Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv mətbuat mərkəzi DAK həmsədri, GünAzTv başqanı Əhməd bəy Obalının “Yeni musavat”a verdiyi müsahibəsini olduğu kimi təqdim edir:
Qarabağ məsələsi ilə bağlı baş verən proseslər bir daha sübut etdi ki, Azərbaycan bu haqq davasında yalnız özünə güvənməli, 50 milyonluq böyük bir toplumun hər bir nümayəndəsi torpaqlarımızın işğaldan azad olunmasında əlindən gələni etməlidir. Ancaq təəssüf ki, Azərbaycan diasporu bu həqiqəti qəbul edib vahid mərkəzdə birləşmək əvəzinə parçalanmış haldadır, özü də qarşılıqlı ittihamları davam etdirirlər. Dünya Azərbaycanlıları Konqresi (DAK) adlı parçalanmış qurumların qurultayları ərəfəsində mətbuatda yer alan qarşılıqlı ittihamlar hələ də davam edir. Bu məsələlərlə bağlı ABŞ-da (Amerika Birləşmiş Ştatları) yaşayan DAK həmsədri, Çikaqodan dünyaya peyklə yayımlanan GünAz.TV-nin rəhbəri Əhməd Obalı ilə danışdıq.
- Əhməd bəy, bu gün DAK-ların birləşməsinə mane olan nədir? Bəzən iddia olunduğu kimi, ortada pul söhbəti var, vəzifə səlahiyyətlərinin bölüşdürülməsində razılığa gələ bilmirsiniz, yoxsa başqa məsələ var?
- Birləşmə müzakirələrində üç əsas prinsip üstündə anlaşmışdıq. Birincisi, DAK-ın müstəqil olmasını, heç bir dövlətə bağlı olmadan fəaliyyət göstərməsini istədik. İkincisi, DAK-ın Bakıda yox, xaricdə, diaspor arasında fəaliyyət göstərməsini zəruri saydıq. Üçüncüsü, DAK-ın adından istifadə edib Azərbaycanda siyasi divident qazanmağın, yaxud maliyyə imkanı əldə etməyin yolverilməzliyini demişdik. Biz bu üç prinsipdə anlaşdıq və Sabir Rüstəmxanlı o DAK-ın, mən də bu DAK-ın tərəfində olmaqla razılaşma imzaladıq. Bu razılaşmanın üstündən bir həftə keçməmiş sanki o biri tərəfə göstəriş gəldi ki, bu birləşməyə getməyin. Nəhayət, bu birlik baş tutmadı. O zaman o biri DAK-ın rəhbəri Səbri Təbrizi də ayrılıb bizim təşkilata gəldi və birlik qurultayı keçirdik. Orda isə Sabir Rüstəmxanlı başda olmaqla bir neçə nəfər qaldı və onlar fəaliyyəti davam etdirməyə çalışdı. DAK-ın parçalanmasının səbəbləri hazırda da müəyyən qədər qalır. Biz üç prinsip ortaya qoymuşduq ki, onlardan biri də pul məsələsidir. Yəni DAK-ın adı ilə Azərbaycanda iş görülüb, pul qazanılıbsa, bu, bizim tərəfdən olmayıb. Bizim DAK-da maliyyə məsələsi fərdi qaydada həyata keçirilib. Buna da qurultaylar keçirilən zaman ehtiyac olub. Eşidirik ki, o biri təşkilat Azərbaycan dövlətindən bir neçə dəfə yardım alıb. O yardımın üstündə aralarında söz-söhbət olub. Yardımı bölüşə bilməyiblər, ya nə olub, bunu artıq özləri bilir. Amma öz aralarındakı söhbətdən bəlli olur ki, pul məsələsində həmişə problemləri çıxıb. Azərbaycanda bəzi şəxslər DAK-a üzv olmaq, ya vəzifə tutmaqla yəqin siyasi divident qazanmaq istəyib. Onlar həmişə DAK-ın birləşməsinə müxalif olub. Son zamanlar təəssüf ki, mətbuatda Sabir Rüstəmxanlının bəzi ittihamları çap olunub. Sabir bəy keçmiş rəhbərinə, yəni Səbri Təbriziyə “İranın adamı” deyərək ittiham edib. Bu, çox təəssüf doğurur. Bir millət vəkilinin azı iki əsas vəzifəsi olmalıdır: birincisi, millətin vəkili olduğu üçün millətin hüququnu qorumaq, ikincisi, Milli Məclisdə qanunlar yazmaqdır. Belə bir şəxs ən azı millətin hüququnu özü pozmamalı, ikincisi də özü qanunla işləməlidir. Hansı qanunda deyilib ki, istəmədiyin adama başqa dövlətin adamı kimi böhtan atasan? Məncə, bu, Azərbaycan dövlətinin, Milli Məclisin və Azərbaycan siyasətinin adına yaraşmır. Mən istəmirəm Sabir bəyə hər hansı bir böhtan atam. Sadəcə onun bu sözləri DAK-ın birləşməsinə mane ola bilməyəcək. O, yalnız özünün nə qədər ağır vəziyyətdə olduğunu göstərir. Eşitdiyimizə görə, hətta Sabir bəy bu dəfə DAK-da həmsədr seçilmədiyi üçün oradan küsüb gedirmiş. Hətta deyirmiş ki, mən həmsədr seçilmədim, Bakıda biabır olacağam. DAK dağılırmış, sonda həmsədr olan o biri iki nəfər - Behruz Həqqi ilə Mirəşrəf bəy Fətiyev geri çəkiliblər ki, bunlar həmsədr olsun, onların DAK-ı dağılmasın. Məsələləri bu səviyyəyə gətirib çatdırmaq həm azərbaycançılıqdan uzaqdır, həm də bir millət vəkilinə, tanınmış bir şairə belə bir vəzifə o qədər də vacib deyil ki, verilməsə, küsüb getsin. İkincisi, səhv etmirəmsə, Sabir bəyin partiyasının adı Vətəndaş Həmrəyliyi Partiyasıdır. Yaxşı, bu adda partiyanın rəhbəri həmrəyliyi nədə görür? Adamlara böhtan atmaqla həmrəylik yaratmaq olarsa, onda hamı bir-birinə böhtan atsın, həmrəy olaq.
- Bu qarşılıqlı ittihamlar sonsuza qədər davam edə bilər. Xüsusilə də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hesab eləmirsinizmi ki, bu ittihamlara birdəfəlik son vermək lazımdır? Bəlkə nəhayət ki, Azərbaycan davası aparmaq əvəzinə, bir-biri ilə davaya enerjinizi sərf etməkdənsə oturub çıxış yolu axtarasınız. Öz tərəfinizdən belə bir cəhd olubmu?
- Əlbəttə. Keçmişdə də danışmışıq. Azərbaycanın da qanunları var, Avropanın da. Görəsən, sevmədiyin bir nəfərə “İranın adamı”, yaxud “onun-bunun adamı” deyənlər qanun qarşısında cavab verə biləcəkmi? Hər halda Səbri Təbrizi Avropa vətəndaşıdır. Bəlkə Sabir Rüstəmxanlı Azərbaycanda bunun qarşısını ala bilər. Amma Avropada bu ittihamı sübut etmək məcburi ola bilər. O zaman ya gərək üzr istəyə, ya həbsə gedə, ya da Avropaya heç vaxt gedə bilməyə. İstəmirik məsələ ora qədər gəlib çatsın. Odur ki, sizin sözünüzə qatılıram. İttihamlarla iş qazanılmaz. Barışıqla uğura nail olmaq mümkündür. Şəxslər gəlib-gedəndir, əsas məsələ ortaya prinsipial mövqe qoymaqdır. Ona görə də biz prinsiplərin bir daha ortaya qoyulmasının tərəfdarıyıq. Mən hələ ki, vəziyyəti müşahidə edirəm və bir çox məsələləri açıqlamıram. Gözləyirəm ki, bu məsələdə ortaq bir məxrəcə gələk. Xahiş edirəm ki, bu sözüm təhdid kimi qəbul olunmasın. Ancaq bəziləri ittihamları davam etdirəcəyi təqdirdə çox ciddi məsələləri açıqlamaq məcburiyyətində qalacağam. Məncə, hər kəs ki DAK-ın birliyinin tərəfdarı olursa, o, birlik qurultayında mütləq millət tərəfindən dəstəklənəcək. Ancaq ayrı ambisiyalarla çıxış edənlər millətin dəstəyini qazana bilməyəcək. DAK-ın birliyini istəməyən adamlar millətin səsindən qorxur. Göstərişlə DAK-a girənlər və şəxsi ambisiyalarla məşğul olanlar nə olursa-olsun birləşməyə müxalif olacaq. Bu səbəbdən onlarla danışmağın ziyanı olmasa da xeyrini də görə bilmirik. Əminəm ki, DAK-ın hər iki qolunda birliyi istəyənlərin sayı çoxdur. Ara qatanlar ortalığı həddən artıq qarışdıra bilsə, bəlkə bu işin müsbət sonluğuna mane ola biləcəklər. Amma inanıram ki, bu dəfə onlar da mane ola bilməyəcək. Artıq hər iki tərəfin işində prinsipial danışıqlar başlanıb.
- Yəni birləşmə gözləniləndir?
- Görünən odur ki, bəli, gözləniləndir. Əgər dediyim kimi, “yuxarı”dan göstəriş olmasa, bu iş baş tutacaq və daş atanlar məqsədlərinə çata bilməyəcək. Mən sizin qəzet vasitəsilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə müraciət edirəm ki, DAK-ın parçalanmış vəziyyətdə qalmasına bundan artıq cəhd göstərməsinlər. Bu, Azərbaycan dövlətinə də bir ləkədir. DAK-ın parçalanmasının Azərbaycan dövlətinin adına bağlanması dövlətin xeyrinə deyil. Azərbaycan dövlətinin xaricdə nümayəndələri, çox gözəl diplomatları var. Onlar dövlətin sözünü bizdən də yaxşı deyə bilər. Dövlət Komitəsi icazə versin, biz müstəqil təşkilat olaraq Azərbaycanın Güneyinin də, Quzeyinin də sözünü dövlətin deyə bilmədiyi yerlərdə deyə bilək.
- Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib ki, DAK-ın indiki şəkildə, yəni parçalanmış halda fəaliyyəti daha yaxşıdır. Bu fikirlə razılaşmaq olarmı?
- Nazim İbrahimovun mövqeyi Azərbaycan dövlətinin mövqeyi demək deyil. Bu, yalnız İbrahimovun şəxsi mövqeyidir. Azərbaycan dövlətinin ayrı-ayrı rəsmiləri ilə söhbətlərimiz olub, onlar həmişə DAK-ın birliyini istəyib. Diaspor məsələsi Nazim İbrahimovun əlinin altında olduğu üçün belə mövqe sərgiləyir. Ancaq biz bu mövqeni dövlətin adına yazmırıq. Azərbaycan dövlətini və dövlətçiliyini qorumaq hamımızın milli və vətəndaş vəzifəmizdir.
- Belə çıxmırmı ki, hansı DAK-ın əsas olması uğrunda mübarizə Qarabağ, Güney Azərbaycan kimi ümummilli davamızı arxa plana keçirib?
- Bizim tərəfdən - yox. Bu tərəfdə ad uğrunda mübarizə heç vaxt çox böyük önəm daşımayıb. Sadəcə adama bir az utandırıcı gəlir ki, DAK deyilən kimi “o DAK, yoxsa bu DAK” sualı çıxır. Bu, qeyri-ciddi rəy yaradır. Biz hətta bir zaman fərqli olması üçün DAK-ın adını Demokratik DAK da qoyduq. Amma birləşəndən sonra əvvəlki adına qayıtdıq. Çünki DAK elə bizim qolun adı ilə qeydiyyatdan keçmişdi. Biz güneyli soydaşlarımızın, siyasi məhbusların müdafiəsi, Qarabağ məsələsi ilə bağlı çoxsaylı tədbirlər keçirmişik. Heç vaxt ad üstündə mübarizəyə önəm verməmişik, o biri DAK-ın da yox olduğunu deməmişik. Həqiqət budur ki, iki qrup var, eyni adla fəaliyyət göstərir, bunu heç kəs dana bilməz. Nazim İbrahimovun komitəsinin dəfələrlə o biri DAK-ı dəstəklədiyi hamıya aydındır. Bu da təəssüf doğurur. Çünki bir dövlət diasporun parçalanmasında rol oynaya bilməz. Bu, nə millətin, nə də dövlətin xeyrinə deyil. Bir dövlət rəsmisinin parçalanmış bir təşkilat haqda açıq-aydın “parçalansın, belə qalsın, bu, daha yaxşıdır” deməsi təəssüf doğurur. Bunu oxuyanda çox təəssüf etdim ki, bu, necə dövlət komitəsi rəhbəridir ki, deyir bir təşkilatın parçalanmış qalması daha yaxşıdır. Ona da təəssüf edirəm ki, dövlət səviyyəsində İbrahimova bu haqda yenidən göstəriş verilməyib ki, ən azı belə sözləri dilinə gətirməsin. İbrahimovun fəaliyyəti və DAK-ların parçalanması yolunda siyasəti həm Güney Azərbaycana, həm də Azərbaycan dövlətinə çox mənfi təsir edir.
- Elə bu kimi məsələləri rəsmi, qeyri-rəsmi səviyyələrdə müzakirə etmək fürsəti əldə etmək üçün də Bakıya gəlməyi planlaşdırmırsınız?
- Bu məsələləri o biri DAK-ın xaricdəki qolu ilə də müzakirə edirik. Düzdür, müzakirələrin hara gedib çatacağı bəlli deyil. Ancaq bunun üçün Bakıya gəlmək fikrim yoxdur. İnşallah may, ya iyunda Gün.AzTV-nin bəzi işləri ilə bağlı Bakıya gəlmək fikrim var.
- Siz İran müxalifətinin lideri, əslən azərbaycanlı olan Mirhüseyn Musəviyə necə münasibət bəsləyirsiniz? Hər hansı əlaqə varmı?
- Heç bir əlaqəmiz yoxdur. Musəvi dövlətin öz içindən çıxıb. Vaxtilə azərbaycanlıları ən çox repressiyaya məruz qoyan elə Musəvi olub. Ümumilikdə İran-İraq savaşının əvvəllərində azadlıq və demokratiyanı boğanlardan biri keçmiş baş nazir Musəvi olub. O, prezident seçkilərinə qatılanda da azərbaycanlıların milli hüququndan bəhs etməyib. Hətta onun Təbrizdəki kampaniya mərkəzi milli haqlarını tələb edən tələbələri həbsə saldırmışdı. Ona görə də Musəviyə hər hansı ümidimiz yoxdur. Bir çox milli fəallarımız məhz onun kampaniyasındakı fəaliyyətinə görə hələ də məhkəmələrdən canını qurtara bilməyib. Bu səbəbdən Musəvi ilə hər hansı əlaqəmiz yoxdur. Digər müxalifət lideri Mehdi Kərrubi isə bir dəfə azərbaycanlıların dil azadlığını müdafiə edib. Azərbaycanlılara münasibətlərinə baxmayaraq biz onların başına gələn haqsızlıqları həmişə televiziyada işıqlandırırıq.
- Yeri gəlmişkən, Azərbaycan diasporunun rəhbəri etiraf edib ki, İrandakı azərbaycanlılarla hər hansı iş aparmaq imkanları yoxdur. Sizcə bu, normal haldırmı?
- Dövlət adamı olan Nazim İbrahimovun bu mövqeyi başadüşüləndir. Ona görə deyirik ki, xaricdəki təşkilatları sərbəst buraxmaq lazımdır. Dünyada heç bir dövlət yoxdur ki, diasporunu idarə eləsin. Əksinə, diaspordan dövlətə təsir daha çox olub. Yəhudi diasporu İsraildən yardım almır, İsrailə yardım edir. Onun İsrailə yardım üçün müxtəlif təşkilatları var və bunların hamısı İsrail tərəfindən mənəvi cəhətdən dəstəklənir. Elə erməni təşkilatları bu şəkildə fəaliyyət göstərir. Vaxtilə Ter-Petrosyanın tərəfdarları olan erməni təşkilatları hakimiyyət dəyişən zaman bir gecədə eyni zamanda Köçəryanın, sonrakı illərdə Sərkisyanın tərəfdarları oldular. Çünki bunlar üçün dövlətin başında kimin olması mühüm deyil. Bunlar Ermənistanın milli maraqlarını müdafiə etmək üçün təşkilatlanıb. Biz də o cür olmalıyıq. Bizim üçün də dövlətin başında kimin olması önəmli olmamalıdır. Bir vaxtlar rəhmətlik Elçibəy prezident idi, onu dəstəkləməli idik. Ondan sonra rəhmətlik Heydər Əliyev gəldi, onu dəstəkləməli idik. İndi İlham Əliyevdir, diaspor olaraq ona dəstək verməliyik. Diaspor olaraq Azərbaycanda iqtidar-müxalifət davası apara bilmərik. Çox təəssüf, Nazim İbrahimov elə işlər görüb ki, diasporu “siz mütləq ya iqtidar, ya müxalifət tərəfdarı olacaqsınız” deyə parçalamağa çalışır. Bu, dəhşətli siyasətdir. Onsuz da düşmənlərimiz 200 ildir Azərbaycanı şimala-cənuba bölüblər. Dövlət səviyyəsində Şimalla Cənubu birləşdirmək olmaz. Amma Dövlət Komitəsi icazə versin, bizim işimizə qarışmasın, biz özümüz diasporda Şimalla Cənubu birləşdirək.
- Rəsmən elan olunub ki, gələn ilin martında dövlət səviyyəsində Dünya azərbaycanlılarının III qurultayı keçiriləcək. Bakıdan dəvət gözləyirsinizmi?
- Mən bir dəfə II qurultayda Bakıya dəvət olunmuşam. O da Nazim İbrahimov tərəfindən olmayıb. Bu dəfə də zənn eləmirəm ki, o, bizi dəvət eləsin. Çünki biz onun fəaliyyətinə tənqidi yanaşırıq. Ümid edirik ki, diasporu sərbəst buraxacaq və biz o zaman İbrahimovu dəstəkləyənlərdən biri olarıq. Təki bizim işimizə müdaxilə etməsin. Dəvət eləməsə də olar, eləsə də. Lap tutaq ki, qurultay keçirildi. Bunlar Bakıda nə edəcək? Sadəcə 5-6 nəfər danışacaq, qalanları da əl çalacaq, “yaşasın” deyib ayağa duracaqlar. Birində iştirak edib görmüşəm. Ancaq bunun nəticəsində Azərbaycanın milyonlarla manat pulu xərclənəcək. Mən demirəm ki, belə tədbirlər olmasın. Olsun. Amma ondan daha mühümü diaspordakı işlərdir. Bu işlər görülsə, Bakıya yığılmağın eybi yoxdur.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu