Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv mətbuat mərkəzi Tanınmış araşdırmaçı-yazar Zakir SADATLInın www.dgtyb.org saytına verdiyi müsahibəni təqdim edir:
Zakir SADATLI: “Əgər bir nəfərin taleyində savaş bitməyibsə, demək bəşəriyyətin qismətində bir natamamlıq kompleksi yaşanır!”
- Zakir müəllim, artıq mətbuata məlumat verdiyiniz kimi, Azərbaycan mühacirətinin, ictimaiyyətin haqqında demək olar ki, bilgisiz olduğu isimlərindən olan Əziz Alpoudun indiyə qədər geniş oxucu kütləsinə, elmi - ədəbi camiəyə bəlli olmayan memuarının nadir əlyazması ilə tanış olmaq imkanınız olub. İstərdik ki, oxucuları daha geniş bilgiləndirmək üçün bir neçə sualımıza cavab verəsiniz. Siz bu əlyazmanı necə əldə etdiniz? Bu, bir təsadüf idi, yoxsa Sizin axtarışlarınızın sonucu olaraq meydana çıxdı?
- Sözsüz ki, hər təsadüfdə bir zərurət var. Amma əvvəl-axır, müzakirə predmeti nəticədir. İndi məni daha çox düşündürən, necə deyim, nəticənin nəticəsidir. Təsadüflər də, zərurətlər də arxada qalıb. Amma əvvələ baxmaq ehtiyacı varsa, onda icazə verin 12 il əvvələ qayıdaq. 1998-ci ildə “Azadlıq yolunun mücahidləri” adlı tarixi-sənədli filmin ssenarisini yazırdım. Ümumiyyətlə, tarixi materiallarla işləyən adam bilir ki, hansısa bir məqamda gözləmədiyi müəmmalarla qarşılaşacaq. Şillerin dili ilə desək, tarix özü elə ən böyük mühakimədir. Deməli, harada ki, mühakimə var, orada şahidlər də olmalıdır. Belə şahidlərdən olan Əziz Alpoudun adına ilk dəfə şəxsi arxivimdəki bir məktubda rast gəldim. 1953-cü ildə Parisdən İstanbula göndərilmiş bir məktubda... Əkbər ağa Şeyxülislamzadənin rus dilində yazdığı bu məktub, onun əqidə və mübarizə dostu Cahangir bəy Kazımbəyliyə ünvanlanmışdı. Bu yazı daha çox polemik xarakter daşıyırdı. Və bu polemikanın içindən bircə cümlədə Əziz Alpoudun adı keçirdi. Onunla bağlı qalan hər nə varsa, qaranlıqdaydı. Bu adın o məktubda olmağı zəruri idi, amma mənim onunla qarşılaşmağım təsadüf... Bax, dediyiniz paradoks elə burdan yaranır. Bilmirəm, o vaxtlar bu şəxsiyyəti tanıyanlar var idi, ya yox, ancaq onu bilirəm ki, mənim tanıdığım tədqiqatçılardan heç kəs Əziz Alpoud haqqında məlumatlı deyildi. Gizlində olanın daim marağın hədəfində olması təbiidir. Təsəvvür edin, üstündən 12 il keçib. İndi Əziz Al¬poudun kimliyini nişan verən çoxlu sənədlər və tarixi materiallar əlim çatan yerdədir. “Həyatımın hekayətləri” adlı memuar-epopeya da masamın üstündədir. Amma marağım yenə də mənə deyir ki, biz nələrisə bilmirik, hansısa mətləblər və gizlinlər isə hələ də tam aşkarlanmayıb.
- Müəllif haqqında daha geniş bilgi verməyinizi xahiş edərdik.
- Mənim bidiklərim cəmi-cümlətanı 600 səhifəyə sığışıb. Amma qısa danışmaq üçün bilmirəm nədən başlayım. Əziz Alpoud – böyük bir tarixi şəxsiyyətin ikinci adıdır. Onun əsl adı Mirəbdüləziz, soyadı isə Seyiddir. 1895-ci ildə bir ziyalı ailəsində dünyaya gəlib. 93 illik ömrünün 30 ili Azərbaycanda keçib. Qalan hər nə varsa “Həyatımın hekayətləri”ndədir – sevgisi də, mübarizəsi də, taleyi də, qəribliyi də... Kiçik bir arayışla 93 ili əhatə etmək təbii ki, mümkün deyil. Təsəvvür edin, onun taleyində bütün XX yüzilin əks-sədası var. O, bu dünyanın simasını dəyişən savaşların, inqilabların, sürgünlərin, ölüm-itimlərin, ayrılıqların, mühacirətin təkcə şahidi deyil, həm də bilavasitə iştirakçısıdır.O, kimlərlə görüşməyib – Ömər Faiq Nemanzadədən tutmuş Atatürkə qədər. O, kimlərlə ünsiyyətdə olmayıb – Məmmədəmin Rəsulzadə, Fətəlli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Nağı bəy Şeyxzamanlı, Ənvər Paşa, İhsan Paşa, Xosrov bəy Sultanov, general Tlexas... və başqaları. O, bizim müstəqil Xalq Cümhuriyyətimizin yaranışını və süqutunu görüb. İlk Ordumuzu yaradanların sırasında olub. Məxfi tapşırıqlarla sərhədlər keçib. XI Qırmızı ordunun Azərbaycanı işğal etdiyi günü və saatı olduğu kimi qələmə alıb. Onların Vətənimizdə törətdiyi qanlı cinayətlərin şahidi olub. Gizli təşkilatın liderlərindən biri kimi bolşevizmlə mübarizə aparıb. Sonra həbsxana, güllələnmə hökmü, sürgün, Moskva həbsxanasında Çiçerinlə ideoloji mübahisələr və daha sonra Sibir... Qurtuluş... Mühacirət... Onun haqqında dediyim bu epizodik sadalamalar elə bilin ki, böyük bir dənizdən götürdüyüm damlalardır... - Aydındır. Bəs, 1961-ci ildə Ankarada qələmə alındığını dediyiniz bu memuar - epopeyada təsvir olunan hadisələrin tarixi və coğrafi xəritəsi haqqında nə deyərdiniz? - Bir az əvvəl az da olsa bu məsələyə toxundum. - “Həyatımın hekayətləri”ndə təsvir olunan hadisələrin tarixi XX yüzilin əvvəllərindən başlayır. Mən indi bilmirəm, haşiyə çıxaraq hansı bir hadisəni daha çox qabartmaq olar. Bu hadisələr üzvi şəkildə bir-birilə bağlıdır. Hamısı da bizim tariximizin gizlin məqamlarıdır. Məsələn, düşünürəm ki, 1905-ci ildə ermənilərin Tiflisdə azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətin təfərrüatını demək olar ki, bilmirik. O böyük qarşıdurmanın iştirakçıları və qəhrəmanları kimlərdilər; ruslar erməniləri necə həvəsləndirib və silahlandırıblar?.. ...İlk ordumuzu kimlər yaradıb, onlar silah-sursatı hans yollarla əldə ediblər? Rəştdə, Ənzəlidə ingilis generalı Tomsonun qoşunları ilə döyüşən mücahidlərin məqsədi nəydi? Müs¬təqil Azərbaycan Cümhuriyyətini daxildən sarsıdan hansı çəkişmələr var idi? Dünyanı lərzəyə salan Lenin və Stalin repressiyalarının ilk dəhşətli “məşqləri” 20-ci illərdə Azərbaycanda hansı qəddarlıqla həyata keçirilib? Əziz Alpoud yüzlərlə bu səpkidən olan sualların sadəcə cavabını yox, təsvir və təsdiqini verir... O ki, qaldı əsərdə təsvir olnun hadisələrin coğrafiyasına: bu az qala dünyanın yarısını əhatə edir. – Azərbaycan, Gürcüstan, Estoniya, Ukrayna, Rusiya, İran, Türkiyə, Polşa, Almaniya və s...
“Səngərdəki döyüşündən tutmuş, öpdüyü qadınlara qədər hər nə deyirsə, orada yalnız insani notlar səslənir”
- Sizcə, Əziz Alpoudun “Həyatımın hekayətləri”ni çağdaş Azərbaycan oxucusu üçün güncəl edən əsas səbəblər hansilardır? - Ən əsas səbəb Əziz Alpoudun özünü bu əsəri yazmağa sövq edən səbəblərdir. Azərbaycan öz dostunu və düşmənini təxəyyül ölçüləri ilə deyil, tarixi təcrübə müstəvisində tanımalıdır. Harda ki, fakt əlahəzrətdir, orada cəfəngiyat ayaq tutub yeriyə bilməz. Əziz Alpoud çoxlu sərhədlər adlasa da, neçə-neçə həbsxanalar və ölüm düşərgələrinin gizlinlərini görsə də özü ilə oxucu arasında “gizlinlər və sərhədlər” qoymur. O, sonuncu cümləsinə qədər səmimidir. Səngərdəki döyüşündən tutmuş, öpdüyü qadınlara qədər hər nə deyirsə, orada yalnız insani notlar səslənir. İnsan öz ömrünü necə yaşamalıdır? Bizim hər birimizin Tanrıya və özümüzə verəcəyimiz hesabat necə olmalıdır? İstəyirsən böyük pafosla, istəyirsən də kiçik bir pıçıltı ilə de, həqiqəti həqiqətdir – hər iki halda ləyaqət insan ömrünə xüsusi yaraşıq verir. Və düşünürəm ki, elə bu kitaba da... Mən bir məktubdakı cümlə ilə Əziz Alpoudu axtarıb tapdım. Amma heç bilirsinizmi bu kitabdan XX yüzilin nə qədər tanınan və tanınmayan şəxsiyyətlərinin taleyi keçir. Bu kitaba istinad edərək nə qədər insan taleyi aşkarlanacaq – bax, onu Allah bilir.
- Əziz Alpoudun Moskva, Tombov, Arxangelsk və Xolmoqorı həbsxanalarında güllələnmə hökmü ilə sürgünlük və dustaq həyatı yaşadığını bildirmisiniz. Onu bu acınacaqlı taleyə mübtalə edən məsələlər, Türkiyəyə necə keçməsi, ömrünün ixtiyar çağlarınadək çalışmalarda bulunması... - hesab edirəm ki, bu tablo Əziz Alpoudun nə qədər hazırlıqlı, necə deyim, usta insan olduğunu nişan verir.
- Bilirsiniz, əqidə insanı formalaşdırır. Orada xəyanətə, saxtakarlığa, iradəsizliyə və fərdi mənafeyə yer qalmır. İnsan böyük məsləklər uğrundakı döyüşlərdə məğlub da, qalib də ola bilər. Amma heç bir naqislik onu sındıra bilməz. O, aşkar və ya gizlin şəkildə öz hədəfinə doğru gedir. Azərbaycan Cümhuriyyəti 1920-ci ildə məğlub oldu. Amma Əziz Alpoudların döyüşü bitmədi-biz mühacirət ədəbiyyatımıza, o cümlədən kənarda qalan yaddaşımıza tam yiyə durandan sonra bu mübarizəni bütün spektrləri ilə anlayacağıq. Azərbaycan savaşı Müstəqilliyə qovuşmaqla bitmir. Elə “Həyatımın hekayətləri”ni oxuyanda da bizdə belə bir təəssürat olacaq ki, böyük bir millət dramı hələ bitməyib. Əgər bir nəfərin taleyində savaş bitməyibsə, demək bütün bəşəriy¬yətin qismətində bir natamamlıq kompleksi yaşanır. Əziz Alpoudu Atatürk ideyalarına yaxınlaşdıran və böyük Mustafa Kamal Paşanın dostuna çevirən, məhz milli konteksdən bəşəri rifaha baxmaq cəhdidir. Elə onun Alparslan Türkeşlə olan dostluğunun, birgə mübarizəsinin səbəbini də burada axtarmaq lazımdır. 11 aylıq körpəsindən, sevdiyi həyat yoldaşından ,Vətənindən əbədi ayrılan adamın iztirablarını təsəvvür edirsinizmi? Güllələnib Sibir meşələrinə tökülən, vəhşi itlərin didib-parçaladığı saysız-hesabsız insan cə¬sədlərini, at əvəzi arabaya qoşulmuş dustaqların surətini hansı rəssam fırçası çəkə bilərdi? Faciələrin qovduğu insan –Əziz Alpoud, 2 min kilometrlik yolu-keçilməz cəngəllikləri, dağları, çayları qarlı-yağışlı havada təbiətlə mübarizə apara-apara məqsədinə doğru keçib gedir... Onu bütün bu bəlalardan inamı və əqidəsi hifz edir.
- Zakir müəllim, dəyərli tapıntınızı nəşr etdirməklə bağlı planlarınız olduğunu bilirik. İnşallah, Azərbaycan oxucusunu 2011-ci ildə intizardan qurtara biləcəksinizmi?
- Mənim bu kitabla bağlı bir çox qayğılarım var. Özümdən asılı olan bütün işləri görmüşəm. Bu kitab nəşrə hazırdır. İstərdim ki, 2011-ci ildə Əziz Alpoudun “Həyatımın hekayətləri” kitabı hər birimizin evində, əlimiz çatan yerdə olsun. Əgər bu əlyazma 50 il gizlində qalaraq it-bata düşməyibsə, deməli, onun özünəməxsus missiyası var. Düşünürəm ki, bu missiyanı dərk edən, onun tarixi qiymətini bilən oxucu “dağlar arxasında” deyil, Azərbaycandadır. Hələlik gözləməli olacağıq. Çünki, bu kitabın nəşri üçün lazım olan vəsaiti tapa bilməmişəm. Amma nədənsə, nikbinəm. Əziz Alpoudun adının üstündəki “itkinlik tilsimi” qırılıb, yəqin ki, “Həyatımın hekayətləri”nin çapı üzərindəki maliyyə tilsimi də qırılar, inşallah...
- Müsahibə üçün təşəkkür edirik.
- Mən də bir mücahid soydaşımızın taleyinə və əsərinə göstərdiyiniz həssas münasibətə görə sizlərə sağ olun deyirəm.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu