SON XƏBƏRLƏR

Metyu Brayza Azərbaycana səfir təyin edildi

2021.10.20, 07:36
Metyu Brayza Azərbaycana səfir təyin edildi

Gunaz.tv

GünAzTv: Prezident Barak Obama Metyu Brayzanı Azərbaycana səfir təyin edib. Ağ ev bunu dekabrın 29-da elan edib.

Obama Azərbaycandan başqa daha 3 ölkəyə - Çexiya, Suriya və Türkiyəyə də səfir təyin edib.GünAzTv mətbuat mərkəzinin “Azadlıq Radio”-na istinadən yaydığı məlumata görə, Ağ evdən bildirilir ki, Senat tətildə olanda konstitusiya prezidentə səfiri birbaşa təyin etmək hüququ verilir.Bir müddətdir ki, Brayzanın namizədliyi Konqresin yuxarı palatasının - Senatın təsdiqindən keçməli olsa da, konstitusiya prezidentə parlament tətildə olanda səfiri birbaşa təyin etmək hüququ verir. Prezident Obama Brayzanın səfir postuna namizədliyini mayın 26-da irəli sürmüşdü. Amma Senat indiyə kimi onun namizədliyini təsdiqləməmişdi.Brayza 1988-ci ildən diplomatik fəaliyyətdədir. Onun son fəaliyyəti Cənubi Qafqazla, Azərbaycanla bağlı olub. Belə ki, 2006-cı ildən ATƏT-in Minsk qrupunun həmsədri postunu tutub, daha sonra dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsinə keçib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar