Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə xalqa müraciət edib. Dövlət başçısı Azərbaycan xalqını Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Ölkə başçısı 2010-cu ilin Azərbaycan üçün uğurlu keçdiyini və ölkəmizin yola saldığımız ildə böyük uğurlara nail olduğunu deyib. Bizim iqtisadiyyatımız artıb, ölkədə bütün sosial proqramlar öz həllini tapıb, bütün infrastruktur layihələri icra edilib, iqtisadiyyatımız təxminən 5 faiz, əhalinin pul gəlirləri 12 faiz artıb, inflyasiya cəmi 5,7 faiz təşkil edib. Ölkəmizə 15 milyard dollar sərmayə qoyulub, valyuta ehtiyatlarımız 20 milyard dollardan 29 milyard dollara qalxıb. 2010-cu ildə sosial sahədə böyük işlərin görüldüyünü qeyd edən dövlət başçısı İlham Əliyev bildirib ki, bu ildə 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilib və təmir edilib, 5 Olimpiya-İdman Mərkəzi tikilib. Minimum əməkhaqqı və pensiyanın baza hissəsi qaldırılıb, ünvanlı sosial yardım proqramı uğurla icra edilir: “Bu, onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və iqtisadiyyatımız tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulub. Ancaq bununla bərabər, güclü sosial siyasət bizim əsas vəzifəmizdir. 2010-cu ildə ölkəmizdə siyasi proseslər müsbət istiqamətdə inkişaf edib. 2010-cu ildə Azərbaycanda parlament seçkiləri şəffaf, ədalətli şəkildə keçirilib. Azərbaycan xalqının iradəsi parlament seçkilərinin nəticələrində tam şəkildə öz əksini tapıb. Bu, onu göstərir ki, biz nəinki iqtisadi sahədə çox böyük uğurlara nail olmuşuq, eyni zamanda, siyasi islahatların aparılması işində Azərbaycan çox uğurla inkişaf edir. Bu, bizə imkan verir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkəmiz sözün əsl mənasında, müasir dövlətə çevrilsin və bu istiqamətdə atılmış addımlar bizi ruhlandırır. Xarici siyasət sahəsində 2010-cu ildə böyük uğurlara nail olduq. Bizim dostlarımızın, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz həm ikitərəfli müstəvidə, həm regional formatda, həm çoxtərəfli formatda uğurlu xarici siyasət aparırıq. Beynəlxalq təşkilatlarla bizim əlaqələrimiz artıq oturuşmuş əlaqələrdir, qarşılıqlı hörmət, qarşılıqlı inam, qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlərdir”. Prezident deyib ki, 2010-cu ildə Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox əhəmiyyətli və ədalətli qətnamə qəbul edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir, ən böyük problemdir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edək. Azərbaycan öz tərəfindən bütün səyləri göstərir ki, bu məsələ tezliklə həll olunsun. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa olunsun. Bizim ərazi bütövlüyümüzün bərpası mütləq baş verməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq, heç vaxt bizim əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək. Biz hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Zəngəzur mahalı, digər bölgələr bizim tarixi torpaqlarımızdır. İkinci erməni dövlətinin Azərbaycan torpağında yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt icazə verməyəcək. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağda yaşayan əhali və ora qayıdacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşayacaqlar və bu, məsələnin həlli üçün yeganə variantdır. Dövlət başçısı 2010-cu ildə ölkədə böyük infrastruktur layihələrin icra edildiyini qeyd edib. Nəqliyyat sektorunda, inşaat sektorunda, elektrik enerjisi güclərinin yaradılması işində böyük və önəmli addımlar atılıb. 2010-cu ildə Bakıda böyük gəmiqayırma zavodu, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi başlanıb. 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatıb. Bu tarixi layihənin həyata keçirilməsi Azərbaycan xalqının, Azərbaycan dövlətinin böyük uğurudur. 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilib. Bu təşəbbüsün nəticəsində Azərbaycanda 6 milyondan çox ağac əkilib. Əhalini içməli su ilə təminatına toxunan dövlət başçısı çaylar boyu yerləşən kəndlərdə yaşayan 300 min Azərbaycan vətəndaşının təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təchiz edildiyini vurğulayıb. Dövlət başçısı 2010-cu ildə iqtisadiyyatımızda aparıcı sahə olan neft-qaz sektorunda da böyük uğurlar əldə edildiyini xatırladıb. Onun sözlərinə görə, ötən il ölkəmizdə 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilib. Azərbaycanın çox etibarlı tərəfdaş olduğunu deyən prezident ölkəmizin dünyanın enerji təhlükəsizliyinə töhvə verdiyini vurğulayıb. O, eyni zamanda 2010-cu ildə Azərbaycanda böyük qaz yatağının kəşf edildiyini və bunun dünyada ciddi reaksiya doğurduğunu söyləyib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə dünyada yaşayan bütün soydaşlarımızı bu bayram münasibətilə təbrikində dövlət başçısı bildirib ki, onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü, qüdrətli, müasir, azad Azərbaycan dövləti dayanır. Azərbaycan onların dayağıdır, onların arxasıdır. Onlar da yaşadıqları ölkələrdə Azərbaycanı təmsil edirlər və ölkəmizin maraqlarının təmin edilməsinə gündəlik fəaliyyətləri ilə öz töhfələrini verirlər. 2010-cu ildə ölkəmizdə çox əlamətdar hadisə - Bakıda Dövlət Bayrağı Meydanın yaradılmasını xüsusi vurğulayan prezident İlham Əliyev bildirib ki, bizim bayrağımız bu gün işğal edilmiş torpaqlarda qaldırılmalıdır və qaldırılacaq: “Şuşada, Xankəndidə bizim milli bayrağımız dalğalanmalıdır və dalğalanacaq. Bu günü biz hamımız yaxınlaşdırmalıyıq, bu günə biz hamımız nail olacağıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və Azərbaycan dövləti bundan sonra da ancaq və ancaq inkişaf və tərəqqi yolu ilə gedəcək”. Ans press
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu