Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: İran İslam Respublikasında elə din xadimləri var ki, onlar özlərini dünya müsəlmanlarının «cəfakeşi» kimi aparır.
Bu halda həmin insanlar beynəlxalq hüquq normalarını pozur, daxili işinə qarışdıqlar dövlətdə qarışıqlığın yaranmasına təkan vermiş olurlar.
Heç kimə sirr deyil Azərbaycan Respublikasının mövcudluğu İran hakimiyyətindəki bir çoxlarını narahat edir. Ümumiyyətlə, Azərbaycanda sabitlik və inkişafı həmin qüvvələr qəbul edə bilmir. Ona görə də çeşidli bəhanələrlə Azərbaycan Respublikasının müdaxilə edirlər.
Azərbaycanın üstünə yermək üçün İrandakı ayətullaların əlinə son zamanlar girvə düşüb. Həmin din xadimləri məsələnin mahiyyətinə ciddi şəkildə varmadan əsassız bəyanatlarla çıxış edirlər.
İran İslam Respublikasının aparıcıru ruhanilərindən biri, ayətulla Nasir Məkarim Şirazi dekabrın 27-də Azərbaycan Respublikasındakı orta məktəblərdə hicaba qoyulan qadağa ilə bağlı sorğuya cavab verib.
Ona ünvanlanmış sorğu belədir: «Azərbaycan Respublikasının təhsil naziri ölkə konstitusiyasına zidd (!?-red.) çıxaraq məktəblərə göstəriş verib ki, bundan sonra islami hicabı olan xanımların məktəbə daxil olmasına haqqı yoxdur. Möminlərin və dindarların bu qərara etirazı indiyə kimi nəticə verməyib. Bununla bağlı zəhmət olmasa aşağıdakı sualları cavablandırın:
- Hicablı xanımların bu göstərişə tabe olaraq hicabdan imtina etməsinə yol vermək olarmı?
- Hicablı xanımların öz hicablarını qorumaq üçün məktəbə getməyib təhsili dayandırmalarına yol vermək olarmı? (Belə ki, dindarların təhsil və ictimai fəaliyyətlərdən məhrum qalması yolveriləndirmi?)
- Möminlərin və dindarların bu dinə zidd göstərişə və bu ədalətsizliyə qarşı mübarizə aparmaq üçün üzərinə hansısa vəzifə düşürmü?”
Məkarim Şirazinin cavabında deyilir: “Azərbaycan Respublikasının tam müsəlman bir ölkə, buradakı əhalinin əksəriyyətinin əhli-beyt tərəfdarı olan müsəlmanlar olduğunu nəzərə alaraq islam ehkamına və hicaba riayət edilməsi lazımdır. Əhali dinc yollarla bu islama zidd göstəriş və qərara qarşı müqavimət göstərsin və bu müsəlman ölkədə islam müqəddəslərinə qarşı çıxılmasına icazə verməsin.
Əlbəttə, müsəlman qızlar öz təhsilini davam etdirməli, qeyrətli Azərbaycan əhalisi isə düzgün olmayan belə bir göstərişlə razılaşmamalıdır. Azərbaycanın möhtərəm rəsmilərinə də əcnəbilərin təhrikinə aldanmayıb öz insanlarının səsini eşitməsi məsləhətdir. Mən lazım və vacib olanı bəyan etdim».
Hələ bir neçə ay öncə ayətulla Nasir Məkarim Şirazi Azərbaycan Respublikasına qarşı bir başa hədə dolu çıxış etmişdi.
İranın dini-ideoloji mərkəzi sayılan Qum şəhərindəki tələblərə islam hüququndan («fiqh»dən) məruzə oxuyan zaman Bakıdakı sökülməsi barəsində məhkəmə qərarı çıxarılımış məscid haqda demişdi : «Son vaxtlar Azərbaycan Respublikasından şiə məscidlərinin yıxılması və başqa məscidlərin də söküləcəyi haqda xəbərlər gəlməkdədir. Biz Azərbaycan hakimiyyətinə bununla bağlı öz rəsmi mesajımızı yollamış, bu işdən əl çəkəcəklərinə ümidvar olduğumuzu vurğulamışıq.
Azərbaycan Respublikası dünyanın ikinci şiə ölkəsidir.
Bu ölkədə əhalinin 90 faizi şiələrdən ibarətdir. Buna baxmayaraq sionistlərlə vəhabilər əl-ələ verərək, bu ölkədə şiələrə qarşı fitnə törədirlər. İndi də məscidlərin sökülməsinə əl atıblar. Biz burada açıq-aşkar bildiririk ki, Azərbaycanda məscidlərin sökülməsi davam etsə, cihad haqda hökm verəcəyik. Bu yolda ölənlər isə şəhid sayılacaq.
Dövlətlərarası münasibətlər bizim üçün önməli deyil. Azərbaycan hakimiyyətti bilməlidir ki, oradakı şiələr din alimlərinin fitvaların gözləyir. Həmin alimlərin verəcyi hökmləri onlar yerinə yetirəcək. Hələlik bununla bağlı heç bir fitva verməmişik.
Ancaq barəsində danışdığımız məsələyə dair müsəbət dəyişiklik baş verməzsə, o zaman bu hökmü verəcəyik. Yaxşısı budur vəhabilərin, yəhudilərin əlaltısı olmayasınız. Bununla da ölkənizin sabitliyinə xələl gətirməyəsiniz. Əks halda gələcəyiniz yaxşı olmaycaq».
Əvvləcə onu bildirmək istərdik ki, həm Güney, həm də Quzey Azərbaycandakı şiəlrin təqlidi nə Quma, nə də ki onun ayətulla Nasir Məkarim Şirazi kimi müctəhidlərinədir. Azərbaycanlılar İraqın Nəcəf şəhərini özləri üçün dini mərkəz sayır. Mücetehidləri isə ayətulla – üzma Sistanidir.
Ayətulla M.Şirazinin hər iki çıxışına bir cavab vermək istərdik.
Azərbaycanın Ana Yasasında respublikamızın laik dövlət olduğu açıq-aşkar yazılıb. Bu baxımdan ayətulla M.Şiraziyə ünvanlanan sualın əksinə olaraq, baş verənlərdə konstitusiyaya zidd bir hərəkət yoxdur.Habelə ayətullanın iddia etdiyi kimi Azərbaycanda heç bir «dini müqqədəslərə qarşı çıxış» edilməyib.
Ayətulla M.Şirazinin Azərbaycan Respublikası əhalisinə bu sayaq müraciət və onun cavabı əslində ölkənin daxili işlərinə xaricilərin qarışması kimi dəyərləndirilməlidir. İranlı din xadimi də Azərbaycan Respublikası üçün əcnəbi sayıldığından bu cavabı ilə ölkədəki müsəlmanları gərəksiz çıxışlara təhrik edir.
Əslində Tehran təmsilçiləri bir sıra hallarda özlərini elə aparır, çıxış edir ki, az-çox kitab oxuyub, dünyanı başa düşənlərin onları «terrorçu» adlandırmaqdan başqa yolu qalmır. Belələri Tanrının sonucun elçisi Məhəmməd həzrətlərinin dininə, İslama zərbə vurmaqdan savayı bir işə yaramır.
Bu baxımdan Qumda təhsil alan, eləcədə Azərbaycan Respublikasının ölkəmizdəki gənc vətəndaşlarının beynin çürük düşüncələri yuyub, onları öz millətinə, vətəninə qarşı hazırlaması əbəsdir. Məscid binasının təəssübünü belə çəkəndirsə, onda nədən ayətulla Şirazi cənabları Təbriz, Urmiya, Ərdəbil və Güney Azərbaycanın başqa şəhərləindəki tarixi məscidləri söküb, yerində ticarət mərkəzləri tikiləndə cınqırını da çıxarmadı?
Bir də məscidi tikəndə tikdirəndə Azərbaycan Respublikasının vətəndaşıdır. Onu da ölkə daxilində hüquqi qayda da həlli yolu var. Bu arada «şeytana lənət» deyib bir mülahizə də irəli sürmək istərdik. N.M.Şirazinin bu sayaq fitva cəhdi bir məsələdən də şübhələnməyə əsas verir - yoxsa, Urmiya və Təbrizdə qədim məscidlərin dağıdılmasına göz yuman ayətulla Bakıda sökülməkdə olan məscidin tikilməsinə maliyyə vəsaiti qoyub. Bunun davasını aparır. Ya da Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn, Suriya, İraqdakı kimi casus şəbəkəsinin fəaliyyəti üçün yerin olmayacağından rahatsızdır.
Düzdür, məscid səcdə olunan yerdir. Amma orada dövlətin, millətin əleyhinə fəaliyyət göstərilirsə ora necə ad vermək olar?
Ayətulla Nasir Məkarim Şirazi cənabalarının sözü belə qüdrətlidirsə onda o, Azərbaycan torpaqlarını işğal etmiş, iki milyona yaxın müsəlmanın öz yurdlarından didərgin salmış təcavüzkar Ermənistan barəsində fitva versin. Əslində kafir və fitvası veriləcək, Azərbaycan Respublikası deyil, Tehran hakimiyyətidir.
Niyə? Təcavüzkar Ermənistanla hər cür əməkdaşlığa, hakimiyyətini qorumaq və hikkəsini yeritmək üçün Fələstin ərəblərini əlində oyuncaq etdiyinə, İslam dünyasını gözdən salan «əl-Qaidə» və talibana yardımına, dünyanın çeşidli yerlərində terrorçuluğu dəstəkləyərək, dinimizi nüfuzdan saldığına və s. çox saylı səbəblərə görə.
Ayətulla Məkarim Şirazinin yadına bir məsələni də salaq. Bütün dinlərdə, o cümlədən İslamda da yalan danışmaq, terrorçuluq böyük günahdır. Odur ki, cənab fəqih (din hüquqçusu), gənclərin beynini yalanla yumaqda, başqasının daxili işinə müdaxilə etməkdə nə böyük suç işlətdiyinizin fərqindəsinizmi?
Bütövlük sizin də müdafiə dəstəklədiyiniz hakimiyyətin də yalan danışdığı zaman-zaman təsdiqlənir. Nəzərinizə çatdırım ki, İran İslam Respublikasının rəhbərliyi çıxışlarında «əl-Qaidə» və talibanla əlaqəsi olmadığını bildirir.
Yayılan xəbərlərə görə, İranda həbs edilən «əl –Qaidə» üzvləri rahatlıqla bu ölkəni tərk edə və geri dönə bilirlər. Mütəxəssislərin fikrincə, Tehran hakimiyyəti bu terrorçuları sərbəst buraxmaqla onlardan pespektivdə Amerikaya qarşı hədəf yerinə istifadə etmək niyyətindədir.
Bunu təsdiqləyən daha bir fakt. Br müddət öncə Üsamə bin-Ladənnin qızı və beş qardaşının 8 il İran İslam Respublikasında yaşadığı haqda xəbər dünyanı heyrətəndirmədi də. Niyə? Çünki İran İslam Respublikasının rəhbərliyi dünyada etibarını itirib.
İran İslam Respublikasındakı bir sıra din xadimləri Azərbaycan Respublikasının daxili işlərinə qarışmaqda davam edir. Düzdür, Tehran rəsmiləri artıq ayətulla Xomeynin «İran İslam inqilabı doktrinasının yayılması» ideyasından imtina etdiklərini bildirsə də, baş verənlər bunun əksini təsdiqləməkdədir.
Ötən həftənin sonunda İranın tanınmış din xadimi ayətulla Məhəmmədəli Füruqi Ərdəbildə Cümə Namazındakı xütbəsində Azərbaycan Respublikasında islamın inkişafına da toxunub.
İran KİV-ə istinad edən «Regnum» bildirib ki, o, deyib : «Azərbaycan xalqın mənəvi sahədə inqilabı çox sürətlə inkişaf edir. Mən inanıram ki, yaxın gələcəkdə dünyanın İslam mərkəzi məhz Azərbaycan olacaq. Fikrimcə, Azərbaycan hakimiyyəti də əvvəl olduğu kimi bu prosesdə layiqincə iştirak edəcək.O, öz xalqını incidib, hicabı yasaqlamamalıdır».
Bu sayaq məsələlərlə Azərbaycanın daxili işlərinə qarışanlara, elə həmin şəxslərin qurulmasında rolu olan İran İslam Respublikasında baş vermiş bir neçə olyayı diqqətlərinə çatdırırıq.
«Mignyus»-un məlumatına görə, İran Ali Məhkəməsi ötən həftə «sulfat turşusu ilə məhkumun kor edilməsi haqda» yerli məhkəmələrin çıxardığı qərarı təsdiqləyib.
Hadisə bir müddə əvvəl baş verib. 25 yaşlı Müctəba adlı bir gənc həyat yoldaşı ilə intim əlaqədə şübhəli bildiyi taksi sürcüsünün üzünə sulfat turşusu atıb. İrandakı mövcud cinayət məcəlləsindəki qisas almağın«gözə-göz» prinsipinə görə, Müctəbaya bəratə verilib.
Bu olayla bağlı ilk qərarı Qum şəhərindəki məhkəmə çıxarıb.
Xatırladaq ki, üzə «turşu» atmaq hadisəsi əvvələrdə baş verib.
2009-cu ildə evlənmək təkilifindən imtina etdiyinə görə, bir gənc qız da gözləri sulfatın «qurbanı» olmuşdu.
2008-ci ildə 27 yaşlı Məcid adlı İran vətəndaşı barəsində məhkəmə «turşu vasitəsi ilə görməkdən məhrum edilsin» qərarı çıxarmışdı. Məhkum xanımdan özünə qarşı «sayğı» görmədiyinə görə bu addımı atdınığını bildirmişdi. İstintaq materialarına əsasən, zərəçəkən, gözü və bədəni sulfat turşusundan «yanmış» Əminə Bəhrami adlı iranlı məhkəmədə «qisas» tələb edib.
«Euronews»-un məlumatına görə, İranda ibnələr və başqa cinsi azlıqlar təqib edlilir, zoakılığa məruz qalır, hətta, öldürülür.
«Human Rights Watch» və başqa hüquq müdafiəçlərinin hesabatında bu məsələ vurğulanıb. Sənəddə qeyd olunub ki, İranda cinsi azlıqlar hakimiyyət, eləcə də onlara bağlı çeşidli qruplar tərəfindən təqib edilir. 100 səhivədən artıq bu hesabat onlarla faktlara əsasən hazırlanıb.
İbnələrdən biri deyib ki, Tehrandakı kafelərdən birində ona ETTELAAT-ın mülki geyimdə olan əməkdaşı hücum edib. Onun sözlərinə görə, həmin məmurlar sonra qəhvəxananın yiyəsini də döyüb, zorlayıblar.
Atalar sözüdür : «Dəyirman bildiyini edər, çax-çax baş ağrıdar». Odur ki, Tehran hakmiyyətinin çeşidli sərt tədbirlərinə baxmayaraq, hicaba əməl edərək, çadraya bürünüb, məğnə örtənlər «qədim peşəyə» əməl etdiklərini ustalıqla gizlədirlər.
İranlı sosioloq doktor Əmanullah Qərayi Müqəddəm bir müddət öncə ABŞ-dan yayımlanan «Fərda» radiosuna müsahibəsində deyib ki, İranda fahişəliyin yaş həddi 10-a enib. Müqəddəm pozğunluğun gənc və yeniyetmə qızlar arasında genişlənməsinin yoxsulluq, savadsızlıq, narkomanlıq, boşanmanın çoxalması, mühacirət və fardi azadlıqların olmamasında irəli gələn problemlərdən doğduğunu söyləyib.
Onun sözlərinə görə, ölkədə bu sayaq problemlər ciddi şəkildə məşğul olan qurumların olmaması ucbatından bu və oxşar hallar gün-gündən artıb, genişlənməkdədir. Doktorun fikrincə, «küçə qızları» və pozğunların dəqiq sayı bəlli olmasa da, ötən illərlə müqayisədə bu istiqamətdə «sürətli inkişaf» gözə çarpır.
İran Vətəndaşlıq Vəziyyəti Aktlarının Qyediyyatı təşkilatının statistik məlumatına görə, ölkədə boşananların sayı ötən illə müqayisədə 2,13 faiz artıb, evlənələrin sayı isə 5,2 faiz azalıb. Bu barədə İranın «İLNA» xəbər agentliyi məlumat yayıb.
Ailə qurmuş şəxslərin yaş həddi kişilər və qadınlarda 20-24,boşananların yaş həddi isə qadınlarda 29-30, kişilərdə 34-35 təşkil edir.
Rəsmi məlumata əsasən, ötən il İranda bir milyon 240 min 259 uşaq dünyaya gəlib, 359 min 723 ölüm faktı qeydə alınıb, 804 min 628 min nəfər evlənib və 114 min 674 nəfər isə boşanıb.
Ötən il Tehranın Ailə Məhkəməsi Şaqayiq adlı bir qızın cinsini dəyişərək, oğlana «çevrilmiş», özünə Ərdəşir adı qoymuş rəfiqəsi Nigarla evlənməsinə razılıq vermişdi.
Şəqayiqlə Nigarın məktəb yoldaşı olduğu haqda da xəbərlərə yayılıb. Nigar cinsini dəyişəndən sonra onlar evlənmək qərarına gəliblər. Ancaq o zaman ƏŞaqayiqin atası buna qarşı çıxıb. Belə olan halda Şəqayiq məhkəməyə üz tutub.
Beləliklə, Tehran hakimiyyəti mövcud olduğu 32 il ərzində ölkədə tətbiq edilən «hicab qaydaları» insaların «sümüyündə olanın səyriməsinin» qarşısını ala bilməyib. Bu baxımdan hicabı mütləqliyini müdafi edib, bütün bəlaların ona əməl edilməməsiindən irəli gəldiyini idiia edənlər İran İslam Respublikasının timsalında bu aydın görə bilər. Sədrəddin Soltan
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu