən biri ilə əməkdaşlıq edənlərə xoş gəliməyib.
Bu sayaq çıxışlardan örnək göstərib, onlara cavab verməzdən öncə, qeyd edək ki, hələ Dünya Azərbaycanlılarının ikinci qurultayında dövlət başçısı İlham Əliyev 50 milyonluq dünya azərbaycanlılarının przedenti olduğunu da söyləmişdi. O zaman bu Tehranın ölkəmizdəki o vaxtkı səfiri Əfşar Süleymaninin xoşuna gəlməmişdi. Sonrdan işin çətinə düşəndə özünü azərbaycanlı sayan bu iranlı diplomat bu məsələdə rəsmi Bakının ittiham etmişdi. Ancaq heç kimə sirr deyil ki, dünyada 50 milyon azərbaycanlı var. Dünya azərbaycanlıları dedikdə isə dinindən, dilində, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanı sevib, onu özünə vətən bilən, onun probelmlərinin həllinə yardım edən, Qarabağın işğaldan azad olunması istiqamətində çalışan, ölkənin düşmənlərini düşmən, dostlarını dost sayan, özünün coğrafi baxımdan azərbaycanlı sayan hər kəsin dekabrın 31-i bayaramıdır.
Ölkə başçısı da həmin insanları təbrik edərək, dedi : «…Əziz həmvətənlər! Hörmətli soydaşlar!Müstəqil Azərbaycan dövlətinin varlığı dünya azərbaycanlıları arasında milli birliyin gücləndirilməsi və soydaşlarımızın təşkilatlanması üçün geniş imkanlar yaradır.Bu istiqamətdə xaricdə yaşayan soydaşlarımız ölkəmizin inkişafı və yaşanan problemlərin həlli üçün səy göstərirlər.Bu köməklərin səmərəli olması üçün diasporanın təşkili məsələsi önəmlidir və bu məsələyə hərtərəfli yardım etmiş olur».
«Xain xoflu olar», yaxud «Soğan yeməmisən için niyə göynəyir» atalar söləri burada lap yerinə düşür.
İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Brücerdi Azərbaycan Respublikası prezidentinin bu müraicətinə belə münasibət bildirib: «Bu sözlər fantaziyalar sırasında yer alır və Azərbaycan Respublikası rəsmiləri arasında yeni fenomen hesab olunmur. Həqiqətdə, bu onların problemidir ki, bu sahədə çatışmazlıq hiss edirlər. İran İslam Respublikasında azərilər (?!-S.S.) mühüm məsuliyyətlərə malikdirlər və iranlı olmaları ilə fəxr edirlər».
Ə.Brücerdi əlavə edib: «İslam inqilabının böyük rəhbəri (ayətulla Xomeyni nəzərdə tutur-S.S.) tərəfindən irəli sürülən milli birlik strategiyası bizim üçün mühüm və ciddi strategiyadır. Xoşbəxtlikdən ictimaiyyətimiz, xüsusilə də azərilər vilayəti-fəqih (ayətulla Xamneyinin tutuduğu vəzifə-S.S.) prinsipini fəxrlə əsas götürürlər. Bu müxtəlif zamanlarda tam aydın formada nümayiş etdirilib. Beləliklə, İran azərilərinin başqa bir yerdən təsir almaları haqdakı xəyallar heç bir vəchlə gerçəklikləri əks etdirmir.
Biz dünyanın müxtəlif ölkələrindəki xalqların İran İslam Respublikasına eşq və məhəbbət ilə yanaşmalarının şahidiyik. Bu isə fantaziyalara əsaslanan belə sözlərə ən yaxşı cavab sayılır».
Əlaəddin Brucerdi daha sonra bildirib: «Ölkəmizdə yaşayan müxtəlif etnoslar milli birlik olan böyük bir ilahi nemətə malikdirlər və islamlı İranı sevirlər.
Biz ölkə daxilində problemə malik deyilik. Əgər sərhədlərdən kənarda, digər ölkələrdə hər hansı problem varsa, onlar başqalarının daxili işlərinə müdaxilə etməmək prinsipinə riayət edərək, öz məsələlərini həll etməlidirlər».
Ə.Brücerdinin yadına salaq ki, «İranın birlik amili islam dini, islam mədəniyyəti və vilayəti fəqihdir» prinsipinə qarşı İranın keçmiş prezidenti Məhəmməd Xatəmi hakimiyyətdə olarəkən, çıxaraq, bildirdi : «İranın milli birlik amili fars dili və fars mədəniyyətidir». O zaman ölkə prezidentinin bu fikrinə qarşı nə Ə.Brücerdi, nə də indi «milli birlikdən» danışanlar ona cavab vermədi. Əslində cavab veriləcək bir məsələ də yoxdur, doğrudan da siyasi-ideoloji əsası Rza Pəhləvi tərəfindən qoyulan «vahid millət, vahid dövlət» -prinsipi bu gün də İran İslam Respublikasının başlıca siyasi –ideoloji xətlərindəndir.
Azərbaycan Respublikasının prezidenti isə müraciətində heç bir dövlətin daxili işinə qarışmayıb. Başqa dövlətlərin iç işinə müdaxilə edən Tehran hakimiyyətidir. Ayətulla Xomeynidən qalma «İslam inqilabının yayılması doktrinasının» 30 ildən artıqdır, dünyanın çeşidli dövlətlərində gerçəkləşdirmək üçün həmin ölkələrdə pozuculuq fəaliyyəti ilə məşğul olmaqdansınız- Fələstin, Sudan, Somali, Bosniya-Hersoqovnia, Livan, Əfqanıstan, İraq, Tacikistan, Pakistan və s. Bu xəritəni genişləndirmək də olar.
Tehran hakimiyyəti illər uzunudur Tacikistan, Əfqanıstan və Pakistanı bir yerə toplayıb, onları «fars dili» adlandıraraq, İranı farsların siyasi-ideoloji mərkəzinə çevirməyə cəhd göstərir. Ancaq həmin dövlətlərin başçıları İran hakimiyyətinin bu ideyasını dəstəkləmir. Tacikistan prezidenti İranda təhsil alan tələbələrin vətənə qayıtmasına çağırş edərəkən demişdi :«Təəssüflər olsun ki, onların çox mollalıq öyrənmir, əksinə terrorçu və ya ekstremist olurlar. Onların hamısını qaytarmaq lazımdır, yoxsa hamısı satqın və vətən xaini olacaq».
İş o yerə çatıb ki, Tacikistan hakimiyyəti İranın Düşənbədəki səfirliyində fəaliyyət göstərən məktəbində tacikistanlıların oxumasını yasaqlayıb.
Başqa bir örnək Azərbaycanlı fotojurnalist Mənuçehr Diqqəti “Assoşieyted-Press” agentliyinin Yaxın Şərq üzrə baş foto redaktoru təyin edilib. “Amerikanın səsi” radiosuna müsahibəsində o, görəcəyi işlər, İranda azərbaycanlıların vəziyyəti barədə danışıb. Müxbirin «Bakıdasınız. Sizi Bakıda tanıyanlar çoxdur, sevənlər çoxdur. Özünüzü Bakıda necə hiss edirsiniz»sualına cavabında deyib:
- Bura öz vətənimizdir, öz ölkəmizdir. Mən burada ana dilində danışıram. Təqribən 30 ildir İrandan çıxmışam və Bakıya gəlməyimin əsas səbəbi vətənə qayıtmaqdır. Qızım da burada mənimlədir. Onu Azərbaycan məktəbinə qoymuşam ki, öz dilimizi və mədəniyyətimizi öyrənə bilsin. Bizim üçün Bakı və Azərbaycan Vətəndir. Fərqi yoxdur, cənub, şimal - bizim üçün birdir».
Bu iki örnəkdən göründüyü kimi nə fars dilli sayılan Tacikistan, nə də «azəri» adlandırılan Azərbaycan türkü Tehran hakimiyyətinin fantaziyalarına uymur.
İran parlamentinin təhlükəsizlik və xarici siyasət komissiyasına 10 ilə yaxındır sədrlik edən Əlaəddin Brücerdi cənabları və onun kimi məsələnin mahiyyətini ört-basdır edənlər hələ də boş-boşa şüarlarla insanların «milli birliyindən» danışırlar. Adı təhrif edilən, milli varlığı danılan, öz övladına ana dilində ad qoya bilməyən, hər addım başı milli heysiyyəti aşağılanan bir cəmiyyətdə kimin və necə milli birlik yaratmaq olar?
Halbuki İlham Əliyev təbrik çıxışında Güney Azərbaycan türklərinin tapdanan haqqından və başqa bu sayaq problemlərindən danışmadı. O, diaspor sahəsində təşkilatlanmaya və buna oxşar məsələlərə toxunub.
Başqa bir hədyanı isə «Fars» və «Mehr» xəbər agentliklərinin yaydığı «məqalə», Bi-Bi-Si-nin farsca redaksiyasına müsahibə verən ötən ilki prezident seçkisindən sonra yaranmış «yaşılların» təmsilçisi müraciəti təhrif edərək, hədyanlar danışıblar.
Fars şovnistləri və panirançılar hələ də 1989-cu il dekbarın 31-də o taylı- bu taylı azərbaycanlıların atomlu SSRİ-nin sərhədini dağıtmasını «İran İslam Respublikasına sevgi, məhəbbət» kimi təqdim edir, yaxud «bu belə olsa idi, daha yaxşı olardı, xülyası» ilə yaşayırlar. Halbuki qəddar rejimlərdə yaşanyan atanın-bala, bacının qardaş, qardaşın-qardaş, qohumun –qohum ilə görüşü idi. Bu iki əsrlik ayrılığın sonu idi. Oradakılar nə İslam Respublikasına, nə də «şurəviyə» sevgi izhar etmək tikanlı telləri qırmamışdılar.
Vətən Azərbaycanın hər iki tayında olanlar İrandakı rejimlərin mahiyyətindən yaxşı xəbərdar idi…
Bu gün onun «yaşıl hərəkatçısı» da, «islahatçısı»da, «hizubllaçısı»da, hakimiyyətdəkiləri də Azərbaycana – həm Güney, həm də Quzeyə eyni mövqeydən baxırlar. Güneydəkilər «assimliyasiya edilməli (onların bəziləri bir az da qabağa gedərək, «Türklərsiz İran!» şüarı ilə çıxış etməkdədir), Quzey isə daim təhdid olunmalıdır».
Türk sözünün qorxusu canlarından çıxmamış, panfarsçılar indi də dünya aəzərbaycanlıları ifadəsində əndişələnir.
Xatırladaq ki, “Mehr” xəbər agentliyi bu zəmində daha 3 yazı dərc edib. Onlardan məzmunu şərh etdiyimiz yazının məzmununa oxşardır.
İlham Əliyevin dünya azərbaycanlılarını təbrikindən, onların bir yerə toplanmasından əndişələnən İran İslam Respublikası hər il dünya erməniləri üçün Güney Azərbaycanda tədbir düzənləyir.
Ötən il iyulun 29-da Güney Azərbaycanın Urmiya şəhərində Dünya Ermənilərinin idman festivalının açılış olub. Bu mərasim Urmiyanın Çarbaş məhəlləsində ermənilərə məxsus idman klubunda 10 gün keçirilib.
Festivalda Ermənistan, Livan, İran, İraq, habelə Avropa və Amerika ölkələrində yaşayan ermənilər iştirak edib.
Tədbir İran məclisi, İslam Respublikası Bədən Tərbiyəsi İdarəsi və iranlı ermənilər qurumu tərəfindən təşkil olunub. 2009-cu ildə keçirilən belə mərasimdə 2 min erməni iştirak edib. Onlar Urmiyanın ən bahalı sahilyanı mehmanxanalarında qalıblar.
Onu da qeyd edək ki, İran hakimiyyəti dünya ermənilərinin Güney Azərbaycanın Makı şəhərindəki Qarakilsə adlı kilsəyə toplaşaraq, dünya ermənilərinin tədbirini keçirməyə şərait yaradır. Bu mərasimdə Tehran hakimiyyətinin rəsmiləri çıxış edir. Orada «ermənilərin problemləri» və «soyqırım» kimi saxta tarixi hadisələrdən də danışırlar.
Heç kimə sirr deyil ki, Güney Azərbaycandakı türklərlə, Quzeydəkilər bölünmüş bir millətdir. Odur ki, kimin necə adlandırmasından asılı olmayaraq, güneyli-quzeyli azərbaycanlı bir vahiddir.
Ancaq islamdan danışan fars alimləri son illər özlərinə qardaş axtarışına çıxıb. Onlar ermənilərlə eyni soya məxsus olduqlarını iddia edir. Kimin-kimlə qohumluğu müəyyən mənada bizi az maraqlandırır. Amma brücerdilərin düşüncə darlığı təəssüf doğurmaqdadır. Fars şovnist mərkəzli düşüncə sistemi artıq çürüyüb. Yenilənməyə isə imkanı yoxdur. İslamın gəlişi ilə sasanilər dünyanın siyasi səhnəsindən bir dəfəlik silindi.
Son 32 ildə islam adı altında ərəb və müsəlman dünyasından intiqam almaq istəyən fars şovnistlərinin qurduqları çürük panfarsçı ideologiyanın əsirliyindən qurtulub, dünyaya sevgi ilə baxmasının zamanı çoxdan yetişib. Sədrəddin Soltan
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Pezeşkianın müşaviri ABŞ ilə danışıqları müdafiə edib
Sepah-da qulluq edənlər Kanadadan qovulur
Bab əl-Məndəbdəki hücumların qarşısını almağa kömək edin - Takaiçi
İranda yanacaqdoldurma məntəqələrində izdaham yarandı
Hindistan İrana dərman ixracını dayandırıb- Nazir
Hörmüz boğazında gəmiçilik son həftənin ən aşağı səviyyəsinə düşüb – Reuters
İranda minlərlə məhbus yenidən aclıq aksiyası keçirdi
Təqaüdçülər Təbriz və Həmədanda etiraz aksyası keçiriblər
Venesuela illər sonra İsrailə dostluq əlini uzatdı
Husilər Səudiyyə Ərəbistanının gəmilərinə və hərbi obyektlərinə hücumları davam etdirəcəklərini bildiriblər
İranda ictimai iaşə obyektlərinə qarşı yeni təzyiq dalğası: ən azı üç kafe möhürlənib
ABŞ-ın blokadası İrana ildə 18 milyard dollara başa gələ bilər
İran-ABŞ gərginliyi fonunda Hörmüz boğazından keçən gəmilərin sayı 10 günlük orta göstəricidən də aşağı düşüb – Reuters
Almaniya İrandan boğazı açmasını istədi
Ərdəbilli təqaüdçülər etiraz aksiyası keçiriblər
Hörmüz boğazına 100 faiz nəzarət edirik- ABŞ Prezidenti
İranda oğurlanan hökumət məddahı öldürülüb
İranda daha bir bəhaiyə ağır həbs cəzası verildi
İran hərbçiləri Sistan və Bəlucistanda dörd bəlucu öldürdü
Yaponiya Hörmüz boğazına qüvvə göndərəcək?
İki bəluc fəala ağır həbs cəzası verildi
İranda hakimiyyət balansı dəyişirmi? Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin oluna bilər
İran rəhbərliyi Müctəba Xameneinin səhhətinin ağırlaşmasından narahatdır
WSJ: ABŞ kəşfiyyatı Putinin yaxın illərdə NATO-ya məhdud hücum edə biləcəyini düşünür
Fox News: İsrail və ABŞ İranla gərginlik fonunda "Arrow" raketdən müdafiə sistemini uğurla sınaqdan keçirib
Qəzvinli 18 yaşlı azərbaycanlı şagird Şəqayiq Əfşar Nəcəfi 9 il həbs və əlavə cəzalara məhkum edilib
İranın dəstəklədiyi husilər Məkkə Birgə Müdafiə Sazişini əhəmiyyətsiz sayıb
İranda çevrilişə çağırış edən radikal din xadimi məhkəməyə çağırıldı
İran Azərbaycanla bağlı ideoloji təbliğatını artırıb
Məkkə sazişi; yeni müdafiə paktı Yaxın Şərqin təhlükəsizlik balansını dəyişəcəkmi? – Təhlil
Qəzvində 24 yaşlı qadın edam edildi
The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır
İraqdan açıqlama: İranla əlaqəli qrup əməliyyat planlaşdırıb
ABŞ Senatı İran və Rusiya ilə bağlı qanun layihəsini təsdiq etdi